Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-852/2023 28.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, İddiаçı İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qаrşı pul tələbinə dаir mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 2(021)-3288/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiаçı İddiaçı Cavabdeh qаrşı iddiа ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə mürаciət edərək, 1270 manatın, ona vurulmuş maddi zərərin əvəzi 330 manatın, cəmi 1600 manatın, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnаmə qəbul edilməsini xаhiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 2(021)-3288/2022 nömrəli (hakim F.Babaşov) qətnaməsi ilə iddiаçı İddiaçı Cavabdeh qаrşı “pul” tələbinə dаir iddiasının təmin edilməməsi; İş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdr. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmasını və apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 18 manat dövlət rüsumunun Cavabdeh alınaraq öna ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, inək almaq məqsədi ilə 2022-ci ilin iyun ayının ortalarında Gəncə şəhərində yerləşən mal-bazarına gedərək, orada əvvəllər tanımadığı Cavabdeh 1270 manat dəyərində 4-5 yaşlı, yerli cins olan yanı balalı bir baş sağmal inək almışdır. İnəyi alarkən Cavabdeh bildirmişdir ki, öz heyvanıdır, sağlam inəkdir və gündəlik 6-7 litr süd məhsulu verir. İnəyi alıb yaşadığı Goranboy rayonu Əlirzalı kəndinə gətirmişdir. Sonradan məlum olmuşdur ki, inəyin balası öz balası deyil, bala təxminən 3 aylıq olmasına baxmayaraq inək onu əmizdirməyə imkan verməmişdir. Dörd gün belə davam etmişdir. Bundan sonra cavabdehə zəng edərək bu barədə ona bildirmişdir, sonuncu isə etiraf etmişdir ki, inəyin öz balası ölmüş, başqa bir buzovu onun balası kimi inəklə birlikdə ona satmışdır. Həmçinin Cavabdeh ona bildirmişdir ki, inəyi və buzovu Gəncə bazarına gətirsin və ona təhvil versin, o da öz növbəsində inəyin satılmasına görə verilmiş pulu qaytaracaqdır. O da növbəti mal bazarı günü inəyi və buzovu yük maşını ilə Gəncə şəhərində yerləşən mal bazarına aparmış, inəyi və buzovu orada cavabdehə təhvil vermişdir. Mahir ona inəyi satıb bir həftəyə pulunu qaytarcağını o da bununla razılaşmışdır. Cavabdehin yaşadığı Bərdə rayonu Zümürxan kəndinə gedərək onun yaşadığı evi tapmış, onunla görüşmüşdür. Cavabdeh ona inəyi sata bilmədiyini, 10 gün onu gözləməyini, ondan sonra pulunu qaytaracağını bildirmişdir. 10 gündən sonra Mahirin yaşadığı kəndə getmiş, Mahir ona növbəti dəfə onu 5 gün gözləməyi bildirmişdir. Bebəliklə, 2022-ci ilin iyun, iyul və avqust ayları ərzində 12 dəfə cavabdehin yaşadığı Bərdə rayonu Zümürxan kəndinə gedib gəlmiş, lakin cavabdeh ona pulunu qaytarmamışdır. Cavabdehin hərəkətləri nəticəsində ona maddi ziyan dəymişdir. Belə ki, inəyi Gəncə şəhərində yerləşən mal bazarında cavabdehdən alıb yaşadığı Goranboy rayonu Əlirzalı kəndinə gətirmək üçün yük maşınının sürücüsünə 20 manat, həmin kənddən inəyi Gəncə şəhərində yerləşən mal bazarına qaytarmaq üçün yük maşınının sürücüsünə 20 manat, Cavabdeh pulu qaytaracağını bildirdiyi üçün 12 dəfə Bərdə rayonu Zümürxan kəndinə getmək üçün hər dəfə 20 manat olmaqla, cəmi 240 manat pul xərcləmişdir. Həmçinin məhkəmədə iddia qaldırmaq üçün iddia ərizəsinin hazırlanması üçün ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən hüquqşünas X1 xidmət haqqı olaraq 50 manat ödəmişdir ki, ümumilikdə ona 330 manat ziyan dəymişdir. Dəfələrlə tələb etməyinə baxmayaraq, cavabdeh borclu olduğu pulu qaytarmaqdan imtina etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı iddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, bir baş inəyin alqı-satqısına dair müqavilə olmamamına əsası ilə iddiası təmin edilməmişdir. Həmçinin iş üzrə şahid qismində dindirilmiş X4 və X3 ifadələri mötəbər sübut kimi qiymətləndirilməmişdir. Halbuki onun izahatı, habelə şahid ifadələri ilə müəyyən olunur ki, o, 2022-ci ilin iyun ayının ortalarında Gəncə şəhərində yerləşən malbazarına gedərək, Cavabdeh 1270 manat dəyərində yanı balalı bir baş inək almışdır. İnəyi alıb yaşadığı Goranboy rayonu Əlirzalı kəndinə gətirmiş və sonradan məlum olmuşdur ki, inəyin balası öz balası deyil, Bundan sonra növbəti mal bazarı günü inəyi və buzovu yük maşını ilə Gəncə şəhərində yerləşən mal bazarına aparmış, inəyi və buzovu orada cavabdehə təhvil vermişdir. Lakin bir baş inəyin alınmasına görə ödənilmiş 1270 manatı cavabdehdən ala bilməmişdir. Apellyasiya şikayətləri üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə və iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildrimişdir ki, maddi ziyanla bağlı çəkdiyi xərclərə dair sübutu yoxdur. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6, 21, 385, 386.1, 390.1, 405.1, 425.1, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 567, 600.4, 601.1, 601.2, 1096.1 və 1097.1-ci maddələrinə istinadən iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işdən göründüyü kimi tərəflər arasında alqı-satqı hüquq münasibətləri olmuş, sonradan bu münasibətlər tərəflərin razılaşmasına uyğun olaraq aradan qaldırılmışdır. Belə ki, alıcı İddiaçı satıcı Cavabdeh almış olduğu bir baş yanı balalı inəyi sonuncuya geri qaytarmışdır. Ancaq satıcı həmin əmlakın alqı-satqısı üçün ödənilmiş pulu alıcıya geri qaytarmamışdır. Göründüyü kimi İddiaçı sonradan aradan qalxmış əsasa görə ödənilmiş pulunu tələb edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Mülki Məcəllənin əsassız varlanma ilə bağlı müddəaları tətbiq edilməlidir. İşə baxan birinci instansiya məhkəməsi isə tərəflər arasında olan hüquq münasibətlərini düzgün qiymətləndirmədən yuxarıda qeyd olunan maddi hüquq normalarını tətbiq etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işi hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 1091.2-ci maddəsinin tələbinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə kollegiyasının iclasında işin faktiki halları ilə müəyyən olunur ki, 2022-ci ilin iyun ayında iddiçı İddiaçı Gəncə şəhərində yerləşən mal-bazarında Cavabdeh 1270 manat dəyərində yanı balalı bir baş inək almış, sonradan isə inəyin balasının öz balası olmadığı iddiaçı Cavabdeh həmin yanı balalı inəyi təhvil vermiş, lakin sonuncu ona inəyi satıb bir həftəyə pulunu qaytaracağını bildirsə də, sonradan həmin inəyin pulunu iddiaçıya geri qaytarmamışdır. Kollegiya hesab edir ki, Cavabdeh 2022-ci ilin iyun ayında İddiaçı şifahi razılaşmaya əsasən satdığı 1 baş yanıbalalı inəyi geri almış, lakin iddiaçının həmin 1 baş yanıbalalı inəyə görə ödədiyi 1270 manatı geri qaytarmamaqla onun hesabına həmin məbləğdə əsassız varlanmışdır. Göründüyü kimi tərəflər arasında 1270 manat pulun alınmasının əsası kimi şifahi razılaşma olsa da, sonradan həmin əsas aradan qalxmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi dindirilmiş şahidlərin ifadələrinə hüquqi qiymət verməmişdir. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində icrat zamanı şahid qismində dindirilmiş X4 ifadə verərək bildirmişdir ki, İddiaçı Gəncə şəhərində yerləşən mal bazarında Cavabdeh 1250 manat dəyərində yanı balalı inək almışdır. Həmin vaxtı o da 1400 manat dəyərində mal almışdır. Sonradan məlum olmuşdur ki, inəyin balası onun öz balası deyil. Nəsib malı Mahirə qaytarmış, Mahir isə malı satıb pulunu verəcəyni demişdir. Həmçinin digər şahid X5 ifadə verərək bildirmişdir ki, İddiaçı Cavabdeh Gəncə şəhərində yerləşən mal bazarında yanı balalı inək almışdır. Lakin bir həftə sonra İddiaçı inəyi Cavabdeh qaytarmış, sonuncu isə pulu qaytaracağını bildirsə də qaytarmamışdır. Lakin işə baxan birinci instansiya məhkəməsi tərəfindən yuxarıda adı çəkilən şahidlərin ifadələrinə hüquqi qiymət verilməmiş və həmin şahidlərin ifadələri nəzərə alınmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində çağrıla bilər. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Şahid ifadəsi sübut növüdür. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, şahid işin nəticəsində maraqlı olmayan, işə aid olan hallar barəsində hər hansı məlumata malik olan, işin araşdırılması üçün məhkəməyə çağrılan şəxsdir. Məhkəmə hər bir halda şahidin işdə iştirak edən şəxslərlə, habelə prosesin digər iştirakçıları ilə münasibətlərini aydınlaşdırmalı, onun ifadələrini ciddi yoxlamalı və hərtərəfli qiymətləndirməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, şahidlər X5 və X2 vermiş olduqları ifadələrlə müəyyən olunur ki, həqiqətən də İddiaçı Gəncə şəhərində yerləşən mal bazarında 1270 manat dəyərində yanı balalı inək almış, sonradan həmin inəyi geri qaytarmışdır. Cavabdeh isə həmin inəyin alqı-satqısı üçün ödənilmiş 1270 manatı iddiaçıya geri qaytarmamışdır. Məhkəmə kollegiyası mötəbərliyini şübhə altına alan hər hansı hallar olmadığından şahid ifadələrini mötəbər sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı 12 dəfə satıcı Cavabdeh yaşadığı Bərdə rayonu Zümürxan kəndinə gedib-gəldiyini, lakin sonuncunun ona pulu qaytarmadığını, 12 dəfə Bərdə rayonu Zümürxan kəndinə getmək üçün hər dəfə 20 manat olmaqla, cəmi 240 manat pul xərclədiyini, həmçinin məhkəmədə iddia qaldırmaq üçün iddia ərizəsinin hazırlanması üçün ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən hüquqşünas X1 xidmət haqqı olaraq 50 manat ödəniş etdiyini qeyd etsə də, lakin bununla bağlı məhkəməyə hər hansı mətəbər sübut təqdim etməmişdir. Halbuki, bundan əvvəldə qeyd olunduğu kimi mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlara obyektiv baxılması məhkəmədən tələb edir ki, subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlilləri və faktları qiymətləndirsin. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutlara hərtərəfli baxaraq qiymətləndirmək dedikdə, sübut edilməli olan halları və faktları həm təsdiq, həm də inkar edən sübutların dəqiq araşdırılaraq qiymətləndirilməsi, həm də istənilən sübutun qanunvericiliyin bütün tələblərinə cavab verib-vermədiyinin yoxlanılması başa düşülür. Həmçinin məhkəmə kollegiyası iş materiallarında olan iddia ərizəsinin hazırlanması üçün 50 manat xidmət haqqı ödənilməsi barədə arayışa hüquqi qiymət verərək qeyd edir ki, həmin sənəd mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, İddiaçı hüquqi yardım göstərilməsi barədə məhkəməyə müvafiq müqavilə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 36 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 402.1. maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən görünür ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 2(021)-3288/2022 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiаçı İddiaçı Cavabdeh qаrşı pul tələbinə dаir iddiası qismən təmin edilsin. Cavabdeh 1270 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 36 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-852/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-852/2023
28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver