Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-864/2023 28.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (anası) X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı su novunun istiqamətinin dəyişdirilməsi və maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(076)-62/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər tərəfindən mülkiyyətə edilən qəsdə son qoyularaq yağış sularının axıdılması üçün nəzərdə tutulan su novunun səmtinin öz torpaq sahələrinə tərəf dəyişdirilməsi və dəymiş ziyana görə cavabdehlərdən 30000 (otuz min) manat alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(076)-62/2022 nömrəli (hakim Ş.Məmmədova) qətnaməsi ilə iddia qismən təmin edilərək, ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus hasarla Cavabdeh1 məxsus fərdi yaşayış evi arasında olan hissədə su novuna şaquli istiqamətdə aşağıya doğru Cavabdeh1 tərəfindən boru bərkidilməsi; İddiaçı məxsus evin pilləkənin altında yerləşən hasara dəymiş 73.0 manat maddi ziyanın Cavabdeh1 alınaraq İddiaçı ödənilməsi; İddia tələbinin qalan hissədə təmin edilməməsi; Ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 15 (on beş) manatının İddiaçı aid edilməsi, 15 (on beş) manatının Cavabdeh1 alınıb İddiaçı verilməsi və iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat pulun 25 (iyirmi beş) manatı İddiaçı, 25 (iyirmi beş) manatı isə Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən ev onun xüsusi mülkiyyətindədir. Cavabdehlərlə qonşudur, sonuncular onun xahişi ilə öz evləri tərəfdən yağış sularının axıdılması üçün su novu düzəltmişlər. 2019-cu ilə kimi həmin novdan su axdıqda onların öz torpaq sahələrinə tökülmüşdür. Həyətində yardımçı tikili var və həmin tikili cavabdehlərin evi ilə onun evini ayıran divarın yaxınlığında yerləşir. Cavabdehlər ara divarın tam hörülməsinə imkan vermədiklərindən divar yarımçıqdır. Cavabdehlər 2019-cu ildə yağış sularının axıb getməsi üçün nəzərdə tutulmuş su novunun borusunun uc hissəsini qırmışlar. Nəticədə iki ildən artıqdır ki, hər yağış suları axdıqda onun yardımçı tikilisinin divarına və həyətinə tökülür, bu səbəbdən də divar artıq tamamilə dağılmış vəziyyətdədir. Su həyətə axaraq yaşadıqları evin pilləkənlərinin aqlayını yararsız vəziyyətə salmış, pilləkəndə çatlar əmələ gəlmişdir. Cavabdehlərə su novunun səmtinin dəyişdirilməsi üçün dəfələrlə müraciət etmiş, lakin nəticə olmamışdır. Cavabdehlərin bu hərəkətləri nəticəsində onların yardımçı tikililərinin divarı, su daşının qapısı tam yararsız vəziyyətə düşmüş və ona 30000 (otuz min) manat ziyan dəymişdir. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 avqust 2022-ci il tarixli, 10/3669 nömrəli ekspert rəyindən görünür ki, iddiaçının hasarı ilə cavabdehin evi arasında olan hissədə su novuna şaquli istiqamətdə aşağıya doğru borunun (atmosfer tullantılarından axıdılması üçün) bərkidilmədiyi müəyyən edilmişdir. Belə olan halda cavabdehin su novundan axan atmosfer tullantıları nəticəsində iddiaçının hasarının aşağı hissəsinə ziyan vurma ehtimal olunduğu, həmin atmosfer tullantılarının axması nəticəsində iddiaçıya məxsus evin pilləkənin altında yerləşən təxminən 5.0 kv.metr hasarına dəymiş ziyanın xərclərinin təqribən bazar qiymətlərinə uyğun olaraq 73.0 manat təşkil etdiyi müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ünvan 2 ünvanda yerləşən ev atababa yurdudur. Cavabehlərlə qonşudur və əvvəllər aralarında normal münasibət olmuşdur. 2011-ci ildə evi təmir etdikdən sonra cavabdehlər heç bir səbəb olmadan bizimlə prinsip aparmağa başlamış, dəfələrlə barələrində müxtəlif orqanlara şikayət etmişlər. Həmin şikayətlər yoxlanılarkən onun xahiş və təkidləri ilə cavabdehlər öz evləri tərəfdə yağış sularının axıdılması üçün su novu düzəltmişlər ki, 2019-cu ilə kimi həmin novdan su axdıqda onların öz torpaq sahələrinə tökülürdü. Həyətində yardımçı tikili var və həmin tikili cavabdehlərin evi ilə onun evini ayıran divarın yaxınlığında yerləşir. Cavabdehlər ara divarın tam hörülməsinə imkan vermədiklərindən divar yarımçıqdır. Cavabdehlər 2019-cu ildə yağış sularının axıb getməsi üçün nəzərdə tutulmuş su novunun borusunun uc hissəsini qırmışlar. Nəticədə iki ildən artıqdır ki, hər yağış suları axdıqda onun yardımçı tikilisinin divarına və həyətinə tökülür, bu səbəbdən də divar artıq tamamilə dağılmış vəziyyətdədir. Su həyətə axaraq yaşadıqları evin pilləkənlərinin aqlayını yararsız vəziyyətə salmış, pilləkəndə çatlar əmələ gəlmişdir. Cavabdehlərə su novunun səmtinin dəyişdirilməsi üçün dəfələrlə müraciət etmiş, lakin nəticə olmamışdır. Cavabdehlərin bu hərəkətləri nəticəsində onların yardımçı tikililərinin divarı, su daşının qapısı tam yararsız vəziyyətə düşmüş və ona 30000 (otuz min) manat ziyan dəymişdir.Yağış sularının axması nəticəsində divar tamamilə dağılmışdır. Ekspert rəyi ilə ona dəymiş ziyanın məbləği 73 manat manat müəyyən edilmiş, işə baxan birinci instansiya məhkəməsi də həmin ekspert rəyini mötəbər sübut olaraq qiymətləndirmişdir. İş üzrə əlavə ekspertiza təyin edilməsi barədə məhkəməyə vəsatət vermiş, lakin vəsatəti təmin edilməmişdir. Apellyasiya məhkəməsində verilmiş izahatlar Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (anası) X1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə və iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətini qəbul etməyərək, sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə kollegiyasının iclasında onu nümayəndəsi Ş.Bayramova (anası) təmsil etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 152.1, 152.5, 170.2, 1096.1 və 1097.1 maddələrinə, eləcə də Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən iddia tələbini qismən təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci bəndinə əsasən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın qeyd olunan maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Həmin maddənin 4-cü bəndinə görə, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 170.2. maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 152.1. maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5. maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1. maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1. maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1. maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı ünvan 2 ünvanda yerləşən evin xüsusi mülkiyyətində olduğunu, cavabdehlərin evi ilə onun evini ayıran divarın yaxınlığında ona məxsus yardımçı tikili olduğunu, cavabdehlərin yağış sularının axıb getməsi üçün nəzərdə tutulmuş su novunun borusunun uc hissəsini qırdığını, hər yağış yağdıqda yağış sularının onun yardımçı tikilisinin divarına və həyətinə töküldüyünü, bu səbəbdən də divarın tamamilə dağıldığını, eləcə də axan suyun evin pilləkənlərinin aqlayını yararsız vəziyyətə saldığını və cavabdehlərin qeyd olunan hərəkətləri nəticəsində ona 30000 (otuz min) manat ziyan dəydiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini qismən təmin etmişdir. Bundan əvvəldə qeyd edildiyi kimi məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 avqust 2022-ci il tarixli, 10/3669 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının hasarı ilə cavabdehin evi arasında olan hissədə su novuna şaquli istiqamətdə aşağıya doğru borunun (atmosfer tullantılarından axıdılması üçün) bərkidilmədiyi müəyyən edilmişdir. Belə olan halda cavabdehin su novundan axan atmosfer tullantıları nəticəsində iddiaçının hasarının aşağı hissəsinə ziyan vurma ehtimal olunduğu, həmin atmosfer tullantılarının axması nəticəsində iddiaçıya məxsus evin pilləkənin altında yerləşən təxminən 5.0 kv.metr hasarına dəymiş ziyanın xərclərinin təqribən bazar qiymətlərinə uyğun olaraq 73.0 manat təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyindən göründüyü kimi iddiaçının hasarı ilə cavabdehin evi arasında olan hissədə su novuna şaquli istiqamətdə aşağıya doğru borunun (atmosfer tullantılarından axıdılması üçün) bərkidilmədiyi müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı məxsus hasarla Cavabdeh1 məxsus fərdi yaşayış evi arasında olan hissədə su novuna şaquli istiqamətdə aşağıya doğru Cavabdeh1 tərəfindən boru bərkidilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Ona görə də məhkəmə kollegiyası həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Həmçinin kollegiya onu da qeyd edir ki, İddiaçı cavabdehlər tərəfindən ona məxsus tikiliyə dəymiş zərərin 30000 (otuz min) manat olduğunu iddia etsə də, lakin ekspert rəyi ilə müəyyən olunmuşdur ki, cavabdehin su novundan atmosfer tullantıları axması nəticəsində iddiaçıya məxsus evin pilləkənin altında yerləşən təxminən 5.0 kv.metr hasarına dəymiş ziyanın xərclərinin təqribən bazar qiymətlərinə uyğun olaraq 73.0 manat təşkil edir. Eyni zamanda kollegiya onu da qeyd edir ki, İddiaçı cavabdehlər tərəfindən ona məxsus tikiliyə dəymiş zərərin məhz 30000 (otuz min) manat olduğunu bildirsə də, lakin bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhz işin bu hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(076)-62/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-864/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-864/2023
28.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver