Məhkəmə qərarları › İş №2(104)-9/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-9/2023

21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-9/2023 21.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Allahverdiyev Ömər Taleh oğlunun katibliyi, İddiaçı “X11 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 iştirakı ilə, İddiaçı “X11 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh, X7 və "xxxx" MMC-yə qarşı kreditin, kredit faizlərin və cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(044)-61/2017 saylı qətnaməsindən iddiaçı “X11 Azərbaycan” QSC-nin nümayəndəsi X2, cavabdehlər Cavabdeh və X5 vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “X11 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh, X7 və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh, X3 və "xxxx" MMC-dən müştərək qaydada 560.730.55 ABŞ dolları əsas kredit borcunun, 47,848,23 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcunun, 881,78 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə borcunun, cəmi 609,460,56 ABŞ dolları məbləğində borcun, 16.50 manat müqavilə üzrə öhdəliklərin pozulmasına dair borcluya bildirişin (pretenziyanın) və ipoteka qoyana ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsi üçün çəkilmiş poçt xərcləri, 60 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərcin, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun “X11 Azərbaycan” QSC-nin xeyrinə tutulması barədə, habelə banka olan borcun cavabdehlərdən tutulması ilə eyni zamanda ipoteka qoyulmuş, mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan 0.0476 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 111.5 kv.m, köməkçi sahəsi 71.3 kv.m-dən ibarət Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, “Əriklik” yaşayış ərazisi sahə B-12 ünvanında yerləşən bağ evinə, "xxxx" MMC-yə məxsus olan 0.042318 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 242.8 kv.m-dən ibarət olan ünvan 2 ünvanında yerləşən ticarət üçün nəzərdə tutulmuş əmlak kompleksinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin cavabdehlərdən tutulması, ipoteka ilə yüklü edilmiş yuxarıda qeyd edilən yaşayış və qeyri-yaşayış sahələrindən istifadə hüquqlarına xitam verilməklə 1 ay müddətində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi məhkəməyə iddianın həcminin artırılması barədə ərizə təqdim edərək Cavabdeh, X3 və "xxxx" MMC-dən müştərək qaydada 553068.14 ABŞ dolları əsas kredit borcunun, 68306.74 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcunun, 2849.63 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə borcunun, cəmi 624224.51 ABŞ dolları məbləğində borcun, 16.50 manat müqavilə üzrə öhdəliklərin pozulmasına dair borcluya bildirişin (pretenziyanın) və ipoteka qoyana ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsi üçün çəkilmiş poçt xərcləri, 60 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərcin, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun “X11 Azərbaycan” QSC-nin xeyrinə tutulması barədə, habelə banka olan borcun cavabdehlərdən tutulması ilə eyni zamanda ipoteka qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan 0.0476 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 111.5 kv.m, köməkçi sahəsi 71.3 kv.m-dən ibarət Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, “Əriklik” yaşayış ərazisi sahə B-12 ünvanında yerləşən 1 mərtəbəli, ümumi sahəsi 242.8 kv.m-dən ibarət olan ünvan 2 ünvanında yerləşən ticarət üçün nəzərdə tutulmuş əmlak kompleksinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin cavabdehlərdən tutulması, ipoteka ilə yüklü edilmiş yuxarıda qeyd edilən yaşayış və qeyri-yaşayış sahələrindən istifadə hüquqlarına xitam verilməklə 1 ay müddətində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdehlərdən Cavabdeh “X11 Azərbaycan” QSC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək qarşılıqlı iddianın icraata qəbul edilməsi, 20 may 2015-ci il tarixli 41531/01 saylı kredit xəttinin açılması barədə müqavilənin, 20 may 2015-ci il tarixli 41531/01 saylı ipoteka müqaviləsinin, 20 may 2015-ci il tarixli 41531/01 saylı zaminlik müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-61/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı ilə ilk iddia üzrə İddiaçı “X11 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh, X7 və "xxxx" MMC-yə qarşı kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satılması və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh “X11 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “xx.xx.2015-ci il tarixli 41531/01 saylı kredit xəttinin açılması barədə müqavilənin, xx.xx.2015-ci il tarixli 41531/01 saylı ipoteka müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə baxılmamış saxlanılmışdır. İddiaçı “X11 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi xx.xx.2017-ci il tarixli ərizə ilə müraciət edərək iş üzrə icraatın baxılmamış saxlandığını və icraatı təzələyib işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-61/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək ilk iddia üzrə iddiaçı “X11 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin tələbinə dair iddia ərizəsi üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-61/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı qismən, ilk iddiaya münasibətdə ləğv edilmiş və iş həmin iddia üzrə məhkəmə baxışına təyin edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-61/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə (hakim A.Eyvazov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh, X7 və "xxxx" MMC-dən müştərək qaydada 553068.14 ABŞ dolları əsas kredit borcu, 68306.74 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcu, 100 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə borcu, cəmi 621474.88 ABŞ dolları məbləğində borc qətnamə icra olunan günə Azərbaycan manatına məzənnəsi ilə, 16.50 manat müqavilə üzrə öhdəliklərin pozulmasına dair borcluya bildirişin (pretenziyanın) və ipoteka qoyana ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsi üçün çəkilmiş poçt xərcləri, 60 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərcin, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı “X11 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan 0.0476 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 111.5 kv.m, köməkçi sahəsi 71.3 kv.m-dən ibarət Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, “Əriklik” yaşayış ərazisi sahə B-12 ünvanında yerləşən bağ evinə və "xxxx" MMC-yə məxsus olan 0.042318 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 242.8 kv.m-dən ibarət olan ünvan 2 ünvanında yerləşən ticarət üçün nəzərdə tutulmuş əmlak kompleksinə yönəldilməsi, mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan 0.0476 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 111.5 kv.m, köməkçi sahəsi 71.3 kv.m-dən ibarət Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, ”Əriklik” yaşayış ərazisi sahə B-12 ünvanında yerləşən bağ evinin ilkin satış qiymətinin 230000 manat, "xxxx" MMC-yə məxsus olan 0.042318 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 242.8 kv.m-dən ibarət olan ünvan 2 ünvanında yerləşən ticarət üçün nəzərdə tutulmuş əmlak kompleksinin ilkin satış qiymətinin isə 350000 manat müəyyən edilməsi, əmlakların açıq hərracdan satılması və onların satışından əldə olunmuş pul vəsaitinin cavabdehlərin cəmi 621474.88 ABŞ dolları kredit borcu, 16.50 manat müqavilə üzrə öhdəliklərin pozulmasına dair borcluya bildirişin (pretenziyanın) və ipoteka qoyana ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsi üçün çəkilmiş poçt xərclərinin, 60 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərcin, dövlət büdcəsinə ödənilmiş 30 AZN dövlət rüsumuna yönəldilməsi, ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan 0.0476 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 111.5 kv.m, köməkçi sahəsi 71.3 kv.m-dən ibarət Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, “Əriklik” yaşayış ərazisi sahə B-12 ünvanında yerləşən bağ evinə və "xxxx" MMC-yə məxsus olan 0.042318 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 242.8 kv.m-dən ibarət olan ünvan 2 ünvanında yerləşən ticarət üçün nəzərdə tutulmuş əmlak kompleksinə tutma yönəldikdən və onlar satıldıqdan sonra bir ay müddətində mülklərin boşaldılması, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin cavabdehlərdən müştərək qaydada tutulması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçı “X11 Azərbaycan” QSC-nin nümayəndəsi X2 qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnamənin iddianın təmin olunmayan hissələrində dəyişdirilməsi, iddianın tam təmin olunması və ipoteka predmetlərinin açıq hərracdan ilkin satış qiymətinin ipoteka müqaviləsində təsbit edilmiş qiymətlər əsasında müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda cavabdehlər Cavabdeh və X5 vəkili Nümayəndə1 da qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv olunması, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “X11 Azərbaycan” QSC tərəfindən apellyasiya şikayəti vermə müddəti buraxıldığına görə Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-61/2017 saylı xx.xx.2017ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət bərpa edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə-qiymətləndirmə ekspertizaları təyin edilərək icraat dayandırılmışdır. Məhkləmə-mühasibatlıq eksprtizasının rəyi məhkəməyə daxil olduğuna görə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnərək iş xx.xx.2020-ci il tarixə saat 11:00-a məhkəmə baxışına təyin edilmişdir. Lakin xx.xx.2020-ci il tarixdə xüsusi karantin rejimi ilə əlaqədar məhkəmə iclası qeyrimüəyyən müddətə təxirə salınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı “X11 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh, X7 və "xxxx" MMC-yə qarşı banka olan kredit borcunun cavabdehlərdən “X11 Azərbaycan” QSC-nin xeyrinə tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin cavabdehlərdən tutulması, ipoteka ilə yüklü edilmiş yaşayış və qeyri-yaşayış sahələrindən istifadə hüquqlarına xitam verilməklə 1 ay müddətində boşaldılması tələbinə dair iş üzrə icraat cavabdeh X1 "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “20 may 2015-ci il tarixli 41531/01 saylı kredit xəttinin açılması barədə müqavilənin ləğv olunması, 20 may 2015-ci il tarixli 41531/01 saylı ipoteka müaviləsinin, 20 may 2015-ci il tarixli zaminlik müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddiasına mahiyyəti üzrə baxılıb qəbul ediləcək yekun qərar qanuni qüvvəyə minənə qədər dayandırılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnərək xx.xx.2022-ci il tarixə saat 10:40-a məhkəmə baxışına təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsinin vəsatəti təmin edilərək iş üzrə məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmiş və icraat dayandırılmışdır. Lakin müvafiq xidmət haqqı ödənilmədiyinə görə iş üzrə rəy verilməsindən imtina edilmiş, ona görə də kollegiyanın xx.xx.2023-cü il tarixli qərardadı ilə icraat təzələnmişdir. Məhkəmə kollegiyasının növbəti iclasında iddiaçının nümayəndəsi yenidən vəsatət verərək ipoteka predmetlərinin yenidən qiymətləndirilməsi üçün ekspertiza təyin edilməsini xahiş etmiş və kollegiyanın xx.xx.2023-cü il tarixli qərardadı ilə yenidən qiymətləndirmə ekspertizası təyin edilərək rəyin verilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilmişdir. Müvafiq rəy məhkəməyə daxil olduğuna görə məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, 20 may 2015-ci il tarixində “X11 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış 41531/01 saylı kredit xətti müqaviləsi əsasında Cavabdeh 20 iyun 2019-cu il tarixinədək, 49 ay müddətinə 562 352,90 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 27 may 2015-ci il tarixdə “X11 Azırbaycan” QSC ilə Cavabdeh arasında 41531/01 kredit müqaviləsinə dair 1 №-li kredit sazişi bağlanmış, Cavabdeh 27 may 2019-cu il tarixədək, kreditdən istifadəyə görə illik 12.50% olmaqla 562,352,90 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcalanın 41531/01 №-li kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 20 may 2015-ci il tarixində bank ilə ipoteka qoyan Cavabdeh arasında ipoteka müqaviləsi bağlanmış, mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan 0.0476 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 111.5 kv.m, köməkçi sahəsi 71.3 kv.m-dən ibarət Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, “Əriklik” yaşayış ərazisi sahə B-12 ünvanında yerləşən bağ evi “X11 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmış və buna dair DƏDRX tərəfindən xx.xx.2015-ci il tarixli yüklülük barədə RX seriyalı ******* №-li çıxarış verilmişdir. Borcalanın 41531/01 №-li kredit müqavilsəindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 20 may 2015-ci il tarixində bank ilə borcalan Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinə əsasən, mülkiyyət hüququ ilə "xxxx" MMC-yə məxsus olan 0.042318 ha torpaq sahəsində yerləşən ticarət üçün nəzərdə tutulmuş əmlak kompleksi “X11 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ DƏDRX-nin 3 saylı Ərazi İdarəsi tərəfindən qanunvericiləyə uyğun olaraq dövlət qeydiyyatına alınmış və buna dair DƏDRX tərəfindən xx.xx.2015-ci il tarixli RX seriyalı ******* №-li çıxarış verilmişdir. “X11 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdehlərə dəfələrlə bu barədə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə və həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair bildirişlərin verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişlər və bu günə kimi “X11 Azərbaycan” QSC-yə olan borclarını ödəməmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı “X11 Azərbaycan” QSC-nin nümayəndəsi X2 qətnamədən verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə iddianın təmin edilməmiş hissəsində maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə 2849,63 ABŞ dolları cərimə borcunu azaldaraq 100 ABŞ dolları məbləğdə müəyyən etmişdir. Halbuki, tələb olunan cərimə məbləği cavabdehlərin gecikdirdiyi pul vəsaitlərini məbləğinə mütənasibdir. Bundan başqa məhkəmə tərəflərin ipoteka müqaviləsində müəyyən etdikləri məbləğləri bir kənara qoyaraq əmlakların ilkin satış qiymətini özü müəyyən etmişdir. Cavabdehlər Cavabdeh və X5 vəkili Nümayəndə1 qətnamədən verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, onlar tərəfindən iddia tələbi qəbul edilməmiş, eyni zamanda kredit, ipoteka və zaminlik müqavilələrinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsi verilmişdir. Lakin həmin ərizə icraata qəbul edilsə də, qətnamədə qarşılıqlı iddiaya qiymət verilməmişdir. Bundan başqa kredit borcu üzrə faizlər artıq hesablanmış, həmçinin ipoteka predmeti olan əmlaklar həddindən artıq ucuz qiymətləndirilmişdir. Lakin məhkəmə tərəfindən bunlar nəzərə alınmamışdır. Həmçinin apellyasiya şikayəti Mülki Məcəllənin 421 və 422-ci maddələri ilə əsaslandırılmışdır. Apellyasiya şikayətləri üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Cavabdehlərin vəkili Nümayəndə1 məhkəməyə ərizə təqdim edərək işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, həmin ərizəni işə baxılmasını yubatmaq məqsədi ilə verilmiş hesab edərək Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı “X11 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi - vəkil Nümayəndə2 məhkəmə kollegiyasının iclasında verdikləri apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək və iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək bildirdi ki, kredit borcunun təminatı kimi cavabdehlərə məxsus iki daşınmaz əmlak ipoteka ilə yüklü edilmişdi. Həmin ipoteka predmetlərindən "xxxx" MMC-yə məxsus 0.042318 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 242.8 kv.m-dən ibarət olan ünvan 2 ünvanında yerləşən ticarət üçün nəzərdə tutulmuş əmlak kompleksi iş apellyasiya instansiyası məhkəməsinin icraatında olduğu müddətdə iddiaçının razılığı ilə satıldığından, satışdan əldə edilmiş gəlir əsas borca silindiyindən və "xxxx" MMC ilə Bank arasında bağlanmış zaminlik müqaviləsinə xitam verildiyindən "xxxx" MMC-nin cavabdehlər sırasından çıxarılmasını, iddia tələbinin "xxxx" MMC-yə məxsus olan 0.042318 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 242.8 kv.m-dən ibarət olan ünvan 2 ünvanında yerləşən ticarət üçün nəzərdə tutulmuş əmlak kompleksinə yönəldilməsi hissəsində azaldılmasını, iddia tələbinin yalnız əsas borc məbləği üzrə 317,774.55 ABŞ dolları, faiz borcu üzrə 68,306.74 ABŞ dolları, cərimə borcu üzrə 2849,63 ABŞ dolları olmaqla, cəmi 388,930.92 (üç yüz səksən səkkiz min doqquz yüz otuz dollar 92 sent) ABŞ dolları məbləğində qalmasını apellyasiya şikayətinin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsinin nəzərə alınmadan vahid məhkəmə təcrübəsinin təmin edilməsinə dair Ali Məhkəmənin Mülki və Kommersiya Kollegiyalarının qərardadına uyğun olaraq ipoteka predmeti olan Cavabdeh məxsus olan 0.0476 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 111.5 kv.m, köməkçi sahəsi 71.3 kv.m-dən ibarət Gəncə səhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, “Əriklik” yaşayış ərazisi sahə B-12 ünvanında yerləşən bağ evinin ilkin satış qiyməti kimi ekspertiza tərəfındən müəyyən edilən 105.000 (bir yüz beş min) manat likvid qiyməti ilə müəyyən edilməli olmasını nəzərə alınmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətləri verildikdən sonra vəziyyət müəyyən qədər dəyişilmiş, tərəflər arasında qismən razılaşma əldə edilərək iki ipoteka predmetindən biri qarşılıqlı razılaşma əsasında yüklülükdən azad edilərək özgəninkiləşdirilmiş, satışdan əldə olunmuş vəsait kredit borcunun müəyyən hissəsinin bağlanmasına yönəldilmiş, ona görə də iddiaçının cavabdehlərdən tələb etdiyi borcun məbləği azaldılmaqla cavabdehlərin sayı da azalmışdır. Belə ki, iddiaçı hazırda tələb etdiyi borcun yalnız cavabdehlər Cavabdeh və X3 tutulmasını xahiş edir. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, hər iki apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Belə ki, iş materiallarında olan kreditor “X11 Azərbaycan” QSC-nin Gəncə filialı ilə borcalan Cavabdeh arasında bağlanmış 20 may 2015-ci il tarixli 41531/01 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən sonuncuya 49 ay müddətinə 562352.90 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan kreditor “X11 Azərbaycan” QSC-nin Gəncə filialı ilə borcalan Cavabdeh arasında bağlanmış 27 may 2015-ci il tarixli 41531/01 saylı kredit müqaviləsinə dair 1 nömrəli kredit sazişindən görünür ki, bank tərəfindən Cavabdeh illik 12.5 faiz olmaqla, xx.xx.2019-cu il tarixədək 562352.90 ABŞ dolları məbləğində kredit verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan kreditor “X11 Azərbaycan” QSC ilə zaminlər X7 və "xxxx" MMC arasında bağlanmış 20 may 2015-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, zaminlər borcalanın öhdəliklərinin tamamilə icra edilməsi üçün birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşlər. İş materiallarında olan 20 may 2015-ci il tarixli 41531/01 saylı ipoteka müqaviləsindən görünür ki, 41531/01 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan 0.0476 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 111.5 kv.m, köməkçi sahəsi 71.3 kv.m-dən ibarət Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, ”Əriklik” yaşayış ərazisi sahə B-12 ünvanında yerləşən bağ evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 3.1-ci maddəsinə əsasən ipoteka predmeti 250000 manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan 20 may 2015-ci il tarixli 41531/01 saylı ipoteka müqaviləsindən görünür ki, 41531/01 saylı kredit müqaviləsi üzrə irəli gələn öhdəliklərin təminatı kimi xüsusi mülkiyyət hüququ ilə "xxxx" MMC-yə məxsus olan 0.042318 ha torpaq sahəsində yerləşən ticarət üçün nəzərdə tutulmuş əmlak kompleksi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 3.1-ci maddəsinə əsasən ipoteka predmeti 300000 manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən MH seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, 0.0476 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 111.5 kv.m, köməkçi sahəsi 71.3 kv.m-dən ibarət Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, ”Əriklik” yaşayış ərazisi sahə B-12 ünvanında yerləşən bağ evi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən MA seriyalı ******* saylı çıxarışın kserosurətindən görünür ki, Gəncə şəhəri, 28 May küçəsində 0.042318 ha torpaq sahəsində yerləşən ticarət üçün nəzərdə tutulmuş əmlak kompleksi "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 173 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, 28 May küçəsində 0.042318 ha torpaq sahəsində yerləşən ticarət üçün nəzərdə tutulmuş əmlak kompleksi “X11 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 173 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan kreditor “X11 Azərbaycan” QSC tərəfindən DƏDRX-nin Gəncə şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, ipoteka predmeti olan, mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan 0.0476 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 111.5 kv.m, köməkçi sahəsi 71.3 kv.m-dən ibarət Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, ”Əriklik” yaşayış ərazisi sahə B-12 ünvanında yerləşən bağ evinə tutmanın yönəldilməsi barədə bildiriş qeydə alınması xahiş edilmiş və bildiriş dövlət orqanı tərəfindən qeydə alınmışdır. İş materiallarında olan kreditor “X11 Azərbaycan” QSC tərəfindən DƏDRX-nin Gəncə şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, iddiaçı ilə "xxxx" MMC arasında İpoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə "xxxx" MMC-yə məxsus olan, 0.042318 ha torpaq sahəsində yerləşən ticarət üçün nəzərdə tutulmuş əmlak kompleksinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması xahiş edilmiş və bildiriş dövlət orqanı tərəfindən qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş 20 dekabr 2016-cı il tarixli 663 nömrəli rəydən görünür ki, “X11 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış ipoteka müqaviləsinə əsasən girov qoyulmuş, mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan 0.0476 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 111.5 kv.m, köməkçi sahəsi 71.3 kv.m-dən ibarət Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, ”Əriklik” yaşayış ərazisi sahə B-12 ünvanında yerləşən bağ evinin bazar qiyməti təxminən 230000 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş 24 may 2017-ci il tarixli 330 nömrəli rəydən görünür ki, “X11 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış ipoteka müqaviləsinə əsasən girov qoyulmuş, mülkiyyət hüququ ilə "xxxx" MMC-yə məxsus olan 0.042318 ha torpaq sahəsində yerləşən ticarət üçün nəzərdə tutulmuş əmlak kompleksinin bazar qiyməti təxminən 350000 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 032-03/18 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəydən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, ”Əriklik” yaşayış ərazisi sahə B-12 ünvanında yerləşən bağ evinin 13 avqust 2018-ci il tarixinə bazar qiyməti 106.000 manat təşkil edir. Məhkəmə kollegiyası tərəfindən təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən X4 ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 41531/01 saylı kredit müqaviləsinə 1№li kredit sazişi üzrə borcalanın kredit müqaviləsi üzrə ödənilməli borcu əsas borc üzrə 553,796 ABŞ dolları, faiz borcu üzrə isə 62.324,93 ABŞ dolları təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə kollegiyası tərəfindən təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticəsi olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş ekspert rəyindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, ”Əriklik” yaşayış ərazisi sahə B-12 ünvanında yerləşən bağ evinin likvid qiyməti 105.000 manat, bazar qiyməti 110.000 manat təşkil edir. İddiaçının nümayəndəsi tərəfindən verilmiş ərizədən görünür ki, cavabdeh "xxxx" MMC-yə məxsus və ipoteka ilə yüklü olan əmlak bankın razılığı ilə satıldığından, satışdan əldə edilmiş gəlir əsas borca silindiyindən və "xxxx" MMC ilə Bank arasında bağlanmış zaminlik müqaviləsinə xitam verildiyindən "xxxx" MMC-nin cavabdehlər sırasından çıxarılmasını, iddia tələbinin "xxxx" MMC-yə məxsus olan 0.042318 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 242.8 kv.m-dən ibarət olan Gəncə şəhəri, Nizami rayonu, 28 may kiiçəsi ünvanında yerləşən ticarət üçün nəzərdə tutulmuş əmlak kompleksinə yönəldilməsi hissəsində azaldılmasını, iddia tələbinin yalnız əsas borc məbləği üzrə 317,774.55 ABŞ dolları, faiz borcu üzrə 68,306.74 ABŞ dolları, cərimə borcu üzrə 2849,63 ABŞ dolları olmaqla, cəmi 388,930.92 (üç yüz səksən səkkiz min doqquz yüz otuz dollar 92 sent) ABŞ dolları məbləğində qalmasını, apellyasiya şikayətinin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsinin nəzərə alınmadan vahid məhkəmə təcrübəsinin təmin edilməsinə dair Ali Məhkəmənin Mülki və Kommersiya Kollegiyalarının qərardadına uyğun olaraq ipoteka predmeti olan Cavabdeh məxsus olan 0.0476 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 111.5 kv.m, köməkçi sahəsi 71.3 kv.m-dən ibarət Gəncə səhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, “Əriklik” yaşayış ərazisi sahə B-12 ünvanında yerləşən bağ evinin ilkin satış qiyməti kimi ekspertiza tərəfindən müəyyən edilən 105.000 (bir yüz beş min) manat likvid qiyməti ilə müəyyən edilməli olmasının nəzərə alınmasını xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, 20 may 2015-ci il tarixində “X11 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış 41531/01 saylı kredit xətti müqaviləsi əsasında Cavabdeh 20 iyun 2019-cu il tarixinədək, 49 ay müddətinə 562 352,90 ABŞ dolları məbləğində kredit xətti açılmış, 27 may 2015-ci il tarixdə “X11 Azırbaycan” QSC ilə Cavabdeh arasında 41531/01 kredit müqaviləsinə dair 1 №-li kredit sazişi bağlanmış, Cavabdeh 27 may 2019-cu il tarixədək, kreditdən istifadəyə görə illik 12.50% olmaqla 562,352,90 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcalanın 41531/01 №-li kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 20 may 2015-ci il tarixində bank ilə ipoteka qoyan Cavabdeh arasında ipoteka müqaviləsi bağlanmış, mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan 0.0476 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 111.5 kv.m, köməkçi sahəsi 71.3 kv.m-dən ibarət Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, “Əriklik” yaşayış ərazisi sahə B-12 ünvanında yerləşən bağ evi “X11 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmış və buna dair DƏDRX tərəfindən xx.xx.2015-ci il tarixli yüklülük barədə RX seriyalı ******* №-li çıxarış verilmişdir. Borcalanın 41531/01 №-li kredit müqavilsəindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 20 may 2015-ci il tarixində bank ilə borcalan Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinə əsasən, mülkiyyət hüququ ilə "xxxx" MMC-yə məxsus olan 0.042318 ha torpaq sahəsində yerləşən ticarət üçün nəzərdə tutulmuş əmlak kompleksi “X11 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka hüququ DƏDRX-nin 3 saylı Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmış və buna dair DƏDRX tərəfindən xx.xx.2015-ci il tarixli RX seriyalı ******* №-li çıxarış verilmişdir. “X11 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirdiyinə görə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamədən həm iddiaçı, həm də cavabdehlər Cavabdeh və X7 apellyasiya şikayəti vermiş, iş məhkəmə kollegiyasının icraatında olan tərəflər arasında müəyyən razılaşma əldə olunmuş və ipoteka predmeti olan "xxxx" MMC-yə məxsus 0.042318 ha torpaq sahəsində yerləşən ticarət üçün nəzərdə tutulmuş əmlak kompleksi yüklülükdən azad edilərək satılmış, əldə olunmuş pul vəsaiti Cavabdeh yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə borcunun ödənilməsinə yönəldilmiş, ona görə də iddiaçı verdiyi ərizədə tələb olunan ümumi borc məbləğini azaltmış, ona görə də “Nicat" MMC-nin cavabdehlər sırasından çıxarılmasını, iddia tələbinin yalnız əsas borc məbləği üzrə 317,774.55 ABŞ dolları, faiz borcu üzrə 68,306.74 ABŞ dolları, cərimə borcu üzrə 2849,63 ABŞ dolları olmaqla, cəmi 388,930.92 (üç yüz səksən səkkiz min doqquz yüz otuz dollar 92 sent) ABŞ dolları məbləğində qalmasını, apellyasiya şikayətinin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsinin nəzərə alınmadan vahid məhkəmə təcrübəsinin təmin edilməsinə dair Ali Məhkəmənin Mülki və Kommersiya Kollegiyalarının qərardadına uyğun olaraq ipoteka predmeti olan Cavabdeh məxsus olan 0.0476 ha toıpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 111.5 kv.m, köməkçi sahəsi 71.3 kv.m- dən ibarət Gəncə səhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, “Əriklik” yaşayış ərazisi sahə B-12 ünvanında yerləşən bağ evinin ilkin satış qiyməti kimi ekspertiza tərəfındən müəyyən edilən 105.000 (bir yüz beş min) manat likvid qiyməti ilə müəyyən edilməli olmasını nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı 20 may 2015-ci il tarixli 41531/01 №-li kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirib razılaşdıqları məbləğdə kredit vəsaitini Cavabdeh vermiş olsa da, sonuncu həmin krediti geri qaytarması ilə bağlı üzərinə götürdüyü öhdəliyi lazımı qaydada yerinə yetirməmiş, kreditin müddətinin bitməsinə baxmayaraq 317,774.55 ABŞ dolları məbləğində əsas borcu ödənilməmiş qalmışdır. Odur ki, 317,774.55 ABŞ məbləğində əsas borc tutularaq iddiaçıya verilməlidir. Məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qəbul edərək faiz borcunun 62.324,93 ABŞ dolları müəyyən edilməsi ilə razılaşır. İddia tələbindən görünür ki, iddiaçı həmçinin 2849,63 ABŞ dolları məbləğində penyanın da xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tələb olunan penya ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən hesablanmış 2849,63 ABŞ dolları cəriməni tənasübsüz surətdə yüksək məbləğ hesab edərək həmin məbləğin azaldılmasını və cərimənin 300 ABŞ dolları miqdarında müəyyən edilməsini məqsədəuyğun sayır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat, habelə işin məhkəməyə hazırlanması üçün çəkilmiş 16 manat notarial xərc alınaraq “X11 Azərbaycan” QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295-ci maddəsinə müvafiq olaraq, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 307.6-cı maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İş materiallarından görünür ki, ipoteka saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evi hesabına ödənilməsinə dair ipoteka saxlayanla ipoteka qoyan arasında notariat qaydasında təsdiqlənmiş razılaşma yoxdur. Odur ki, ipoteka saxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. “İpoteka haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3. və 39.3.3-cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, X4 ilə iddiaçı “X11 Azərbaycan” QSC arasında ipoteka müqaviləsi kredit müqaviləsinin təminatı kimi bağlanılmış və bu müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1.-ci maddəyə görə yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2.-ci maddəyə görə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə kollegiyası qeyd edir ki, borcalan kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirmədiyinə görə tələb ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, “Əriklik” yaşayış ərazisi sahə B-12 ünvanında yerləşən bağ evinə yönəldilərək ipoteka predmeti olan həmin əmlakın likvid qiyməti 105000 manat qiymətləndirilməklə açıq hərracdan satılmalı, əldə olunan pul vəsaiti kredit borcunun, habelə iddia ilə məhkəməyə müraciət edilməsi üçün çəkilmiş xərclərin ödənilməsinə yönəldilməli, 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh və X6 aid edilməlidir. Kollegiya əvvəlcə iddiaçının apellyasiya şikayətlərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı qətnamənin ləğv edilərək iddianın tam təmin edilməsini xahiş etmiş olsa da, kollegiya şikayətin dəlilləri ilə qismən razılaşır və iş üzrə təyin olunmuş ekspertizanın rəyi ilə ipoteka predmetinin ilkin satış qiyməti (likvid dəyəri) 105.000 manat müəyyən edildiyinə görə Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, “Əriklik” yaşayış ərazisi sahə B- 12 ünvanında yerləşən bağ evinin ilkin satış qiyməti (likvid dəyəri) 105.000 manat müəyyən edilməli, həmçinin həmçinin tələb olunan cərimənin məbləği 300 ABŞ dolları miqdarında müəyyən olunmalıdır. Cavabdehlər Cavabdeh və X5 vəkili tərəfindən verilmiş apellyasiya şikayəti ilə qismən razılaşan kollegiya qeyd edir ki, cavabdehlərdən müştərək qaydada tutulması qət olunmuş kredit borcunun məbləği azaldılmalı, əsas borc üzrə 317,774.55 ABŞ dolları, faiz borcu üzrə 62.324,93 ABŞ dolları məbləğində təmin edilməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2.-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişdirsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı “X11 Azərbaycan” QSC-nin və cavabdehlər Cavabdeh və X5 vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(044)-61/2017 saylı qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh və X3 müştərək qaydada əsas borc üzrə 317,774.55 ABŞ dolları, faiz borcu üzrə 62.324,93 ABŞ dolları, cərimə borcu üzrə 300 ABŞ dolları, cəmi 380399.48 (üç yüz səksən min üç yüz doxsan doqquz dollar qırx səkkiz sent) ABŞ dolları məbləğində borc qətnamə icra olunan günə Azərbaycan manatına məzənnəsi ilə, 16.50 manat müqavilə üzrə öhdəliklərin pozulmasına dair borcluya bildirişin (pretenziyanın) və ipoteka qoyana ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsi üçün çəkilmiş poçt xərcləri, 60 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı “X11 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan 0.0476 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 111.5 kv.m, köməkçi sahəsi 71.3 kv.m-dən ibarət Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, “Əriklik” yaşayış ərazisi sahə B-12 ünvanında yerləşən bağ evinə yönəldilsin. Mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan 0.0476 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 111.5 kv.m, köməkçi sahəsi 71.3 kv.m-dən ibarət Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, ”Əriklik” yaşayış ərazisi sahə B-12 ünvanında yerləşən bağ evinin ilkin satış qiyməti (likvid dəyəri) 105.000 manat müəyyən edilsin. Əmlak açıq hərracdan satılsın və onun satışından əldə olunmuş pul vəsaiti cavabdehlərin cəmi 380.399,48 (üç yüz səksən min üç yüz doxsan doqquz dollar qırx səkkiz sent) ABŞ dolları kredit borcu, 16.50 manat müqavilə üzrə öhdəliklərin pozulmasına dair borcluya bildirişin (pretenziyanın) və ipoteka qoyana ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsi üçün çəkilmiş poçt xərcləri, 60 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc, dövlət büdcəsinə ödənilmiş 30 AZN dövlət rüsumunun ödənilməsinə yönəldilsin. İpoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan 0.0476 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 111.5 kv.m, köməkçi sahəsi 71.3 kv.m-dən ibarət Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, “Əriklik” yaşayış ərazisi sahə B-12 ünvanında yerləşən bağ evinə tutma yönəldikdən və əmlak satıldıqdan sonra bir ay müddətində mülklərin boşaldılması, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsi cavabdehlərdən müştərək qaydada tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şamil Rzaquliyev Hakimlər Loğman Süleymanov Afiq Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar