Məhkəmə qərarları › İş №2(104)-85/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-85/2024

09.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-85/2024 09.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası - hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, iddiaçı "xxxx" X8 Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" X8 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4, Cavabdeh5 və X1 qarşı “tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Gəncə şəhər Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2(125)-226/2023 saylı qəqətnaməsindən iddiaçı "xxxx" X8 Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" X8 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4, Cavabdeh5 və X1 qarşı “tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, **********22520/01/İP №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Qələbə küçəsində yerləşən 0.065 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 155.8 kv.m ümumi, 95.4 kv.m yaşayış, 60.4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 3 nömrəli fərdi yaşayış evinə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və xx.xx.2020-ci il tarixli **********22520 №-li kredit müqaviləsi üzrə borc alan Cavabdeh1 iddiaçı ASC "xxxx" Bankı qarşısında 34851,49 manat məbləğində əsas borcun, xx.xx.2023-cü il tarixə qədər kreditdən istifadəyə görə hesablanmış 8058.69 manat məbləğində adi faizlər üzrə borcun və xx.xx.2023-cü il tarixinə qədər kredit üzrə vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 3862.97 manat məbləğində penya üzrə borcun, cəmi 46773.15 manat və xx.xx.2023-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi (zərər), illik 15 % dərəcəsi ilə hesablanan penyanın, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 45 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 10 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı «Xalq Bank” ASC xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 210 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən iddiaçının xeyrinə tutulması, fərdi vaşayış evi satıldıqdan sonra həmin evdə yaşayan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X6, onların yetkinlik yaşına çatmayan ailə üzvləri Cavabdeh5 və X2 daxil olmaqla ailə üzvləri və digər şəxslər yaşayış sahəsini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları, ipoteka predmetinin ilkin satış qiymətləri məhkəmə tərəfindən cəlb edilmiş müstəqil qiymətləndiricinin rəyi əsasında təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2(125)-226/2023 saylı qərardadı ilə (hakim X.Səfərli) iddiaçı "xxxx" X8 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə” tələbinə dair mülki iş üzrə icraata ipoteka predmetinə tutma yönəldildikdən sonra ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin ipoteka predmetini 1 ərzində tərk etmədikləri halda çıxarılmalarına dair hissədə xitam verilməsi qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2(125)-226/2023 saylı qətnaməsi ilə (hakim X.Səfərli) iddia qismən təmin edilərək, Cavabdeh1 34798,85 manat əsas borc, 7856,81 manat faiz borcu, 3862,97 manat cərimə borcu olmaqla, cəmi borcu 46518 (qırx altı min beş yüz on səkkiz) manat 63 (altmış üç) qəpik borc "xxxx" X8 Cəmiyyətinin xeyrinə tutulması, Cavabdeh1 ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 45 (qırx beş) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 10 (on) manat, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi qismində 229 (iki yüz iyirmi doqquz) manat 55 (əlli beş) qəpik pul "xxxx" X8 Cəmiyyətinin xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Qələbə küçəsində yerləşən 0.065 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 155.8 kv.m ümumi, 95.4 kv.m yaşayış, 60.4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 3 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, Gəncə şəhəri, Nizami rayonu, Qələbə küçəsində yerləşən 0.065 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 155.8 kv.m ümumi, 95.4 kv.m yaşayış, 60.4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 3 nömrəli fərdi yaşayış evinin birlikdə ilkin satış qiymətinin 115000 (yüz on beş min) manat müəyyən edilməklə açıq hərracda satılması, əldə olunan vəsait hesabına borcun və xərclərin ödənilməsinin təmin edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1 ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2(125)-226/2023 saylı qətnaməsindən narazı qalan iddiaçı "xxxx" X8 Cəmiyyəti apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün X5 göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2(104)-85/2024 saylı qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək, icraata qəbul edilmişdir. Məhkəm iclasının yeri və vaxtı barədə tərəflər məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" X8 Cəmiyyətinin nümayəndəsi Nümayəndə mülki işin məhkəmə baxışından çıxarılaraq, Gəncə Şəhər Məhkəməsinə göndərilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirmişdir. Məhkəm kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş məhkəmə baxışından çıxarıaraq, birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Gəncə Şəhər Məhkəməsindən daxil olmuş 2(125)-226/2023 saylı, 19 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, Gəncə Şəhər Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(125)- 226/2023 saylı qərardadından cavabdehlərdən Cavabdeh1 tərəfindən şkayət verilmişdir. Buna görə də şikayətə baxılması üçün işin Gəncə Şəhər Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2(104)-85/2024 saylı qərardadı ləğv edilməli və Gəncə Şəhər Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(125)-226/2023 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə baxılması üçün iş məhkəmə baxışından çıxarılaraq, Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 384.0.6, 402-cü maddələrini rəhbər tutaraq, məhkəımə kollegiyası QƏRARAALDİ: Gəncə Apellyasiya Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2(104)-85/2024 saylı qərardadı ləğv edilsin. Gəncə Şəhər Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(125)-226/2023 saylı qərardadından Cavabdeh1 tərəfindən verlmiş şikayətə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan 2(104)-85/2024 saylı mülki iş məhkəmə baxışından çıxarılsın və Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardad elan olnduğu andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar