Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-859/2023 26.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Əliyev Rafiq Çingiz oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul və əmlak tələbinə dair iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1151/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək ödənilməmiş əsas borcun əvəzi qismində 9.520 manat, iddiaçıya məxsus çəkisi 50 qram olan, 750 əyarlı boyunbağının naturada, bu mümkün olmadıqda isə həmin qızıl-zinət əşyasının əvəzi qismində 5.700 manat və ödənilmiş dövlət dövlət rüsumunun əvəzi qismində 136 manat, cəmi 15.356 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1151/2022 saylı qətnaməsi ilə (hakim C.Quliyev) İddiaçı iddiasının qismən təmin edilməsi, Cavabdeh İddiaçı məxsus çəkisi 50 qram olan, 750 əyarlı boyunbağı, ödənilməmiş əsas borcun əvəzi qismində 9.520 (doqquz min beş yüz iyirmi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 130 (bir yüz otuz) manat 26 (iyirmi altı) qəpik məbləğində pul vəsaitinin alınıb, İddiaçı verilməsi, Cavabdeh İddiaçı məxsus çəkisi 50 qram olan, 750 əyyarlı boyunbağının alınıb İddiaçı verilməsi mümkün olmadıqda, həmin qızıl-zinət əşyasının əvəzi qismində 3.900 (üç min doqquz yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı xeyrinə tutulması, İddiaçı iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir İş üzrə Cavabdeh qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunmasını və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə qonşuluqda yaşadığı üçün uzun illərdir ki, tanıyır. Cavabdeh xx.xx.2021-ci il tarixdə ipoteka yolu ev almaq istədiyini bildirmiş, ona ilkin ödəniş üçün pul lazım olduğunu bildirmişdir. Cavabdeh ondən 15000 manat pul istəmiş, o, isə onu tanıdığı üçün evdə olan 10000 manat pulu və çəkisi 50 qram olan, 750 əyyarlı boyunbağını vermişdir. O, həmin pulu və boyunbağını 2022-ci ilin may ayının sonunadək qaytaracağını bildirmiş, əvəzində yeni aldığı mənzilin sənədlərini (Çıxarışını və Texniki Passportunu) ona vermişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə borcundan 480 manat ödəmiş, onun 9520 manat borcu qalmışdır. Ondan aldığı boyunbağını isə özünün dediyinə görə Gəncə şəhəri Univermaqda yerləşən lombardların birinə verərək (5700 manata qiymətləndirilmişdir) pul götürmüş, lakin həmin pulu ödəmədiyi üçün lombard qızılı satmışdır. O, hazırki tarixədək Cavabdeh ona verdiyi pulu və boyunbağını tələb etsə də, hazırki tarixədək ona olan borcunu ödəməmiş, xx.xx.2022-ci il tarixdə yazılı qəbz vermişdir. Ona görə də, həmin pulun və ona məxsus çəkisi 50 qram olan, 750 əyyarlı boyunbağımın cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini sizdən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, işə baxan məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Qətnamənin mövcudluğunu icraçı çağıran zaman bilmişdir. Ondan sonra qətnaməni götürüb qətnamədən şikayət vermişdir. Onun iddiaçıya borcu yoxdur. İddiaçı ilə onun arasında olan telefon danışığı ilə bağlı diski şikayətə əlavə etmişdir. Bildirmişdir ki, o, iddiaçıdan 8000 manat pulu borc alıb 9500 manat faizə götürmüşdür. İddiaçı onun yaxın qohumu deyil ki, ona 8000 manatı borc verə. O pulu faizə verib. Götürdüyü 8000 manat pulu evinin sənədini girov qoyub 8000 manat pul götürüb ona vermişdir. Bu pulun faizini, yəni 9500 manatı ona qaytarmışdır. Bu fakt iddiaçı ilə onun arasında olan telefon danışığında tam təsdiq olunur. Orada iddiaçı ona 8000 manat və 9500 manat faizi qaytardığını etiraf edir. 3900 manatlıq qızıl əşyasını da o, iddiaçıya qaytarıb. Belə olan halda məhkəmənin iddianı təmin edib ondən pul tutulmasını qət etməsinin hüquqi əsası yoxdur. İşə baxan məhkəmə iddianı təmin edərkən Mülki Məcəllənin 385.1, 427.3, 448.1, 739.1, 882.1, 529.3, 1091.1, 1091.2-ci maddəsinə istinad etmişdir. Halbuki onun iddiaçıya borcu yoxdur. O danışanda bunu etiraf edir. Bu onu sübut edir ki, məhkəmə iddianı təmin edərkən maddi hüquq norması kimi yuxarıda göstərilən maddi hüquq normasına düzgün istinad etməmişdir. İşə baxan məhkəmə işə onların iştirakı olmadan baxmış bununla da onun MPM-in 77.1-ci naddəsində nəzərdə tutulmuş sübut etmə hüququnu məhdudlaşdırmışdır. İşə baxan məhkəmə pulun onun tərəfindən ödənilməsinə dair hallara qiymət verməmişdir. Bu da onu sübut edir ki, qətnamədə göstərilmiş hallar işin hallarına uyğun deyildir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qəıtnaməsinin ləğv edilməsini və yeni qətnamə çıxarılaraq iddia tələbinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, o, İddiaçı ayda 30 faiz əlavə ödəmək şərtilə 8000 manat pul borc almış, 5-6 ay faiz ödədikdən sonra ödəniş edə bilməmiş, ona görə də bankdan kredit götürərək borcunu bağlamışdır. Ümumilikdə iddiaçıya 9500 manat pul qaytarmışdır. Sonuncu ödənişi 1299 manat, digər aylarda isə 500, 600, 800 manat olmaqla ödənişlər etmişdir. Ona görə də, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili X2 apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, Cavabdeh ona olan borcunun yalnız 480 manat məbləğində hissəsini qaytarmış, 9.520 manat məbləğində borcunu və ona məxsus çəkisi 50 qram olan 750 əyar boyunbağını müxtəlif bəhanələrlə hazırki tarixədək qaytarmamışdır. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən verilmiş 23 aprel 2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 9.520 manat borcu qalmışdır. İşdə olan Cavabdeh tərəfindən verilmiş 07 fevral 2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı borc qismində aldığı 9.520 manat məbləğində pul vəsaitini və çəkisi 50 qram olan, 750 əyyarlı boyunbağını 2022-ci ilin may ayının sonunadək qaytarmaq öhdəliyini üzərinə götürmüşdür. İş materiallarında olan 27 sentyabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 27 sentyabr 2022-ci il tarixinə nəzərən yerli istehsal olan 750 əyarlı qızılın 1 qramının dəyəri 78 manat, xarici istehsal olan 750 əyyarlı qızılın 1 qramının dəyəri 110 manat təşkil edir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətlər olsa da, onların arasında borc müqaviləsi bağlanmamışdır. Belə ki, iş materiallarındakı qəbzlərdən və tərəflərin izahatlarından, həmçinin iş materiallarına əlavə edilmiş səs yazısından görünür ki, İddiaçı tərəfindən Cavabdeh borc olaraq pul vəsaiti verilmiş, cavabdeh ona verilmiş pul vəsaitinin 9.520 manat məbləğində hissəsi, habelə tərəflər arasında qarşılıqlı inama əsasən sonradan qaytarmaq şərti ilə İddiaçı tərəfindən Cavabdeh verilmiş çəkisi 50 qram olan, 750 əyarlı boyunbağı Cavabdeh tərəfindən İddiaçı qaytarılmamışdır. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün göstərmişdir ki, məhkəmə İddiaçı tərəfindən Cavabdeh borcun verilməsi zamanı onlar arasında yazılı borc müqaviləsi bağlanmasa da, sonradan sadə yazılı əqd formasında Cavabdeh borcun etirafına dair İddiaçı verdiyi qəbzdə öz borcunu etiraf etməsini nəzərə alaraq hesab edir ki, Cavabdeh İddiaçı qarşısındakı öhdəlikləri müqavilə xarakterli öhdəliklər olsa da, qızıl-zinət əşyasına münasibətdə həmin öhdəliklər əsassız varlanmadan irəli gəlir. Belə ki, borc müqaviləsi üzrə yaranmış münasibətlər zamanı bir tərəf pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürməsi nəzərdə tutulur. Lakin İddiaçı həmin qızıl-zinət əşyasını Cavabdeh mülkiyyətinə, eləcə də istifadəsinə deyil, yalnız lombarddan kredit alıb, sonradan qızıl-zinət əşyasını qaytarmaq şərti ilə müvəqqəti sahibliyinə vermişdir. Cavabdeh isə həmin qızıl-zinət əşyasını sonradan İddiaçı qaytarmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 882.1-ci maddəsinin tələbinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 529.3-cü maddəsinin tələbinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranı tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda qalması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiq təsdiqləyir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yenə də həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Cavabdeh məhkəmə kollegiyasının iclasında verdiyi izahatında göstərdi ki, iddiaçıya 9520 manat borcunun olması və iddiaçıdan lombarda girov kimi qoyması üçün 50 qram çəkidə qızıl boyunbağını götürməsinə dair iltizamı verdikdən sonra bankdan götürdüyü kreditdən 8000 (səkkiz min) manatı iddiaçıya verdiyini bildirmiş olsa da, araşdırma zamanı cavabdehin bankdan krediti 2020-ci ildə götürdüyü məlum oldu. Cavabdehin iddiaçıdan sonradan qaytarmaq şərti ilə götürdüyü çəkisi 50 qram olan, 750 əyyarlı boyunbağını, 9520 (doqquz min beş yüz iyirmi) manat məbləğdə pulu qaytarmaqdan imtina etdiyinə, iddiaçı isə onları tələb etdiyinə görə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmək də haqlı olmuşdur. Cavabdeh apellyasiya şikayətinin dəlillərində həmin pulun ödənildiyini qeyd etmiş olsa da, məhkəmə iclasında şikayətinin dəlillərini təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cavabdehin formal mülahizəsi kimi qiymətləndirir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, həmin şikayət təmin edilmədən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1151/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası: Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1151/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-859/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-859/2023
26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver