Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-837/2025 09.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, Ağdam Rayon Məhkəməsinin 2(013)-5758/2016 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Kreditor "xxxx" KB ASC ərizə ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək borclu X6, X5, Cavabdeh və X1 16758.94 ABŞ dolları əsas, 2917.83 ABŞ dolları faiz, 1329.69 ABŞ dolları cərimə, cəmi- 21006.46 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumunun alınaraq bankın xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(013)-5758/2016 saylı məhkəmə əmri ilə xx.xx.1951 -ci ildə Ağdam şəhərində anadan olmuş, Ağdam şəhər Əzizbəyov kuçəsi döngə 1 ev 2-də qeydiyyatda olan və hazırda Bərdə rayonu Üzeyir Hacıbəyov küçəsi 75-də yaşayan X4, xx.xx.1957-ci ildə Bərdə rayonu Mirzalıbəyli kəndində anadan olmuş, Bərdə rayonu Mirzalıbəylı kəndində qeydiyyatda olan və yaşayan X2, xx.xx.1966-cı ildə Bərdə rayonu Göyüşlü kəndində anadan olmuş, Bərdə rayonu Göyüşlü kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh və xx.xx.1956-cı ildə Bərdə rayonu Hüseyinbəyli kəndində anadan olmuş, Bərdə şəhər Ü.Hacıbəyov küçəsi ev 47 mənzil 50-da qeydiyyatda olan və yaşayan X1 16758.94 ABŞ dolları əsas, 2917.83 ABŞ dolları faiz, 1329.69 ABŞ dolları cərimə, cəmi- 21006.46 ABŞ dolları borcun məhkəmə əmri icra olarkən dolların manata olan nisbəti ilə tutularaq və ödənilmiş 20 manat dövlət rüsumunun alınaraq Bakı şəhəri, R.Behbudov küçəsi 55-də yerləşən "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulması əmr edilmişdir. Borclulardan Cavabdeh məhkəmənin həmin əmrinə etiraz etmiş, etiraz məhkəməyə 25 dekabr 2024-cü il tarixdə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh göstərmişdir ki, məhkəmə iclası barədə məlumatlandırılmamış, məhkəmədə iştirak etməmiş, borc məbləğindən 20.417 manat ödəmişlər, məhkəmə əmri ona verilməmiş, məhkəmə əmri bu günlərdə Bərdə Rayon İcra və Probasiya Şöbəsinə çağırılarkən ona məlum olmuş, əmri 13 dekabr 2024cü il tarixdə almışdır. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-5758/2016 saylı qərardadı ilə (hakim E.Bayramov) kreditor "xxxx" KB ASC-nin cavabdehlər X6, X5, Cavabdeh və X3 borc tələbinə dair ərizəsindən ibarət mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 2(013)-5758/2016 saylı, 06 oktyabr 2016-cı il tarixli əmrinə cavabdehlərdən Cavabdeh tərəfindən edilmiş etiraz geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət edərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, işə 2016-cı ildə Ağdam rayon məhkəməsində baxılması zamanı yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmamışdır. Bu səbəbdən məhkəmədə iştirak etməmişdir. Əlavə olaraq bildirmişdir ki, iş üzrə qəbul edilmiş məhkəmə əmri bu günədək onlara verilməmişdir. Yalnız bu günlərdə Bərdə rayon İcra və Probasiya Şöbəsindən ona məxsus kartdan pul tutulan zaman sözügedən əmrdən xəbər tutmuşdur. Bu səbəbdən qanunla nəzərdə tutulmuş müddətdə məhkəmə əmrindən etiraz verə bilməmişdir. Sözügedən məhkəmə əmrini isə xx.xx.2024-cü il tarixdə əldə etmişdir. Borc məbləğindən ümumilikdə 20.417 manat ödəmişlər. Bank hesabından çıxarış verilməklə borcunun az olması öz təsdiqini tapar. Ancaq buna baxmayaraq məhkəmə ondan şişirdilmiş borc tələb edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmənin hazırki iş üzrə çıxardığı qərardad qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(013)-5758/2016 saylı qərardadı ilə kreditor "xxxx" KB ASC-nin cavabdehlər X6, X5, Cavabdeh və X3 borc tələbinə dair ərizəsindən ibarət mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 2(013)- 5758/2016 saylı, 06 oktyabr 2016-cı il tarixli əmrinə cavabdehlərdən Cavabdeh tərəfindən edilmiş etiraz üzrə Ağdam Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli qərardadından verilmiş şikayətin təmin edilməməsi, qərardadın baxılması üçün 7 gün müddətində mülki işlə birlikdə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(104)- 837/2025 saylı qərardadı ilə Ağdam Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli (013)-5758/2016 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən hazırki vəziyyətdə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi dinləyib hesab edir ki, şikayət təmin edilmədən, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)- 5758/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, həmin mülki işin materialları öyrənilmiş, məlum olmuşdur ki, iş üzrə 06 oktyabr 2016-cı il tarixli məhkəmə əmri həmin gün tərəflərə göndərilmiş, 19 oktyabr 2016-cı il tarixdə isə hazırkı etirazçı Cavabdeh yaşayış yeri üzrə Bərdə Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Məhkəmə əmrinin icrası ilə bağlı Bərdə Rayon İcra və Probasiya Şöbəsi ilə əlaqə saxlanılmış, oradan bildirilmişdir ki, Cavabdeh keçmiş polis əməkdaşıdır, məhkəmə əmrindən məlumatlıdır və 2024-cü ilin 12 iyul tarixindən onun əmək haqqından əmr üzrə tutulmalar aparılır, 5-6 aydır ki, pensiyasından tutulmalar aparılır (tutulma barədə xx.xx.2024-cü il tarixli inkasso sərəncamı əlavə olunub). Göründüyü kimi borclulardan, o cümlədən hazırda etiraz edən Cavabdeh Ağdam Rayon Məhkəməsinin 06 oktyabr 2016-cı il tarixli əmri ilə bağlı uzun müddətdir ki, tutulmalar aparılır, məhkəmə əmrindən məlumatlı olsa da müddəti ötürmüşdür, 10 gün müddət ötdükdən sonra məhkəmə əmrinə etiraz etmişdir Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə görə borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə görə borclunun etirazı vaxtında verilmişdirsə hakim əmrin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarır, həmin qərardaddan şikayət verilə bilməz Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Məhkəmə kollegiyası tərəfindən Ağdam Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(013)-5758/2016 saylı icra sənədi üzrə Ağdam rayon İcra və probasiya şöbəsində açılan icra işinə baxış keçirilmiş və xx.xx.2018-ci ildə icraata başlamaq haqqında qərarın qəbul edildiyi, borclulara tələbin könüllü icrası haqqında bildirişin, xəbərdarlıqların göndərilməsi və onların hesablarına inkasso sərəncamlarının qoyulması və bir sıra digər icra tədbirlərinin keçirildiyi müəyyən edilmişdir. Buna görə də məhkəmə kollegiyası borclu Cavabdeh bu uzun müddət ərzində məhkəmə əmrindən xəbərsiz olmasını inandırıcı saymır. Ona görə də, birinci instansiya məhkəməsi haqlı olaraq etirazı geri qaytarmışdır. Belə olan halda kollegiya hesab edir ki, Cavabdeh şikayəti təmin edilmədən Ağdam Rayon Məhkəməsinin üzrə xx.xx.2024-cü il tarixli 2(013)-5758/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268, 398 və 402-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin üzrə xx.xx.2024-cü il tarixli 2(013)-5758/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-837/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-837/2025
09.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver