Məhkəmə qərarları › İş №2(104)-891/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-891/2023

04.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-891/2023 04.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi ilə, İddiaçı BOKT ASC Cavabdeh qarşı «borc tələbi və tələbi ipoteka predmətinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(062)-339/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı BOKT ASC Cavabdeh qarşı “borc tələbi və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2019/00001ET-3196 nömrəli İstehlak krediti müqaviləsinin ləğv edilməsi, Cavabdeh 6651.10 manat əsas, 2834 manat məbləğində faiz, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2520 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 12005.10 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində olan Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0.08 ha torpaq sahəsi və onun üzərində yerləşən 132.7 kv.m fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 29000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 6651.10 manat məbləğində qalıq, ona hesablanmış 2834 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2520 manat məbləğində dəbbə pulu, cəmi 12005.10 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun iddiaçı "xxxx" BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı BOKT iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2019/00001ET-3196 nömrəli İstehlak krediti müqaviləsinin ləğv edilməsi, Cavabdeh kreditin əsas borcu üzrə 6651,10 manat məbləğində qalıq, ona hesablanmış 4376 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 5016 manat məbləğində dəbbə pulu, cəmi 16043.10 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində olan Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində yerləşən 132.7 kv.m fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 6651.10 manat məbləğində qalıq, ona hesablanmış 4376 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 5016 manat məbləğində dəbbə pulu, cəmi 16043.10 manat borcun, ekspertiza tədqiqatının dəyəri kimi 500 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq sərracda satıldıqdan sonra geci 1 ay ərzində ipoteka premeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli, 2019/00001ET-3196 nömrəli İstehlak krediti müqaviləsinə əsasən iddiaçı tərəfındən cavabdehə 36 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 12000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0.08 ha torpaq sahəsi və onun üzərində yerləşən 132.7 kv.m fərdi yaşayış evi ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə xx.xx.2019-cu il tarixli, 2019/00001ET-3196 nömrəli sonrakı İpoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2021-ci il tarixində qeydə alınmış və müvafıq çıxarış verilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri tərəflərin razılığına əsasən 29000 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəfındən kredit üzrə ödənişlər aparılmamışdır. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlər ödənilməmişdir. Bunlara baxmayaraq "xxxx" BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Cavabdehə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə "'borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Belə ki, 14 sentyabr 2021-ci il tarixinə kreditin əsas borcu üzrə 6651.10 manat məbləğində qalıq, ona hesablanmış 2834 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2520 manat məbləğində dəbbə pulu, cəmi 12005.10 manat məbləğində borc yaranmışdır. Tovuz Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(062)-339/2022 saylı qətnaməsi ilə (hakim Z.Hünmətov) iddia qismən təmin edilərək, 6651,10 manat məbləğində əsas borc, 4376 manat məbləğində faiz borcu, 500 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 11527 (on bir min beş yüz iyirmi yeddi) manat, 10 (on) qəpik kredit borcu, 30 (otuz ) manat dövlət rüsumu, 500 (beş yüz ) manat müstəqil ekspertə çəkilmiş xərcin Cavabdeh alınaraq İddiaçı BOKT ASC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Tovuz rayonu Əyyublu kəndində yerləşən 0.08 ha torpaq sahəsi və onun üzərində yerləşən 132.7 kv.m fərdi yaşayış evinə yönəldilməsi ipoteka predetinin ilkin satış qiymətinin 31.000 manat müəyyən edilməsi, 0.08 ha torpaq sahəsi və üzərində olan 132.7 kv.m fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh İddiaçı BOKT ASC-yə olan borcunun ödənilməsi, Tovuz rayonu Əyyublu kəndində yerləşən 0.08 ha torpaq sahəsi və onun üzərində yerləşən 132.7 kv.m fərdi yaşayış evinin satıldıqdan sonra ipoteka predmetinin boşaldılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: 14 iyun 2019-cu il tarixli, 2019/00001ET-3196 nömrəli İstehlak kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı BOKT ASC tərəfindən 36 ay müddətinə illik 36 faiz hesablanmaq şərti ilə 12000 manat məbləğində borc pul verilmişdir. Cavabdeh ilə İddiaçı BOKT ASC arasında bağlanmış 14 iyun 2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, 14 iyun 2019-cu il tarixli, 2019/00001ET-3196 nömrəli İstehlak kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan Tovuz rayonu Əyyublu kəndində yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində yerləşən 132,7 kv.m fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 02 iyun 2023-cü il tarixli, 9/3108 saylı ekspert rəyindən görünür ki, 14 iyun 2019-cu il tarixli, 2019/00001ET-3196 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 06 may 2022-ci il tarixinə olan borcu, əsas borc üzrə 8372,02 manat, faiz üzrə 3188,38 manat olmaqla, cəmi 11560,41 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Apellyasiya şikayətinin dəlilləri: Tovuz Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(062)-339/2022 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(062)-339/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, çıxarılmış qətnamə ilə cərimə borcu çox olmaqla yanaşı faiz borcunun da şişirdilmiş şəkildə göstərilmişdir. Belə ki, 6651,10 manat təşkil edən əsas borcunun faizi 4376 manat kimi qiymətləndirilmişdir. Onun ödədiyi pullar nəzərə alınmamış, həmçinin faiz borcu da həddən artıq hesablanmışdır. Halbuki onun borcu həmin məbləğdə olmamışdır. İddianın təmin olunması isə əsassızdır. Məhkəmə ödənişlərini də nəzərə almamışdır. Məhkəmə tərəfindən təqdim edilən sübutların mötəbərliyi düzgün araşdırılmayıb. Belə ki, məhkəmədə borcunun nə qədər olması barədə iddiaçının mülahizəsi əsas götürülüb. Məhkəmə tərəfındən mötəbər sübut kimi qəbul edilmiş borclu olan pulun məbləği şübhə doğurduğundan bu hal araşdırılmadan qətnamə qəbul edilmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib, şikayətinin təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

Məhkəmə kollegiyası tərəfindən Tovuz Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(062)-339/2022 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisə edilən, yəni kredit müqavilələsi üzrə əsas və faiz borcu hissəsində yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası cavadbehin izahatını dinləyib, apellyasiya şikayətinin səlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini ondan tutulan əsas borc məbləği və ona hesablanmış faiz məbləği hissəsində mübahisələndirmişdir ki, məhkəmə kollegiyası tərəfindən iş üzrə məhkmə müahsibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 02 iyun 2023-cü il tarixli, 9/3108 saylı ekspert rəyi ilə cavabdehin 14 iyun 2019-cu il tarixli, 2019/00001ET-3196 nömrəli kredit müqaviləsi üzrə 06 may 2022-ci il tarixinə əsas borc üzrə 8372,02 manat, faiz üzrə 3188,38 manat olmaqla, cəmi 11560,41 manat öhdəliyinin olması müəyyən edilmişdir. Göründüyü kimi ekspert tərəfindən müəyyən edilmiş əsas borc məbləği iddiaçının tələb etdiyi borc məbləğindən çox, faiz məbləği isə iddiaçının tələb etdiyi faiz məbləğindən az olmuşdur. Lakin, ekpsert tərəfindən müəyyən edilmiş əsas və faiz məbləğinin cəmi 11560,41 manat təşkil etməklə, iddiaçınln tələb etdiyi əsas və faiz məbləğinin cəmi olan 11027,1 manat məbləğindən yüksək olmuşdur. İddiaçı tərəfindən ekpsert rəyinə münasibətdə daha az əsas borc, daha çox faiz məbləğinin tələb edilməsi isə iddiaçının ödənilmiş məbləğlərin əsas məbləğdən silməsi ilə əlaqədar olmuşdur ki, bununla da tələb edilən əsas və faiz məbləğlərinin əsaslı olması təsdiq olunmaqla, cavadbehin borc məbləğinin düzgün hesablanmaması ilə bağlı şikayətinin dəlilləri əsassız olmuşdur. Buna görə də Tovuz Rayon Məhkəməsinin 30 iyun 2022-cü il tarixli 2(062)-339/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehdən tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i: Tovuz Rayon Məhkəməsinin 30 iyun 2022-cü il tarixli, 2(062)-339/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(062)-339/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar