Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-827/2023 03.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-2570/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-2570/2022 saylı qətnaməsi ilə (hakim Z.Hünmətov) iddianın qismən təmin edilməsi, 12.979,81 (on iki min doqquz yüz yetmiş doqquz) manat 81 (səksən bir) qəpik pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 121 manat pulun Cavabdeh tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-2570/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 10500 manat pulun, vəkil xərci olaraq ödənilmiş 100 manat pulun və dövlət rüsumu hesabına ödənilmiş 121 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək 13978,81 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Tovuz rayonu Əlibəyli kəndində yaşayır. Cavabdeh ilə aralarında heç bir ədavət olmamış, onların yaxın münasibətləri olmuşdur. Belə ki, onlar uzun illər sinif yoldaşı olmuşlar və münasibətləri bu yol ilə yaranmışdır. Yaxın münasibətləri olduğu üçün cavabdeh ona bildirmişdir ki, hal-hazırda kreditə ehtiyacı vardır, ona görə də ondan zamin olmağı xahiş etmişdir. O, cavabdehlə aralarında yaxın münasibətləri olduğu üçün xx.xx.2012-ci il tarixdə “Turan Bank”ın Tovuz filialından 5000 manat kredit götürmüşlər. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və bu zaman da banka olan borcu tam şəkildə o, ödəmişdir. xx.xx.2018-ci il tarixdə banka olan borcu o, bağlamışdır. Cavabdeh sonra borcundan az-az, cəmi 100 manat ödəmişdir. 2015-ci il tarixdə cavabdeh ona bildirmişdir ki, həmkəndliləri X1 3000 manat borcu vardır. Ona görə də, həmin borcun ödənilməsi üçün 3000 manat borc pul istəmişdir. O, aralarında olan münasibətə görə X1 borcu ödəmək məqsədilə 3000 manat pulu cavabdehə vermişdir. Onların razılaşmalarına əsasən cavabdeh pulları ona qısa zaman ərzində geri ödəyəcəkdi. xx.xx.2016-cı ildə adı ona məlum olmayan bir şəxsə borcu olduğu üçün həmin borcu qaytarmaq məqsədi ilə 1000 manat pula ehtiyacı olduğunu bildirmiş, o, cavabdehə “Kapital Bank” vasitəsilə 1000 manat pulu göndərmişdir. Sonuncu dəfə 2016-cı il tarixində cavabdeh ona bildirmişdir ki, ünvan 1 ünvanında yaşayan X4 1500 manat borcu vardır, həmin borcu ödəmək üçün yenidən ondan 1500 manat pul almışdır. O, cavabdehə müxtəlif vaxtlarda 3000 manat, 1000 manat, 1500 manat pul borc olaraq vermişdir. 5000 manat məbləğində isə kredit ödəmişdir. Cavabdeh ona verdiyi borc pullardan və kredit ödənişindən ona heç bir ödəniş etməmişdir. O, cavabdehə güvənərək pulu ödəyəcəyini düşünmüşdür. O, borc olaraq verdiyi pulu yaxın müddət ərzində ödəyəcəyinə vəd etmiş, lakin cavabdeh bu günədək verdiyi həmin borcdan və kreditdən heç bir ödəniş etməmiş, qalan borcu ödəməkdən boyun qaçırmışdır. Hətta ona demişdir ki, dörd göz mersedes maşını əlindən almışlar və bu barədə Tovuz Rayon Məhkəməsində iddia qaldırmışdır ki, maşını geri aldıqda borcu geri ödəyəcəkdir. Cavabdehə pul verməyi barədə şahidlərin müvafiq səs yazısı, vatsap yazışmaları, pulu ödədiyi qəbzlərin surəti vardır. Məhkəmə iclası zamanı tərəfindən təqdim olunacaqdır. Onunla heç bir düşmənçiliyi olmamış, həmişə yaxşı münasibətləri olmuşdur İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuzdur. Belə ki, İddiaçı məhkəməyə təqdim etdiyi ilkin iddia ərizəsində 121 manat dövlət rüsumu tələb edir. İddia tələbi qiymətləndirilən iddialar aid olmaqla ümumilikdə 10500+100=10600 manat üçün 120 manat + 600 manatın 0,3 faizi = 121 manat 80 qəpik dövlət rüsumu keçirilməli olduğu halda cəmi 120 manat dövlət rüsumu ödənilmişdir. Həmçinin iddia tələbinin artırılaraq 13978,81 manat məbləğində müəyyən edilərkən belə əlavə dövlət rüsumu ödənilməli idi. Lakin qətnamənin qət etdi hissəsində cəmi 121 manat dövlət rüsumu qət edilib. İddia tələbinin isə 12979,81 manat hissədə qismən təmin edilib. Bu da qətnamənin özü-özlüyündə qanunsuz bir qətnamə olmasını sübut edir. Digər tərəfdən məhkəməyə təqdim etdiyi iddia tələbinə etirazda İddiaçı iddiasının tam əsassız olmasını dəqiqliklə izah etmişdir. Belə ki, İddiaçı uşaqlıqdan tanıyır, onunla bir sinifdə oxumuşlar. 2012-ci ildə İddiaçı ona bir dost kimi müraciət etdi ki, "xxxx"dan kredit götürmək istəyir, ona zamin dursun. "xxxx"a dəfələrlə getsələr də İddiaçı kredit vermədilər. Məcbur olaraq onun adına 5000 (beş min) manat kredit götürüb İddiaçı verdi. Həmin krediti İddiaçı ödəməli idi. Kredit götürülən zaman İddiaçı və onun qardaşı Akif Ələkbərov zamin oldular. İddiaçı iddia ərizəsində qeyd etdiyinə görə guya onunla yaxın münasibəti olduğuna görə ona zamin durub. Amma əslində pul ona çatırdı və bunun ən böyük sübutu onun qardaşının da kreditə zamin durmasıdır. İddiaçıla onun heç bir qohumluq münasibəti yoxdur. İddiaçı qardaşının ona kredit götürülən zaman zamin durması heç də inandırıcı deyil. İddiaçı öz şəxsi marağına görə qardaşını da zamin qoymuşdu. Ona 2016-cı ildə "xxxx"ın Tovuz filialının rəhbəri dəyişilən zaman məlum olmuşdur ki, götürülən həmin kredit ödənilmir. Namiq Ələkərov Bakı şəhər Nizami rayonunda qeydiyyatda olduğuna görə Nizami Rayon Məhkəməsində işə baxıldı. Məhkəmənin qərarına əsasən onlardan pul tutulmağa başladı. O, dəfələrlə İddiaçı müraciət etmişdir ki, tutulmuş pulu geri qaytarsın. Lakin İddiaçı onu aldadaraq pul qaytarmadı. İddiaçı Daxili İşlər orqanında çalışırdı. Onun qardaşı Sahib Ələkbərov da hüquq mühafızə orqanında çalışırdı. O, məcbur olub Sahib Ələkbərova zəng etdi ki, pensiyasından qardaşına götürdüyü kreditə görə pul çıxılır, qardaşın isə pulu qaytarmır. Sahib Ələkbərova zəng vurduqdan sonra İddiaçı məcbur olub 1000 manatını Kapital Bankla göndərmişdir ki, o, nazirin qəbuluna getməsin. Həmin 1000 manatı iddia ərizəsində guya ona borc kimi 29 may 2016-cı il tarixdə göndərdiyi pul kimi qeyd edilib. Nizami Rayon Məhkəməsinin qətnaməsinə əsasən ödənişləri İddiaçı edib. Yuxarıda qeyd etdiyi tutulmalardan başqa ondan tutulma aparılmayıb. O, qətnamə üzrə əsas borcludur. Pensiya alır. Əgər kredit götürülmüş 5000 manat İddiaçı verilməmişdisə onda o, hansı marağa onun kreditini ödəyirdi. Qətnaməyə əsasən kredit onun pensiyasından tutulacaqdı. Hətta qorxusundan onun pensiyasından tutulmuş 1000 manat pulu qaytardı, indi isə həmin pulu guya ona borc verdiyini iddia edir. Bundan əlavə İddiaçı onun əvəzinə heç bir şəxsə borc ödəməyib. X11 borcu olub, həmin borcu özü ödəmişdir. Namiq X2 əvəzindən 3000 (üç min) manat pul ödəməyib. Real həyatda İddiaçı ona borcu olub. Onun İddiaçı heç vaxt borcu olmayıb. Onu da qeyd etmişdir ki, "xxxx"dan kredit götürüb İddiaçı verən zaman X13 buna şahid olub. Hakim həmin etiraza qəmamədə toxunsa da yalnız İddiaçı yalandan onun əvəzinə kiməsə borc ödədiyi hissəsini üstüörtülü şəkildə aradan çıxarmışdır. Belə ki, ilkin iddiada olan pul məbləği cəmi 10500 manat təşkil edirdi, həmin məbləğin 1000 manatı guya ona göndərdiyi pul idi, 3000 manatı guya X3 əvəzindən ödədiyi borc idi. Banka görə guya ödədiyi məbləğ 6500 manat təşkil edirdi. Sonradan 12979,81 manat məbləğində pul hansısa hesabdan çıxarışa əsasən müəyyən edilmişdir. 5000 manat kreditə görə 12979,81 qəpik pul ödənilməsi, yəni 7979,81 manat əlavə pul ödənilməsi inandırıcı deyildir. Axı Bakı şəhər Nizami Rayon Məhkəməsinin 14 aprel 2014-cü il tarixli qətnaməsinə əsasən 6880 manat borc müəyyən edilmişdir. Həmin məbləğ heç vaxt arta bilməzdi. İddiaçı necə olurdu ki, 12979,81 manat ödəyirdi. Bütün bunlar İddiaçı ondan yalan yerə pul tələb etməsini sübut edir. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclası ilk dəfə xx.xx.2023-cü il tarixə saat 10:30-a təyin edilmiş, iddiaçı məhkəmə iclasına gəlmiş olsa da, cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək məhkəmə baxışının təxirə salınmasını xahiş etmişdir. Ona görə də məhkəmə iclası xx.xx.2023-cü il tarixə saat 11:00-a təxirə salınaraq məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixə saat 11:00-a təyin edilmiş məhkəmə iclasına da gəlmədiyinə görə məhkəmə iclası yenidən təxirə salınaraq xx.xx.2023-cü il tarixə saat 11:00-a təyin edilmişdir. Məhkəmə iclası təxirə salındıqdan sonra cavabdehin işə onun iştirakı olmadan baxılmasına dair teleqramı məhkəməyə daxil olmuşdur. Həmin teleqramda məhkəmənin işə heç bir araşdırma aparılmadan, şahidlər dindirilmədən baxıldığını, onun iddiaçıya 13000 manat borcunun olmadığını göstərmişdir. Cavabdeh kollegiyanın xx.xx.2023-cü il tarixə saat 11:00-a təyin edilmiş iclasına da gəlməmiş, məhkəyə göndərdiyi teleqramda işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 276.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdeh bankdan kredit götürərkən sonuncunun xahişi ilə ona zamin durmuşdur. Lakin cavabdeh kredit borcunu ödəmədiyinə görə onun əvəzinə kredit borcunu bağlamış, cavabdehin xahişi ilə ona borc olaraq pul köçürmə sistemi vasitəsi ilə pul vermiş, həmçinin cavabdehin xahişi ilə dediyi şəxslərə olan borcunu ödəmişdir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin təmin edilməməsinə dair iddiaçının izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarındakı tövsiyyələrdə göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli 15 saylı arayışdan görünür ki, Cavabdeh ilə "xxxx" ASC-nin Tovuz filialı arasında bağlanmış xx.xx.2012-ci il tarixli iş- 1010f saylı kredit müqaviləsinə əsasən borcluya 5000 manat məbləğində kredit verilmiş və xx.xx.2018-ci il tarixində bu kredit üzrə öhdəlik müştərinin zamini İddiaçı tərəfindən tam olaraq icra olunmuşdur. Hazırda fıziki şəxsin bu kredit müqaviləsi üzrə Banka heç bir borcu yoxdur. İş materiallarında olan Turanbank ASC-nin 11 noyabr 2022-ci il tarixli hesabdan Çıxarışından görünür ki, verilmiş kredit üzrə cəmi 7462,76 manat ödəniş edilmişdir ki, həmin ödənişin 2362,76 manat hissəsi Cavabdeh, 5100,00 manat hissəsi isə İddiaçı tərəfindən aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 aprel 2014-cü il tarixli qətnaməsindən görünür ki, cəmi 6880 manat məbləğində kredit borcunun müştərək qaydada Cavabdeh X5 və İddiaçı tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il rarixli “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə **********13 nömrəli köçürmənin alınmasına dair bildirişdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh adına 1000,00 manat pul köçürülmüşdür. İş materiallarında olan Cavabdeh birinci instansiya məhkəməsinə göndərdiyi iddia ərizəsinə etirazında göstərilmişdir ki, İddiaçı ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 10500 manat məbləğində pulun, vəkil xərci olaraq 100 manat pulun və dövlət rüsumu hesabna ödənilmiş 121 manat pulun, ümumilikdə isə 10721 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı uşaqlıqdan tanıyır, onunla bir sinifdə oxumuşlar. 2012-ci ildə İddiaçı ona bir dost kimi müraciət etdi ki, "xxxx"dan kredit götürmək istəyir, ona zamin dursun. "xxxx"a dəfələrlə getsələr də İddiaçı kredit vermədilər. Məcbur olaraq öz adına 5000 (beş min) manat kredit götürüb İddiaçı verdi. Həmin krediti İddiaçı ödəməli idi. Həmin kredit götürülən zaman İddiaçı və onun qardaşı Akif Ələkbərov zamin oldular. İddiaçı iddia ərizəsində qeyd etdiyinə görə guya onunla yaxın münasibəti olduğuna görə ona zamin durub. Amma əslində pul ona çatmırdı və bunun ən böyük sübutu onun qardaşının da kreditə zamin durmasıdır. İddiaçıla onun heç bir qohumluq münasibəti yoxdur. İddiaçı qardaşının ona kredit götürülən zaman zamin durması heç də inandırıcı deyil. İddiaçı öz şəxsi marağına görə qardaşını da zamin qoymuşdur. Ona 2016-cı ildə "xxxx"ın Tovuz fılialının rəhbəri dəyişilən zaman məlum oldu ki, götürlən həmin kredit ödənilmir. Namıq Ələkərov Bakı şəhər Nizami rayonunda qeydiyyatda olduğuna görə Nizami Rayon Məhkəməsındə işə baxıldı. Məhkəmənin qərarına əsasən ondan pul tutulmağa başladı. O dəfələrlə İddiaçı müraciət etdi ki, ondan tutulmuş pulu geri qaytarsın. X10 aldadaraq pul qaytarmadı. Daxılı İşlər nazirliyinə şikayət etdikdən sonra Namiq ona 1000 manat məbləğində pul göndərdi. O indi də həmin pulu borc kimi istəyir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh həmkəndli olmaqla yaxın münasibətləri olmuşdur. Belə ki, onlar uzun illər sinif yoldaşı olmuşlar və münasibətləri bu yol ilə yaranmışdır. Yaxın münasibətləri olduğu üçün cavabdeh ona bildirmişdir ki, hal-hazırda kreditə ehtiyacı vardır, ona görə də ondan zamin olmağı xahiş etmişdir. O, cavabdehlə aralarında yaxın münasibətləri olduğu üçün xx.xx.2012-ci il tarixdə "xxxx" ASC-nin Tovuz filialından 5000 manat kredit götürmüşlər. Cavabdeh üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirmədiyinə görə Bank müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 aprel 2014-cü il tarixli qətnaməsindən göründüyü kimi cəmi 6880 manat məbləğində kredit borcunun müştərək qaydada Cavabdeh X5 və İddiaçı tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsindən sonra cavabdeh tərəfindən müəyyən ödənişlər edilmiş olsa da, daha sonra ödənişin əsas hissəsi, yəni 5100,00 manatı iddiaçı tərəfindən aparılmışdır. Cavabdeh həmin kreditin onun adına götürülmüş olsa da, əslində iddiaçı tərəfindən götürüldüyünü bildirsə də, məhkəməyə həmin xüsusatı təsdiq edəcək mötəbər sübut təqdim etməmişdir. Bundan başqa işdəki bank sənədindən göründüyü kimi iddiaçı tərəfindən “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsi ilə xx.xx.2014-cü il tarixdə cavabdehin adına 1000,00 manat pul köçürülmüşdür. Cavabdeh iddiaçı tərəfindən onun adına göndərilmiş 1000,00 manat miqdarında həmin pulun "xxxx" ASC-yə olan borc əvəzinə onun pensiyasından tutulmuş pulun əvəzi olaraq, etdiyi şikayətlərə görə göndərildiyini göstərmiş olsa da, məhkəməyə həmin xüsusatı təsdiq edən sübut təqdim etməmişdir. Əksinə cavabdehin adına olan işdəki hesabdan çıxarışdan cavabdehin adından 03.11.2-14-cü il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixlərdə kredit müqaviləsi üzrə ödənişlər aparıldığı müəyyən olunur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh götürdüyü kreditə görə ayrı-ayrı vaxtlarda İddiaçı əmək haqqından tutulmalar həyata keçirilmiş və X9 banka olan borcu İddiaçı tərəfındən tam olaraq ödənilərək öhdəliyə xitam verilmişdir. Bununla da X8 hesabdan çıxarışda əks edilmiş həddə 12979,81 manat ziyan dəymışdır. Cavabdeh etirazının dəlili kimi bankdan götürülmüş vəsaitin Namiqə verilməsini qeyd etsə də, o məhkəmə iclaslarında iştirak edərək, yaxud da istirak etməyərək etirazının əsası kımı istinad etdiyi halları sübut edə bilməmişdir. İddiaçı əlavə olaraq cavabdehə pullar verilməsini qeyd etsə də, o da bununla sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən edilməli, 12.979,81 (on iki min doqquz yüz yetmiş 81 qəpik) manat ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi olan 121 manat pulun Cavabdeh alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli 15 saylı arayışdan göründüyü kimi, Cavabdeh ilə TuranBank ASC-nin Tovuz filialı arasında bağlanmış xx.xx.2012-ci il tarixli iş-1010f saylı kredit müqaviləsinə əsasən 5000 manat məbləğində kredit verilmiş və xx.xx.2018-ci il tarixində bu kredit üzrə öhdəlik müştərinin zamini İddiaçı tərəfindən tam olaraq icra olunduğu qeyd etmişdir. Həmin kredit müqaviləsi üzrə hesabdan çıxarışdan görünür ki, həmin kredit üzrə İddiaçı müxtəlif vaxtlarda 5100,00 manat ödəniş etmişdir Bundan başqa xx.xx.2014-cü il tarixli “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə **********13 nömrəli köçürmənin alınmasına dair bildirişlə İddiaçı tərəfindən Cavabdeh adına 1000 manat pul köçürülməsi öz təsdiqini tapmışdır. İddiaçı iddia ərizəsində cavabdehin ona 13978,81 manat borcunun olduğunu göstərmiş olsa da, işdəki mötəbərliyi şübhə doğurmayan sübutlarla iddiaçının cavabdehə sürətli pul köçürmə sistemi vasitəsi ilə 1000,00 manat və cavabdehin kredit müqaviləsi üzrə 5100,00 manat ödəniş etdiyi təsdiq olunur. Odur ki, Cavabdeh 6100,00 manat pul İddiaçı xeyrinə tutulmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır və kreditor borclu tərəfindən kredit müqaviləsinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda həm borclu, həm də zaminə qarşı kredit müqaviləsi üzrə tələblərini irəli sürə bilər. Həmin Məcəllənin 475-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. İşin hallarından göründüyü kimi iddiaçı "xxxx" ASC-yə 5100,00 manat məbləğində pulu "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə, zamin kimi ödənişlər etmişdir. Qanunvericiliyin yuxarıda istinad olunan normalarının tələblərinə əsaslanan məhkəmə kollegiyası hesab edir ki. iddiaçı kredit müqaviləsi üzrə zamin kimi icra etdiyi ödəliklə bağlı ödədiyi 5100,00 manat miqdarında pulu cavabdehdən tələb etməkdə haqlıdır. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı cavabdehdən ona borc kimi verdiyi 1000,00 manat pulu da tələb etməkdə haqlıdır. İddia tələbinin digər hissəsinə münasibətdə isə kollegiya qeyd edir ki, iddiaçı tələbinin qalan hissəsini təsdiq edəcək mötəbər sübut təqdim etməmiş, cavabdeh isə iddianı etiraf etməmişdir. Odur ki, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan başqa iddiaçı 121 manat dövlət rüsumu ödəmişdir ki, onun da 82 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində iddiaçıya borcunun olmadığını göstərmiş olsa da, şikayətinin həmin dəlili işdəki mötəbər sübutlarla, o cümlədən iddiaçının zaminliyi ilə cavabdehlə bağlanmış kredit müqaviləsi üzrə iddiaçı tərəfindən ödənişlərin edildiyini təsdiq edən bank hesabından çıxarışla və iddiaçı tərəfindən cavabdehin adına 1000,00 manat miqdarında pul köçürüldüyünü təsdiq edən pul köçürməyə dair sənədlə təkzib olunur. Apellyasiya şikayətinin iddiaçı tərəfindən onun adına köçürülmüş 1000,00 manat miqdarında pulun kredit müqaviləsi üzrə yaranmış borca görə onun pensiyasından aprılmış tutmalara görə edilmiş ödənişin olması dəlili ilə bağlı kollegiya qeyd edir ki, işdə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 aprel 2014-cü il tarixli qətnaməsi şikayət verilmədiyi halda 15 may 2014-cü il tarixdə qüvvəyə minməli və bundan sonra icraya yönəldilməli, icraçı tərəfindən icra sənədi icraata qəbul edilərək icraya yönəldilməli, könüllü icra üçün verilmiş 10 günlük müddət bitdikdən sonra məcburi icra tədbirləri görülə bilərdi. Köçürmə sənədindən isə görünür ki, cavabdehə pul vəsaiti xx.xx.2014-cü il tarixdə köçürülmüşdür. Bundan başqa cavabdeh həmin kredit müqaviləsi üzrə daha bir neçə dəfə ödənişlər etmişdir ki, bunlar da apellyasiya şikayətinin dəlillərinin həqiqətə uyğun olmadığını təsdiq edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası: Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-2570/2022 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6100 (altı min yüz) manat pul və 82 (səksən iki) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-827/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-827/2023
03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver