Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-837/2023 28.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(021)-2475/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əsas borc üzrə 6911.2 manat əsas, 87.56 manat faiz borcu olmaqla, cəmi 6998.76 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 90.39 manat pul vəsaitinin İddiaçı ASC xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(021)-2475/2022 saylı qətnaməsi ilə (hakim Q.Əbilov) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 6905.99 manat əsas borc, 87.56 manat faiz borcu olmaqla, cəmi 6993.55 (altı min doqquz yüz doxsan üç manat əlli beş qəpik) manat borcun və dövlət rüsumu kimi ödənilmiş 90.39 manat dövlət rüsumu tutulаrаq İddiaçı ASCnin xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 150 manat ekspertiza xərci tutulub aşağıdakı hesaba köçürülməsi - Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, adı –dövlət xəzinədarlığı agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Espertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli 100821-100167/10 saylı Güzəştli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay güzəşt müddəti ilə illik 1% dərəcəsi ilə 60 ay müddətinə 7362.79 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 İddiaçı ASC ilə bağladığı kredit müqavilələrinin təminatı olaraq digər Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmışdır. Lakin cavabdehlər kredit müqaviləsi ilə bağlı öz öhdəliklərini bank qarşısında yerinə yetirməmişdir. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq heç bir fayda verməmişdir. Mülki iş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 100821- 100167/10 saylı Güzəştli kredit müqaviləsindən görünür ki, Cavabdeh2 12 ay güzəşt müddəti ilə illik 1% dərəcəsi ilə 60 ay müddətinə 7362.79 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli № 100821-100167/10 saylı zaminlik müqaviləsindən görünür ki, zamin borcalanın xx.xx.2019-cu il tarixli **********67/10 saylı Kredit Müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə Borc alanla birgə məsuliyyəti öz üzərinə götürür. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli 100821-100167/10 nömrəli Kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 6911.2 manat əsas, 87.56 manat faiz borcu olmaqla, cəmi 6998.76 manat kredit borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh2 və Cavabdeh1 borcun ödənilməsi üçün iddiaçı tərəfindən xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, 9/6930 saylı ekspert rəyindən görünür ki, xx.xx.2019-cu il tarixli 100821-100167/10 saylı Güzəştli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh2 xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 6905.99 manat, faiz borcu üzrə 90.01 manat məbləğində müəyyən edilmişdir.(Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir). Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, götürdüyü borcu ödəniş cədvəlinə uyğun olaraq ödəmişdir. Buna görə də iş üzrə faiz borcu, cərimə borcunun hesablanması üçün əlavə mühasibatlıq ekspertizası keçirilməli və əlavə borclar silinməlidir. Öhdəliyini lazımınca icra edə bilməməyi onun iradəsindən asılı olmamışdır. Hazırkı maddi durumu iddiaçı tərəfindən nəzərə alınmayaraq, ona faiz və cərimə borcları hesablanmışdır. İşdə iştirak edən şəxslərin verdiyi izahatlar Məhkəmə kollegiyasının iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İlkin olaraq qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı və zamin qətnaməni mübahisələndirməmişdir. Borclu isə apellyasiya şikayətində qətnamənin ləğv olunmasını xahiş etsə də, şikayətin dəlillərindən görünür ki, borclu birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını yalnız kredit borcu hissəsini (əsas, faiz və cərimə) mübahisələndirir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz apellyasiya şikayəti həddində mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanmalıdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli 100821-100167/10 saylı kredit müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən sonuncuya illik 1 faizlə 60 ay müddətinə 7362.79 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli № 100821-100167/10 saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin Cavabdeh1 Cavabdeh2 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyırlar. Cavabdeh apellyasiya şikayətində kredit borcunu mübahisələndirmiş, lakin birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə əsassızlığının və qanunsuzluğunun nədən ibarət olmasını əsaslandırmamış, borcun reallıqda nə qədər təşkil etməsi barədə məhkəmə kollegiyasına hər hansı sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 6905.99 manat, faiz borcu üzrə 90.01 manat məbləğində təşkil edir. Birinci instansiya məhkəməsi əsas və faiz borcun tutulması hissəsində iddianı qismən təmin etmiş, cərimə borcunu isə azaltmışdır. Bununla yanaşı, cavabdeh apellyasiya şikayətində borcun mbləğinin düzgün hesablanmadığını və iş üzrə mühasibatlıq ekspertizasının təyin edilməsini göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlilləri ilə bağlı bildirir ki, yenidən ekspertiza təyin edilməsi üçün əsaslar yoxdur. Çünki, birinci instansiya məhkəməsi kredit borcunun məbləğinin müəyyən edilməsi üçün iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin etmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6930 saylı ekspert rəyi verilmişdir. Ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Həmin rəyə əsasən hesablanmış əsas borc və faiz borcu məbləğini şübhə altına almağa əsas yoxdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 103-cü maddəsinə əsasən, həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir. Bundan əlavə məhkəmə kollegiyası Cavabdeh2 cərimə borcunun tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır. Belə ki, cərimə məbləğinin ödənilməsinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsindən görünür ki, dəbbə pulu barədə şərt mövcuddur. Mülki Məcəllənin 465.2-ci maddəsində deyilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehə cərimə hesablanmasının mümkünlüyü barədə nəticəyə gəlmiş, həmçinin işin hallarını nəzərə alaraq, cərimənin məbləğini azaldaraq 125 manat məbləğdə müəyyən etmişdir. Bu məbləğ işin hallarına görə tənasübsüz dərəcədə yüksək sayıla bilməz. Göründüyü kimi, cavabdeh apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Məhkəmə kollegiyası iddia tələbini əsaslı hesab edir və göstərir ki, iddianın qismən təmin edilməsi qanuni əsaslara söykənir. Apellyasiya şikayətinin dəlilləri formal əsaslara dayanmaqla qanuni və əsaslı qətnamənin ləğvinə əsas vermir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanunsuz və əsassız olduğundan apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392 və 402.1, maddələrini rəhbər tutaraq, Qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(021)-2475/2022 saylı qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-837/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-837/2023
28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver