Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-867/2023 05.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: ziyanın ödənilməsi, aktın etibarsız hesab edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi) Mehtiyev Fikrət Ədilşah oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X10 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) X3 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli 2(076)-122/2019 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyun 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Şəmkir RQİİ-nin əməkdaşları tərəfindən Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən Cavabdeh məxsus istilikxanada 01 iyun 2018-ci il tarixdə yoxlama aparılmış və qeydiyyatsız, yəni sayğacdan kənar qanunsuz qoşulma olması və AGİS abonent bazasında abonent kimi qeydiyyatda olmadığı aşkar olunmuşdur. Cavabdeh bu barədə tərtib olunmuş akta imza atmaqdan imtina etmişdir.
2. 01 iyun 2018-ci il tarixli ******* saylı akta əsasən sayğacdan kənar qaz xətti aşkar olunduğundan sayğacdan kənar qaz xəttinin ləğv edilməsi, qaz işlədicilərdən Qazanın maksimal saatlıq qaz sərfi 125 m3 /saat, orta günlük iş rejimi 10 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, cəmi 225000 m3 qazın dəyərinin ödənilməsi barədə qərar qəbul edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İlkin iddia üzrə iddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, istixanada təbii qazdan qanunsuz istifadə nəticəsində müəyyənləşdirilmiş 45000 manat ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq Şəmkir RQİİ-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İlkin iddia üzrə iddiaçı “Azəriqaz” İstehsalat Birliyi tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayonu Təzəkənd kəndində yerləşən və Cavabdeh adına qeydiyyatda olan obyektdə, yəni istixanada qaz təsərrüfatına baxış keçirilən zaman sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. Belə ki, həmin obyektdən təxminən 1,5 km aralı məsafədən keçən yüksək təzyiqli qaz boru kəmərinə müdaxilə olunduğu və həmin yerin yaxınlığında qazıntı işləri aparılan zaman yerdən kapron boru aşkar edilmişdir. Cavabdehə məxsus istixana istiqamətində təxminən iyirmiyə yaxın istixana mövcuddur. Həmin istixanalar aşkar edilmiş boru vasitəsilə qanunsuz olaraq yüksək təzyiqli qaz boru kəmərinə qoşularaq təbii qazdan istifadə olunmuşdur. Cavabdeh isə digər istixanalara gedən həmin qanunsuz boruya qoşulmaqla qanunsuz qazdan istifadə etmişdir. Həmin ünvan üzrə qaz şəbəkəsinə özbaşına müdaxilə edilməklə “X8”nın tələbləri pozulmuş böyük həcmdə təbii qazın talanmasına və mənimsənilməsinə səbəb olan qanuna zidd əməl törədilmişdir. Bu fakt barədə Şəmkir RQİİ-nin mütəxəssisləri və cavabdehin iştirakı ilə (imzadan imtina barədə aktda qeyd aparılmaqla) 01 iyun 2018-ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən sayğacdan kənar əlavə xətt vasitəsilə cavabdeh tərəfindən təbii qazdan istifadə edildiyi üçün Şəmkir RQİİ-nə 225 000 m3 təbii qaz sərfi, yəni 45000 manat (qırx beş min manat 00 qəpik) dəymiş ziyan müəyyənləşdirilmişdir.
5. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşılıqlı iddia verərək Şəmkir RQİİ tərəfindən tərtib edilmiş 01 iyun 2018-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayonu Təzəkənd kəndi ərazisində 0,5 ha istixanası vardır. İstixananın istilik təchizatını ötən mövsüm mazut və işlənmiş yağla təmin etmişdir. Bundan başqa 2017-ci ilin sonu və 2018-ci ilin əvvəlində istixanaya qaz xətti çəkdirmişdir. Qaz sayğacının quraşdırılması ilə bağlı işlər ləngidiyindən, 2018-ci ilin qış-yaz mövsümündə yuxarıda qeyd etdiyi kimi istixanada yanacaq kimi mazut və işlənmiş yağdan istifadə olunmuşdur. İstixanada mazutun saxlanması üçün 10 ton həcmi olan ayrıca çən mövcuddur və həmin çəndə qış mövsümündən istifadə olunmamış az miqdarda mazut qalmışdır. Həmçinin, qazanxanada istifadə olunan “forsunka” qaz, mazut və dizel yanacaqlarını işlədə bilir. Qazanxananı ikinci əldən işlək vəziyyətdə almışdır. “Azəriqaz” İstehsalat Birliyinin iddia tələbi ehtimallardan başqa heç bir sübutla təsdiq olunmur. 2018-ci ilin iyun ayında onun və ya nümayəndəsinin iştirakı olmadan X13 İstismarı İdarəsinin işçiləri tərəfindən guya onların istixananın magistral qaz xəttinə qoşularaq qazdan istifadə etməsi ilə bağlı birtərəfli akt tərtib edilmişdir. Lakin, istixanada heç bir halda qoşulmuş qaz xətti aşkar olunmamışdır. Magistral qaz xəttində kifayət qədər böyük təzyiq var və oraya hər hansı bir fiziki müdaxilə mümkün deyildir.
7. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli 2-2(83)- 720/2018 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir.
8. Birinci instansiya məhkəməsində işə baxılarkən istilikxananın yerləşdiyi əraziyə 04 fevral 2019-cu il tarixdə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin ərazidə 50 sot istilikxana yerləşir. İstilikxananın içərisində soba yerləşir. Soba işlək vəziyyətdədir. Orada quraşdırılmış soba motordan istifadə olunmaqla, həm mazutla, həm qazla işləmək üçündür. Baxış keçirilən zaman soba işlək vəziyyətdə olmamışdır. İstilikxananın işçiləri sobanı lazım olduğu vaxt işlətdiklərini qeyd etmişlər. Yerli baxış zamanı iddiaçının nümayəndəsi istilikxanadan təxminən 200 metr məsafədə istilikxananın sobasına yeni qaz xəttinin çəkilməsi üçün çəkilmiş boru xəttinin çıxış nöqtəsinin yerləşdiyi çalanı göstərərək oğurlanmış qazın həmin boruya qoşulmaqla oğurlandığını bildirmişdir. Oğurlanmış qazın haradan oğurlanaraq həmin boruya qoşulmasını soruşduqda, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi cavabdehin digər istilikxanaya gedən xətdən oğurluq etdiyini, digər istilikxanaların isə cavabdehə məxsus istilikxananın sobasına yeni qaz xəttinin çəkilməsi üçün çəkilmiş boru xəttinin çıxış nöqtəsinin yerləşdiyi çalanın yerləşdiyi ərazidən təxminən 1,5 km məsafədə yerləşən qaz sayğacından əvvəl xətdən oğurluq etdiklərini, cavabdehin isə onlardan oğurluq etdiyini güman etdiklərini bildirmişdir
9. Şəmkir Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli 2(076)-122/2019 nömrəli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair ilk iddiası təmin edilməməsi; İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddiaçı “Azəriqaz” İstehsalat Birliyinə aid edilməsi; Qarşılıqlı iddianın təmin edilməsi; İlk iddiaçı “Azəriqaz” İB-nin Şəmkir RQİİ-nin 01 iyun 2018-ci il tarixli, ******* nömrəli aktının etibarsız hesab edilməsi və 45000 manat cərimənin ləğv edilməsi; Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun Cavabdeh aid edilməsi qət olunmuşdur.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Hazırkı vəziyyətdə qarşılıqlı iddiaçının ona məxsus itilikxanada təbii qazdan sayğacdan kənar qanunsuz istifadə etməklə, ilk iddiaçıya ziyan vurmasını təsdiqləyəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş aktlarda cavabdehə məxsus Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən istilikxanada qeydiyyatsız və sayğacdan kənar qanunsuz qoşulma aşkar edildiyi qeyd edilmişdir. İlk iddiada cavabdehin təbii qazdan sayğacdan kənar qanunsuz istifadəyə görə 45.000 manat borcunun yarandığı qeyd edilsə də, iş materiallarına əlavə edilmiş sənədlərlə Cavabdeh ona məxsus Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən istilikxanada sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan istifadə etdiyi öz təsdiqini tapmamışdır. İş materiallarına əlavə edilmiş şəkildə iki ədəd kapron borunun yerdəki çaladan çıxmasını əks etdirir. Həmin şəkildə həmi boruların haradan gəlməsi və haraya birləşməsini müəyyən etmək mümkün deyildir. Yerli baxış zamanı ilkin iddiaçının nümayəndəsi cavabdehin təbii qazdan sayğacdan kənar qanunsuz istifadəsini təsdiqləyəcək sübutlar təqdim etməmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, ilk iddia əsassız olduğundan təmin edilməməlidir.
11. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa, Nazirlər Kabinetinin 2011-ci il tarixli 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş X8na, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiya məhkəməsində birinci icraat:
12. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, ilkin iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu Təzəkənd kəndində yerləşən cavabdehin adına qeydiyyatda olan obyektdə, yəni istixanada qaz təsərrüfatına baxış keçirilərkən sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. Həmin ünvan üzrə qaz şəbəkəsinə özbaşına müdaxilə edilməklə “X8”nın tələbləri pozularaq böyük həcmdə təbii qazın talanmasına və mənimsənilməsinə səbəb olan qanunazidd əməl törədilmişdir. Bu fakt barədə Şəmkir RQİİ-nin mütəxəssisləri və cavabdehin iştirakı ilə (imzadan imtina barədə aktda qeyd aparılmaqla) 01 iyun 2018-ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən sayğacdan əlavə xətt vasitəsilə cavabdeh tərəfindən təbii qazdan istifadə edildiyi üçün Şəmkir RQİİ-nə 225000 m3 təbii qaz sərfi, yəni 45000 manat dəymiş ziyan müəyyənləşdirilmişdir. Mütəxəssislər tərəfindən ünvanda təbii qazdan qanunsuz istifadə faktı aşkarlanan zaman istixana mövsümü artıq başa çatdığından birbaşa istifadəyə dair sübut təqdim edilməsi mümkün olmamışdır. Ona görə də aşkarlanmış faktın tam sübuta yetirilməsi üçün əlavə sübutların və bu qisimdə çıxış edən halların təqdiminə ehtiyac yaranmışdır. Məhkəmə icraatı müddətində zəruri hesab edilən belə hallardan biri barədə vəsatət təmin edilməmişdir. Halbu ki, bu vəsatətin təmin olunması və iş üzrə ekspertiza təyini işin hallarını sübut edən və reallığı özündə əks etdirən əsas vasitə idi. Belə ki, hal-hazırda da abonent qeydiyyatı olmayan obyektdə pərakəndə satışdan əldə edilməsi mümkün olmayan təbii qazdan istifadə əsl həqiqətdə qeyri-mümkündür. Belə olan halda obyektdə quraşdırılmış qazanxanada və ayrı-ayrı komponentlərdə təbii qazdan istifadə faktoru olmamalı idi.
14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli 2(104)-2778/2019 nömrəli (hakimlər N.N.Quliyev (sədrlik edən və məruzəçi), Ə.İ.Məmmədov və R.Z.Mamedov) qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Şəmkir Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli 2(076)-122/2019 nömrəli qətnaməsi qismən, qarşılıqlı iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və həmin hissədə işin icraatına xitam verilməsi qərara alınmışdır.
15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli 2(104)-2778/2019 nömrəli (hakimlər N.N.Quliyev (sədrlik edən və məruzəçi), Ə.İ.Məmmədov və R.Z.Mamedov) qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməməsi; Şəmkir Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli 2(076)- 122/2019 nömrəli qətnaməsi ilkin iddia üzrə “Azəriqaz” İB ilkin iddia üzrə Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi ilkin iddianın həllinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
17. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 425.1, 1096.1, 1096.2, 1097.1, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa, Nazirlər Kabinetinin 2011-ci il tarixli 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş X8na, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.2, 217.4, 372.1, 372.6, 372.7 və 384.0.1-cü maddələri ilə əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
18. İlkin iddia üzrə iddiaçı “Azəriqaz” İstehsalat Birliyi kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 dekabr 2019-cu il tarixli 2(102)-7710/2019 nömrəli (hakimlər Ə.Ə.Əliyev (sədrlik edən və məruzəçi), A.K.Kalbalıyev və V.Ə.İbayev) qərarı ilə kassasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli 2(104)-2778/2019 nömrəli qətnaməsi ləğv edilməsi; İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
20. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi “Azəriqaz” İB-nin mütəxəssisləri tərəfindən cavabdehə məxsus qazanxanada təbii qazdan qanunsuz istifadə faktı aşkarlanan zaman istixana mövsümü artıq başa çatdığından birbaşa istifadəyə dair sübut təqdim edilməsi mümkün olmamışdır. Lakin eyni zamanda əraziyə yerli baxış zamanı cavabdehə məxsus istinaxadan təxminən 200 metr məsafədə istixananın sobasına yeni qaz xəttinin çəkilməsi üçün çəkilmiş boru xəttinin çıxış nöqtəsi olduğu aşkarlanmışdır. Qeyd olunan faktlar və həmçinin istixanada istifadə olunan sobanın təbii qazla işləmək xüsusiyyətinin olması cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadə faktının olması üçün əsaslı şübhələr yaradır. Odur ki, cavabdeh tərəfindən öz istixanasında qeydiyyatsız və sayğacdan kənar qanunsuz qoşulma vasitəsi ilə təbii qazdan istifadə faktının olunub-olunmaması yalnız ekspertiza keçirilməklə müəyyən edilə bilər. İddiaçı tərəfindən ekspertizanın keçirilməsi barədə həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində vəsatət verilsə də, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiya məhkəməsi vəsatətə münasibət bildirməmişdir.
21. Kollegiya hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır.
22. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 97.1 və 217.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
23. İşə yenidən apellyasiya instansiyası məhkəməsində baxılan zaman mühəndistexniki və materialların məhkəmə ekspertizları keçirilmişdir.
24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2021-ci il tarixl 10/2339 nömrəli ekspert rəyinə əsasən Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən istixananın qaz xətlərinin üzərində hər hansı leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilməmişdir. Bununla yanaşı, qaz sayğacları Təzəkənd kəndində yerləşən QPS-in çəpərlənmiş, mühafizə və nəzarət olunan ərazisində yerləşmişdir. Həmin əraziyə kənar şəxslərin girişinə yol verilmir. Rəyin təsviri hissəsində istixananın qaz xətləri yeraltı çəkildiyinə görə, xəttin üzərində hər hansı qoşulmaya məxsus izlərin olub-olmamasını müəyyən etməyin mümkün olmaması, “Azəriqaz” İB-nin əməkdaşlarına baxışın keçirilməsi barədə məlumat verilsə də, baxışda iştirak etmədiklərinə görə iddia olunan qaz xəttinin sayğacdan kənar əlavə qoşulma nöqtəsini göstərənin olmaması, həmçinin Cavabdeh məxsus qaz xəttinin yerüstü hissəsində hər hansı qoşulma izlərinin müəyyən edilmədiyi göstərilmişdir.
25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 oktyabr 2021-ci il tarixli 10/4023 nömrəli ekspert rəyindən isə müəyyən olunmuşdur ki, baxış zamanı Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən istixananın qaz xətlərinin üzərində hər hansı qeyri-leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilməmişdir. Bununla yanaşı, “Azəriqaz” İB-nin əməkdaşları iddia etdikləri sayğacdan kənar qoşulma nöqtəsini göstərə bilməmişlər. Həmçinin, qaz sayğacları Təzəkənd kəndində yerləşən QPS-in çəpərlənmiş, mühafizə və nəzarət olunan ərazisində yerləşmişdir. Həmin əraziyə kənar şəxslərin girişinə yol verilmir. Həmin rəyin təsviri hissəsində baxış zamanı “Azəriqaz” İB-nin əməkdaşı Kamran Qasımov istilikxanadan kənar ərazini göstərərək həmin ərazidə kənar qoşulmanın olduğunu bildirmiş, lakin aktın yazılmasından 3 il keçdiyinə görə istilikxananın qaz xətlərinin qoşulma nöqtəsini göstərə bilmədiyini qeyd etmişdir. Baxış zamanı qeyd olunan ərazidə hər hansı qaz xətti aşkar edilməmişdir.
26. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2022-ci il tarixli 6/1946 nömrəli ekspert rəyində isə qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş qara rəngli plastik materialdan olan boru hissəsinin içərisindən təbii qazın (merkaptan) izlərinin olduğu, Cavabdeh məxsus Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən qazanxanadan götürülmüş ayrı-ayrı komponentlər təqdim edilmədiyi üçün onların üzərində tədqiqat aparılmamışdır. Həmin rəyin tədqiqat prosesinin təsviri hissəsində göstərilmişdir ki, təbii qaz iysiz və rəngsiz maddə olduğundan hiss edilməsi üçün tərkibinə merkaptan maddələri vurulur. Buna əsaslanaraq, təqdim edilmiş borunun içərisindən təbii qazın izlərinin olubolmamasını müəyyən etmək üçün həmin obyektdən ekstrakt nümunələri hazırlanmışdır. Qazın tərkibinə aid olan merkaptanların (qazlar uçucu xüsusiyyətə malik olduqları üçün heç bir izə malik deyildir, lakin merkaptan maddələri iz qoya bilir) əlamətlərini müəyyən etmək üçün hazırlanmış ekstrakt nümunələr üzərində müxtəlif kimyəvi reaksiyalar (test) aparılmış və aparılmış nəticələri ümumiləşdirərək ekspert müəyyən etmişdir ki, tədqiqata təqdim edilmiş boru hissəsinin içərisində təbii qazın (merkaptan) izləri vardır. Həmçinin, rəydə qərardadın 2-ci bəndində qeyd edilmiş halların nəzərə alınması ilə bağlı qoyulmuş sualın fiziki-kimyəvi ekspertizaların həll etdiyi məsələlərə aid olmadığı bildirilmişdir.
27. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyun 2022-ci il tarixli 2(104)-86/2022 nömrəli (hakimlər L.S.Süleymanov (sədrlik edən və məruzəçi), A.H.Hüseynzadə və İ.T.Həsənov) qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Şəmkir Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli 2(076)- 122/2019 nömrəli qətnaməsi ilkin iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılması qət olunmuşdur.
28. Kollegiya hesab etmişdir ki, Cavabdeh tərəfindən Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən istilikxanada kənar əlavə xətt vasitəsilə qanunsuz qoşulma halı öz təsdiqini tapmadığına görə bu barədə tərtib edilmiş akt və qərar əsasında cavabdehə 225.000 m3 itirilmiş qaz sərfiyyatının bərpası üçün dəymiş 45.000 manat ziyan məbləği əsassız və qanunsuz hesablanmışdır.
29. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə ilkin iddianın təmin edilməmiş hissəsində gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin həmin hissədə maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur.
Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
30. İlkin iddia üzrə iddiaçı “Azəriqaz” İstehsalat Birliyi kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
31. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2022-ci il tarixli 2(102)-5544/2022 nömrəli (hakimlər Z.Əliyev (sədrlik edən və məruzəçi), Ə.Nurməmmədov və A.Hüseynov) qərarı ilə kassasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyun 2022-ci il tarixli 2(104)-86/2022 nömrəli qətnaməsi ləğv edilməsi və iş yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.
32. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya məhkəməsi nəzərə almamışdır ki, kimyəvi ekspertizanın rəyi ilə müəyyən olunmuş halın (boru hissəsinin içərisində təbii qazın izlərinin aşkar olunmasının) qanunsuz qoşulma nəticəsində deyil, qanuna uyğun şəklildə sınaq üçün yüksək təzyiqli qaz buraxılışından qaynaqlandığını iddia edən tərəf cavabdehdir. İddiaçı isə həmin xüsusatı mübahisələndirərək təkzib edir. Belə olan halda, cavabdeh borularda aşkar olunmuş qaz izlərinin qanuni şəkildə sınaq yoxlamasından qalmasını iddia edirsə, bu halı sübuta yetirmək vəzifəsi də ona aiddir. Belə sübutlar təqdim edilmədiyi və araşdırılmadığı halda apellyasiya məhkəməsinin yalnız cavabdehin izahatına əsasən kimyəvi ekspertizanın rəyini nəzərə almaması sübutların qiymətləndirilməsinə dair prosessual normaların tələblərinə uyğun deyil. Kassasiya kollegiyası həmçinin qeyd etmişdir ki, hazırkı işin düzgün həlli üçün mübahisəli halla bağlı tərəflərin təqdim etdikləri, məhkəmə icraatı zamanı toplanmış məlumat və sübutlar - qaz xəttinə qanunsuz qoşulma barədə tərtiblənmiş akt, fotoşəkillər, polis və prokurorluq orqanlarına edilmiş müraciətlər, hakimin keçirdiyi yerli müayinə protokolu, mühəndis texniki ekspertizalarının və məhkmə-kimyəvi ekspertizasının rəyləri və digər sənədlər birlikdə qiymətləndirilməklə qanuni və əsaslı nəticəyə gəlinməmişdir. Kənar qoşulmaya dair “Azəriqaz” İB-nin çoxsaylı əməkdaşlarının iştirakı ilə tərtib olunmuş aktın mötəbərliliyinə şübhənin nədən qaynaqlanması, hansı səbəbdən həmin aktın və ona əlavə edilmiş fotoşəkillərin həqiqəti əks etdirməməsi lazımi şəkildə əsaslandırılmamış, iddianın qaldırılmasına əsas olmuş həmin sənəddəki məlumatlar iş materiallarında olan, digər məlumat və sübutlarla müqayisəli şəkildə təhil edilməmişdir. Bu cür qiymətləndirmə və təhlil ona görə vacibdir ki, 45.000 manat məbləğində təbii qazın talanması barədə iddia təsdiq edildiyi halda mülki iş üzrə tələb təmin olunmalıdır.
33. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası mülki Məcəlləsinin 1096.1, 1097.1 maddələri, “Qaz təchizatrı haqqında Azərbaycan Respublikası Qanunun 6 maddəsi, Aəzrbaycan Respublikası Nazirlər Kabinentinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş X8 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.1, 217.3, 416.1, 417- 419, 421 maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiya məhkəməsində üçüncü icraat:
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları,
35. 23 mart 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra, əlavə olaraq bildirmişdir ki, sınaq üçün təbii qaz yox, kompressorla hava vurulur. Bunuda lisenziyası olan podratçı təşkilat özü edir. Texniki şərt almaq üçün ilkin olaraq “ASAN xidmət” mərkəzinə müraciət olunur. İşlənmiş boru ilə qaz xəttinin çəkilməsinə gəldikdə isə “Azəriqaz” İB həmin xətti istismara yararlı kimi qəbul etməzdi.
36. 23 mart 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, qaz xəttinin çəkilməsi barədə X9 ilə razılaşsada, lakin rəsmi müqavilə bağlanmamışdır. Sonuncunun çəkdiyi xəttdə sınaq üçün qaz vurulmasını Ramin ona bildirmişdir. “Azəriqaz” İB ona qarşı iddia qaldırıldıqdan sonra Ramin ona bildirmişdir ki, xətti işlənmiş boru ilə çəkib, eləcədə sınaq üçün boruya qaz vurulmamışdır. İstilikxananı mazut və yağla isitmişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
37. 23 mart 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Akif İsmayılovda nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat vermişdir.
38. 23 mart 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş X9 ifadə verərək bildirmişdir ki, 2010-2015ci illərdə “Azəriqaz” İB -nin X15 sahəsində mühəndis işləmiş, 2022-ci ildən isə "xxxx" MMC-də işləyir. Cavabdeh tanıyır və qaz xəttinin çəkilməsi ilə bağlı sonuncunun müraciəti əsasında onun istilikxanasına qaz xətti çəkmişdir. Ucuz başa gəlsin deyə xəttin çəkilməsində istifadə olunan polietilen borunu Əli adlı şəxsdən işlənmiş vəziyyətdə almışdır. Cavabdeh isə təzə polietilen boru aldığını demişdir. Çəkdiyi xəttdə isə qaz deyil kompressorla hava vurub yoxlamışdır.
39. 22 may 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında da ilkin iddia üzrə iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X10 23 mart 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasındakı verdiyi izahatla eyni məzmunlu izahat vermişdir.
40. 22 may 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında da ilkin iddia üzrə cavabdeh X10 və onun nümayəndəsi 23 mart 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasındakı verdiyi izahatla eyni məzmunlu izahat vermişdir.
41. 22 may 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh və onun nümayəndəsi (vəkil) Akif İsmayılov 23 mart 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasındakı verdiyi izahatla eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişlər ki, X9 işlənmiş polietilen boru ilə qaz xətti çəkdiyi üçün Şəmkir Rayon Məhkəməsində ona qarşı ziyan tələbi barədə iddia qaldırmış və iddiası təmin olunmuşdur. Qeyd olunan qətnamə ilə də sübut olunur ki, Ramin Seyidov onu aldadaraq təzə boru əvəzinə işlənmiş borlarla qaz xəttini çəkmişdir və həmin hall bu işə birbaşa təsir edir.
42. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X10 izahatında bildirmişdir ki, Cavabdeh ilkin olaraq Ramin Seyidov tərəfindən işlənmiş boru ilə qaz xəttinin çəkildiyini bildirməmişdir. Apellyasiya məhkəməsinin qətnaməsi kassasiya instansiya məhkəməsində ləğv olunub yeni baxışa qaytarıldıqdan sonra o, belə bir dəlil irəli sürmüşdür. Halbu ki, o, izahatında bildirmişdir ki, qaz xətti çəkildikdən sonra sınaq üçün boruya qaz vurlmuşdur. X12rşı ziyan tələbinə dair məhkəmədə iddia qaldırması və sonuncunun iddianı etiraf etməsi bu iş üzrə məsuliyyətdən yayınması məqsədini daşıyır. X4 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilkin iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
43. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh izahatında bildirmişdir ki, qaz təhcizatı üçün Texniki şərt almış və xəttin çəkilməsini Ramin Seyidova həvalə etmişdir. Çəkilmiş boruya sınaq üçün qaz vurulmasını da Ramin ona demişdir. Lakin sonradan ona məlum olmuşdur ki, xəttin çəkilməsi üçün alınan polietilen borular işlənmiş vəziyyətdə olmuşdur. Ona görə də Raminə qarşı məhkəmədə iddia qaldırmış və sonuncu da iddianı etiraf etmişdir. Xətti çəkilsədə, lakin həmin xətdə qoşulma olmamışdır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instasniya məhkəməsinin qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
44. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) X6 da nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat vermişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
45. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
46. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
47. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
48. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
49. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
50. Maddə 1115 Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu:
51. Maddə 6, hissə 2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş X8:
52. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
53. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
56. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
58. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
59. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
60. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması
61. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
62. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
63. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
64. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
65. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2022-ci il tarixli 2(102)-5544/2022 nömrəli ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və mübahisənin yenidən araşdırılması iş apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
66. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, ilkin iddia üzrə iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddianın təmin edilməməsi barədə Şəmkir Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli 2(076)-122/2019 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin olunmalıdır.
67. Belə ki, işin halları ondan ibarətdir ki, “Azəriqaz” X5 RQİİ-nin əməkdaşları tərəfindən Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən Cavabdeh məxsus istilikxanada yoxlama aparılmışdir. Yoxlama nəticəsində qeydiyyatsız, sayğacdan kənar qanunsuz qoşulma və AGİS abonent bazasında abonent kimi qeydiyyatda olmadığı aşkar olunmuş və bu barədə Təbii X8nın pozulması haqqında ******* nömrəli akt tərtib olunmuşdur. İtirilmiş qazın bərpası üzrə maksimal saatlıq qaz sərfi 125 m3/saat, orta günlük iş rejimi 10 saat və hesabat müddəti 180 gün qəbul edilməklə 225000 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 45000 manat zərər hesablanmışdır. Ona görə də “Azəriqaz” İstehsalat Birliyi hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etməmişdir.
68. Bu qətnamənin 66-cı bəndində də qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir
69. “Azəriqaz” İstehsalat Birliyi tələbinin əsası kimi qaz xəttinə qanunsuz qoşulmanın aşkar edilməsinə dair 01 iyun 2018-ci il tarixli akta, fotoşəkillərə, itirilmiş təbii qazın hesablanması barədə sənədə istinad etmişdir. Cavabdeh isə tələbi qəbul etməmişdir.
70. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2022-ci il tarixli 6/1946 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş Cavabdeh məxsus Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən qazanxanadan götürülmüş qara rəngli plastik materialdan olan boru hissəsinin içərisindən təbii qazın (merkaptan) izlərinin olduğu aşkar edilmişdir. Cavabdeh isə ekspert rəyindən öncə boru hissəsinin içərisində təbii qazın izlərinin aşkar olunmasının qanunsuz qoşulma nəticəsində deyil, qanuna uyğun şəkildə sınaq üçün yüksək təzyiqli qaz buraxılışından qaynaqlandığını bildirmiş, lakin sonradan çəkilmiş qaz xəttinin işlənmiş polietilen borulardan istifadə olunduğunu qeyd etmişdir. Həmçinin apellyasiya icraatı zamanı onun təşəbbüsü ilə şahid qismində dindirilmiş X9 da ifadəsində bildirmişdir ki, qaz xəttinin çəkilməsi üçün Əli adlı şəxsdən alınmış polietilən borular işlənmış vəziyyətdə olmuşdur, lakin o bu barədə İslama bildirməmiş, sonradan əsl həqiqəti ona söyləmişdir. Göründüyü kimi, Cavabdeh əvvəl verdiyi izahatla, sonrakı izahatları arasında ziddiyyətlər mövcuddur.
71. Şəmkir Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(076)-1299/2023 nömrəli qətnaməsinın surətindən müəyyən olunur ki, İslam X1 qarşı ziyan tələbinə dair iddiası üzrə cavabdeh Ramin Seyidov iddianı etiraf etmiş ona görə də məhkəmə qaz xəttinin çəkilişi nəticəsində vurulmuş maddi ziyana görə cavabdehdən 1400 manat alınıb iddiaçı Cavabdeh verilməsini qət etmişdir.
72. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə görə, mülki işin icraatı zamanı sübut edilməsinə ehtiyac olmayan faktlar preyudisial faktlardır. Preyudisial faktlar başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya hökmü ilə müəyyən edilmiş faktlar olur. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Nəzərə almaq lazımdır ki, bütövlükdə hər hansı məhkəmə aktının və belə aktdan irəli gələn bütün nəticələrin yox, həmin aktla müəyyən olunan konkret faktların və halların preyudisial əhəmiyyəti ola bilər. Qətnamənin preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır, konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş olmaqla yanaşı, bu fakt həmin işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. Beləliklə qətnamə ilə müəyyən edilən preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Bundan əlavə, sonrakı işdə iştirak edən şəxslərdən hər hansı biri artıq qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, onda həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik deyildir və o, belə faktların adi qaydada sübut edilməsini tələb edəcəkdir. Qeyd olunanlara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(076)- 1299/2023 nömrəli qətnaməsi hazırki iş üzrə preyudisial əhəmiyyət daşımır. Eləcədə kollegiya qeyd edir ki, iddiaçı tərəfin təşəbbüsü ilə hazırkı apellyasiya icraatında şahid qismində dindirilmiş Ramin Seyidovun ifadəsi sübut kimi qiymətləndirilə bilməz.
73. İlkin iddia tələbinin əsassız olmasına dair Cavabdeh tərəfindən gətirilən dəlil və sübutlar mötəbər hesab oluna bilməz. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir.Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
74. Kollegiya iddiaçı “Azəriqaz” X5 RQİİ-nin əməkdaşları tərəfindən Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən Cavabdeh məxsus istilikxanada aparılmış yoxlamanın nəticəsi barədə Təbii X8nın pozulması haqqında ******* nömrəli aktı, qanunsuz qoşulmanı əks etdirən fotoşəkilləri mötəbər hesab edir. Cavabdeh isə ilkin olaraq Ramin Seyidov tərəfindən işlənmiş boru ilə qaz xəttinin çəkildiyini bildirməmiş, apellyasiya məhkəməsinin qətnaməsi kassasiya instansiyası məhkəməsində ləğv olunub yeni baxışa qaytarıldıqdan sonra sonuncu, belə bir dəlil irəli sürmüş, eləcə də sonradan qaz xəttinin çəkilişi nəticəsində vurulmuş maddi ziyanla bağlı Ramin Seyidova qarşı iddia qaldırmış, sonuncu da öz növbəsində iddianı etiraf etmiş və nəticədə onun iddiası təmin olunmuşdur. Kollegiya Cavabdeh bütün bu növ davranışlarını qanunsuz qoşulma nəticəsində hesablanmış 45000 manat ziyanın ödənilməsindən yayınması kimi qiymətləndirir və hesab edir ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən itirilmiş qazın bərpası üzrə maksimal qaz sərfi 125 m3/saat, orta günlük iş rejimi 10 saat və hesabat müddəti 180 gün qəbul edilməklə 225000 m3 itirilmiş qazın bərpası üçün 45000 manat zərər hesablanması qanuni və əsaslı olmuşdur.
75. İşdən müəyyən olunur ki, apellyasiya icraatı zamanı ekspertizalar keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 318 manatdır.
76. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatlarının ümumi dəyəri 318 manat ilkin iddia üzrə Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X2, KOD 210005, VÖEN **********, m/h AZ 41 NABZ 0s13601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir.
78. Həmçinin kollegiya hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat Cavabdeh alınaraq iddiaçı “Azəriqaz” İstehsalat Birliyinə verilməlidir.
79. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 392, 393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İlkin iddia üzrə iddiaçı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli 2(076)-122/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia üzrə iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh qanunsuz qoşulma nəticəsində 225000 m3 itirilmiş qazın bərpası üçün zərərin əvəzi 45000 manat alınaraq iddiaçı “Azəriqaz” İstehsalat Birliyinə verilsin. Eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat Cavabdeh alınaraq iddiaçı “Azəriqaz” İstehsalat Birliyinə verilsin. Qətnamə şikayət verilməzsə 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.