Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-900/2024 19.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: subroqasiya qaydasında pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-251/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 19 aprel 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2022-ci il tarixli, C-MİC-1627/22 nömrəli avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsindən görünür ki, «BMW X5» markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisələrinə, hər hansı predmetlə toqquşma və s. hallarda "xxxx" ASC-də xx.xx.2024-cü il tarixə qədər sığortalanmışdır.
2. xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, «VAZ-21074» markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.
3. xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, «Mercedes Benz E220» markalı ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.
4. Cavabdeh1 Azərbaycan Respublikası DİN-nin Baş DYP idarəsinə verdiyi xx.xx.2022-ci il tarixli izahatının surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 12:15 radələrində özünə məxsus olan «VAZ-21074» markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobillə iki zolaqlı Gəncə-Qazax avtomobil yolunun üzü Qazax istiqamətində, yolun sağ hissəsində saatda 50 km hərəkətdə olarkən, qarşısında olan «KAMAZ» markalı avtomobili ötmək istəyərkən yolun sol hissəsinə çıxmışdır. Bu zaman arxadan gələn «BMW X5» markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa qapısı ilə onun avtomobilinin sol ön tərəfi toqquşmuşdur.
5. Cavabdeh2 Azərbaycan Respublikası DİN-nin Baş DYP idarəsinə verdiyi xx.xx.2022-ci il tarixli izahatının surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 12:15 radələrində etibarnamə əsasında idarə etdiyi «Mercedes Benz E220» markalı ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobillə BakıQazax yolunun 331-ci kilometrliyində Qazax istiqamətində hərəkətdə olan zaman yolun sağ zolağından sol zolağına keçən «VAZ- 21074» markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə sol zolaqda hərəkətdə olan «BMW X5» markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Həmin hadisədən sonra onun idarə etdiyi avtomobilin ara məsafəsi az olduğundan sözügedən avtomobilləri arxadan vurmuşdur.
6. 07.03.2023-cü il tarixli sığorta aktından görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı- Qazax yolunun 331-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı «BMW X5» markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi qismində 20.088 manat 56 qəpik pul vəsaiti xx.xx.2022-ci il tarixli, C-MİC-1627/22 nömrəli sığorta şəhadətnaməsi əsasında "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına köçürülməlidir.
7. 12.10.2022-ci il tarixli, 165591 nömrəli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, «BMW X5» markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 20.088 manat 78 qəpik məbləğində müəyyən olunmuşdur.
8. 10.03.2023-cü il tarixli qəbzin surətindən görünür ki, "xxxx" ASC "xxxx" MMC-nin hesabına 20.088 manat 56 qəpik məbləğində pul vəsaitini köçürmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh(lər) Cavabdeh1 4535,40 (dörd min beş yüz otuz beş manat, 40 qəpik) manat və Cavabdeh2 6161,14 (altı min yüz altmış dörd manat, 14 qəpik) manat hisəsi isə zərər çəkmiş nəqliyyat vasitəsinin bərpası üçün təmir xərcləri və ƏDV məbləği hesablanmaqla həyata keçirilmiş sığorta ödənişi 122,99 manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin müştrək olaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 tərəfindən idarə olunan «VAZ 21074» markalı ** CA *** dövlət qeydiyyat nişanlı və Cavabdeh2 tərəfindən idarə olunan «Mercedes Benz E220» markalı ** XZ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri ilə "xxxx" ASC tərəfindən «Avtonəqliyyat vasitələrinin tam sığortası» növü üzrə sığortalanmış «BMW X5» markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh1 və TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh2 təqsirli bilinmişdir. Sığortalı «BMW X5» markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. «BMW X5» markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, «Zərər dəymiş avtonəqliyyat asitəsinin qiymətləndirilməsinə dair hesabat»a əsasən 20.088 manat 56 qəpik məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli sığorta əsasən sığortalı dəymiş zərər məbləği ilə razı olmadığından nəqliyyat vasitəsi təmirə yönəldilmiş və 20.088 manat 56 qəpik məbləğində sığorta ödənişi (17.024 manat 20 qəpik nəqliyyat vasitəsinin ehtiyyat hissələri və təmir xərcləri, 3.064 manat 36 qəpik ƏDV olmaqla) məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmiri ilə bağlı təmir mərkəzinin hesabına köçürülmüşdür. Təqsirli tərəflərin icbari sığortası "xxxx" şirkəti və "xxxx" şirkəti olduğundan "xxxx" şirkəti tərəfindən "xxxx" ASC-yə 5.000 manat, "xxxx" şirkəti tərəfindən isə 4.392 manat 02 qəpik məbləğində vəsait ödənilmişdir. xx.xx.2023-cü il tarixində sığorta ödənişləri çıxılmaqla qalıq məbləğ olan 4.535 manat 40 qəpik Cavabdeh1 və 6.161 manat 14 qəpik hissəsi isə Cavabdeh2 tərəfindən subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehlərə məktub göndərilmiş, lakin cavabdehlər həmin məbləği ödəməmişdir. Buna görə də iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir.
11. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-251/2023 nömrəli qətnaməsi ilə (hakim Camal Quliyev), iddianın təmin edilməsi, Cavabdeh1 sığorta ödənişinin ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 4.535 (dörd min beş yüz otuz beş) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödəniməsi, Cavabdeh2 sığorta ödənişinin ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 6.161 (altı min bir yüz altmış bir) manat 14 (on dörd) qəpik məbləğində pul vəsaiti tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 123 (bir yüz iyirmi üç) manat 39 (otuz doqquz) qəpik məbləğində pul vəsaiti tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
12. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1, 916.1, 936.1, 936.2 və 936.5-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358-360 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh1 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-251/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın ona münasibətdə iolan hissəsi üzrə ddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, baş vermiş həmin hadisədə onun heç bir günahı yoxdur. Goranboy rayonundan ailə üzvləri ilə birlikdə idarə etdiyi avtomobillə saatda 70-80 km sürətlə öz yolu ilə hərəkətdə olarkən onun maşınını arxadan vurularkən maşının fırlandıqdan sonra “Mercedes-Benz” ilə toqquşmada heç bir günahı yoxdur. Eləcə də o yol hərəkət qaydalarını pozmamışdır. Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Vİİİ Tağım Yol patrul xidməti inspektoru, polisserjantı X1 onu İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 cərimə etməsi, eləcə də iddiaçı "xxxx" ASC-nin cavabdeh kimi ona qarşı məhkəmədə 4535 manat 40 qəpik pul tələbi qanunsuz və əsassızdır. Ona görə də xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Vİİİ Tağım Yol patrul xidməti inspektoru, polis serjantı X1 onu İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 cərimə etməsi barədə qərarından Gəncə şəhər məhkəməsinə şikayət etmişdir. Yuxarıda qeyd etdiyin hallara və səbəblərə görə məhkəmə qətnaməsi ona münasibətdə əsassız və qeyri qanunidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
18. İş üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onun nümayəndəsi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən ididaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
21. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
22. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
23. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
24. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
25. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
27. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu
28. Maddə 19.2. Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin sağlamlığına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir.
29. Maddə 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
30. Maddə 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
37. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
38. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
40. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
41. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
44. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 Ələt oğlu tərəfindən ona aid hissəsi mübahisələndirilir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı Cavabdeh1 münasibətdə ona aid hissədə yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
46. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-251/2023 nömrəli qətnaməsi Cavabdeh1 münasibətdə ona aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.
48. Beləliklə, işin halları ondan ibarətdir ki, Cavabdeh1 idarə etdiyi «VAZ-21074» markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobillə və Cavabdeh2 idarə etdiyi «Mercedes-Benz E220» markalı ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə, saat 12:15 radələrində «Bakı-Qazax» magistral avtomobil yolunda hərəkət edərkən «BMW X5» markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşlar. Qeyd olunan yol nəqliyyat hadisəsinin araşdırılması zamanı Cavabdeh1 və Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ-də verilmiş xx.xx.2022-ci il tarixli izahatlarda həmin şəxslər yol nəqliyyat hadisəsinin onların təqsirli hərəkətləri nəticəsində baş verdiyini etiraf etmiş, xx.xx.2022-ci il tarixli İXP seriyalı, ******* nömrəli və ******* nömrəli inzibati xəta haqqında prokollar üzrə qəbul edilmiş qərarlarla Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmələri müəyyən edilmişdir. Cavabdehlərin təqsirli hərəkətləri nəticəsində «BMW X5» markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin aradan qaldırılması üçün sığorta ödənişinə 20.088 manat 56 qəpik məbləğində pul vəsaiti sərf edilmiş, həmin vəsaitin 5.000 manat manat məbləğində hissəsi "xxxx" ASC tərəfindən, 4.392 manat 02 qəpik məbləğində hissəsi "xxxx" ASC tərəfindən isə "xxxx" ASC-yə ödənilmişdir. Lakin, sığorta ödənişinə sərf edilmiş vəsaitin digər hissəsi "xxxx" ASC-yə qaytarılmamışdır.
49. İşin hallarından göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə subroqasiya qaydasında pulun ödənilməsi ilə bağlı yaranmış mübahisədir və qanunvericliyin yuxarıda qeyd edilmiş normaları əsasında həll edilməlidir.
50. Kollegiya göstərir ki, iddiaçının subroqasiya qaydasında pul tələb etməsi onun qanunla müəyyən edilmiş hüququdur. Hazırki halda isə subroqasiya qaydasında pulun tələb edilməsi üçün qanuni əsaslar mövcud olmuşdur. Çünki, cavabdeh tərəfindən yol nəqliyyat hadisəsi zamanı idarə olunan avtomobil sürücülük hüququ olmadan onun idarəçiliyində olmuşdur.
51. İşin qeyd olunan halları işdə olan inzibati xəta haqqında qərarla öz təsdiqini tapır. Cavabdeh1 apellyasiya şikayətində göstərdiyi dəlillər isə formal mülahizələrə söykənməklə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvinə əsas vermir.Çünki, iş materiallarında olan inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli protokol ilə müəyyən edilir ki, «VAZ-21074» markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Yəni, cavabdeh yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə və manevretmə qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsə yüngül xəsarət yetirərək yol nəqliyyat hadisəsi yerindən yayınmışdır.
52. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
53. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
56. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
57. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
58. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
59. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
60. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın mübahisələndirilən hissəsi, yəni iddianın təmin edilmiş 4.535 manat hissəsində iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382.1, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-251/2023 nömrəli qətnaməsi – Cavabdeh1 münasibətdə və ona aid hissədə dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.