Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-828/2023 10.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı iştiakı ilə, İddiaçı Cavabdeh1nə qarşı “icra ödənişinin alınması barədə” qərarın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(058)-811/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m üə y y ə n e t d i : İddiaçı Cavabdeh1nə qarşı “icra ödənişinin alınması barədə” qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 böyük icra məmuru Cavabdeh2 xx.xx.2020-ci il tarixdə qəbul etdiyi icra ödənişinin alınması barədə qərarın ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC cavabdehlər X4, X5, X6 və İddiaçı Həsan oğluna, yəni ona qarşı qarşı cavabdehlərdən müştərək qaydada 28208,21 manat əsas borc, 6819,41 manat faiz borcu, 1101,02 manat penya borcu, cəmi 36128,64 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(058)-21/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər X1, X2, X3 və İddiaçı müştərək qaydada 28208,21 manat əsas borc, 6819,41 manat faiz borcu, 521,41 manat cərimə (penya) borcu, cəmi 35549,03 manat və 30 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" ASC- nin xeyrinə ödənilməsi qət edilmiş, iddia tələbi 579,61 manat cərimə (penya) pulu hissəsində təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Samux rayon lcra və Probasiya şöbəsinin icra məmuru Cavabdeh2 tərəfindən xx.xx.2020-ci il tarixdə borclu kimi ondan və digər borclulardan cəmi 2490 manat icra ödənişinin alınaraq Ədliyya Nazirliyi Samux rayon lcra və Probasiya şöbəsinin depozit hesabına ödənilməsi barada qərar qəbul edilmişdir. "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 17.1.10-cu maddəsinə əsasən tələbkarla qarşılıqlı razılaşmaya uyğun olaraq Bank tərəfindən şöbəyə xx.xx.2020-ci il tarixdə məktub göndərilsə də icra məmuru tərəfindən işin dayandırılması barədə qərar qəbul edilməmiş, borclulara heç bir məlumat verilməmişdir. Daha sonra tələbkar "lcra haqqında" qanunun 23.1.1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli məktubla sözügedən icra sənədinin icra olunmadan məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Buna baxmayaraq icra məmuru tərəfindən icra ödənişinin onun təqaüdünə yönəldilməsi barədə qanunsuz məktub göndərilmişdir. Onun şikayətindən və narazılığından sonra icra məmuru tərəfindən banka sorğu göndərilmişdir. İcra məmurunun hərəkətləri qeyri-qanuni olduğundan icra ödənişinin alınması barədə xx.xx.2020-ci il tarixli qərarın lağv edilməsini xahiş etmişdir. İşin halları: Samux Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(058)-811/2022 saylı qətnaməsi ilə (hakim S.Zeynalova) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Samux Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(058)-811/2022 saylı qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassız olduğundan, maddi hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməlidir. Belə ki, bank tərəfindən icra şöbəsinə xx.xx.2020-ci il tarixli məktub göndərilsə də icra məmuru tərəfindən işin dayandırılması barədə qərar qəbul edilməmişdir. Daha sonra xx.xx.2022-ci il tarixli məktubla sözü gedən icra sənədinin icra olunmadan məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Buna baxmayaraq icra məmuru tərəfindən icra ödənişinin onun təqaüdünə yönəldilməsi barədə qanunsuz məktub göndərilmişdir. Həmçinin bankın xx.xx.2022-ci il tarixdə şöbəyə daxil olmuş xx.xx.2022-ci il tarixli məktubla icra sənədinin icra olunmadan məhkəməyə qaytarılması xahiş edilmişdir. Bank tərəfindən xx.xx.2022-ci il tarixli, 425 saylı məktubla isə qeyd edilmişdir ki, kredit borcu tam ödənilmişdir. Hətta xx.xx.2022-ci il tarixli məktubda 24000 manat ödəniş müqabilində kredit borcunun tam şəkildə ödənildiyi qeyd edilmişdir. Hətta icra ödənişi alınmalı olsa idi belə yenə də 24000 manat məbləğin 7 faizi 1680 manat edirdi. İcra ödənişinin üç borcludan tutulması nəzərdə tutulsa da yalnız onun təqaüdünə yönəlmişdir. Buna görə də Samux Rayon Məhkəməsinin 2(058)-811/2022 saylı, 21 sentyabr 2022-ci il tarixli qətnaməsi qanunsuz və əsassız olduğundan, maddi hüquq normalarının pozulması ilə çıxarıldığından, həmin qətnamə ləğv edilməli və iddia tələbi təmin edilməlidir. İştirakçılıqla bağlı prosessual məsələlər və işdə iştiak edən şəxslərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayənədsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəm kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun çıxış edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Samux Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(058)-811/2022 saylı qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İcra haqqına” Azərbaycan Respublikası qanunun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Həmin qanunun 81.4-cü maddəsinə əsasən icra hərəkətləri ilə bağlı xərclərin tutulması, habelə bu Qanunla müəyyən edilmiş hallarda həmin xərclərin dövlət büdcəsi hesabına ödənilməsi icra məmurunun qərarına əsasən həyata keçirilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə göndərilir. Həmin qanunun 81.5-ci maddəsinə əsasən tərəflər bu Qanunun 81.4-cü maddəsində nəzərdə tutulmuş qərarın surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. 85.1. İcra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. 85.2. Qərarda aşağıdakılar göstərilir: 85.2.1. qərarın qəbul edildiyi tarix və yer; 85.2.2. qərarı qəbul etmiş icra məmurunun vəzifəsi, soyadı, adı və atasının adı; 85.2.3. qərarın hansı icraat üzrə qəbul edilməsi; 85.2.4. baxılan məsələ; 85.2.5. qərarın qəbul edilməsi üçün əsas olmuş və icra məmurunun istinad etdiyi qanunlar və digər normativ hüquqi aktlar; 85.2.6. baxılan məsələ üzrə çıxarılmış nəticə; 85.2.7. qərardan şikayət verilməsi qaydası və müddəti. Məhkəmə kollegiyası qeyd edir ki, “İcra haqqına” Azərbaycan Respublikası qanunun 81.5-ci maddəsində icra hərəkətləri ilə bağlı xərclərin tutulması barədə icra məmurunun qərarından 30 gün müddətində müvafiq məhkəməyə şikayət şikayət verilməsi nəzərdə tutulsa da, icra ödənişi ilə bağlı qərardadan şikayəti verilməsi konkret olaraq göstərilməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, icra ödənişi və icra hərəkətləri ilə bağlı xərclər həmin qanunun eyni fəslində yerləşdiyindən və icra ödənişinə dair icra məmurunun qərarı icraatda iştirak edən tərəfin marağına toxunduğundan həmin qərardan da şikayət verilə bilrər. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, “İcra haqqına” Azərbaycan Respublikası qanunun tələblərindən görünür ki, icra məmurunun qərarlarından məhkəməyə şikayət verilməsi nəzərdə tutulmuş, borclu isə icra məmurunun qərarından şikayət vermək əvəzinə iddia icraatı icraatı qaydasında Cavabdeh1 cavabdeh qismində cəlb etməklə, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icra məmurunun qərarının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Halbuki, hazırkı iş iddia icraatı, yəni mülki məhkəmə icraatı qaydasında baxılmalı olan iş olmamışdır. Birinci instansiya məhkəməsi isə Mülki Prosessual Məcəllənin tələbini pozaraq iddia ərizəsini icraata qəbul edərək, iddiaya mahiyyəti üzrə baxmış və qətnamə çıxarmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Samux Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(058)-811/2022 saylı qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərardadlardan kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261, 263, 264, 267, 398 və 402-ci maddələrini rəhbər tutaraq, qərara aldı : Samux Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(058)-811/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Samux Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(058)-811/2022 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-828/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-828/2023
10.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver