Məhkəmə qərarları › İş №2(104)-836/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-836/2025

13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-836/2025 13.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Qazax Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli 2(023)-79/2025 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5700 manat və 77 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilmısi barədə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli 2(023)-79/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 1500 manat və 35 manat dövlət rüsumu olmaqla, cəmi 1535 manat İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı, eləcə də Cavabdeh tərəfindən ayrıayrılıqda apellyasiya şikayəti verilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 363-cü maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən olunmamışdır. Belə ki, şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinet vasitəsilə verilmiş və asan imza ilə imzalanmışdır. Həmin apellyasiya şikayətinə münasibətdə işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar vardır. Lakin, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, həmin apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, iddiaçı şikayətində işin hallarını qeyd etmiş, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasları, habelə istinad etdiyi konkret fakt və halların pozulmasının nədən ibarət olmasını şikayətdə göstərməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, həmin apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və şikayət geri qaytarılması üçün işlə birlikdə Qazax Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Məhkəmə kollegiyası MPM-nin 363-cü maddəsinin tələblərini, yəni apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasını nəzərə alaraq hesab edir ki, Qazax Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli 2(023)-79/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Qazax Rayon Məhkəməsinə göndərilməli, həmin apellyasiya şikayətinin geri qaytarılması məsələsi həll edildikdən sonra Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya icraatı qaydasında baxılması üçün mülki iş yenidən Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10, 263-264, 363 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Qazax Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli 2(023)-79/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Qazax Rayon Məhkəməsinə göndərilsin. Apellyasiya şikayətinin geri qaytarılması məsələsi həll edildikdən sonra Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya icraatı qaydasında baxılması üçün mülki iş yenidən Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar