Məhkəmə qərarları › İş №2(104)-895/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-895/2023

02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-895/2023 02.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tərtər Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 2(061)-1502/2015 saylı qərardadından Cavabdeh Eytibar oğlu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı BOKT "xxxx" MMC Cavabdeh Eytibar oğluna qarşı “borc və tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış xx.xx.2015-ci il tarixli, LD/15149/00998 saylı kredit müqaviləsinin ləğv olunması, həmin müqavilə üzrə Cavabdeh Eytibar oğlundan 11500 (on bir min beş yüz) manat məbləğində əsasə borc, kredit faizləri üzrə 5514 (beş min beş yüz on dörd) manat, cərimə faizləri üzrə 356 (üç yüz əlli altı) manat məbləğində faiz borcu olmaqla, cəmi 17370 (on yeddi min üç yüz yetmiş) manat kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun BOKT "xxxx" MMC-nini xeyrinə tutulması, tutmanın cavabdehə məxsus girov qoyulmuş dəyəri 200 manat olan “Beko” markalı soyuducu, dəyəri 500 manat olan 2 ədəd Soni markalı LSD televizor, ümumi dəyəri 700 manat olan 10 ədəd xalça, dəyəri 3000 manat olan 2 ədəd mebel dəsti, ümumi 705 manat olan qızıl-zinət əşyaları, ümumi dəyəri 10.000 manat olan 13 baş iribuynuzlu mal-qaraya yönəldilməsi, əşyaların açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına borcun və dövlət rüsumunun ödənilməsi barədə qətnanə qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli, 2(061)-1502/2015 saylı qətnaməsi ilə (hakim H.Qəniyev) iddia tələbi təmin edilərək, Cavabdeh Eytibar oğlu ilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC arasında bağlanmış 29 may 2015-ci il tarixli LD/15149/00998 nömrəli kredit müqaviləsinin ləvö edilməsi, Cavabdeh Eytibar oğlundan 11500 manat əsas kredit borcunun, 5514 manat kreditdən istifadəyə görə faiz borcunun, 356 manat cərimə borcu olmaqla, cəmi 17370 manat borcun və iddia qaldırılması üçün ödəmilmiş 30 manat dövlət rüsumunun Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-nini xeyrinə tutulması, tutmanın cavabdehə məxsus girov qoyulmuş dəyəri 200 manat olan “Beko” markalı 1 ədəd soyuducuya, dəyəri 500 manat olan 2 ədəd Soni markalı LSD televizora, ümumi dəyəri 700 manat olan 10 ədəd xalçaya, dəyəri 3000 manat olan 2 ədəd mebel dəstinə, ümumi 705 manat olan qızıl-zinət əşyalarına, ümumi dəyəri 10.000 manat olan 13 baş iribuynuzlu mal-qaraya yönəldilməsi, həmin əşyaların açıq hərracdan satılması və borc, əldə ediləcək vəsait hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin Cavabdeh Eytibar oğluna qaytarılması qət edilmişdir. Daha sonra Cavabdeh Eytibar oğlu apellyasiya şikayəti ilə yanaşı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət verərək, vəsatətini onunla əsaslandırmışdır ki, Tərtər Rayon Məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli, 2(061)- 1502/2015 saylı qətnaməsində hakim iddiaçının maraqlarını üstün tutmuşdur. Ona qarşı belə bir tələb irəli sürülməsindən onun xəbəri olmuş və 2017-ci ildə qətnaməni alıb apellyasiya şikayəti vermişdir. Belə ki, Tərtər rayon İcra və Probasiya şöbəsi tərəfindən ona xəbərdarlıq ediləndən sonra dərhal ərizə ilə məəhkəməyə müraciət etmiş, apellyasiya şikayəti ilə maraqlanmış, lakin apellyasiya şikayəti məhkəmənin dəftərxanasına daxil olmamışdır. Qətnamə o, məlun səbəblərə görə xx.xx.2017-ci ildə götürmüşdür. Apellyasiya şikayətini vaxtında verməməsinin səbəbi yaxın qohumlarının vəfat etməsi, pandemiya və vətən müharibəsi olmuşdur. Beləliklə də prosessual müddəti ötürmüşdür. Tərtər Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(061)-1502/2015 saylı qərardadı ilə apellyasiya şikayəti verən şəxslə məhkəmə qətnaməsindəki şəxsin eyni şəxs olamaması, buna görə də apellyasiya şikayətinin hüququ olmayan şəxs tərəfindən verilməsi əsası ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan cavabdeh şikayət vermiş, Tərtər Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(061)-1502/2015 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(104)-2995/2022 saylı qərardadı ilə şikayət təmin edilmiş, Tərtər Rayon Məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli, 2(061)-1502/2015 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair Cavabdeh Eytibar oğlunun ərizəsinə hüquqi qiymət verilməsi üçün iş geri qaytarılmışdır. Tərtər Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 2(061)-1502/2015 saylı qərardadı ilə apelyasiya şikayəti qanunvericiliklə nəzərdə tutulmuş müddətdə verilmədiyindən geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh Eytibar oğlu şikayət verərək, şikayətini onunla əsaslandırmışdır ki, Tərtər rayon məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli, 2(061)- 1502/2015 №-li qətnaməsini qanunsuz və əsassız hesab edən iş üzrə Cavabdeh oglu və nümayəndəsi Məmmədzadə Rəhman Camal oglu tərəfindən Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasına apellyasiya şikayəti verilərək Tərtər rayon məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli, 2(061)-1502/2015 №-li qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Qətnamə Tərtər rayon məhkəməsinin sədrinə müraciət edilərək alındıgı xx.xx.2017-ci il tarixdən qanunvericiliklə müəyyən edilmiş 1 (bir) ay müddətində, yəni xx.xx.2017-ci il tarixdə Tərtər rayon Məhkəməsinə poçt vasitəsilə göndərildiyindən (bu faktı sübut edən poçt qəbzi vardır) apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətlə müraciət edilməsinə ehtiyac duyulmamışdır. Apellyasiya şikayətinin vaxtında verilməsinə və dəfələrlə müraciət etdiyimə baxmayaraq keçən 6 (altı) il ərzində onun apellyasiya şikayətinin nəticəsi barədə ona heç bir məlumat verilməmişdir. Nəhayət bu yaxınlarda ona bildirilmişdir ki, apellyasiya şikayəti baxılmamış qalmışdır. O, buna dair şikayət etdikdə isə ona yenidən apellyasiya şikayətinin yazılması və buraxılmış prosessual müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət edilməsi təklif edilmişdir. O, işin mahiyyətini dərk etmədən əvvəlki apellyasiya şikayəti ilə deyil, yeni yazılmış apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etməli olmuşdur. Tərtər rayon məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(061)- 1502/2022№-li qərardadı ilə apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair verdiyi vəsatət geri qaytarılmış, həmin qərardaddan verdiyi şikayət üzrə Tərtər rayon məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(061)- 1502/2022№-li qərardadı ilə şikayəti yenidən təmin edilməmiş və iş baxılması üçün Gəncə Apellyasiya məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 01 dekabr 2022- ci il tarixli, 2(104)-2995/2022№-li qərardadı ilə şikayəti təmin edilmiş, müddətin bərpasına dair vəsatət hüquqi qiymət verilməsi üçün iş Tərtər rayon məhkəməsinə qaytarılmışdır. Tərtər rayon məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 2(061)-502/2022 №-li qərardadına əsasən iddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Cavabdeh ogluna qarşı iddia ərizəsi üzrə çıxarılmış Tərtər rayon məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli, 2( 61)- 502/2015 №-li qətnaməsindən iş üzrə Cavabdeh oglu tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpası bardə vəsatətinin rədd edilməsi qərara alınmışdır. Tərtər rayon məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 2(061)-502/2022 N-li qərardadı aşagıda göstərilən əsaslara görə qanunsuz və əsassızdır. Beləki, Tərtər rayon məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli, 2(61)- 1502/2015 №-li qətnaməsindən iş üzrə Cavabdeh oglu tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpası bardə vəsatətinin rədd edilməsi barədə qərardad çıxararkən məhkəmə AR MPM-nin 130.1, 130.3 və 133.1-ci maddələrinə istinad edərək qərardadın 1ci səhifəsinin 7-9-cu abzaslarında və 2-ci səhifənin 6-7-ci abzslarında ) ona əsaslanmışdır: İş materiallarından görünür ki, Tərtər rayon məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli, 2( 61)-1502/2015 №-li qətnaməsi çıxarılarkən Həqiqət Əlivev məhkəmə prosesində iştirak etmişdir. Həmçinin Cavabdeh prosessual müddətin bərpasına dair vəsatətindən də görünür ki, o qətnamədən məlumatlıdır, qətnaməni 2017-ci ildə əldə etdiyini özü bildirmişdir. Cavabdeh bu günə təyin edilmiş məhkəmə iclasına gəlməmiş, müddətin buraxılmasının üzürlü səbəblərinə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Cavabdeh prosessual müddətin bərpası üçün onun iradəsindən asılı olmayan, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən heç bir hala istinad etmir, yalnız qətnaməni 2017-ci ildə aldıgını bildirir ki, qohumlarının vəfatını, pandemiya və müharibə şəraitini əsas gətirir. Məhkəmə hesab edir ki, vəsatət rədd edilməli, müddətin bərpası üçün heç bir üzürlü səbəb mövcud olmadıgından iş yuxarı instansiya məhkəməsinə göndərilməməlidir. Hesab edir ki, məhkəmənin belə bir nəticəyə gəlməsi tamamilə qanunsuz və əsassızdır. Belə ki, əvvəla, Tərtər rayon məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli, 2(061)-1502/2015 №-li qətnaməsini qanunsuz və əsassız hesab edən iş üzrə Cavabdeh oglu tərəfindən Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasına apellyasiya şikayəti verilərək Tərtər rayon məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli, 2(061)-1502/2015 №-li qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Qətnaməni Tərtər rayon məhkəməsinin sədri Nadir Əsgərova müraciət etdikdən sonra xx.xx.2017-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə aldığı üçün xx.xx.2017-ci il tarixdən qanunvericiliklə müəyyən ediimiş 1 (bir) ay müddətində, yəni xx.xx.2017-ci il tarixədək apellyasiya şikayəti verməli idi. O isə qanunvericiliyin tələblərinə riayət edərək apellyasiya şikayətini xx.xx.2017-ci il tarixdə Tərtər rayon Məhkəməsinə poçt vasitəsilə göndərildiyindən (bu faktı sübut edən poçt qəbzi vardır) apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətlə müraciət etməyinə zərurət olmamışdır. Apellyasiya şikayətinin vaxtında verilməsinə və dəfələrlə müraciət etdiyinə baxmayaraq keçən 6(altı) il ərzində onun apellyasiya şikayətinin nəticəsi barədə ona heç bir məlumat verilməmişdir. Nəhayət bu yaxınlarda ona bildirilmişdir ki, apellyasiya şikayəti baxılmamış qalmışdır. O buna dair şikayət etdikdə isə ona yenidən apellyasiva şikavətinin yazılması və buraxılmış prosessual müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət edilməsi təklif edilmişdir. O işin mahiyyətini dərk etmədən əvvəlki apellyasiya şikayəti ilə deyil, yeni yazılmış apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etməli olmuşdur. Tərtər rayon məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(061)-1502/2022№-li qərardadı ilə apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair verdiyi vəsatət ata adın guya səhv getməsi səbəbindən geri qaytarılmış, həmin qərardaddan verdiyim şikayət isə Gəncə Apellyasiya Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(104)-2995/2022№-li qərardadı ilə təmin edilmiş, müddətin bərpasına dair vəsatət hüquqi qiymət verilməsi üçün iş Tərtər rayon məhkəməsinə qaytarılmışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən prosessual hüquq normalarına riayət etmədiyindən düzgün seçim edə bilməmiş və məsələyə səthi və formal cəhətdən yanaşdığından Tərtər rayon məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli, 2( 61)- 1502/2015 №-li qətnaməsindən Cavabdeh oglu tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpası bardə vəsatətinin rədd edilməsi barədə 30 dekabr 2022ci il tarixli, 2(061)-502/2022 №-li qanunsuz və əsassız qərardad çıxarmışdır. Belə olan halda, Tərtər rayon məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 2(061)-502/2022 №-li qərardadı ləğv edilməli və üzrlü səbəblərdən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş buraxılmış prosessual müddət bərpa edilməli və apellyasiya şikayəti mümkün sayılmaqla, sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Əks halda o əsassız və formal mülahizələrlə insan və vətəndaş hüquqları sırasına aid edilən ədalətli məhkəmə araşdırması hüququndan məhrum ediləcdir. Buna görə də, Tərtər rayon məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 2(061)-502/2022 №-li qərardadının ləğv edilməsi və Tərtər rayon məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli, 2(61)-1502/2015 №o-li qətnaməsindən onun tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatətin təmin edilməsi barədə qərardad çıxarılmasını xaihş etmişdir. Tərtər Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(061)-1502/2015 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Daha sonra apellyasiya icraatı zamanı BOKT "xxxx" ASC-nin nümayəndəsi Rzayeva Afaq məhkəmə kollegiyasına ərizə ünvanlayaraq, ərizəsində göstərmişdir ki, 04 dekabr 2019-cu ildı BOKT "xxxx" MMC-nin hüquqları BOKT "xxxx" MMC-yə keçmişdir. (güzəşt edilmişdir) Cavabdeh işin icraatını qəsdən yubatmaq məqsədilə şikayət vermişdir. Tərtər Rayon Məhkəməsinin 2(061)-1502/15 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinin icrası məqsədilə borclu 14 dekabr 2016-cı il tarixdə Tərtər rayon İcra və və Probasiya şöbəsinə dəvət edilmiş və həmin icra sənədi ilə tanış edilərək izahatı alınmışdır. İcra sənədinin icrası məqsədilə icra sənədində tutma yönəldilməli olan qızıl-zinət əşyaları cavbdehin iştirakı ilə satılmış və satışdan əldə olunan 1433 manat borclunun borcundan ödənilmiş, qalan borcunu isə könüllü olaraq ödəyəcəyini bildirmişdir. "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının icrası məqsədilə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim edilən kompensasiya düşən şəxslərin siyahısına əsasən iş üzrə cavabdehə 1287.57( bir min iki yüz səksən yeddi manat 57 qəpik) AZN kompensiyasiya düşmüş, ləğv prosesində olan Bokt "xxxx" MMC tərəfindən isə 5870 (beş min səkkiz yüz yetmiş) manat faiz və cərimə borcu tam olaraq silinmiş, 2017-2019-cu illərdə cavabdeh özü hissə-hissə 650 AZN ödəniş etmişdir. Bildiririk ki, cavabdehə ümumilikdə 7157.57 (yeddi min yüz əlli yeddi manat 57 qəpik) kommensasiya ödənilmiş, hərrac satışı və özünün ödədiyi cəmi 2083 AZN borcuna ödənildikdən sonra xx.xx.2023-cü il tarixə 8139.43 (səkkiz min yüz otuz doqquz manat 43 qəpik) manat əsas borcu və 20 AZN məhkəmə rüsumu qalmışdır. Hazırda borclu borcu ödəməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Tərtər Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 2(061)-1502/2015 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarından görünür ki, Tərtər Rayon Məhkəməsinin 2(061)- 1502/2015 saylı, 20 oktyabr 2015-ci il qətnaməsi 26 oktyabr 2015-ci il tarixdə Cavabdeh Eytibar oğlunun ünvanına göndərilmiş və həmin qətnamə üzrə icra vərəqi verilmişdir. Cavabdeh Əliyev X1 Rayon Məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli, 2(061)-1502/2015 saylı qətnaməsini xx.xx.2017-ci ildə əldə etmiş (cavabdeh özü müddətin bərps olunması barədə ərizəsində bildirib), lakin, onun tərəfindən apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə verilmişdir. Bununla da, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddət ötürülmüşdür. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlillərinə mübnasibətdə qeyd edir ki, cavabdeh məhkəmə qətnaməsini xx.xx.2017-ci il tarixdə almasını və qətnaməni aldığı müddətdən bir ay ərzində apellyasiya şikayəti verməsini, bununla bağlı poçt qəbzinin də olmasını qeyd etmişdir ki, məhkəmə kollegiyası cavabdehin həmin dəlillərini əsassız hesab etmişdir. Belə ki, cavabdehin özünün də, qeyd etdiyi kimi Tərtər Rayon Məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli, 2(061)-1502/2015 saylı qətnaməsi ona xx.xx.2017-ci ildə təqdim edilmişdir. Şikayətin dəlillərində isə onun birinci instansiya məhkəməsinin qətnaməsini əldə edən kimi müddəti ötürmədən, yəni xx.xx.2017-ci il tarixdə apellyasiya şikayəti verməsini qeyd etmişdir. Lakin, cavabdeh tərəfindən daha öncə apellyasiya şikayətinin verilməsi iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyator yaxın qohumlarının vəfat etməsini təsdiq edən müvafiq sənədləri şikayətə əlavə etməmişdir, həmçinin pandemiya və Vətən müharibəsi 27 sentyabr 2020 -10 noyabr 2020-ci illəri əhatə etmişdir, COVİD 119 pandemiyası 2019-cu ilin dekabr ayının ortalarında meydana gəlmişdir. Bu isə deməkdir ki, cavabdehin müharibə və pandemiya səbəbindən apellyasiya şikayətini vaxtında verə bilməməsinə istinad etməsi əsassızdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Tərtər Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 2(061)-1502/2015 saylı qərardadı və həmin qərardadla bağlı 2(061)-1502/2015 saylı, 19 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Mülki Prosesessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinin tələbinə görə müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s.). Həmin Məcəllənin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 130, 133, və 408-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şikayət təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 2(061)-1502/2015 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar