Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-872/2023 10.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı1 cavabdehlər Cavabdeh1 və X7 qarşı ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı1 qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi, dəymiş ziyanın tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İlk iddia üzrə İddiaçı1, onun nümayəndəsi və vəkili X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli 2(044)- 3503/2021 nömrəli qətnaməsindən Cavabdeh1, Cavabdeh2 və onların nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 10 aprel 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 16.03.2020-ci il tarixli 021 saylı müstəqil auditor rəyindən görünür ki, İddiaçı1 iş birliyi üçün dəymiş ümumi ziyanın məbləğinin cəmi 101002 (yüz bir min iki) ABŞ dolları olmuşdur. Dəymiş ümumi ziyandan 46002 ABŞ dollarının ilkin sənədlər əsasında təsdiq edilməsi nəzərə alınsın; İlkin hesablamalara əsasən İddiaçı1 dəymiş ümumi ziyanın aşağıdakı şəxslərə verilməsi nəticəsində baş verməsi nəzərə alınsın; Qeyd olunan 101102 ABŞ dollarından- Ərəstun Əliyev 19025 ABŞ dolları, Cavabdeh2 7804 ABŞ dolları, Elşən Mehdiyev (2935+5000=7935) 7935 ABŞ dolları, Elvin Hacıyev 1968 ABŞ dolları, Murad və atası Azad (9200+5000+20000+10000) 44200 ABŞ dolları, Murad və atası Azada və Elvinlə Niyaziyə 15000 ABŞ dolları, Elvin və Niyaziyə tövlənin təmiri adı ilə 5000 ABŞ dolları, cəmi 101002 ABŞ dolları. Umumi ziyandan 55000 ABŞ dollarının İddiaçı1 verdiyi ərizəyə əsasən həqiqətən adları qeyd olunması şəxslərə və digər faktların araşdırılması üçün audit materiallarının istintaq orqanlarına təqdim edilməsi məqsədi ilə müvafiq hesab edilsin.
2. İddiaçı1 tərəfindən rəsmi qaydada bank vasitəsi ilə nağd pul vəsaitlərinin göndərilməsi barədə arayışdan görünür ki, İddiaçı1 tərəfindən Ərəstun Əliyevə, Cavabdeh2, Elşən Mehdiyevə, Elvin Hacıyevə, Murada və atasına, Elvin və Niyaziyə cəmi 86802 (səksən altı min səkkiz yüz iki) ABŞ dolları məbləğindədir.
3. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Türkiyə Respublikasının vətəndaşı İddiaçı1 şikayəti əsasında vətəndaş Cavabdeh2 Əzət oğlunun və qeyrilərinin əməllərində Azərbaycan Respublikasının CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq cinayətinin və həmin Məcəllənin 211-ci maddəsində nəzərdə tutulmuş əməlin və ya digər hər hansı bir cinayət əməlinin tərkib əlamətləri olmadığı üçün material üzrə cinayət işinin başlanması qeyd edilən əsasa görə rədd edilməsi qərara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əzət oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əzət oğlundan müştərək qaydada 86000 (səksən altı min) ABŞ dollar və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasına təxminən 20 il öncə “Real Pharma” firmasına müdir olaraq gəlmişdir. Həmin firma Azərbaycan Respublikası ilə Türkiyə Respublikasının ortaq iş birliyi əsasında təsis olunmuş, həmin firma Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərində yerləşmiş və o, oraya müdir təyin olduğu müddətdən təxminən 5 il əvvələ təsis olunmuşdu. O, həmin vaxta qədər Türkiyə Respublikasında yerləşən eyni firmada müdir işləmiş, Türkiyə Respublikasinda işlədiyi dövrdə rəhbərlik tərəfindən qabiliyyətli olduğuna görə həmin firmanın Azərbaycan Respublikasında yerləşən filialına Satış və Tanıtım müdiri kimi işləmək təklif olunmuşdur. O, öncələr həmin təklifi qəbul etmək istəməmiş, lakin sonradan həyatında dəyişiklik olmasını istəmiş və qardaş ölkə olan Azərbaycan Respublikasında işləmək qərarına gəlmişdir. Həmin vaxtdan o, Azərbaycan Respublikasına Bakı şəhərinə gəlmiş, Bakı şəhərində o, “İnqilab” adlanan yerdə tək yaşamağa başlamış, təxminən iki il müddətində “Real Pharma” firmasının Azərbaycan Respublikasındakı filialında müdir vəzifəsində çalışmış, lakin iki ildən sonra yenidən Türkiyə Respublikasına geri dönmüşdür. O, Azərbaycan Respubliksında çalışdığı iki il ərzində çoxlu sayda özünə dost tapmış, Azərbaycan Respublikasının regionlarını Satış və Tanıtım müdiri olduğuna görə gəzmiş və həmin vaxt regionlarda olan həkimlərlə dostluq münasibətləri yaratmışdır. Onun iki ildən sonra Azərbaycan Respublikasında tapşırıqları başa çatdığına görə Türkiyə Respublikasına geri dönmüşdür. Onun geri dönmə səbəblərindən biri də ailəsindən ayrı düşməyi olmuşdur. O, Türkiyə Respublikasına geri döndükdən sonra Azərbaycanda olan dostları ilə tez-tez əlaqələr saxlamış və Azərbaycan Respublikasına gəzmək və tətil məqsədilə gələn zaman onlarla görüşmüşdür. O, “Real Pharma” şirkətinin Bakı şəhərində yerləşən filialında müdir olan zaman Gəncə şəhərində də ofis açmalı olmuş, Gəncə şəhərində yerləşən ofisləri Gəncə şəhəri, mərkəzi poçtun yaxınlığında yerləşmiş və həmin ofisi həm də anbar kimi istifadə etmişdir. Gəncə şəhərində ofis kimi istifadə etdiyi həmin yer yaşayış mənzili olmuş, həmin mənzili o, Gəncə şəhərində tanış olduğu həkimlər vasitəsilə tapmış və kirayələmişdir. O ofis kimi istifadə etdiyi həmin evin qonşuluğunda yaşayan Azat (Əzət) Novruzov kimi tanıdığı şəxslə həmin vaxt təsadüfən tanış olmuşdur. Azat (Azat (Əzət)) kimi tanıdığı şəxs həmin vaxtlar taksi sürməklə məşğul olmuş, həmçinin Azat (Əzət) adlı şəxs ağsaqqal olduğuna görə o, Azata (Azat (Əzət)ə) etibar etmiş və o, Gəncə şəhəri ərazisində olan zaman işlərinin həllində ona kömək etmiş və o, bunun müqabilində Azat (Əzət) artıqlaması ilə taksi pulunu vermişdir. Azat (Əzət)lə münasibətləri daha da dərinləşmiş və ailəvi olaraq gediş-gəlişləri yaranmağa başlamışdır. O, Azərbaycan Respublikasından getdikdən sonra Gəncə şəhərində tanış olduğu Azat (Əzət) kimi tanıdığı şəxslə əlaqələri qalmış, Azat (Əzət)la yaxın dost olmuşlar və Azat (Əzət)in maddi durumu yaxşı olmadığına görə o, tez-tez Azat (Əzət) Türkiyə Respublikasından zəng edərək əlaqə saxlamış, hal-əhvalını soruşmuşdur. Həmçinin ailəsilə birlikdə Azərbaycan Respublikasında olan zaman Azat (Əzət)ın yaşadığı evə qonaq gəlibgetmişlər. Həmçinin Azat (Azat (Əzət)) ailəsi ilə Türkiyə Respublikasına gələndə o, Azat (Əzət)ı ailəvi olaraq qonaq kimi qəbul etmişdir. Onların münasibətləri ailəvi dostluq münasibətləri formasında davam etmişdir. 2018-ci ilin avqust ayında o, həmin vaxt Türkiyə Respublikasında İstanbul şəhərində Sarıyer bələdiyyəsində aptek işlətmiş və dərman koordinatoru olmuşdur. Onların işi evlərdən artıq dərmanları toplamaq və həmin bələdiyyənin ərazisində yaşayan şəxslərə pulsuz olaraq bağışlamaqdan ibarət olmuş, Azat (Əzət) ona 2018-ci ilin avqust ayında sosial şəbəkə olan Whatsapp ilə zəng edərək oğlunun onu məcbur etdiyini, ondan borc istəməsini, toyuq işlərini daha da inkişaf etdirəcəklərini ona bildirmiş, o, telefonla Azat (Əzət)la danışarkən yaxın günlərdə Azərbaycana gələcəyini bildirmiş, üz-üzə danışacaqlarını bildirmişdir. 2018-ci ilin avqust ayında o, yay tətili olduğu üçün Azərbaycan Respublikasına tək gəlmiş, həmin vaxt o, Azat (Əzət) söz verdiyinə görə Gəncə şəhərinə gəlmiş, Gəncə şəhərində ilk öncə Azat (Əzət)la təklikdə görüşmüş, Azat (Əzət) ona oğlunun toyuq alqı-satqısı iş ilə məşğul olduğunu, lakin ona maddi cəhətdən dəstək lazım olduğunu və pula ehtiyacının olduğunu demişdir. O, Azat (Əzət) pul verdikdən sonra pulu kimdən alacağını soruşmuş və Azat (Əzət) xəbərdarlıq edərək həmin pulu ona övladlarının boğazından kəsərək borc verəcəyini bildirmişdir. Azat (Əzət) isə ona əgər pulu oğlu və oğlunun tanışı Məhərrəm verməzsə özü verəcəyini bildirmişdir. O, Azat (Əzət)dan ilkin olaraq təxminən nə qədər pul lazım olduğunu soruşmuş. Azat (Əzət) isə ona 20-25 min ABŞ dolları civarında məbləğ lazım olduğunu bildirmişdir. O Azat (Əzət)ı əvvəldən tanıdığına görə ona inanmış və Azat (Əzət)ın ondan pul borc istəməsi ilə bağlı olaraq ailəsi ilə də məsləhətləşmişdir. Həmin vaxt ailəsi də Azat (Əzət)ı tanıdığına və normal insan olduğuna görə qaytaracağını düşünmüş və onun Azat (Əzət) kömək etməyini istəmişlər. Belə olan halda o, Azat (Əzət)ın oğlu Cavabdeh2 və onun tanışı Məhərrəm adlı şəxslə görüşməyi təklif etmiş və onlar, o, Azat (Əzət)ın oğlu Murad və onun dostu Məhərrəm adlı şəxslə Gəncə şəhəri ərazisində yerləşən kafelərin birində oturmuşlar. Orada oturan zaman Azat (Əzət)ın oğlu əvvəllər də toyuq alqı-satqısı ilə məşğul olduğunu bildirmiş, onun yanında olan Məhərrəm isə xırda cücə işi ilə məşğul olduğunu və onların bu işdən birlikdə anlayışlarının daha yaxşı olduqlarını bildirmişdir. O həmin şəxsləri dinlədikdən sonra onlara borc olaraq verdiyi pulu borc kimi verəcəyini demiş, həmin şəxslər həmin vaxt ona ortaq iş görməyi təklif etsələr də o, qəbul etməmişdir. İlk öncə borca verdiyi pulu geri qaytarmalarını tələb etmiş, əgər qaytara biləcəklərsə onlarla gələcəkdə şərik iş görmək barədə düşünəcəyini bildirmişdir. Həmin vaxt o, bir daha Azat (Əzət) sonda verdiyi borc pulu kimdən alacağını soruşduqda, Azat (Azat (Əzət)) ona təkrar-təkrar olaraq onun verdiyi pulları oğlu Murad və oğlunun dostu Məhərrəm verməzsə, özü evini sataraq verəcəyini bildirmişdir. O, həmin şəxslərə inanmış və görüşdükləri həmin kafedə 4000 (dörd min) ABŞ dolları məbləğində pulu onlara nağd formada vermiş, həmin vaxt kafedə Azat (Əzət), oğlu Murad və onun dostu Məhərrəm adlı şəxs olmuş, o, pulu Murada vermiş, Murad isə pulu atası Azat (Əzət)ə verərək pulu yaşadıqları evdə gizlətməsini bildirmişdir. Həmin kafedə ona yenə də şərik olmağı təklif etmişlər, o, isə şərik olsa gərək işlərinin başında özü dayansın deyərək, şərik işləməyi qəbul etməmişdir. Təxminən 1 il sonra onlardan pulu geri alacağını soruşmuş, həmin şəxslərin ona dediyi təxmini rəqəm 20-25 min dollar civarında imiş. O, həmin kafedə görüşdükdən sonra bir həftə Gəncə şəhərində qalmış və gəzdikdən sonra Türkiyə Respublikasına geri qayıtmışdır. O, Türkiyədə olan zaman Murad ona yenə də “Whatsapp” sosial şəbəkəsi vasitəsilə zəng edərək, Xanlar (Göygöl) rayonu ərazisində Niyazi Səmədoğlu və Elvin Hacıyev adlı şəxslərə məxsus ferma icarəyə götürdüklərini və həmin yeri təmir etdirəcəklərini, təmir etdirdikdən sonra fermaya cücə alacaqlarını bildirmişdir. Ondan sonra o, 2018-ci ilin 11-ci ayından başlayaraq 2019-cu ilin yanvar ayına qədər Cavabdeh2 adına ümumilikdə 8000 (səkkiz min) ABŞ dolları məbləğinda müxtəlif vaxtlarda pul göndərmişdir. Bundan sonra Murad ona şəxsiyyət vəsiqəsinin vaxtının keçdiyini və pulları dostu Ərəstun Əliyevin adına göndərməyini xahiş etmiş və o, 2019-cu ilin fevral ayından başlayaraq həmin ilin oktyabr ayına qədər Ərəstun Əliyevin adına 19500 (on doqquz min beş yüz) ABŞ dolları, 2019-cu ilin fevral ayından oktyabr ayına qədər olan dövr ərzində o, Muradin dostu Elşən Mehdiyevin adına 3000 (üç min) ABŞ dolları və Elvin Hacıyevin adına 2000 (iki min) ABŞ dolları məbləğində pul göndərmişdir. Bundan sonra 2019-cu ilin may ayında arvadı Nazifə Can və oğlu Ufuk Can ilə birlikdə Azərbaycan Respublikası Gəncə şəhərinə gəlmişlər və Gəncə şəhərində olan zaman Murad onu və ailə üzvlərini özü ilə Xanlar (Göygöl) rayonu ərazisində olan toyuq fermasına apararaq işlərin getdiyini, işinin hal-hazırda yaxşı olduğunu və işlərin yarımçıq qalmaması üçün müəyyən qədər pul lazım olduğunu bildirmiş, eyni zamanda ona işləri yekunlaşmamış verdiyi borcunu qaytara bilməyəcəyini bildirmişdir. Murad onları ferma ilə tanış etdikdən sonra yaşadıqları evə dəvət etmiş və o, ailə üzvlərilə birlikdə Muradın evinə getmiş, orada onlara çox yaxşı davranmışlar. Murad işlərin yarımçıq qalmaması üçün ondan yenə də borc istəmiş və o, Azərbaycan Respublikasına gəldikdə üzərində götürdüyü pulun 10000 (on min) dollarını Murada Ərəstun, Niyazi və Elşən dostlarının yanında vermişdir. Onun bu pulları verməkdə məqsədi Muradın işləri yekunlaşdırması və onun borcunu bütünlükdə qaytarması olmuşdur. Çünki Murad əvvəldən ona deyibmiş ki, o, bu işləri yekunlaşdırdıqdan sonra verdiyi borcunu geri qaytaracaqdır. 2019-cu ilin avqust ayında o, Azərbaycana Türkiyənin məşhur iş adamı Nuri Yılmazla birlikdə gəlmişdir. X15 Azərbaycana gəlmək istəmiş, lakin tanımadığı üçün o, həmin şəxsə yardım etmişdir. Həmçinin bundan başqa o, Azərbaycan Respublikasının təbiətinin tanınması üçün ölkə ərazisinə Türkiyənin məşhur və tanınmış şəxslərini dəvət edərək Azərbaycan Respublikasının Turizm sahəsinə dəstək olmuşdur. 2019-cu ilin sentyabr ayında Murada zəng vuraraq pulunu nə vaxt geri qaytaracaqlarını soruşmuş, Murad isə ona ümid verərək cücələrin artıq böyüdüyünü, oktyabr ayında satacaqlarını, ondan aldıqları borcu qaytaracqlarını bildirmişdir. O, isə Muradla birlikdə atası Azat (Əzət) da zəng edərək teztez borcunu xatırlatmış, həmin vaxt o, yenə də 10000 (on min) ABŞ dollar vermişdir. 2019cu ilin oktyabr ayında o, oğlu Ufuk Canla birlikdə Azərbaycan Respublikası Gəncə şəhərinə gəlmiş, Murad onu Göygöl rayonunda olan toyuq fermasına aparmış, orada olan zaman o, Muraddan pulunu istədikdə Murad ona cücələrin satışa çıxmasına yem lazım olduğunu bildirmiş, həmçinin əlavə pul lazım olduğunu demişdir. O, həmin vaxt üzərində götürdüyü 15000 (on beş) ABŞ dolları Murada vermiş, həmin vaxt Niyaz, Elşən və Niyazi orada olmuşdur. O, belə olan hallarda həmişə Azat (Əzət) zəng edərək işlərin yaxşıya doğru getmədiyini və pulları kimin qaytaracağını soruşduqda Azat (Əzət) ona oğlunun vəziyyəti nəzarətdə saxladığını və özünün borcu qaytaracağını bildirmişdir. Həmin gündən 2-3 gün keçdikdən sonra Murad dostu Elşənin cücələrə alınmış yem borcu olduğunu və həmin borcu qaytara bilməsə cücələrin öləcəyini bildirmişdir. O, Türkiyə Respublikasında yaşayan qızından pul istəmiş və qızı Ece Can ona 5000 (beş min) ABŞ dolları pul göndərmiş və o, həmin pulu Muradın dostu X11 otelin restoranında vermişdir. Həmin vaxt Elşənin yanında Aytən adlı qadın, Murad və Ərəstun olmuşdur. Bundan sonra o, Murada cücələrin nə vaxt satılacağını və onun verdiyi borcunu nə vaxt geri qaytaracaqlarını soruşmuş, Murad yenidən 10000 (on min) ABŞ dolları məbləğində pul lazım olduğunu bildirmişdir. O, həmin vaxt Türkiyə Respublikasında olan Ziraat Bankda olan pulu bloklamış və Gəncə şəhərində olan Ziraat Bankın filialından kredit formasında 10000 (on min) ABŞ dolları məbləğində pul götürmüş və həmin pulu yenə də fermada Murada vermiş və həmişə olduğu kimi pulu Murada verdikdən sonra atası Azat (Əzət) demişdir. Bundan sonra o, olan pulunun bitdiyini və geridə pulunun qalmadığını görmüş və Muradın dostu Niyazi və Elvin onunla mübahisə etməyə başlamışlar, o, həmin şəxslərin onun pulunu vermədiklərini gördüyü üçün Gəncə şəhəri ərazisində toyuq alqı-satqısı ilə məşğul olan şəxslərlə əlaqə yaratmış və həmin toyuqları fermadan sataraq verdiyi pulları geri almaq qərarına gəlmişdir. Murad ona zəng edərək fermada olan toyuqları satmaq üçün adam tapdığına görə qışqırmış və Niyazinin qapıları bağladığını demişdir. Bu vaxt o, Muradla Gəncə şəhərində yerləşən Beynəlxalq xəstəxananın qarşısına gəlmiş, orada ona və oğlu Ufuk Cana qışqırmış və oğlu ilə onu sözlə hədələmişdir. O, Murada yuxarı dövlət orqanlarına şikayət edəcəyini bildirmişdir, Murad isə ona qardaşının polis olduğunu demiş, onlar arasında sözlü mübahisə yaranmış və maşını onların qarşısından bərk sürərək getmişdir. Fərmanın maşınında həmin vaxt bıçaq olmuşdur. Bundan sonra o, oğlu ilə qorxduğuna görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmiş, lakin Daxili İşlər Nazirliyinə getməzdən əvvəl Gəncə şəhərində yerləşən Türkiyə Cumhuriyyətinin konsulluğuna getmişdir. Daxili İşlər Nazirliyində olan zaman Murad, Niyazi, Elvin və Ərəstun da orada olmuş, o, həmin şəxslərlə üzləşmişdir. Onlar ona verdiyi borcları geri qaytaracaqlarını söz vermişlər. Bundan sonra Daxili İşlər Nazirliyində onun müraciətinin Gəncə şəhərinə göndəriləcəyini demişlər, həmin vaxt o, oğlu ilə sarsıntı keçirdiklərinə görə Türkiyə Cümhuriyyətinə qayıtmışlar. O, Türkiyədə olan zaman Gəncə şəhərində Yusif adlı polis əməkdaşı ona zəng vuraraq Gəncə şəhərinə gəlməsini bildirmişdir. O, isə ölkədə və dünyada yayılmış “COVİD-19” infeksiyası ilə əlaqədar olaraq sərhədlər bağlı olduğuna görə Azərbaycan Respublikasına gələ bilməmişdir. Lakin sonradan Azərbaycana gəlmiş, Yusif adlı polis əməkdaşı ilə görüşmüş və bütün yuxarıda olanları ona danışmışdır. Onun borcu geri qayıtmamışdır. Bundan sonra o təkrar olaraq Gəncə şəhər prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. O, Murada və onun ətrafında olan şəxslərə ümumilikdə 86500 (səksən altı min beş yüz) ABŞ dolları məbləğində pul vermişdir. Həmin pulların bir qismini o, nağd formada, bir qismini isə banklar vasitəsilə vermişdir. O, yuxarıda qeyd etdiyi məbləğdə olan pulların hamısını borc kimi Azat (Əzət) adlı dostunun oğlu Murada və Muradin dostları olan Niyazi, Elvin, Elşən və Ərəstun adlı şəxslərə vermişdir. O, məhkəməyə müraciət etmədən əvvəl həm Prokurorluğa həm də auditə müraciət etmişdir. Hüquq mühafiəzə orqanına da müraciət edərkən o, bildirmişdir ki, 20 il öncə Türkiyədə işlədiyi dərman firması onu Azərbaycanda xidmətə göndərdiyi vaxt Azat (Əzət) Novruzov adlı şəxslə tanış olmuş, müəyyən vaxt içərisində dostluq əlaqələrini ailəvi şəkildə davam etdirmişlər. Azat (Əzət) Novruzov 2018-ci ilin avqust ayında ona zəng edərək oğlunun iş qurmaq istədiyini, onlara borc verib-verə bilməyəcəyini, onların əlindən tutmağını, onun pulunu geri qaytaracaqlarını demiş, o, da yaxın zamanda Azərbaycan Respublikasına gəldiyi zaman bu barədə danışacaqlarını bildirmişdir. O, Azərbaycana 2018-ci ilin avqust ayında gəlmiş, Azat (Əzət) Novruzov, oğlu Cavabdeh2 və yanlarında olan Məhərrənm adlı şəxslə görüşmüş, dostu Azat (Əzət) Novruzov onlara 15000 (on beş min) ABŞ dollar verməsini, 1 ilin içərisində ona məxsus pulu qaytaracaqlarını bildirmişlər, o, da gələcəkdə pulu qaytarmaqda problem yaranarsa həmin pulu kimin qaytaracağını soruşan zaman Azat (Əzət) Novruzov ondan alınan pulu lazım gələrsə evi sataraq qaytaracağını bildirdiyi üçün o, həmin şəxslərə 2018-ci ilin avqust ayından başlayaraq ilkin olaraq 4000 (dörd min) ABŞ dolları həmin yerdə vermişdir. Sonra isə ayrı-ayrı vaxtlarda həm Cavabdeh2, həmdə onun dostlarına hər ay bank vasitəsilə, həmdə nağd formada ümumilikdə 86000 (səksən altı min) ABŞ dolları cücə ferması qurmaları üçün borc kimi vermiş, sonda isə həmin şəxslər fermanın müflis olduğunu bildirərək, borc kimi verdiyi 86000 (səksən altı min) ABŞ dollarını qaytarmadıqlarını bildirmiş, pulu geri istəyən zaman Muradın onu hədələdiyini bildirmişdir. Sonradan o, öyrənmişdir ki, Murad, Azad, Ərəstun, Niyazi, Elvin hamısı birləşib onun pulunu yemişlər, həmin şəxslərə bu işin inkişaf etdirilməsi üçün göndərdiyi pulları restoranlara və digər şəxsi ehtiyaclarına sərf etmişlər. Bundan sonra həmin şəxslər onun pullarını ələ keçirib onu bu işdən uzaqlaşdırmağa başlamışlar. Bundan başqa o, və oğlu Ufuk Cana bıçaq göstərərək psixoloji təsir göstərmişlər. Bu işlərə son qoymağını tələb etdiyi Zaman qardaşının polis olduğunu bildirib ona təhdidlər etmişdir. Onun ərizəsi əsasında Polisdə araşdırma aparılmış, lakin cavabdehlərin əməllərində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdi. Həmin qərarda da, cavabdehlər iddiaçıdan aldıqları pulun bir qismini etiraf etmiş, lakin bildirmişlər ki, onlardan aslı olmayan səbəblərə görə saxladıqları cücələr qırılmış və ona görə də iddiaçının pulunu ödəyə bilməmişlər. O, cavabdehlərə pulu borc olaraq vermiş, onlar işə başladıqdan sonra isə hər dəfə pulunu diriltmək üçün onara əlavə pullar vermişdir ki, sonunda pulu bir dəfəlik alsın. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Auditorlar palatasının 16 mart 2020-ci il tarixli AG 021 nömrəli rəyində, İddiaçı1 iş birliyi üçün dəymiş ümumi ziyanın məbləğinin cəmi 101002 (yüz bir min iki) ABŞ dollar olmuşdur. Dəymiş ümumi ziyandan 40002 (qırx min iki) ABŞ dollarının ilkin sənədlər əsasında təsdiq edilməsi nəzərə alınmalı, Ərəstun Əliyevə 19095 (on doqquz min doxsan beş) ABŞ dolları, Cavabdeh2 7804 (yeddi min səkkiz yüz dörd) ABŞ dolları, Elşən Mehdiyevə 7935 (yeddi min doqquz yüz otuz beş) ABŞ dolları, Flvin Hacıyevə 1968 (min doqquz yüz altmış səkkiz) ABŞ dolları, Murad və atası Azad Novruzova 44200 (qırx dörd min iki yüz) ABŞ dolları (9200-5000-20000-10000), Murad atası Azad və Elvinlə Niyazi adlı şəxslərə 15000 (on beş min) ABŞ dolları, Elvin və Niyaziyə tövlələrin təmiri adı ilə 5000 (beş min) ABŞ dolları, ümumilikdə 101002 (yüz bir min iki) ABŞ dolları həcmində pulun verildiyi hesablanması bildirilmişdır. Cavabdehlər verdikləri izahatlarında, tərəflər arasında olan razılığa görə Erhan təklif etmiş ki, Murad toyuqların satışına baxacaq, Məhərrəm saxlayacaq, Erhan da pul qoyacaqdır və iddiaçı sonda onlara pul göndərməsini dayandırdıqdan sonra onlar toyuqlara baxa bilməmiş və toyuqlar xəstəlikdən öldükləri üçün ziyana düşmələrini bildirmişlər. Lakin belə olsa belə nəzərə alınmalıdır ki, o, təxminən 100000 (yüz min) ABŞ dolları pul qoyduğu halda, necə ola bilərdi ki, bu uzun müddət ərzində toyuqların satışından pul əldə edilməsin, qazanc olmasın və əgər qazanc olmuşdursa nəyə görə həmin qazancdan ona bir manat olsun belə pul verilməmişdir. Nəzərə alınmalıdır ki, istintaq vaxtı əldə edilən və materiala əlavə edilmiş Azərbaycan Qida Təhlükəsizlik institutunun Göygöl regional sınaq laboratoriyasının sınaq protokollarında, analizlər zamanı təqdim edilmiş cücə cəsədlərindən hər hansı bir xəstəlik virusları aşkar edilməmiş, həmçinin baytarlıq işçiləri ilə birlikdə tərtib edilmiş aktdan da görünür ki, baxış zamanı təsərrüfatın toyuq-cücələri istilik sisteminin zəif olmasından, yemləmənin zəif olmasından və baxımsızlıqdan tələf olmuş, yemləmənin və istiliyin normallaşdırılması təklif olunmuşdur. Göründüyü kimi, cavabdehlərin dedikləri düz olsa belə onlar üzələrinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, toyuqlara normal lazımı qaydada baxmamış və nəticədə toyuqlar qırılmışdır.
6. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Əzət oğlu cavabdeh İddiaçı1 qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin verdiyi öhdəliyi icra etmədiyinə görə ona dəymiş zərər olaraq 2900 (iki min doqquz yüz) manat pulun cavabdeh İddiaçı1 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ilk iddia tələbi ilə razı deyildir və ilk iddia tələbində göstərilir ki, guya İddiaçı1 ona və atasına müxtəlif vaxtlarda 86000 (səksən altı min) ABŞ dolları pul vermişdir. Bu tamamilə yalan və böhtandır. Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan aydın olur ki, İddiaçı1 heç də hazırkı iddia ərizəsində qeyd etdiyi kimi onlara borc pul deyil, özü də toyuq-cücə təsərrüfatı yaratmaq təklifi irəli sürmüş, aralarında yaranmış razılığa əsasən İddiaçı1 əvvəldən sonadək yaradacaqları təsərrüfatın bütün xərclərini ödəməyi öhdəsinə götürmüş, təsərrüfatın saxlanılması və saxlanılmasına nəzarət öhdəliyini Məhərrəm Hüseynov, təsərrüfatdan əldə edəcəkləri toyuq-cücənin satışını isə Cavabdeh2 öz üzərinə götürmüşdür. Araşdırma zamanı müəyyən edilmişdir ki, 2018-ci ilin payızında Türkiyə Respublikasının vətəndaşı İddiaçı1 Gəncə şəhərində şəhər sakinləri Cavabdeh2 Əzət oğlu və X1 ilə görüşüb danışaraq toyuq cücə təsərrüfatı yaratmaları barədə təklif irəli sürmüş, aralarında yaranmış razılığa əsasən İddiaçı1 əvvəldən sonadək yaradacaqları təsərrüfatın bütün xərclərini ödəməyi öz öhdəsinə götürmüş, təsərrüfatın saxlanması və saxlanılmasına nəzarət öhdəliyini Məhərrəm Hüseynov, təsərrüfatdan əldə edəcəkləri toyuq-cücənin satışını isə Cavabdeh2 öz üzərinə götürməklə təsərrüfatdan əldə edəcəkləri gəliri də həmin 3 nəfər şəxslər arasında bərabər qaydada bölüşdürəcəkləri barədə razılığa gəldikdən sonra İddiaçı1 ilk olaraq Cavabdeh2 Gəncə şəhərində təsərrüfatın icarə yerinin müəyyən edilməsi, cücələrin alınması üçün 4000 (dörd min) ABŞ dolları pul vermiş, bundan sonra İddiaçı1 Türkiyə Respublikasına gedərək xx.xx.2018-ci il tarixdən 2019-cu ilin oktyabr ayınadək olan müddətdə 37000 (otuz yeddi min) ABŞ dollarına yaxın pul göndərmiş, təxminən həmin məbləğə yaxın vəsait, o cümlədən İddiaçı1 xx.xx.2019-cu il tarixdə Gəncə “Ziraatbank” dan götürdüyü 9200 (doqquz min iki yüz) ABŞ dollarının çox hissəsi təsərrüfatın xərclərinə qoyulmaqla ümumilikdə 50000 (əlli min) ABŞ dolları civarında pul sərf etmiş, İddiaçı1 özü 2019-cu ilin yayından Azərbaycan Respublikasına gələrək təsərrüfata birbaşa nəzarəti həyata keçirmiş, 2019-cu ilin oktyabr ayınadək olan müddətdə təsərrüfatda hər hansı bir maddi çatışmazlıq yaranmamış, qarşılıqlı razılıq əsasında anan sürü-cücə təsərrüfatı yaradılmış, ondan sonra İddiaçı1 əvvəlki razılıqlarına əsasən təsərrüfata lazım olan maddi vəsaiti verə bilmədiyi üçün təsərrüfatda yem, istilik və digər çatışmazlıqların yaranması səbəbindən cücələr tələf olmağa başlamış, Cavabdeh2 bu tələfatın qarşısını almaq məqsədi ilə anası X4 məxsus olan “Mersedes Benz” markalı, ** LT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini xx.xx.2019-cu il Ağdaş yem fabrikasının anbardarı X3 mülkiyyətinə keçirərək yem götürmüşlər, bundan sonra İddiaçı1 təsərrüfata pul qoymaması əvvəlki öhdəliyini yerinə yetirməməsi səbəbindən təsərrüfatda itkilər olaraq fəaliyyətlərini davam etdirə bilməmələri səbəbindən, təsərrüfatın yem, istilik, icarə və digər xərclərinə görə yaranmış borcların verilməsinə görə, həmçinin təsərrüfatın tamamilə məhv olmaması üçün qalan toyuq-cücə qeyd edilən bocların əvəzinə verilmiş, hazırda da həmin borcların təxminən 10- 15 min arası real olaraq qalmaqdadır. Araşdırma zamanı Türkiyə Respublikasının vətəndaşı İddiaçı1 ərizə və izahatında göstərmiş olduğu 80000 (səksən min) ABŞ dollarına yaxın vəsaitin Cavabdeh2 Əzət oğlu və qeyriləri tərəfindən aldadılaraq mənimsənilməsi, həmin şəxslər tərəfindən təhdid edilməklə ölümlə hədələnməsi xüsusatları öz əksini tapmamışdır. Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı ilə müəyyən edilmişdir ki, İddiaçı1 təsərrüfat yaradılması üçün vermiş olduğu pullar danışdıqları kimi yaradılmış təsərrüfata qoyulmuş, sadəcə olaraq sonradan İddiaçı1 təsərrüfatın inkişafı və dayanıqlığı üçün lazım olan vəsaiti verməməsi səbəbindən əvvəldən vermiş olduğu öhdəliyi lazımınca və ya sonda ümumiyyətlə icra etməməsi səbəbindən yaradılmış təsərrüfat iflasa uğramışdır. Həmin təsərrüfatın iflasa uğramamasında vətəndaş Cavabdeh2 Əzət oğlunun və qeyrilərinin hər hansı bir günahı və ya qəsdən müflisləşməyə aid hər hansı bir qanunsuz hərəkətləri olmamışdır. İddiaçı1 əvvəldən vermiş olduğu öhdəliyi icra etməməsi səbəbindən, yəni onlara söz verib pul göndərmədiyi üçün, yemi, dərmanı və digər ehtiyacları nisyə götürdüklərindən onları ziyana salmışdır. İddiaçı1 bura gələndən sonra yem çatışmayanda ona demişdir ki, girov kimi o, avtomobilini qoyub Ağdaş yem bazasından yem götürsün, o, pulunu göndərəcəkdir, lakin Erhan pulu göndərməmiş, Ağdaş yem fabrikasının anbardarı X8 da yem verməmişdən əvvəl, xx.xx.2019-cu il tarixdə “Mersedes Benz” markalı, ** LT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini öz adına keçirmiş, ona idarə etmək üçün etibarnamə vermiş, demişdir ki, pul veriləcəyi təqdirdə avtomobili qaytaracaqdır, Erhan da pulu vermədiyi üçün onu avtomobili Etiubarın mülkiyyətində qalmışdır, sonradan o, 2900 (iki min doqquz yüz) manat pulu ödəyərək maşını öz adına qeyd etdirmişdir. Odur ki, həmin məbləğ İddiaçı1 öhdəliyi icra etmədiyi üçün yarandığına görə hazırda İddiaçı1 tərəfindən ona ödənilməlidir. O, heç vaxt İddiaçı1 üstünə maşın sürməmiş, İddiaçı1 istədiyi vaxt fermaya, təsərrüfata gəlib getmiş, heç kəs ona hər hansı bir maneə yaratmamışdır. Bu hal Polis İdarəsində gedən araşdırma zamanı da öz əksini tapmış, müəyyən edilmişdir ki, Türkiyə Respublikasının vətəndaşı İddiaçı1 yaradılmış toyuq-cücə təsrrüfatına əvvəldən axıradək, əvvəl virtual qaydada, sonra isə özü və oğlu gəlməklə birbaşa müraciət etmiş, onun həmin təsərrüfata nəzarətinə heç kəsin maneçiliyi olmamış, istədiyi vaxt gəlib-getmiş, özünün tövsiyə və göstərişlərini vermiş, heç kəs tərəfindən kənarlaşdırılmamış, onu Cavabdeh2 və qeyriləri heç kəs ölümlə təhdid etməmiş, həmçinin xx.xx.2019-cu il tarixdə onun üstünə Gəncə şəhərində bu məqsədlə avtomobil sürməmiş, ona qarşı hər hansı bir formada təzyiq və ya təsir olmamışdır.
8. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli 2(044)- 3503/2021 nömrəli qətnaməsi ilə (hakim Gündüz Şirinov) ilk iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əzət oğlundan 86000 (səksən altı min) ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq, İddiaçı1 verilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Əzət oğlunun cavabdeh İddiaçı1 qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 30 manatın qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir.
9. Məhkəmə iddianı təmin edərkən qeyd etmişdir ki, işin faktik hallarına görə İddiaçı1 tərəfindən birgə iş qurulması, yəni ferma yaradılaraq cücə saxlanılması üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əzət oğluna müxtəlif vaxtlar ərzində bank vasitəsi ilə pul göndərilmişdir. Lakin cavabdehlər tərəfindən iddiaçının verdiyi pul vəsaiti iddiaçıya geri qaytarılmamış və nəticədə iddiaçı maddi ziyana uğramışdır. Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış mübahisə maddi ziyanın ödənilməsi üzrə əmələ gələn mübahisədir və həllinə mülki qanunvericiliyin maddi ziyanla, habelə əlaqəli normalar tətbiq olunmalıdır. İş materialları ilə ilkin iddiaçının cavabdehlərə birgə iş qurulması üçün tələb etdiyi məbləğdə pul göndərilməsi təsdiq edilir. Bu fakt bank tərəfindən verilmiş arayış ilə təsdiqini tapır. Lakin cavabdehlər tərəfindən ilkin iddiaçının pul vəsaiti əsasında qurulmuş fermada işə səhlənkar yanaşılması nəticəsində gəlir əldə edilməsi məqsədi ilə alınmış cücələrin müəyyən qismi tələf olmuşdur. Hansı ki, bu zaman ilkin iddia üzrə cavabdehlər onun qarşısında yaranmış öhdəliklərinə vicdanlı şəkildə yanaşmamışdır və mülki hüquq pozuntusu (delikt) törətmişlər. Nəticədə isə ilkin iddiaçı maddi ziyana uğramışdır.
10. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəllənin 21, 425.1, 448.1, 1096.1, 1097.1 və 1115-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 76.1, 77.1, 88 və 119.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
11. İlk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əzət oğlu (qarşılıqlı iddia üzrə iddiaçı) və nümayəndələri və (vəkil) Vəkil ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək qətnamənin ləğv olunması, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
12. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, qətnamə əsassızdır. Belə ki, işin halları ondan ibarətdir ki, İddiaçı1 Cavabdeh2 və Məhərrəm Hüseynov ilə danışaraq toyuq-cücə təsərrüfatı yaratmaları barədə razılığa gəlmişlər. İddiaçı1 təsərrüfatın bütün xərcini ödəyəcəyini öhdəsinə götürmüşdür. Məhərrəm təsərrüfatın saxlanılmasına nəzarəti, Murad isə satışın həyata keçirilməsini üzərinə götürmüşdür. Əldə olunacaq gəlir isə onların arasında bərabər bölünməli idi. İddiaçı1 ilk dəfə Murada cücələrin alınması üçün 4000 ABŞ dolları pul vermiş, xx.xx.2018-ci il tarixdən 2019-cu ilin oktyabr ayına kimi 37000 ABŞ dollarıına yaxın pul göndərmiş, o cümlədən Gəncə Ziraatbankdan götürdüyü 9200 ABŞ dolları pulun çox hissəsini təsərrüfata sərf etmişdir. 2019-cu ilin yayından isə İddiaçı1 təsərrüfata özü nəzarət etmişdir. 2019-cu ilin oktyabr ayına kimi hər hansı çatışmazlıq yaranmamış, təsərrüfat yaradılmış, ondan sonra İddiaçı1 əvvəlki razılıqlara əsasən təsərrüfata lazım olan maddi vəsaiti vermədiyi üçün təsərrüfatdan yem, istilik və digər çatışmazlıqlar yaranması səbəbindən cücələr tələf olmağa başlamışdır. Cavabdeh2 bu tələfatın qarşısını almaq üçün anasına məxsus ** LT *** dövlət qeydiyyat nişanlı Mercedes Benz markalı avtomobili xx.xx.2019-cu il tarixdə Ağdaş yem fabrikinin anbardarı Etibar Əliyevin mülkiyyətinə keçirərək yem götürmüş, bundan sonra İddiaçı1 yenə də təsərrüfata pul qoymadığı üçün təsərrüfat dağılmış və yaranmış borcların əvəzi olaraq toyuq-cücələr borc sahiblərinə verilmişdir. Hazırda real olaraq borc 10000-15000 manat arası qalmaqdadır. İddiaçı1 Cavabdeh2 və Cavabdeh1 tərəfindən aldadılması Gəncə şəhər Baş Polis İdarəsində araşdırma zamanı öz təsdiqini tapmamış və xx.xx.2021-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, İddiaçı1 tələb etdiyi pullar aralarında olan razılaşma üzrə təsərrüfata qoyulmuş, sadəcə olaraq sonradan onun təsərrüfata pul qoymaması ucbatından təsərrüfat batmışdır. Həmin təsərrüfatın iflasa uğramasında Cavabdeh2 və qeyrilərinin hər hansı günahı yoxdur. İddiaçı1 üzərinə götürdüyü öhdəliyi icra etməməsi səbəbindən yemin, dərmanların və digər ehtiyacların qarşılanması üçün onlar ziyana düşmüşlər. Belə ki, Erhan Cavabdeh2 yem çatışmayan zaman bildirmişdir ki, abtomobilini qoyub Ağdaş yem bazasından yem götürsün, pul onun tərəfindən ödəniləcəkdir. Lakin İddiaçı1 pul göndərmədiyi üçün Ağdaş yem fabrikinin anbardarı Etibar Əliyevin mülkiyyətinə ** LT *** dövlət qeydiyyat nişanlı Mercedes Benz markalı avtomobili keçirmiş və öz adına sürmək üçün etibarnamə almışdır. Hazırda avtomobil Etibarın mülkiyyətindədir və 2900 manat yem üzrə yaranmış borcu ödəyərək avtomobili öz adına keçirmişdir. Nəticədə maddi ziyana uğramışdır. Bundan başqa, İddiaçı1 təqdim etdiyi auditor rəyində bank vasitəsi ilə göndərilmiş pullardan başqa geri qalan 55000 ABŞ dollarının onlara ayrı-ayrı şəxslərdən verilməsi barədə göstərilənlər böhtandır. İddiaçı1 polisə şikayət edən zaman pulun birgə təsərrüfat qurulması üzrə verilməsini bildirsə də, iddia ərizəsində borc verilməsini göstərmişdir. Bu kimi zidiyyətli hallar isə araşdırılmamışdır. İddiaçı1 tələb etdiyi məbləğin hamısı hesablama sənədlərindən görünür ki, hamısı tam olaraq təsərrufata sərf edilmişdir. Onun isə üzərinə götürdüyü öhdəliyi icra etməməsi nəticəsində təsərrüfat məhv olmuşdur. İddiaçı1 tərəfindən sonuncu pul ödənişi 2019-cu ilin oktyabr ayında olmuş, cücələrin tələf olması isə həmin tarixdən sonraya təsadüf etmişdir. Bu təsadüf deyildir. Lakin məhkəmə tərəfindən yetərincə əsaslandırılma aparılmamış və qanunsuz nəticəyə gəlinmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 may 2022-ci il tarixli 2(104)-1174/2022 nömrəli qətnaməsi ilə (hakimlər, sədrlik edən və məruzəçi İslam Həsənov,Loğman Süleymanov və Afiq Hüseynzadə) apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)- 3503/2021 saylı qətnaməsi ilə ilkin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, həmin hissə üzrə yeni qətnamə çıxarılması, ilkin iddia tələbinin qismən təmin edilməsi, ilkin iddia üzrə Cavabdeh2 Əzət oğlundan 17292.15 ABŞ dolları məbləğdə pul ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı1 verilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin qarşılıqlı iddianı rədd edilmiş hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
15. Həmin qətnamədən narazı qalan ilkin iddia üzrə İddiaçı1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi işə yenidən təkrar baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
16. İlk iddia üzrə Cavabdeh2 Əzət oğlu da kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilib, ilk idianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2022-ci il tarixli 2(102)-5357/2022 nömrəli qərarı ilə (hakimlər, sədrlik edən hakim Əhməd Əhmədov,Vüqar Həsənov və İspəndiyar Şəfiyev) İddiaçı1 kassasiya şikayəti qismən təmin edilməsi, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 may 2022-ci il tarixli, 2(104)-1174/2022 saylı qətnaməsi ilk iddianın mübahisələndirilən hissəsində ləğv edilməsi, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən, Cavabdeh2 kassasiya şikayəti təmin edilmədən saxlanılması qərara alınmışdır.
18. Yuxarıda qeyd edilən qərarda göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin qətnaməsini qarşılıqlı iddianın rədd olunması hissəsində dəyişdirilmədən saxlamaqla, habelə Cavabdeh1 münasibətdə ilk iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Ona görə də kassasiya instansiyası məhkəməsi bu hissədə əlavə araşdırma aparmağa lüzum görməmiş və hesab etmişdir ki, qətnamə mübahisələndirilən qeyd olunan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Lakin, kassasiya instansiyası məhkəməsi, ilk iddianın mübahisələndirilən hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, bu hissədə məhkəmənin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun deyildir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər və Məhərrəm Hüseynov (vəfat edib) şərikli toyuqcücə təsərrüfatı yaratmaq barədə razılığa gəliblər. Razılaşma belə olub ki, təsərrüfatdan götürülən gəlir hər üçünün arasında bölünəcəkdir. Bununla bağlı iddiaçı tərəfindən ilkin olaraq Cavabdeh2 nağd olaraq 4.000 ABŞ dolları verilib, habelə müxtəlif vaxtlarda bank vasitəsilə 37.500 ABŞ dolları göndərilib. Eyni zamanda iddiaçı bankdan götürdüyü 9.200 ABŞ dollarını da Cavabdeh2 verib. Təsərrüfat yaradılıb, lakin təsərrüfata lazımınca qulluq edilmədiyi üçün toyuq-cücə məhv olub. Bundan sonra iddiaçı əvvəlcə polis orqanına, sonradan isə hazırki ilddia tələb ilə məhkəməyə müraciət edib. Apellyasiya instansiyası məhkəməsi, Mülki Məcəllənin 64.1, 64.8, 65.3.1, 69.1, 72.1, 74.1-ci maddələrinin və digər normaların tələblərinə istinad edərək tərəflərin, habelə X9un tam ortaqlığa əsaslanan şərikli toyuq-cücə təsərrüfatı yaratmaq, tam ortaqlığın mənfəətinin və zərərinin bərabər bölüşdürülməsi barədə razılığı gəldiklərini göstərsə də, gəldiyi nəticəni tam, hərtərəfli və obyektiv araşdımamışdır. Belə ki, hazırda iddiaçı, cavabdehlərin üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmələri, yəni təsərrüfatda istilik sisteminin, yemləmənin zəif olması və baxımsızlıq səbəbindən toyuq-cücənin tələf olması nəticəsində ona 86.000 ABŞ dolları zərər dəydiyini göstərib, həmin zəririn cavabdehlərdən müştərək qaydada tutulub ona ödənilməsini iddia edir. Cavabdeh2 isə iddiaçının özünün razılaşmanı pozaraq, təsərrüfata lazımi maddi vəsait vermədiyi üçün, təsərrüfatda yem, istilik və digər çatışmamazlıqların yarandığını və bu səbəbdən də toyuq-cücələrin tələf olduğunu və onlara zərər dəydiyini göstərib, iddiaya etiraz edir. İşə əlavə edilmiş "xxxx" MMC-nin 16 mart 2020-ci il tarixli müstəqil audit rəyinə görə, iddiaçıya iş birliyi nəticəsində dəymiş ziyanın ümumi məbləği 101.002 ABŞ dolları olub. Əvvəla, apellyasiya instansiyası məhkəməsi, iddiaçı ilə Cavabdeh2 və X9 arasında təsərrüfat ortaqlığının yaradılması, idarə olunması, ortaqlıqda işlərin aparılması, onlar arasında vəzifə bölgüsü, mənfəətin və zərərin bölüşdürülməsinə dair qarşılıqlı razılaşma olduğunu göstərsə də, işdə, ümumiyyətlə bu barədə, habelə hər bir iştirakçının təsərrüfata qoyduğu kapitalın miqdarı, tərkibi, iştirakçıların vəzifə bölgüsü və vəzifələrini pozmalarına görə hər bir iştirakçının məsuliyyəti və sair barədə heç bir yazılı sübut yoxdur. Cavabdeh2 qarşılıqlı iddia ərizəsində, istintaq orqanında və məhkəmədə verdiyi izahatlarında, habelə kassasiya şikayətində onunla, iddiaçı və X9 arasında təsərrüfat ortaqlığının yaradılması, idarə olunması, maya qoyulması, mənfəətin və zərərin bölüşdürülməsi və sair barədə vəzifə bölgüsünün olduğunu, iddiaçının təsərrüfata bütövlükdə 50.000 ABŞ dolları civarında xərc çəkdiyini, onun lazımi maddi vəsait vermədiyi üçün təsərrüfatda yem, istilik və digər çatışmamazlıqların yarandığını, bu səbəbdən də təsərrüfatda olan toyuq və cücələrin tələf olduğunu, qalan toyuq-cücələri isə təsərrüfatın boclarının əvəzinə verdiyini, hazırda da həmin borcdan təxminən 10.000- 15.000 manat arası real olaraq qaldığını, başqa sözlə iddiaçının ödədiyi vəsaitin bütövlükdə təsərrüfatın yaradılmasına xərcləndiyini göstərsə də, tələb və etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir yazılı sübut təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi, xüsusi bilik tələb edən yuxarıda sadalanan hallara, suallara aydınlıq gətirmək üçün iş üzrə müvafiq ekspertizalar keçirib əsaslandırılmış rəylər almadan, sözügedən təsərrüfatın ümumiyyətlə yaradılıbyaradılmadığını, mövcudluğunu, təsərrüfatın hüquqi vəziyyətini, hansı ünvanda fəaliyyət göstərdiyini, tövlə və tikililərin hansı hüquqla, kimin adına icarəyə götürüldüyünü, hər ay ödənilən icarə haqqının məbləğini, orada hər hansı təmir işlərinin aparılıb-aparılmadığını, təsərrüfat şəriklərinin kapitalının miqdarını, tərkibini, iddiaçı tərəfindən cavabdehlərə bilavasitə verilmiş və ya bank vasitəsilə göndərilmiş vəsaitlərin hara xərcləndiyini, həmin vəsait hesabına hansı miqdarda toyuq və cücələrin alındığını və sair aydınlaşdımadan, təsərrüfatda yaranan zərərin səbəblərini, həmin zərərlə iddiaçının ödəmələri vaxtında aparıb-aparmaması arasında hər hansı səbəbli əlaqənin olub-olmadığını araşdırmadan, bunun üçün Azərbaycan Qida Təhlükəsizlik Xidmətinin Göygöl regional laboratoriyasının sınaq protokollarının, həmçinin baytarlıq işçiləri ilə birlikdə tərtib edilmiş aktın əslini və ya lazımi qaydada təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etmələrini tərəflərə təkif etmədən, həmin sənədlərin möbərlilyini işə əlavə edilmiş digər sübutlarla, o cümlədən işdə iştirak edən şəxslərin izahatları ilə müqayisəli şəkildə tədqiq etmədən, başqa sözlə, tərəflər arasında tam ortaqlıq münasibətlərinin olub-olmadığını, iddia olunan təsərrüfatda baş vermiş zərərin onun iştirakçıları arasında bərabər surətdə bölüşdürülməsi üçün Mülki Məcəllənin 69, 70, 71, 72, 73 və 74-cü maddələrində nəzərdə tutulmuş əsasların əmələ gəlib-gəlmədiyini yoxlamadan, iddiaçının digər şəxslərin - Ərəstun Əliyevin adına göndərdiyi 19.095 ABŞ dollarının; Elşən Mehdiyevin adına göndərdiyi 7.935 ABŞ dollarının; Elvin Hacıyevin adına göndərdiyi 1.968 ABŞ dollarının; Elvin Hacıyevin və Niyazi Səmədzadənin adına göndərdiyi 15.000 ABŞ dollarının; Elvin Hacıyevin və Niyazi Səmədzadənin adına göndərdiyi 5.000 ABŞ dollarının və sair nə üçün, hansı məqsədlə göndərildiyini, onların Cavabdeh2la sözügedən təsərrüfatın birgə idarə edilməsində iştirak edib-etməmələrini dəqiqləşdirmədən, bunun üçün həmin şəxslərin hazırki mübahisəli məsələyə münasibətlərini öyrənmədən, sözügedən təsərrüfatın qurulması üçün iddiaçının Cavabdeh2 verdiyi pulun ümumi olaraq 50.700 ABŞ dolları təşkil etməsinə dair işin halları barədə səhv nəticəyə gəlmişdir. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi, bir tərəfdən iddiaçı ilə Cavabdeh2 və X9 arasında tam ortaqlığın zərərinin bərabər surətdə bölüşdürülməsi barədə qarşılıqlı razılaşma olduğunu qeyd etdiyi halda, digər tərəfdən Cavabdeh2 nağd olaraq verilmiş 4.000 ABŞ dollarının 2.352,94 ABŞ dolları hissəsi üzrə zərəri, yalnız sonuncuya və X9a aid etməklə ziddiyyətli nəticəyə gəlmişdir. Həmin pul məbləği ilə bağlı Cavabdeh2 özü də polis orqanında verdiyi izahatında göstərmişdir ki, iddiaçının ona verdiyi 4.000 ABŞ dollarından ziyana düşdükləri 4.000 manat üzrə ziyanı Məhərrəm Hüseynovla o, öz üzərlərinə götürmüşlər. Çünki, iddiaçının burada günahı olmayıb və vaksini əvvəlcədən etməli olduqları halda etməyiblər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh2 və X9un sözügedən təsərrüfatın yaradılmasında real iştiraklarının və şərikli kapitaldakı paylarının nədən ibarət olduğu, başqa sözlə, onların təsərrüfatda istər nağd şəkildə pul qoymaqla, isətərsə də naturada əmlak verməklə iştirak etmələri, habelə təsərrüfata dəymiş zərərə görə iddiaçının təqsiri hər hansı mötəbər yazılı sübutlarla təsdiq edilmədiyi üçün, təsərrüfata dəymiş zərərin Cavabdeh2 və X9la yanaşı iddiaçı arasında bərabər surətdə bölüşdürülməsi Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinin tələbləri baxımından da əsaslı sayıla bilməz.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı1ı atası Cavabdeh1la münasibətləri yaxşı olduğu üçün tanımışdır. İddiaçı onun müraciətinə əsasən şərikli iş görmək üçün ona 50.700 ABŞ dolları göndərmişdir. X9 da onlarla şərik olmuşdur. İddiaçı sonradan pul göndərmədiyi üçün sözügedən təsərrüfatda saxlanılan toyuq-cücə ölmüşdür. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv olunması, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı1la münasibətləri yaxşı olduğu üçün taksi sürməklə tanımışdır. İddiaçı şərikli iş görmək üçün onun müraciətinə əsasən oglu Murada cəmi 50.700 ABŞ dolları göndərmişdir. İddiaçı sonradan pul göndərmədiyi üçün həmin təsərrüfatda saxlanılan toyuq-cücələr ölmüşdür. Onun bu işdə heç bir, təqsiri yoxdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv olunması, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı1la Əzətin əvvəllər münasibətləri yaxşı olmuş. Əzət taksi sürməklə iddiaçını tanımışdır. İddiaçı şərikli iş görmək üçün onun müraciətinə əsasən oğlu Murada cəmi 50.700 ABŞ dolları göndərmişdir. Həmin pula ferma icarəyə götürülmüş, toyuq-cucə alınmış və saxlanılmışdır. Onlar bu barədə vergi orqanlarında qeydiyyatda olmasalar da özlərinin tərtib etdikləri hesabat vardır. Həmin sənədlər üzrə ekspertiza təyin olunsa pulların hara xərcləndiyiyni müəyyən etmək olar. İddiaçı sonradan pul göndərmədiyi üçün həmin təsərrüfatda saxlanılan toyuq-cücələr ölmüşdür. Cavabdehlərin bu işdə heç bir, təqsiri yoxdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv olunması, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı qarşılıqli iddia üzrə cavabdeh İddiaçı1 apellyasiya şikayətini qəbul etməyərək izahatında göstərmişdir ki, o, Cavabdeh2 və Məhərrəm Hüseynovla onlar şərik olmamışlar. Əzəti əvvəllər taksi sürməklə tanımış və münasibətləri yaxşı olmuşdur. Əzətin xahişinə əsasən onun oğlu Murada müxtəlif vaxtlarda 86.000 ABŞ dolları göndərmişdir. Belə ki, polisə verilən şikayət ərizəsində şərik olması barədə göstərsə də onun psixologoyasında olan pozğunluqlarla bağlı olmuşdur. Həmin vaxt cavabdehlər ilə aralarında münasibətlər gərgin olduğundan ciddi psixoloji sarsıntılar keçirmişdir. Belə ki, o, cavabdehlər tərəfindən təhdidə məruz qalmış, hətta üzərinə avtomobil belə sürülmüşdür. Əslində qeyd etdiyi kimi verdiyi pul məbləğləri Cavabdeh1la münasibətləri hədsiz yaxşı olduğu üçün onun müraciəti üzrə oğlu Murada köməklik etmək məqsədi ilə göndərmişdir. Məbləğlərin bir hissəsi 50700 ABŞ dolları bankla, bir hissəsi isə nağd şəklində müxtəlif şəxslər vasitəsi ilə Murada verilmişdir. Onun Cavabdeh2 və Məhərrəm Hüseynov ilə şərikli, ortaq münasibətləri olmamış, bu barədə yazılı və şifahi müqavilə bağlamamışlar. Cavabdehlər ondan pulu alıb qaytarmadıqları üçün ona ziyan vurmuşlar. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən, ilk iddia üzrə iddiaçı qarşılıqli iddia üzrə cavabdeh İddiaçı1 nümayəndəsi və vəkili X5 apellyasiya şikayətini qəbul etməyərək ilk iddia üzrə iddiaçı ilə eyni məzmunlu izahat verərək göstərmişdir ki, İddiaçı1 cavabdehlərlə həqiqətən şərik olmamışdır. Bu barədə aralarında ortaqlıq müqaviləsi də yoxdur. İddiaçı Cavabdeh1 tanıdığı üçün, Əzətin xahişinə əsasən oğlu Muradın toyuq alqısatqısı ilə məşğul olmasına görə, onlara pul verib köməklik etməsini xahiş etmişdir. İddiaçı Muradin adına müxtəlif vaxtlarda 86.000 ABŞ dolları göndərmiş, məbləğlərin bir hissəsi 50700 ABŞ dolları bankla, bir hissəsi isə nağd şəklində müxtəlif şəxslər vasitəsi ilə Murada verilmişdir. Həmin pula fermanın icarəyə götürülməsi, toyuq-cucə alınması, həmin pulların hara xərcləndiyini müəyyən etmək üşün cavabdeh tərəfin tərtib etdiyi sənədlərin heç bir hüquqi əsası yoxdur. İş üzrə ekspertiza təyin olunmasına ehtiyac yoxdur. Çünki, birincisi onlar ortaq olmamışlar, müqavilə yoxdur, ikincisi isə vergi orqanlarında qeydiyyatda olmamışlar. Özlərinin tərtib etdiyi hesabatın isə hüquqi əsas yoxdur. Ona görə də ekspertizanın keçirilməməsini və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
25. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
26. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
27. Maddə 64.1. Təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. Bu Məcəllədə nəzərdə tutulan hallarda təsərrüfat ortaqlığını bir şəxs yarada bilər.
28. Maddə 64.8. Təsərrüfat ortaqlığının və ya cəmiyyətinin əmlakına qoyulan maya puldan, qiymətli kağızlardan, başqa əmlakdan və ya əmlak hüquqlarından və ya pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər.
29. Maddə 65.3.1. Təsərrüfat ortaqlığının və ya cəmiyyətinin iştirakçıları nizamnamədə nəzərdə tutulan qaydada, miqdarda, üsullarla və müddətlərdə maya qoymalıdırlar; Ortaqlıq o halda tam ortaqlıq sayılır ki, onun iştirakçıları (tam ortaqları) nizamnaməyə müvafiq surətdə ortaqlıq adından sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ortaqlığın öhdəlikləri üzrə onlara mənsub əmlakla məsuliyyət daşıyırlar. Əgər tam ortaqlığın nizamnaməsində onun bütün iştirakçılarının işləri birlikdə aparması və ya işlərin aparılmasının ayrı-ayrı iştirakçılara tapşırılması müəyyənləşdirilməyibsə, tam ortaqlığın hər bir iştirakçısı ortaqlıq adından fəaliyyət göstərə bilər (Mülki Məcəllənin 69.1 və 72.1-ci maddələri).
30. Maddə 74.1. Tam ortaqlığın mənfəəti və zərəri, əgər nizamnamədə və ya iştirakçıların digər razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, onun iştirakçıları arasında onların şərikli kapitaldakı paylarına mütənasib surətdə bölüşdürülür. Ortaqlıq iştirakçısının mənfəət və zərərdə iştirakdan kənar edilməsi barədə razılaşma əhəmiyyətsizdir.
31. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqa və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
32. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
33. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
36. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
38. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
39. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
40. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər.
41. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
42. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
44. Cavabdeh tərəfin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilsədə, yəni şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəlsədə, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 may 2022-ci il tarixli, 2(104)-1174/2022 saylı qətnaməsi Ali Məhkəmə tərəfindən ilk iddianın mübahisələndirilən hissəsində ləğv edilməsi, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən, Cavabdeh2 kassasiya şikayəti təmin edilmədən saxlanılması qərara alındığı üçün hazırki apellyasiya baxışının hədləri qətnamənin qanuniliyinin və əsaslılığının həmin hissədə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli 2(044)-3503/2021 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əzət oğlundan 86000 (səksən altı min) ABŞ dolları məbləöində pul vəsaitinin ödəniş vaxtına manatın məzənnəsi üzrə alınıb İddiaçı1 verilməsi hissəsində dəyişdirilməli və Cavabdeh2 Əzət oğlundan alınmalı olan pul vəsaiti 50700 ABŞ dolları məbləğində müəyyənləşdirilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
46. Məhkəmə kollegiyası əvvəla onu qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair 28 fevral 2012-ci il tarixli qərarında qeyd edilir ki, “Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir.” Məhkəmə kollegiyası qeyd edilən normativ hüquqi akta əsasən qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi kassasiya instansiyası məhkəməsi olaraq iş üzrə buraxılmış pozuntulara hüquqi qiymət vermiş və həmin pozuntunun aradan qaldırılması məqsədilə işi ilk iddianın mübahisələndirilən hissəsində ləğv edib yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Odur ki, məhkəmə kollegiyası nəzərə çatdırır ki, işə yol verilmiş yuxarıda göstərilən pozuntuların aradan qaldırılması ilə müşaiyət olunan maddi və prosessual hüquq normalarına riayət edilməsi ilə baxılmalıdır.
47. Beləliklə, birinci instansiya məhkəməsi işin faktik hallarına görə müəyyən etmişdir ki, İddiaçı1 tərəfindən birgə iş qurulması, yəni ferma yaradılaraq cücə saxlanılması üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əzət oğluna müxtəlif vaxtlar ərzində bank vasitəsi ilə pul göndərilmişdir. Lakin cavabdehlər tərəfindən iddiaçının verdiyi pul vəsaiti iddiaçıya geri qaytarılmamış və nəticədə iddiaçı maddi ziyana uğramışdır. Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış mübahisə maddi ziyanın ödənilməsi üzrə əmələ gələn mübahisədir və həllinə mülki qanunvericiliyin maddi ziyanla bağlı, habelə əlaqəli normalar tətbiq olunmalıdır. İş materialları ilə ilkin iddiaçının cavabdehlərə birgə iş qurulması üçün tələb etdiyi məbləğdə pul göndərilməsi təsdiq edilir. Bu fakt bank tərəfindən verilmiş arayış ilə təsdiqini tapır. Lakin cavabdehlər tərəfindən ilkin iddiaçının pul vəsaiti əsasında qurulmuş fermada işə səhlənkar yanaşılması nəticəsində gəlir əldə edilməsi məqsədi ilə alınmış cücələrin müəyyən qismi tələf olmuşdur. Hansı ki, bu zaman ilkin iddia üzrə cavabdehlər onun qarşısında yaranmış öhdəliklərinə vicdanlı şəkildə yanaşmamışdır və mülki hüquq pozuntusu (delikt) törətmişlər. Nəticədə isə ilkin iddiaçı maddi ziyana uğramışdır.
48. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, tərəflər arasında tam ortaqlıq münasibətlərinin olub-olmadığı, iddia olunan təsərrüfatda baş vermiş zərərin onun iştirakçıları arasında bərabər surətdə bölüşdürülməsi əsaslarınin əmələ gəlib-gəlmədiyi yoxlanılmalı, iddiaçının digər şəxslərin adına göndərdiyi dollarının nə üçün, hansı məqsədlə göndərildiyi, onların Cavabdeh2la sözügedən təsərrüfatın birgə idarə edilməsində iştirak edib-etməmələrini dəqiqləşdirilməli, sözügedən təsərrüfatın qurulması üçün iddiaçının Cavabdeh2 verdiyi pulun ümumi olaraq miqdarı müəyyən edilməli, iddiaçı ilə Cavabdeh2 və X9 arasında tam ortaqlığın zərərinin bərabər surətdə bölüşdürülməsi barədə qarşılıqlı razılaşmanın olub-olmaması müəyyən edilməli, Cavabdeh2 və X9un sözügedən təsərrüfatın yaradılmasında real iştiraklarının və şərikli kapitaldakı paylarının nədən ibarət olduğu, başqa sözlə, onların təsərrüfatda istər nağd şəkildə pul qoymaqla, isətərsə də naturada əmlak verməklə iştirak etmələri araşdırılmalı, habelə təsərrüfata dəymiş zərərə görə iddiaçının təqsiri hər hansı mötəbər yazılı sübutlarla təsdiq edilmədiyi üçün, təsərrüfata dəymiş zərərin Cavabdeh2 və X9la yanaşı iddiaçı arasında bərabər surətdə bölüşdürülməsi əsaslı sayıla bilməz.
49. Apellyasiya şikayətinin dəlilləri və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında göstərilmiş məsələlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya araşdırması zamanı müəyyən olunmuşdur ki, ilk iddia üzrə İddiaçı1 cavabdehlərlə şərikli təsərrüfat yaratmamışdır. Tərəflər arasında bununla bağlı tam ortaqlıq münasibətləri mövcud olmamış, müqavilə baglanmamışdır. İddia olunan təsərrüfatda baş vermiş zərərin iddiaçı ilə cavabdehlər arasında bərabər surətdə bölüşdürülməsinin əsasları əmələ gəlməmişdir. Çünki, bu barədə tərəflər arasında ortaqlıq müqaviləsi yoxdur. İşdə olan sənədlərdən bir daha göründüyü kimi, İddiaçı1 Cavabdeh1la yaxın ailəvi dostluq münasibətində olmuş, Əzət oğlu Muradın toyuq alqı-satqısı ilə məşğul olması üçün, onlara pul verib köməklik etməsini iddiaçıdan xahiş etmiş, iddiaçı bu məqsədlə Muradin adına müxtəlif vaxtlarda 86.000 ABŞ dolları göndərməsini, həmin məbləğin bir hissəsini, yəni 50700 ABŞ dollarını bankla, bir hissəsini isə nağd şəklində müxtəlif şəxslər vasitəsi ilə Murada verilməsini bildirmişdir. Göründüyü kimi, tərəflər arasında təsərrüfat ortaqlığının yaradılması, bununla bağlı müqavilə bağlanması, icarə müqaviləsinin olması, vergi orqanlarında qeydiyyata alınması barədə işdə heç bir subut yoxdur. Ona görə də Məhkəmə Kollegiyası hazırkı vəziyyətdə, sözügedən pula fermanın icarəyə götürülməsi, toyuq-cücə alınması, və digər xərclərin çəkilməsi barədə cavabdeh tərəfindən tərtib edilmiş, vergi orqanlarına təqdim olunmamış hesabat xarakterli sənədlərin heç bir sübut əhəmiyyəti olmadığını nəzərə alaraq üçün, baxılan iş üzrə həmin sənədlər əsasında ekspertiza təyin olunmasına zərurət görməmişdir. Bundan başqa, İddiaçı1 Cavabdeh2 adına müxtəlif vaxtlarda 86.000 ABŞ dolları göndərməsini bildirsə də, Məhkəmə Kollegiyasının araşdırması ilə həmin məqsədlə bankla göndərilmiş 37500 ABŞ dolları, “Ziraatbank”dan İddiaçı1 götürərək Cavabdeh2 verdiyi 9200 ABŞ dolları və ilkin olaraq verilmiş 4000 ABŞ dolları, cəmi 50700 ABŞ dollarının İddiaçı1 tərəfindən Cavabdeh2 göndərilməsi müəyyən olunmuşdur. Bu işin mübahisəsiz halıdır və tərəflərin izahatı ilə təsdiq olunur.
50. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə qismən əsaslıdır.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.3, 392, 393 və 402-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli 2(044)- 3503/2021 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əzət oğlundan 86000 (səksən altı min) ABŞ dollarının ödəniş vaxtına manatın məzənnəsi üzrə alınıb İddiaçı1 verilməsi hissəsində dəyişdirilsin və Cavabdeh2 Əzət oğlundan alınmalı olan məbləğ 50700 (əlli min yeddi yüz) ABŞ dolları məbləğində müəyyənləşdirilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməzsə 2 (iki) ay müddət keçdikdən sonra qanuni qüvvəyə minir.