Məhkəmə qərarları › İş №2(104)-870/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-870/2025

28.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-870/2025 28.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi (qızı) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətə edilən qəsdə son qoyulması və vurulan ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-107/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin 2(125)-107/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Məmmədov) iddianın qismən təmin edilməsi, İddiaçı müılkiyyətində olan ünvan 1 ünvanlı mənzilə vurulan ziyana görə 1260 (bir min iki yüz altmış) manat məbləğində pulun Cavabdeh alınaraq, İddiaçı verilməsi, qalan hissədə iddianın əsassız olduğundan təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi kimi 33,6 (otuz üç) manat 60 qəpik məbləğində pulun Cavabdeh alınaraq İddiaçı verilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 manatın 33,2 (otuz üç) manat 20 qəpik hissəsinin İddiaçı, qalan 16,8 (on altı) manat 80 qəpik hissəsi isə Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-107/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin 2(125)-107/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsində yol verilmiş yanlışlıq düzəldilərək ünvan 1 ünvanlı mənzilə vurulan ziyan məbləğinin 1260 (bir min iki yüz altmış) manat əvəzinə 1680 (bir min altı yüz səksən) manat kimi oxunması qərara alınmışdır. Qətnamə ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin еdilməyən hissədə ləğv еdilməsini, həmin hissədə də iddianın təmin еdilməsini хаhiş еtmişdir. Cavabdeh da apellyasiya şikayəti verərək Gəncə şəhər Məhkəməsinin 2(125)- 107/2025 saylı 22 yanvar 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən onun mülkiyyətinə edilən qəsdə son qoyulması, mənzilinin təmiri üçün 5000 manat pulun və onun tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Heydər Əliyev prospekti, bina 147, 32 saylı mənzil ona məxsusdur. Cavabdeh məxsus mənzil onun mənzilindən bir mərtəbə yuxarıdadır. Onun mənzili binanın 2-ci mərtəbəsində, cavabdehin mənzili isə 3-cü mərtəbədə yerləşir. Onun uzun illər mütəmadi olaraq axıtdığı çirkab sularının təsirindən mənzilinin otaqlarının, mətbəxin, sanitar qovşağının və dəhlizinin divarlarında aşınma əmələ gəlmiş, suvaqları qopub tökülmüşdür. Mənzilində olan bütün paltarlar, yorğan-döşək və xalçalar, mətbəxdəki qab-qacaq su altında qalmışdır. Su o qədər axmışdır ki, mənzilin döşəməsi qalxmış, birinci mərtəbəyə də su sızmışdır. Mənzilinə axıdılan su evdə rütubət və pis qoxu yaratmışdır. Ona görə də mənzildə yaşamaq mümkün deyildir. Məcbur olub oğlu Anarın evinə yığışıb orada yaşayırlar. O, bu barədə cavabdehə iradını dəfələrlə bildirsə də heç bir nəticəsi olmamışdır. Bu barədə Gəncə şəhər İcra Hakimiyyəti MKTİB-nə etdiyi müraciətlə əlaqədar oradan əməkdaşlar gəlib, yerində vəziyyətlə tanış olmuş, bu barədə xx.xx.2024-cü il tarixdə Akt tərtib etmişlər. Cavabdehin yaratdığı bu vəziyyət onların sağlamlıqlarına da mənfi təsir göstərir. Sanitariya və gigiyena nöqteyi nəzərdən də bu dözülməzdir. Cavabdeh onun mənzilinə vurduğu ziyanı aradan qaldırmalıdır. Mənzilə vurulan ziyanı usta 5000 manat qiymətləndirmişdir. Bundan başqa ev əşyalarına da ziyan dəymişdir. Beləliklə, o, dəfələrlə cavabdehə müraciət edərək onun mənzilinə edilən qəsdə son qoymasını xahiş etmiş, lakin o, bu barədə heç bir tədbir görməmişdir. O, məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı apellyasiya şikayətinin onunla əsaslandırmışdır ki, onun mənzili Gəncə şəhəri, Hеydər Əliyеv prоspекti, 147 №-li еvin 32 №-li ünvаndа yеrləşən binаdа, mənzilin üstündəкi – iкinci mərtəbədəкi mənzilin sаhibi оlаn cаvаbdеh Əliyеvа Ziyаfət Vаlеh qızı mənzili mimütəmаdi оlаrаq yuхаrıdаn аşаğı su ахıtmаqlа virаnə vəziyyətə sаlmışdır. Dəfələrlə mənzili təmir еtsə də, nəticəsi оlmаmış, cаvаbdеh mənzilindən üstünə su ахıtmаğа dаvаm еtmişdir. Екspеrt İsа Еyvаzzаdə cаvаbdеhin ona vurduğu zərərin məbləğini 3967 mаnаt müəyyən еtsə də, məhкəmə sübutlаrа yох, qаnunsuz və əsаssız оlаrаq cаvаbdеh tərəfə mеyl göstərib, оnun hərəкətsizliк göstərməsi üzündən ona vurduğu zərərin miqdаrını 1680 mаnаt müəyyən еtmişdir. Məhкəmə qətnаməni bеlə əsаslаndırmışdır кi, guyа mənzilə bахış zаmаnı müşаhidə еtmişdir ki, o, mənzildə uzun müddət təmir işləri аpаrmаmış, yəni mənzil tаm təmirsiz vəziyyətdə оlduğu üçün оrаdа yаşаyış yохdur. Qətnаmənin nəticəsinə əsаslаnаn məhkəmə dövlət rüsumunu və екspеrtizа хərcini bölməyi unutmаmışdır. Hаlbuкi еkspеrt mənzilə bахış kеçirən zаmаn müəyyən еtmişdir кi, “yаşаyış оtаğı tiкilisinin tаvаnınа şpакlyеvка çəкilərəк bоyа ilə rənglənmiş, divаrınа şpакlyеvка çəкilərəк divаr kаğızı ilə üzlənmişdir. Bахış zаmаnı tiкilinin tаvаn və divаrınа su sızmаsı müəyyən оlunmuşdur”. Bu görüntülər mənzilin bütün hissələrində (dəhliz, tuаlеt mətbəх) müşаhidə еdilmiş, cаvаbdеhin еvin bütün hissələrinə su ахıtmаqlа virаnə qоymаsı sübut оlunmuşdur. Bütün bundаn sоnrа məhкəmənin tərəfkеşliyə yоl vеrib, аşкаr sübutlаrı görməк, sаymаq, qəbul еtməк istəməməsi qаnunsuzluğа хidmət еdir, hüquq və əmlаk qоruyucu qаnunlаrı gözdən sаlır. Bu sааt оrаdа оnа görə nоrmаl yаşаyış izi yохdur кi, аrtıq virаnədə yаşаmаq mümкün dеyil. O cаnını və аilə üzvlərinin cаnılаrını кüçədə tаpmаmışdır кi, хаrаbаyа çеvrilmiş mənzildə həyаtlarına sоn qоyulsun. O, dözmüş, cаvаbdеh yаlnız ахırıncı dəfə mənzilə su axıdanda dözə bilməyib, MКTİB-dən mənzilin bərbаd vəziyyəti hаqqındа акt аlıb, cаvаbdеhlə söhbət аpаrmаq istəmişdir. Lакin cаvаbdеh ipə-sаpа yаtmаyıb, onu və аiləsini zəlil еtməк fiкrindən dаşınmаmışdır. Cаvаbdеhin törətdiyi hüquq pozuntusu (delikt) nəticəsində onun аiləsi yаşаyış yеrindən didərgin düşmüşdür. Bu səbəbdən də həm mаddi, həm mənəvi, həm də fiziкi əzаb çəкir. Onun bеlə vəziyyətdə çəкdiyi zərəri екspеrtin zərərin üstünə gəlib iddiаnı tаm həcmdə təmin еtməк müəyyən еtməк əvəzinə məhкəmə cаvаbdеhə vəкilliк еdib, аşкаr sübutlаrı təhrif еtmişdir. Cаvаbdеh tərəf məhкəmədə iddiаyа qаrşı hər hаnsı sübut göstərməmişdir. Məhкəmə öz mülаhizəsinə əsаsən mənzilə bахış кеçirib, bахışdаn iddiаçının хеyrinə sübut düşünməsi, yəni аiləsinin mənzildə yаşаmаmаsınа görə ona irаd tutmаsı, üstəliк onun guyа mənzildə hеç zаmаn təmir аpаrmаmаğı bаrədə tаmаmilə səhv fiкir söyləməsi hеyrət dоğurur. Məhкəmə işin аidiyyəti hаllаrını аrаşdırmışdır. Bunа irаdı yохdur. Şiкаyəti məhкəmənin işə qərəzli yаnаşmаsındаndır. Qərəzin nədən ibаrət оlmаsı yuхаrıdа göstərilmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Gəncə şəhəri Heydər Əliyev prospekti 147 saylı binanın 34 saylı mənzildə 2017-ci ildən etibarən yaşayır. Mənzili aldıqdan sonra həmin mənzildə yaşayış olmamış, 2017-ci ildə əsaslı təmir işləri apararaq qeyd edilən mənzildə yaşamağa başlamışdır. Mənzil onun mülkiyyətində 2002-ci ildən olmuşdur. İddiaçıya məxsus olan mənzil onun mənzilinin altında yerləşir. Qeyd edilən mənzil həmin binaya köçdüyü vaxtdan etibarən boş olmuşdur. Heç kəs yaşamır. Mənzil ilkin olaraq istismara verilən zaman verildiyi vəziyyətdə və təmirdədir. Mənzilin təmiri 1980- 1990-cı illərin təmiridir. Hazırda iddiaçının qeyd edilən iddianı qaldırmasına səbəb tamamilə təmirsiz olan mənzili onun hesabına təmir etdirməkdir. Onun evindən iddiaçının evinə heç bir su sızıntısı olmamışdır. Əgər onun mənzilindən hər hansısa bir su sızıntısı olmuşdursa da, bu su sızıntısı mənzil onun mülkiyyətində olduğu vaxtdan əvvəl olmuşdur. Məhkəmə tərəfindən mənzilə baxış keçirilməsinə, mənzilin tamamilə təmirsiz olmasının müəyyən edilməsinə, hətta iddiaçının “cavabdeh sonradan öz evində təmir işləri aparmışdır, ona görə də hazırda onun mənzilinə su sızmır” ifadəsini yerində baxış protokolunda qeyd etsə də, lakin iddianı təmin edən qətnamə çıxarmışdır. Halbuki, bu ifadə elə iddiaçının iddia ərizəsində qeyd etdiklərinin yalan olduğunu, onun məhkəməyə təqdim etdiyi sübutların saxta olduğunun göstəricisi idi. Belə ki, iddia ərizəsində xx.xx.2024-cü ildə onun mənzilinə su axıdılması ilə əlaqədar akt tərtib edildiyi göstərilmişdir. Məhkəmə həmin aktı tərtib edən şəxsləri şahid qismində dindirməli olduğu halda onları dindirməmişdir. Həmin şəxslər iddiaçı tərəfindən məhkəməyə gətirilməyə bilərdi, lakin məhkəmə özü evə yerli baxış keçirirək evdə uzun illər heç bir təmir işləri aparılmadığını müəyyən etmiş, mənzilin tamamilə təmirsiz və yararsız olduğunun şahidi olmuşdur. Məhkəmə tərəfindən aşkar edilən hallarla akt arasında ziddiyyət olsa da, bu hal araşdırılmamışdır. Məhkəmənin qərəzli mövqeyi ekspertin qarşısına qoyulan sualların yetərli olmamasında da özünü göstərir. Belə ki, ekspert qarsısında 32 saylı mənzildə sonuncu dəfə təmir işlərinin nə zaman həyata keçirilməsi, 34 saylı mənzildə təmir işlərinin nə zaman həyata keçirilməsi, 32 saylı mənzilə suyun sızması hansı otaqlarda olması, əgər su sızmışdırsa, bunun təxminən neçə il bundan əvvələ aid olması, su sızması nəticəsində 32 saylı mənzilə nə qədər ziyan dəyməsi, ümumiyyətlə bu cür təmirsiz mənzilə su sızması nəticəsində dəyə biləcək ziyan onun tam təmir edilməsi yox, su sızmadan əvvəlki vəziyyətin bərpası üçün zəruri olan maddi tələb, su sızması nəticəsində bu cür təmirsiz vəziyyətdə və yaşayışı olmayan olan evin dəyərini aşağı salacaq hər hansısa bir ziyan vurmasının mümkünlüyü kimi suallar qoyulmalı və bu suallara cavab tələb edilməli idi. Lakin hazırkı vəziyyətdə ekspert rəyi həmin evin ümumilikdə təmiri üçün nə qədər pulun tələb edildiyi ilə bağlı olmuşdur. Məhkəmə tərəfindən həmçinin, qeyd edilən mənzilə su sızmadığı halda onun hazırkı vəziyyətdəki təmirinə uyğun dəyəri və su sızdığı haldakı dəyəri, bu dəyərlər arasındakı fərqlə bağlı da ekspert qarşısında sual qoymalı idi. Məhkəmə tərəfindən ekspert qarşısında 32 saylı mənzilin su axıdıldığı iddia edilən otaqlarının üzərində 34 saylı ona məxsus mənzilin hansı otaqlarının yerləşməsi və həmin otaqlardan su sızma ehtimalının olub-olmaması barədə sual da qoyulmalı və buna cavab tələb edilməli idi. Məhkəmə nəzərə almamışdır ki, elektrik xətləri və döşəmə illər ərzində aşınmaya səbəb olur və illər ərzində tamamilə sıradan çıxır. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının mənzilinin yataq otağına və mətbəxinə su sızması ilə əlaqədar ziyan dəymişdir. Halbuki, onun mətbəxinin üstündə olan mənzildə mətbəx yerləşmir, o, 2017-ci ildə evi əsaslı təmir etdirərkən həmin mətbəxi orada ləğv etdirib, mətbəxi balkona keçirtmiş və iddiaçının mətbəxinin üstündə onun yataq otağım yerləşir. İddiaçının yataq otağının üstündə də başqa yataq otağı yerləşir. Bir sözlə, onun mənzilindən qeyd edilən su sızıntısı üçün hər axıdıla bilən hər hansılsa bir su və kanalizasiya mənbəyi yoxdur. Apellyasiya şikayətləri üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vermiş olduğu apellyasiya şikayətində göstərilənləri müdafiə edərək şikayətin təmin edilməsini, cavabdehin şikayətinin isə təmin edilməməsini xahiş etdi. Əlavə olaraq izahatında cavabdehin onun mənzilinə dəfələrlə su axıtdığını, bu barədə Mənzil Kommunal Təsərrüfatına müraciət etdiyini, Mənzil Kommunal Təsərrüfatının əməkdaşlarının iştirakı ilə akt tərtib edildiyini, o, müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdehin mənzilinin sanitar qovşağında təmir işləri gördürdüyünü, özünə məxsus mənzili isə aldığı vaxtdan təmir etdirmədiyini, həmin mənzili alarkən təmirli olduğunu bildirdi. İddiaçı mənzilinə suyun cavabdehə məxsus mənzildən axıdıldığını göstərdiyi halda, Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı istehsalat Birliyinin rəisi Nurəhməd Əhmədovun adına yazmış olduğu xx.xx.2024-cü il tarixli ərizəsində - binanın damında yerləşdirilmiş su çənlərinin binanın bacalarının içərisindən keçən borularının xarab olması səbəbindən onun mənzilini 15 gündür su basması barədə göstərməsinin səbəbini inandırıcı qaydada izah edə bilmədi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vermiş olduğu şikayətin təmin edilməsini, iddiaçının şikayətinin isə təmin edilməməsini xahiş etdi. Cavabdeh əlavə olaraq izah etdi ki, Gəncə şəhəri Heydər Əliyev prospekti 147 saylı binanın 32 saylı mənzili ona məxsusdur və həmin mənzili 2002-ci ildə alğı-satqı müqaviləsinə əsasən almışdır. Özünün başqa ünvanda mənzili olduğuna görə həmin mənzildə yaşayış olmamış, lakin ara-sıra mənzilinə baş çəkmişdir. 2017-ci ildə orada əsaslı təmir işləri aparılmış və qızı Nümayəndə uşaqları ilə bərabər köçərək həmin mənzildə yaşamağa başlamışdır. Mənzil onun mülkiyyətində olduğu müddətdə mənzilindən iddiaçının mənzilinə su sızma halı olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (qızı) Nümayəndə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdeh həmin mənzili 2002-ci ildə almış olsa da, orada yaşayış olmamış, Cavabdeh uşaqları ilə birlikdə özünə məxsus olan Gəncə şəhəri T.Arani küçəsində yerləşən mənzilində yaşamışlar. İddiaçı bir dəfə hətta onların yaşadıqları T.Arani küçəsindəki mənzilə gələrək mənzilinə su sızıldığını bildirmişdir. Cavabdeh mənzilindəki su krantlarının bağlı olduğunu bilsə də, hər ehtimala gedib mənzilinə baş çəkmiş, lakin mənzilindən su sızılmasını aşkar etməmiş, o barədə iddiaçıya da bildirmişdir. Cavabdehə məxsus mənzildə təmir işləri 2017-ci ildə görülmüş və o, köçərək həmin mənzildə yaşamağa başlamışdır. 2024-cü ilin əvvəllərində iddiaçı mənzilinə su axıtması ilə bağlı Mənzil Kommunal Təsərrüfatına müraciət etdiyinə görə həmin xidmətin əməkdaşlarının iştirakı ilə cavabdehin mənzilinə baxış keçirilmiş, hətta sanitar qovşağın yerləşdiyi otağın divarından bir ədəd kafeli sökərək çıxarmış, divarında nəmlik əlamətləri belə aşkar olunmamışdır. Eşitdiyinə görə bəzi mənzillərin evin damında yerləşən su çənlərindən mənzillərə su tüstü bacalarında yerləşdirilmiş su boruları vasitəsi ilə gəlir ki, həmin borularda da nasazlıq olduqda mənzillərə su sızma halları baş verir. Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş aktla bağlı isə bildirir ki, həmin akt əsassızdır. Ona görə ki, MKTB-nin işçisi tərəfindən yaşadığı mənzilə baxış keçiriləndə su sızma halı müəyyən olunmamışdır. İddiaçının mənzilinə hazırda onun özünün yaşadığı cavabdehə məxsus mənzildən su axıdılmasının səbəbinin müəyyən edilməsi üçün xüsusi aparatlar vasitəsilə su sızmalarını aşkar edən mütəxəssis çağırmış, mütəxəssis mənzilin sanitar qovqağının yerləşdiyi sahələrə xüsusi aparat vasitəsi ilə baxış keçirmiş, cavabdehə məxsus sanitar qovşağdan iddiaçının mənzilinə su sızmanın olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının 14 may 2025-ci il tarixli iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 3 ildir ki, Gəncə şəhər İcra hakimiyyəti MKTİB-nin İstehsalat və Texniki Nəzarət şöbəsinin mühəndisi vəzifəsində işləyir. Daxil olmuş müraciət əsasında tərəflərin yaşadıqları mənzillərə vizual baxış keçirilmiş, baxış zamanı cavabdehin evində sanitar qovşaq, hamam və dəhlizin divar və tavanında su sızma nəticəsində yaranmış sarı ləkələr müşahidə edilsə də, lakin divarlar quru olduğundan su sızmanın yaxın dövrdə olmadığı müəyyən olundu. Daha sonra cavabdehin mənzilinə baxış keçiriləndə sanitar qovşağında küncdə divardan bir ədəd kafelin çıxarılmış vəziyyətdə, həmin yerin isə quru olduğunu müşahidə etmiş, beləliklə də iddiaçının evinə su sızmanın səbəbini müəyyənləşdirə bilməmişlər. Məhkəmə kollegiyasının 14 may 2025-ci il tarixli iclasında şahid qismində dindirilmiş X7 2 ildir ki, 1 saylı Xidmət Sahəsinin rəisi vəzifəsində işləyir. Daxil olmuş müraciət əsasında tərəflərin yaşadıqları mənzillərə vizual baxış keçirilmiş, baxış zamanı cavabdehin evində sanitar qovşağı və hamam divar və tavanının su içində olduğunu müşahidə etmiş, ondan əvvəl də iddiaçı mənzilinə su axıdılması ilə bağlı bir neçə dəfə müraciət etmiş, onun məzilinə baxış keçirilərək akt tərtib olunmuşdur. Cavabdehin mənzilinə baxış keçiriləndə hamam otağının təmirli olduğunu görmüşdür. Şahid X1 edən tərəfindən ona ondan əvvəl dindirilmiş şahidin baxış zamanı iddiaçının mənzilinin sanitar qvşağı və mətbəxinin divarlarında sarı ləkələr olmuş olsa da, lakin divarlarının quru olduğunu bildirdiyindən ifadlər arasındakı ziddiyyəti nə ilə izah etməsinə dair sualı cavablandıra bilmədi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları barədə məruzəçi hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, mübahisəli ünvandakı mənzillərə yerli baxış keçirib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək qətnamə dəyişdirilməlidir. Apellyasiya araşdırmasının hədləri ilə bağlı kollegiya qeyd edir ki, ilk iddia üzrə iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilməmiş hissəsində, cavabdeh isə iddianın təmin edilmiş hissəsində mübahisələndirir. Odur ki, kollegiya həmin qətnamənin qanuniliyi və əsaslılığını tam yoxlayır. Belə ki, iş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Heydər Əliyev prospekti 147 nömrəli evin, 32 nömrəli mənzili mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarındakı X8 İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri Ş.İ.Xətai (hzırda H.Əliyev) prospekti 147 nömrəli binanın 34-cü mənzili mülkiyyət hüququ əsasında xx.xx.2002-ci ildə Cavabdeh adına qeydə alınmışdır. İddiaçı tərəfindən Gəncə şəhər İcra hakimiyyəti MKTİB-nin rəisinin adına yazılmış xx.xx.2024-cü il tarixli ərizəsidə göstərilmişdir ki, yaşadığım Gəncə şəhəri, Heydər Əliyev prospekti 147 nömrəli evin 32 nömrəli mənzildə üst mərtəbədə yaşayan sakinlər binanın damında olan su çənlərinin turbası dımoxodun içindən keçir, həmin turbalar xarab olduğundan, yəni deşildiyindən hal-hazırda onun mənzilini 15 gündür ki, su basıb. Dəfələrlə ərazi üzrə domkoma xəbərdarlıq etdiyinə baxmayaraq heç bir tədbir görülməmişdir. Odur ki, həmin suyun qarşısının alınmasında ona köməklik edilməsini xahiş edir. Gəncə şəhər İcra hakimiyyəti MKTİB-nin Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 10-152 saylı cavab məktubunda göstərilir: Məlumat üçün bildiririk ki, vətəndaş İddiaçı mənzilinə su sızması ilə bağlı Birliyə xx.xx.2024-ci il tarixində ərizə ilə müraciət etmişdir. Bu müraciət əsasında tərəfimizdən vətəndaşın mənzilinə baxış keçirilmiş və Birliyin Təmizlik və Xidmət şöbəsinin 1 N-li Xidmət Sahəsi tərəfindən baxış aktı tərtib olunmuşdur. Əlavə olaraq qeyd edirik ki, vətəndaş İddiaçı bu məsələ ilə bağlı Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə və onun nəzdində fəaliyyət göstərən Təmizlik və Xidmət şöbəsinin 1 №-li Xidmət Sahəsinə yalnız bir dəfə ərizə ilə maraciət etmişdir, bundan əvvəl müracəti qeydə alınmayıbdır. Vətəndaşın müraciəti ilə bağlı hazırlanmış sənədlər məktuba əlavə olunur (qoşma 3 vərəq). Gəncə şəhər İcra hakimiyyəti MKTİB-nin İstehsalat və Texniki Nəzarət şöbəsinin mühəndisi X4, 1 saylı Xidmət Sahəsinin rəisi X7, 1 saylı Xidmət Sahəsinin nəzarətçi müfəttişi X2 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktda göstərilir: Bu aktı tərtib edirik ondan ötəri ki, Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən 147 №-li binanın 32 №-li mənzilində yaşayan İddiaçı tərəfindən Birliyə daxil olmuş ərizə ilə əlaqədar olaraq sözügedən ünvana vizual texniki baxış keçirdik. Baxış zamanı həqiqətən mənzilə su sızması nəticəsində mənzilin sanitar qovşağı, mətbəxt və dəhlizin tavanlarında sızma əlamətlərini təsdiq edən sarı ləkələr və suvağın tökülməsi halları müəyyən etdik. Su sızmasının mənbəyini tapmaq məqsədi ilə Heydər Əliyev prospektində yerləşən 147 №o-li binanın 34 və 45 №-li mənzillərinin sanitar qovşağının döşəməsi sökülmüş, habelə dam örtüyünə, tüstü bacalarına baxış keçirilmiş lakin sızmanın haradan və necə baş verdiyini tapmaq mümkün olmamışdır. Su sızması ehtimal olunan borular beton təbəqənin altında olduğundan, hadisənin dəqiq səbəbini müəyyən etmək mümkün olmamışdır. Hadisənin dəqiq səbəbini müəyyənləşdirmək üçün xüsusi aparatlar vasitəsilə su sızmalarını aşkar edən mütəxəssis çağırılması tövsiyyə olunur. Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən 147 №-li binanın 32 №-li mənzilində yaşayan İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilir: Siz, Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə ünvanladığınız ərizədə yaşadığınız mənzilə üst mərtəbədə yaşayan sakinlərin binanın dam örtüyündə olan su çənlərinin borularının tüstü bacasının içərisindən keçirdiklərini, həmin boruların nasaz olduğundan Sizə məxsus mənzilə su sızdığını bildirir və problemin həll olunmasına köməklik göstərilməsini xahiş edirsiniz. Ərizənizlə əlaqədar olaraq tərəfimizdən Heydər Əliyev prospektində yerləşən 147 №-li binanın Sizə məxsus 32 №-li mənzilinə vizual texniki baxış keçirildi. Baxış zamanı həqiqətən mənzilə su sızması nəticəsində mənzilin sanitar qovşağı, mətbəxt və dəhlizin tavanlarında sızma əlamətlərini təsdiq edən sarı ləkələr və suvağın tökülməsi halları müəyyən edildi. Su sızmasının mənbəyini tapmaq məqsədi ilə Heydər Əliyev prospektində yerləşən 147 №-li binanın 34 və 45 №-li mənzillərinin sanitar qovşağının döşəməsi sökülmüş, habelə dam örtüyünə, tüstü bącalarına baxış keçirilmiş, lakin sızmanın haradan və necə baş verdiyini tapmaq mümkün olmamışdır. Su sızması ehtimal olunan borular beton təbəqənin altında olduğundan, hadisənin dəqiq səbəbini müəyyən etmək mümkün olmamışdır. Hadisənin dəqiq səbəbini müəyyənləşdirmək üçün xüsusi aparatlar vasitəsilə su sızmalarını aşkar edən mütəxəssis çağırılması tövsiyyə olunur. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş mənzilinin 2018-ci ilin aprel ayında çəkilmiş foto şəkillərindən görünür ki, cavabdehin mənzili hələ 2018-ci ildə tam təmirli vəziyyətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5165 saylı 11 oktyabr 2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanlı mənzilə həmin mənzillə eyni proyeksiyada olan və binanın ikinci mərtəbəsində yerləşən 34 saylı mənzildən su axıdıldığı və nəticədə 32 saylı mənzilin yaşayış otağı və mətbəx tikilisinə ziyan vurulduğu, həmin qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyərinin təqribən 3967 manat məbləğində müəyyən olunmuşdur. Həmin rəydə həmçinin qeyd olunmuşdur ki, baxış zamanı 34 saylı mənzilin təmirli olduğu, su kanalizasiya xətlərinin gözlə görünən hissələrinin üzərində hər hansı bir qüsurun olmadığı müşahidə edilmişdir. Bu səbəbdən də 32 saylı mənzilə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma Həmin rəyə əlavə edilən ekspertiza tədqiqatlarına dair bildirişdən müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğini təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli UNİ-İ 86- 416/2025 saylı ekspert rəyi ilə ünvan 1 ünvanlı mənzilə su sızması nəticəsində vurulmuş zərərin məbləği aparılmış hesablama və təhlillərə əsasən 4500 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. İş materiallarında olan “PREMİUM APPRAİSE" MMC tərəfindən verilmiş xx.xx.2025ci il tarixli qiymətləndirmə rəyində aşağıdakılar göstərilmişdir: - Gəncə Şəhər İcra Hakimiyyəti MKTİB-nin təqdim etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən 32 saylı mənzilə hənıin evin üst mərtəbəsindəki 34 saylı mənzildən su axıdılnıası (sızması) baş vermişdir. Sözügedən akt təsdiq edir ki, su axıdılması 34 nömrəli mənzillə qonşuluqda yerləşən mənzildə baş vermiş su axıdılması nəticəsində baş verməyib. - Gəncə şəhəri, Heydər Əliyev prospekti 147 nömrəli evin 32 saylı mənzilinə su sızma nəticəsində vurulmuş zərərin məbləği 3.119,76 manat, yuvarlaq şəkildə 3.120,0 (üç min yüz iyirmi) manat təşkil edir. - Gəncə şəhəri, Heydər Əliyev prospekti 147 nömrəli evin 32 saylı mənzilinə su sızma nəticəsində vurulmuş zərərin aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiyməti: mal-material xərcləri üzrə - 1.403,0 (bir min dörd yüz üç) manat; əmək qüvvəsi üzrə - 1.568,20 (bir min beş yüz altmış səkkiz manat 20 qəpik) manat; cari və gözlənilməyən xərclər üzrə - 148,56 (bir yüz qırx səkkiz manat 56 qəpik) manat təşkil etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Gəncə şəhəri, Heydər Əliyev prospekti 147 nömrəli binanın 32 nömrəli mənzili mülkiyyət hüququ ilə İddiaçı, həmin evin eyni proyeksiyada olan və həmin binanın üçüncü mərtəbəsində yerləşən 34 saylı mənzili cavabdehə məxsusdur. Cavabdeh xx.xx.2024-cü il tarixdə ərizə ilə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə müraciət edərək üst mərtəbədə yaşayan sakinlərin binanın damında olan su çənlərinin borularının (turbasının) tüstü bacasının (dımoxodun) içindən keçdiyini, həmin borular xarab olduğundan, yəni deşildiyindən hal-hazırda onun mənzilini 15 gündür ki, su basdığını, dəfələrlə ərazi üzrə evlər idarəsinə xəbərdarlıq etdiyinə baxmayaraq heç bir tədbir görülmədiyini, həmin suyun qarşısının alınmasında ona köməklik edilməsini xahiş etmiş, MKTİB-nin əməkdaşları tərəfindən həmin binanın iddiaçının mənzili ilə eyni proyeksiyada yerləşən 34 və 45-ci mənzillərinə, habelə dam örtüyünə, tüstü bącalarına baxış keçirilmiş, lakin baxış zamanı iddiaçının mülkiyyətində olan mənzilə su sızması nəticəsində mənzilin sanitar qovşağı, mətbəxt və dəhlizin tavanlarında sızma əlamətlərini təsdiq edən sarı ləkələr və suvağın tökülməsi halları müəyyən edilmişdir. Yəni su sızma halı olmuş olsa da, yaxın müddətdə baş verməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş məhkəmədə baxılarkən məhkəmə tərəflərin iştirakı ilə iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanlı mənzilə yerində baxış keçirilmiş və baxış zamanı müşahidə edilmişdir ki, həmin mənzildə uzun illər heç bir təmir işləri aparılmamışdır, mənzil tam təmirsiz vəziyyətdədir və mənzildə yaşayış yoxdur. Beləliklə, mənzilin müşahidə edilməsindən belə nəticə müəyyən olunur ki, mənzilin təmirzis vəziyyətdə olmasının cavabdehin yaşadığı mənzildən su sızması ilə qismən səbəbli əlaqəsi olsa da, təmirsizlik tam olaraq cavabdehin yaşadığı mənzildən su sızması nəticəsində əmələ gəlməmişdir. Mənzilin divarlarında uzun illər bundan əvvəl aparılmış təmir işləri mənzildə yaşayış olmadığından və vaxtaşırı cari təmir işləri aparılmaması nəticəsində belə vəziyyətə düşmüşdür. Bununla bərabər, məhkəmə hesab edir ki, cavabdeh mənzildə olan elektrik xətləri və parket döşəməsinin sıradan çıxmasına görə maddi məsuliyyətə cəlb oluna bilər. Belə ki, məhkəmə həmin hissədə ekspert rəyini işin hallarının müəyyən edilməsində mötəbər sübut növü kimi qəbul edərək, hesab edir həmin qüsurlar məhz cavabdehin mənzilindən axan su sızması nəticəsində yaranmışdır. Ekspert rəyində isə mənzildə olan elektrik xətlərinin bərpası üçün 400 manat, yararsız hala düşmüş parket döşəməsinin yenilənməsi üçün isə ümumilikdə 1280 manat vəsaitin tələb olunduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ödəməli olduğu zərərin miqdarı (400+1280)=1680 manat məbləğində müəyyən edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyləri ilə cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi cavabdehə maddi ziyanın dəyməsi haqı olaraq müəyyən etsə də maddi ziyanın məbləği hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə kollegiyası tərəfindən iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Heydər Əliyev prospekti 147 nömrəli evin 32 və 34 saylı mənzillərinə yerində baxış keçirilmiş və baxış zamanı 32 nömrəli mənzildə uzun illər heç bir təmir işlərinin aparılmadığı, mənzilin tam təmirsiz vəziyyətdə olmaqla mənzildə yaşayış olmadığı, həmçinin yaşayış otaqlarının divar kağızlarının köhnəlmiş olsa da, qopma hallarının olmadığı, eləcə də yaşayış otaqlarının döşəməsinə vurulmuş parket təbəqənin şişməsi və ya da çürüməsi halları müəyyən edilməmiş (təxminin 1 kv.m-dək hissə istisna olmaqla), 34 nömrəli mənzilə baxış keçirilərkən isə həmin mənzilin təmirli vəziyyətdə olduğu müşahidə edilmişdir. Məhkəmə kollegiyası ekspert rəyləri ilə təmir edilməsi üçün tələb olunan malların vahidinin qiymət ilə razılaşsa da, lakin təmir ediləcək sahə ilə razılaşmır. Çünki istər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5165 saylı 11 oktyabr 2024-cü il tarixli ekspert rəyində, istərsə "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli UNİ-İ 86-416/2025 saylı ekspert rəyində görüləcək işlərin həcmi və tələb oluna materiallar eyni ilə göstərilmiş olsa da, qiymətlər kiçik fərqlə göstərilmiş, “PREMİUM APPRAİSE" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qiymətləndirmə rəyində isə görüləçək işin həcmi bəzi hallarda azaldılmış, lakin tələb olunan materialın həcmində dəyişiklik olmamışdır. Odur ki, kollegiya Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5165 saylı 11 oktyabr 2024-cü il tarixli ekspert rəyinə və “PREMİUM APPRAİSE" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qiymətləndirmə rəyinə tənqidi yanaşır, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli UNİ-İ 86-416/2025 saylı ekspert rəyini isə həmin rəy baxış keçirilməsi cavabdeh tərəf məlumatlandırmadan aparıldığına görə sübut növü kimi qəbul etmir. Kollegiya həmin rəylərlə qismən razılaşmasını onunla izah edir ki, məsələn: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5165 saylı 11 oktyabr 2024-cü il tarixli ekspert rəyində divara vurulmuş divar kağızı və şpaklyovka qatının qaşınmasının 121 kv.m hissədə aparılacağı və həmin iş üçün 16 kisə şpaklyovka və 24 rulon divar kağızı tələb olunduğu göstərildiyi halda, “PREMİUM APPRAİSE" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qiymətləndirmə rəyində divara vurulmuş divar kağızı və şpaklyovka qatının qaşınmasının 94 kv.m hissədə aparılacağı və həmin iş üçün də 16 kisə şpaklyovka və 24 rulon divar kağızı tələb olunduğu qeyd olunur ki, bunun da düzgün olmadığı aşkardır. Çünki görüləcək işin həcmi ən azından 27 kv.m azalırsa, tələb olunan material da, müvafiq şəkildə azalmalıdır. Digər tərəfdən eyni ölçülü mənzil olan cavabdehin mənzilinin texniki pasportunun surəti işə əlavə olunmuşdur və sadə riyazi hesablama ilə müəyyən olunur ki, iddiaçıya məxsus mənzildə görüləcək işlər (dəymiş zərərlə bağlı) rəylərdə göstərilən həcmdə deyil. Həmin rəylərdə 16 kv.m parketin sökülməsi və yenisinin vuruiması qeyd olunur. Halbuki, cavabdehin mənzilinin sanitar qovşağının qapısı önündəki bir kv.m-dək parket taxtasının xarab olduğu müəyyən edilmişdir. Odur ki, məhkəmə kollegiyası iddiaçının mənzilinə su sızma nəticəsində vurulmuş zərərin aradan qaldırılması üçün ekspert rəylərində göstərilmiş vahidin qiyməti nəzərə alınmaqla cəmi 917,40 manat vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ədalətli sayır və hesab edir ki, qətnamə dəymiş zərərin məbləği hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək qətnamə dəymiş ziyanın məbləği hissəsində dəyişdirilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 384, 392-393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-107/2025 nömrəli qətnaməsi - İddiaçı müılkiyyətində olan ünvan 1 ünvanlı mənzilə vurulan ziyana görə 1260 (bir min iki yüz altmış) manat məbləğində pulun Cavabdeh alınaraq, İddiaçı verilməsi hissəsində dəyişdirilsin. İddiaçı müılkiyyətində olan ünvan 1 ünvanlı mənzilə vurulan ziyana görə 917,40 (doqquz on yeddi manat 40 qəpik) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayətinin verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar