Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-874/2024 21.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə Açar sözlər: İpoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin evdən çıxarılması. Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiаçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dаir mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli 2(021)-248/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 21 iyun 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 14 noyabr 2014-cü il tarixli, 115.L.N.2004.141114.00002 saylı kredit müqaviləsindən görünür ki, Birlikdə «Tərəflər» adlandırılan, 09/6929 saylı 04 dekabr 2013cü il tarixli Etibarnaməyə əsasən Yevlax filialının direktoru N.Ə.Hüseynov şəxsində, gələcəkdə «Kreditor» adlandırılacaq İddiaçı Açıq Səhmdar Cəmiyyəti bir tərəfdən və gələcəkdə «Borcalan» adlandırılacaq, 11 SAYLİ ƏRAZİ VERGİLƏR İDARƏSİ tərəfindən 06 iyun 2012-ci il tarixində verilmiş şəhadətnaməyə əsasən sahibkarlıq fəaliyyəti göstərən Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh1 (VŞV AZE seriya № 08470418, BƏRDƏ RPŞ tərəfindən 09 mart 2011-ci il tarixində verilmişdir) (VÖEN **********) digər tərəfdən aşağıdakılar barədə bu Müqaviləni bağlamışlar: 1.1. Bu Müqavilənin şərtlərinə əsasən, Kreditor Borcalana 15000 ( On beş min ) manat məbləğində kredit ayırır. 1.2. Borcalan kreditdən yalnız dövriyyə vəsaitlərinin artırılması üçün istifadə edəcəkdir;
2. xx.xx.2014-cü il tarixli, 115.CL.141114.00002/a nömrəli ipoteka müqaviləsindən görünür ki, birlikdə «Tərəflər» adlandırılan, bir tərəfdən, gələcəkdə "İpotekasaxlayan" adlandırılacaq, 09/6929 saylı 04 dekabr 2013-cü il tarixli Etibarnaməyə əsasən Yevlax filialının direktoru N.Ə.Hüseynov şəxsində İddiaçı Açıq Səhmdar Cəmiyyəti və digər tərəfdən, gələcəkdə İpotekaqoyan adlandırılacaq: Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh2 (Şəxsiyyət vəsiqəsi seriya AZE No ********, BƏRDƏ RPŞ tərəfindən 12 mart 2014-cü il tarixində verilmişdir), gələcəkdə "Borcalan" adlandırılacaq, Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh1 (VŞV AZE seriya No 08470418, BƏRDƏ RPŞ tərəfindən 09 mart 2011-ci il tarixində verilmişdir) ilə aşağıdakılar barədə bu Müqaviləni bağlayırlar: 1.1. İpotekasaxlayan və Cavabdeh1 (Borcalan) arasında bağlanmış 14 noyabr 2014- cü il tarixli 115.LN.2004.141114.00002 saylı Kredit Müqaviləsivə ona edilmiş, və ya ediləcək əlavələr üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə ipotekaqoyan əmlakı ipoteka qoyur, eləcə də ona olan hüquq və maraqları (gələcəkdə - İpoteka qoyulmuş Əmlak) (əmlakın konkret təsviri, onun İpoteka əyəri və digər lazımi məlumatlar bu Müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavəsində göstərilmişdir) İpoteka saxlayana verir. 1.2.1.115.LN.2004.141114.00002 saylı Kredit Müqaviləsi 14 noyabr 2014-cü il tarixdə Yevlax şəhərində bağlanmışdır. Müqavilənin tərəfləri- Kreditor -"xxxx" ASC və Borcalan Cavabdeh1 Kreditin məbləği - 15000 ( On beş min) manat Kredit üzrə faiz dərəcəsi - illik faiz 6.00 (Alti) Kreditin müddəti - 36 ( Otuz altı) ay, 1.3. Kredit müqaviləsi üzrə ödənişlərin müddəti (kreditin qaytarılma müddəti) və onların məbləğləri hazırki Müqavilənin ayrılmaz hissəsi olan 2 saylı Əlavəsində göstərilmişdir;
3. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 19/13440 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, Cavabdeh2 xəbərdarlıq edilmiş, Tutma yönəldilən ipoteka predmeti - Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsi, 54 saylı fərdi yaşayış evi 0.06 ha torpaq sahəsilə birlikdə. İcra olunmalı öhdəlik barədə məlumat xx.xx.2014-cü il tarixli 115.LN.2004.141114.00002 saylı kredit müqaviləsi, kreditin məbləği 15000 manat borcun məbləği: 15000 manat əsas, 3185.97 manat faiz və 2491.64 manat cərimə olmaqla, cəmi 20677.61 manat borcu vardır. Xəbərdarlıq: Məhkəmə qaydasında ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdarlıq edilmişdir;
4. 18 dekabr 2017-ci il tarixli, 19/13692 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınması barədə ərizədən görünür ki, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin tələblərinə əsasən, Cavabdeh2 məxsus, ipoteka predmeti olan, Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsi, 54 saylı fərdi yaşayış evi 0.06 ha torpaq sahəsilə birlikdə. (Reyestr № **********72-10301) tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2017-ci il tarixli bildiriş ipoteka qoyana xx.xx.2017-ci il tarixdə təqdim edilmişdir;
5. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 məxsus Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsi, 54 saylı fərdi yaşayış evi 0.06 ha torpaq sahəsilə birlikdə xx.xx.2014-cü il tarixdə İddiaçı ASC Yevlax filialının xeyrinə yüklü edilmişdir;
6. 14 noyabr 2017-ci il tarixli, 2292 nömrəli maliyyə arayışından görünür ki, 14 noyabr 2017-ci il üçün qalıq borc: əsas borc 15000.00 azn, faiz borcu - 3185.97 azn, hesablanmış artırılmış faiz borcu -2491.64 azn, ümumi borc 20677.61 azn təşkil edir;
7. Cavabdeh3 İddiaçı ASC-yə ünvanladığı 14 noyabr 2014-cü il tarixli ərizədə qeyd etmişdir ki, xx.xx.2014-cü il tarixli, 115.CL.141114.00002/a nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsi, 54 saylı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinin ipoteka qoyulmasına razılıq verir. Həmçinin Cavabdeh3 qeyd etmişdir ki, ipoteka qpyulmuş əmlaka qarşı ipoteka alan və yaxud müvəkkil orqan tərəfindən iddia qaldırılığı halda həmin əmlakı könüllü şəkildə boşaltmağı və oradan qeydiyyatdan çıxmağı öhdəsinə götürür.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29 oktyabr 2018-ci il tarixli, 15185 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş maliyyə arayışı məlumatları, hesabdan çıxarış 14 noyabr 2014-cü il tarixli 115.LN.2004.141114.00002 N-li kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla xx.xx.2018- ci il tarixə Cavabdeh1 "xxxx" ASC-nə olan borcu 16.505,0 manat məbləğində müəyyən edilir,o cümlədən: - əsas kredit borcu 15.000,0 manat; - faiz borcu 1505,0 manat;
9. "xxxx" MMC-nin 12 sentyabr 2023-cü il tarixli, UNİ/S200- 466/23 nömrəli ekspert rəyindən görünür ki: Cavabdeh2 məxsus Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən 54 nömrəli fərdi yaşayış evinin 0,06 ha torpaq sahəsi ilə birlikdə real bazar qiyməti nəzərə alınmaqla 12 sentyabr 2023-cü il tarixinə Likvid qiyməti: 35200 (otuz beş min iki yüz) manat təşkil edir. Cavabdeh2 məxsus Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən 54 nömrəli fərdi yaşayış evinin 0,06 ha torpaq sahəsi ilə birlikdə 03 iyul 2023-cü il tarixinə real bazar qiyməti: 44000 (qırx dörd min) manat, Likvid qiyməti: 35 200 (otuz beş min iki yüz) manat təşkil edir.
10. Xəbərdarlıqdan görünür ki, cavabdehlərə kredit borcunun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
11. İddiаçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, "xxxx" ASCnin xeyrinə xx.xx.2014-cü il tarixli, 115.LN.2004.141114.00002 saylı Kredit müqaviləsi üzrə 14 Noyabr 2017-ci il tarixə banka 15000 manat əsas, 3185.97 manat faiz və 2491.64 manat cərimə olmaqla, cəmi 20677.61 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, Tutmanın Cavabdeh2 məxsus, Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsi, 54 saylı fərdi yaşayış evi 0.06 ha torpaq sahəsilə birlikdə yönəldilməsi, İpoteka əmlakının açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, satışdan əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin Cavabdeh1 ümumi qaydada tutulması, İpoteka əmlakı olan yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda, ən geci bir ay ərzində həmin evin Cavabdeh2 və Cavabdeh3 tərəfindən boşaltması, həmin yaşayış evinə istifadə hüquqlarının itirilməsi və qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. İddiаçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, "AGBank” ASC tərəfindən Cavabdeh1 xx.xx.2014-cü il tarixli 115.LN.2004.141114.00002 saylı Kredit müqaviləsinə əsasən illik 6 faizlə 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq 115.CL.141114.00002/a saylı xx.xx.2014- cü il tarixli İpoteka müqaviləsinə əsasən, Cavabdeh2 məxsus, Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsi, 54 saylı fərdi yaşayış evi 0.06 ha torpaq sahəsilə birlikdə ipoteka ilə yüklü edilmişdir. Borclu tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımınca icra edilməmişdir. Bu səbəbdən, Cavabdeh1 14 Noyabr 2017-ci il tarixə banka 15000 manat əsas, 3185.97 manat faiz və 2491.64 manat cərimə olmaqla, cəmi 20677.61 manat təşkil edir. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməmişlər. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetlərinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildirişlər göndərilmiş, bildirişlər reyestr orqanında ərizə ilə qeydə alınmışdır.
13. Bərdə Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli 2(021)-248/2023 nömrəli qətnaməsi ilə (hakim Fuad Babaşov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 ləğv prosesində olan iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli 115.LN.2004.141114.00002 saylı Kredit müqaviləsi üzrə 15000 manat əsas, 1505 manat faiz və 50 manat cərimə olmaqla, cəmi 16555 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməsi; Tutmanın Cavabdeh2 mülkiyyətində olan Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsi, 54 saylı fərdi yaşayış evinə 0,06 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi; Torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin ilkin satış qiymətinin 35.200 (otuz beş min iki yüz) manat müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılması; Satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi; Borc tam ödənildikdən sonra məbləğin qalan hissəsinin Cavabdeh2 qaytarılması; Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə Cavabdeh1 ümumi qaydada tutulması; Tutma ipoteka predmeti olan fərdi yaşayış evi və torpaq sahəsinə yönəldikdən və o satıldıqdan sonra ən geci 1(bir) ay ərzində cavabdehlər Cavabdeh2 və Cavabdeh3 fərdi yaşayış evi və torpaq sahəsindən çıxarılması, onların yaşayış evindən istifadə hüquqlarının itirilməsi və qeydiyyatdan çıxarılmaları, həmin fərdi yaşayış evi və torpaq sahəsinin boşaldılması; Cavabdeh1 200 manat qiymətləndirmə və 100 manat ekspertiza xərcləri tutularaq müvafiq qiymətləndirmə şirkətinin və ekspertiza mərkəzinin hesablarına ödənilməsi; İddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 269.4, 269.5, 269.7, 317.1, 319.1, 385.1, 390.1, 405.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 448.2, 462.2, 465.2, 467, 739.1, 739.2, 743.1 və 743.2-ci maddələrinə, həmçinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 36.1, 36.2, 47.4 və 59.3-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, maddi vəziyyətilə əlaqədar banka olan borcunu ödəyə bilməmişdir. Banka olan borcunu ödəməyə hazırdır. Ancaq, bank hissə-hissə ödəniş etməyi ilə razılaşmır. Bundan başqa, işə baxan məhkəmə mübahisəyə “İpoteka haqqında” Qanunun 59-cu maddəsini tətbiq etmiş və tətbiq etdiyi maddəni yanlış təfsir etmişdir. Cavabdehlərin ipoteka predmeti olan yaşayış evi satıldıqdan sonra evdə yaşayanların və qeydiyyatda olanların evi könüllü tərk etməsələr oradan çıxarılması barədə qərar qəbul etmiş məhkəmə hazırda mövcud olmayan, gələcəkdə baş verə biləcəyi ehtimal olunan mübahisə ilə əlaqədar qərar qəbul etmişdir ki, bunu da qanuni hesab etmək olmaz.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 21 Maddə 317.1. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
22. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
25. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
26. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
27. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
28. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 384.0.1. apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
36. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
39. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi qismən təmin olunmuş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Cavabdehlərdən yalnız Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sonuncu qətnamənin tam ləğv edilməsini xahiş etsə də, lakin apellyasiya şikayətinin dəlillərindən görünür ki, o qətnamənin əsaslığını və qanuniliyini yalnız tutmanın ipoteka predmeti olan fərdi yaşayış evi və torpaq sahəsinə yönəldikdən və o satıldıqdan sonra ən geci 1(bir) ay ərzində cavabdehlərin fərdi yaşayış evi və torpaq sahəsindən çıxarılması hissəsində mübahisələndirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
41. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh1 arasında xx.xx.2014cü il tarixli 115.LN.2004.141114.00002 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, sonuncuya illik 6 faizlə 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Həmçinin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat altına alınması məqsədilə 115.CL.141114.00002/a saylı xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 məxsus Bərdə şəhəri Cəfər Cabbarlı küçəsi 54 saylı ünvandakı fərdi yaşayış evi 0.06 ha torpaq sahəsilə birlikdə ipoteka ilə yüklü edilmişdir. Buna baxmayaraq, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Ona borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş lakin müsbət nəticə olmamışdır. Ona görə də kreditor hazırkı tələblə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini qismən təmin etmişdir.
42. Məhkəmə kollegiyası göstərir ki, ipoteka predmeti olan fərdi yaşayış evi və torpaq sahəsinə yönəldikdən və o satıldıqdan sonra ən geci 1(bir) ay ərzində cavabdehlər Cavabdeh2 və Cavabdeh3 fərdi yaşayış evi və torpaq sahəsindən çıxarılması tələbi əsaslıdır.
43. Belə ki, «İpoteka haqqında» 59.3-cü maddəsində göstərilir ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:
44. 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
45. Həmin Qanunun 59.4-cü maddəsində göstərilir ki, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.
46. Məhkəmə kollegiyası apellyatorun “ipoteka predmeti olan əmlaka yönəldikdən və o satıldıqdan sonra ən geci 1(bir) ay ərzində cavabdehlərin fərdi yaşayış evi və torpaq sahəsindən çıxarılması” hissələri ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, 115.LN.2004.141114.00002 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat altına alınması məqsədilə 115.CL.141114.00002/a saylı xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 məxsus Bərdə şəhəri Cəfər Cabbarlı küçəsi 54 saylı ünvandakı fərdi yaşayış evi 0.06 ha torpaq sahəsilə birlikdə ipoteka ilə yüklü edilmişdir. İpoteka qoyanın ailə üzvü olan Cavabdeh3 da əmlakın ipoteka ilə yüklü edilməsinə razılıq vermiş, həmçinin tutma ipoteka predmetinə yönəldiləcəyi halda ipoteka predmeti olan əmlakı könüllü boşaltmağı və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür.
47. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. İşə baxan məhkəmə yoxlanılan hissədə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin yoxlanılan hissədə ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli 2(021)-248/2023 nömrəli qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.