Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-902/2024 18.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, İddiaçılar İddiaçı6, İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-341/2024 nömrəli qərardadından iddiaçılar İddiaçı6, İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı6, İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-341/2024 nömrəli qərardadı ilə (hakim Q.Abbasov) iddiaçılar İddiaçı6, İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçılar İddiaçı6, İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi (vəkil) Nümayəndə şikayət verərək məhkəmədən Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-341/2024 nömrəli qərardadının ləğv edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə əsassızdır və Göygöl Rayon Məhkəməsi iddia ərizəsini icraata qəbul etməməklə kifayət qədər kobud prosessual pozuntulara yol vermişdir və bu səbəbdən də həmin qərardaddan şikayət vermişlər. Belə ki, onların hamısının tələbi pul tələbidir və həmin tələblər birbaşa cavabdehlərə yönəlibdir və onların da bir-birilə əlaqələri var. Belə ki, onlar bu pulların çoxunu İddiaçı6 iştirakı ilə və demək olar ki, onun vasitəsi ilə və cavabdehlərin də iştirakı ilə cavabdehlərə vermiş və onların hamısının bu tələblərdən xəbərləri var və ümumilikdə əvvəllər cavabdehin dediyi kimi onların övladlarının xərcəng xəstəliyi ilə əlaqədar olaraq pul tələbində israr etmiş və onlar da ayrı-ayrılıqda demək olar ki, eyni dövrlərdə, yəni qısa fasilələrlə eyni dövrlərdə iddia tələbində göstərdikləri məbləğləri cavabdehlərə borc kimi vermiş və əlavə təmənna və faiz güdməmişlər. Ona görə də onların tələbləri eyni tələblərdir, yəni sırf pul tələbidi, yəni eyni cavabdehlərə yönəlmişdir, burda cavabdehlər fərqli deyildir və onların tələbləri heç cür fərqli tələb deyil. Bu səbəbdən də onalrın iddia tələbi eyni cavabdehə yönəldiyinə görə və demək olar ki, eyni tələb olduğuna görə və birbiri ilə tanış və əlaqəli tələblər olduğuna görə və cavabdehlər onalrın hamısını tanıdığına görə bu iddia tələbləri cavabdehə qarşı düzgün yönəlib və icraata qəbul olunmalıdır və mahiyyəti üzrə baxılaraq, qətnamə çıxarılmalıdır. Ona görə də hesab edir ki, Göygöl Rayon Məhkəməsi tərəfindən 2(066)-341/2024 saylı 06 fevral 2024-cü il tarixli qərardadından verilmiş apellyasiya şikayəti təmin ediləcək və iddia ərizəsi icraata qəbul olunaraq, mahiyyəti üzrə baxılması barədə yeni qərardad qəbul ediləcəkdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-341/2024 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı6, İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-341/2024 nömrəli qərardadından iddiaçılar İddiaçı6, İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikаyətin mülki işlə birlikdə bаxılmаsı üçün 7 (yeddi) gün müddətində Gəncə Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilmədən Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-341/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən də görünür ki, iddiaçılar hər biri cavabdehlərə ayrı-ayrılıqda müxtəlif vaxtlarda borc vermişlər və onların tələbləri bir-birindən fərqlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi bir-birilə əlaqəsi olmayan tələblərin bir icraatda baxılmasını mümükün saymayaraq iddia ərizəsini icraata götürməməkdə və iddia ərizəsini geri qaytarmaqda haqlı olmuşdur. Bu isə iddiaçıların ayrı-ayrılıqda məhkəməyə lazımi qaydada yenidən müraciət etmək hüququnu məhdudlaşdırmır. Belə ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 398.0. və 398.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 398.0, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı6, İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-341/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №2(104)-902/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-902/2024
18.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver