Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-848/2024 18.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-377/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh onun xeyrinə qəza zamanı ona dəymiş ziyan olan 25.665 manat məbləğində pul vəsaiti tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(021)377/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi qət edilmişdir. Cavabdeh 02 avqust 2023-cü il tarixdə məhkəməyə apellyasiya şikayəti ilə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(021)377/2023 saylı qətnaməsinin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-377/2023 saylı, 03 avqust 2023-cü il tarixli qərardadı ilə mülki iş apellyasiya qaydasında baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2377/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən və “Elektron Məhkəmə İnformasiya sistemi” vasitəsi ilə verilmədiyindən qeyri-mümkün hesab edilərək, geri qaytarılmışdır. Cavabdeh 27 oktyabr 2023-cü il tarixdə təkrar məhkəməyə apellyasiya şikayəti ilə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(021)377/2023 saylı qətnaməsinin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-377/2023 saylı, 01 noyabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti, apellyasiya şikayəti verilməsi üçün müddət ötürüldüyündən geri qaytarılmışdır. Cavabdeh Bərdə Rayon Məhkəməsinin 2(021)-377/2023 saylı, 13 iyun 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatətlə və apellyasiya şikayəti ilə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh vəsatətini onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(021)377/2023 saylı qətnaməsi ilə İddiaçı iddia tələbi qismən təmin edilmişdir. Qətnaməyə əsasə Cavabdeh avtomobilin təmir brpa xərclərinə görə 14.497 manat alınaraq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnaməni 21 iyul 2023-cü il tarixdə almışdır və 27 iyul 2023-cü il tarixdə apellyasiya şikayətini müddət keçmədən göndərmişdir. Hətta apellyasiya şikayəti mülki iş materialları ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Lakin şikayəti elektron qaydada göndərilmədiyindən Gəncə Apellyasiya Məhkəməsi tərəfindən geri qaytarılmış və Bərdə Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Bərdə Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli qərardadı ona rəsmi olaraq 20 dekabr 2023-cü il tarixdə verilmişdir. Apellyasiya şikayətini elektron qaydada deyil, yazılı qaydada qanunla müəyyən edilmiş müddətdə göndərdiyindən hesab edir ki, buraxılmış prosessual müddətin ötürülməsi üzürlü sayılmalı və apellyasiya şikayəti baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Bərdə Rayon Məhkəməsi 2(021)-377/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Əbilov Qamət) vəsatət təmin edilmiş, Cavabdeh Bərdə Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(021)-377/2023 saylı qərardadından apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət bərpa edilmişdir. İddiaçı 12 fevral 2024-cü il tarixdə Bərdə Rayon Məhkəməsinin 2(021)-377/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadının məhkəmə qəbzinə imza edərək qəbul etmiş və həmin tarixdə də şikayət verərək, həmin qəradadın ləğv olunmasının xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin prosessual müddətin bərpasına dair qərardadı qanunsuz olmuşdur. Belə ki, cavabdeh tərəfindən qətnamənin icra müddətini uzadılaraq, işi yubatılmışdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-377/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin cavabdeh tərəfindən məhkəmə kollegiyasına izahat və etiraz göndərilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Bərdə Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli, 2(021)-377/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi şikayəti təmin etməyərək gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Bərdə Rayon Məhkəməsinin 2(021)-377/2023 saylı, 13 iyun 2023-cü il tarixli qətnaməsindən vaxtında şikayət vermiş, lakin həmin şikayət AR Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olmadığndan, geri qaytarılmışdır. Ona görə də, müddətin ötməsi üzürlü hesab edilərək və qərardaddan apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət bərpası təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsini qanuni sayır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-377/2023 saylı, xx.xx.2023-cü il il tarixli qətnaməsinin surəti xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən xəbərnaməyə imza etdirilməklə rəsmi şəkildə qəbul edilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq həmin qətnamədən bir ay müddətində, yəni 27 iyul 2023-cü ildə apellyasiya şiklayəti ilə müraciət etmiş, lakin Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 2377/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli qərardadı ilə həmin apellyasiya şikayəti “Elektron Məhkəmə İnformasiya sistemi” vasitəsi ilə verilmədiyindən qeyri-mümkün hesab edilərək, geri qaytarılmışdır. Cavabdeh 27 oktyabr 2023-cü il tarixdə təkrarən apellyasiya şikayəti ilə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(021)377/2023 saylı qətnaməsinin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-377/2023 saylı, 01 noyabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti, apellyasiya şikayəti verilməsi üçün müddət ötürüldüyündən geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin: 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İşin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, birinci instansiya məhkəməsi düzgün olaraq qətnamədən şikayət vermə müddətin buraxılmasının səbəbini üzürlü hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, mülki-prosessual qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də, şikayət təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-377/2023 saylı qərardadı saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157-158, 263-264, 398 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-377/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-848/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-848/2024
18.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver