Məhkəmə qərarları › İş №2(104)-888/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-888/2025

07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-888/2025 07.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X15 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-89/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı X6 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh nümayəndəsi, Vəkil vəsatətlə müraciət edərək, vəsatətini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh adına “Kapital Bank” dan olan kart hesabına 22.100 manat məbləğində pul ödəmişdir və etibarından sui-istifadə edərək dələduzluqla ona məxsus pulu əldə etmişdir, sübut növündə Cavabdeh kart hesabına köçürülməyə dair qəbzi və telefon yazışmalarını və AR DİN Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin 17 aprel 2023-cü il tarixli Qərarını təqdim etmişdir. Hazırki iş üzrə İddiaçı məhkəməyə müraciət etməmişdən öncə Gəncə şəhər Polis İdarəsinə, ondan sonra AR DİN Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə müraciət etmiş, AR DİN Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin 17 aprel 2023-cü il tarixli Qərarı ilə ********* saylı cinayət işinin materialından 22 oktyabr 2022-ci il tarixdə ********* saylı cinayət işi ayrılmış, həmin cinayət işi üzrə İddiaçı zərərçəkmiş tanınmışdır və istintaqın yekunu olaraq hal-hazırda Bakı Ağır Cinayəylər Məhkəməsində İddiaçı 22.000 (iyirmi iki min) manat pulunun X3, X16, X11, X9 tərəfindən mənimsənilməsinə dair barələrində AR CM-nin 178.3.1, 178.3.2, 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi vardır, qeyd edilən cinayət işi üzrə İddiaçı zərərçəkmiş statusundadır, Cavabdeh cinayət prosesi iştirakçısı qismində iştirak etmir. İddiaçı pulunun Yaxyayaev Xəyal və sairləri tərəfindən mənimsənilməsinə dair aparılmış cinayət işinin yekunu olaraq hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində 1(101)-1353 saylı cinayət işinə baxılır. Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında X4, X16, X11, X5 barəsində AR CM-nin 178.3.1, 178.3.2, 1931.3.1 və 193-1.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi var və qeyd edilən cinayət işi üzrə İddiaçı zərərçəkmiş statusundadır, Cavabdeh cinayət prosesi iştirakçısı qismində iştirak etmir. Hal-hazırda Bakı Ağır Cinayəylər Məhkəməsində İddiaçı 22.000 manat pulunun X3, X16, X11, X9 tərəfindən mənimsənilməsinə dair barələrində AR CM-nin 178.3.1, 178.3.2, 193- 1.3.1 və 193-1.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə yekun prosessual akt qəbul edilənədək hazırkı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilə bilməz. Odur ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1(101)-1353 saylı cinayət işi üzrə yekun hökm qəbul edilənədək hazırki mülki işin icraatının dayandırılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(023)-89/2025 saylı qərardadı İddiaçı X6 Cavabdeh qarşı pul tələbinə dair mülki iş Bakı Ağır Cinayətlər Məhkəməsində 1(101)-1353/2025 saylı cinayət işi üzrə yekun hökm qəbul edilənədək və hökm qanuni qüvvəyə minənədək hazırki iş üzrə icraat dayandırılmışdır. İddiaçı X12 şikayətlə məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-89/2025 saylı qərardadının ləğv edilməsi, mülki işin baxılmasının davam etdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmənin qərardadını qanunsuz və əsassız hesab etmişdir. Belə ki, məhkəmə hazırlıq iclasında Cavabdeh nümayəndəsi, Vəkil vəsatətlə müraciət edərək, vəsatətdə göstərmişdir ki,” Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında X2, X13, X7 və MəmmədovaYeganə Əbülfəz qızının barələrində AR CM-nin 178.3.1, 178.3.2, 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə təqsirləndirilməlırinə dair cinayət işi var və qeyd edilən cinayət işi üzrə İddiaçı zərərçəkmiş statusundadır, CavabdehMahir qızıcinayət prosesiiştirakçısı qismində iştirak etmir. X1, X13, X8 və X5 barələrində AR CM-nin 178.3.1, 178.3.2, 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə təqsirləndirilməlırinə dair cinayət işi üzrə yekun prosessual akt qəbul edilənədək hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilə bilməz”. O, həmin vəsatətlə razılaşmamışdır. Məhkəmə vəsatəti əsaslı hesab edərək, belə nəticəyə gəlmişdir ki, vəsatətdə göstərilən cinayət işi üzrə çıxarılacaq məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırki işə baxılması mümkün olmadığından icraat dayandırlmalıdır. O, məhkəmənin mövqeyi ilə razı deyildir. Belə ki, onun iddia ərizəsindən və ona əlavə etdiyi sənədlərdən görünür ki, o, iddia tələbində göstərilən 22.100 (iyirmi ikimin yüz) manat pulu Cavabdeh aid “KapitalBank”dan olan kart hesabına köçürmüşdür. Həmin pul məbləğinin sonrakı taleyindən asılı olmayaraq, pulu ödədiyi şəxs, yəni Cavabdeh onun pulunu qaytarmalıdır. Buna görə hesab etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi ilə onun iddia tələbi arasında heç bir əlaqə yoxdur. Belə ki, göründüyü kimi həmin cinayət işi tamamilə başqa şəxslərin barəsindədir. O, isə pulunu Cavabdeh tələb edir. Buna görə məhkəmə həmin əsasla işin icraatını dayandırmaqda haqlı olmamışdır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-89/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. İddiaçı X6 Azərbaycan Respublikası Ali Məhkəməsinə ünvanladığı, 42 vərəqdən ibarət müraciəti kollegiya tərəfindən tədqiq edildikdən sonra iş materiallarına əlavə edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)- 89/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, tədqiq edilmiş sənədlərdən görünür ki, iddiaçının müraciəti əsasında başlanılmış və AR DİN Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin 17 aprel 2023-cü il tarixli Qərarı ilə ********* saylı cinayət işinin materialından 22 oktyabr 2022-ci il tarixdə ********* saylı cinayət işi ayrılmış, cinayət işi üzrə iddiaçı zərərçəkmiş qismində tanınmışdır və istintaqın yekunu olaraq hal-hazırda Bakı Ağır Cinayəylər Məhkəməsində iddiaçı 22.000 (iyirmi iki min) manat pulunun X3, X16, X11, X9 tərəfindən mənimsənilməsinə dair barələrində AR CM-nin 178.3.1, 178.3.2, 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi vardır. Qeyd edilən cinayət işi üzrə İddiaçı zərərçəkmiş statusundadır, Cavabdeh cinayət prosesi iştirakçısı qismində iştirak etmir. İddiaçı pulunun Yaxyayaev Xəyal və sairləri tərəfindən mənimsənilməsinə dair aparılmış cinayət işinin yekunu olaraq hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində 1(101)-1353 saylı cinayət işinə baxılır. Şikayətin iddiaçının iddia tələbində göstərilən 22.100 (iyirmi ikimin yüz) manat pulu Cavabdeh aid “KapitalBank”dan olan kart hesabına köçürməsi, həmin pul məbləğinin sonrakı taleyindən asılı olmayaraq, pulu ödədiyi şəxs, yəni Cavabdeh onun pulunu qaytarmalı olmasını, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi ilə onun iddia tələbi arasında heç bir əlaqə olmaması, həmin cinayət işinin tamamilə başqa şəxslərin barəsində olmasını, onun isə pulunu Cavabdeh tələb etməsi ilə bağlı dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işinin məxzini təşkil edən cinayət yolu ilə əldə edilmiş pul məbləği hazırki iddianın əsasını təşkil edir. İddiaçı da həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Həmin Məcəllənin 256.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraatı dayandırmaqda haqlı olmuşdur. Ona görə də, şikayət təmin edilməməli və Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-89/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 369, 384, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-89/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-89/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar