Məhkəmə qərarları › İş №2(104)-904/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-904/2025

12.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-904/2025 12.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: aliment tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X7 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2(023)-117/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 12 may 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Qazax Rayon Qeydiyyat Şöbəsi tərəfindən 15 noyabr 2022-cü il tarixdə verilmiş 3- 16-5/8-69-M/1254/2024 saylı arayışdan görünür ki, X14 15 fevral 2012-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

2. Qazax Rayon Qeydiyyat Şöbəsi tərəfindən 15 noyabr 2022-cü il tarixdə verilmiş 3- 16-5/8-69-M/1255/2024 saylı arayışdan görünür ki, X15 09 sentyabr 2014-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

3. Qazax Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli 2(023)-450/2018 saylı qətnaməsinin surətindən görünür ki, 15 fevral 2012-ci ildə anadan olmuş X14 və 09 sentyabr 2014-cü ildə anadan olmuş X12 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh 25 yanvar 2018-ci ildən başlayaraq ayda hər uşağa 100 manat, cəmi 200 (iki yüz) manat aliment sabit pul məbləğində alınaraq iddiaçı X6 verilməsi qət edilmişdir.

4. Qazax Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli 2(023)-557/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X8 arasında Qazax rayon Qeydiyyat şöbəsində 25 yanvar 2012-ci ildə bağlanmış və 22 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir.

5. Doğum haqqında şəhadətnamələrdən görünür ki, 08 sentyabr 2020-ci il təvəllüdlü X16 və 31 oktyabr 2022-ci il təvəllüdlü X9 atası Cavabdeh, anası X10r.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 fevral 2012-ci İldə anadan olmuş X14 və 09 sentyabr 2014-cü ildə anadan olmuş X2 üçün hər ay hər uşağa 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2008-cu ildə cavabdehlə ailə qurmuş, 25 yanvar 2012-ci il tarixdə isə nikahları qeydə alınmışdır. Birgə nikahlarından 15 fevral 2012-ci ildə Ümid, 09 sentyabr 2014-cü ildə isə Ömər adlı uşaqları anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar və uşaqlar onun himayəmdə saxlanılmışdır. Qazax Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli 2(023)-450/2018 saylı qətnaməsi ilə cavabdeh X4 25 yanavar 2018-ci il tarixdən başlayaraq hər ay hər uşağa 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur. Uşaqlarının tələbatı ardığından saxlamaqda çətinlik çəkir. Cavabdeh fərdi əməklə məşğul olsada, lakin uşaqların ehtiyacları ilə maraqlanmır.

8. Qazax Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2(023)-117/2025 saylı qətnaməsi ilə (hakim N.Musayev) iddianın qismən təmin edilməsi, 15 fevral 2012-ci il təvəllüdlü X14 və 09 sentyabr 2014-cü il təvəllüdlü X12 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat olmaqla, xx.xx.2024-cü il tarixdən hesablanaraq sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 345 (üç yüz qırx beş) manatın 0,64 (sıfır tam yüzdə altmış dörd) misli həddi məbləğində aliment tutularaq İddiaçı ödənilməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Ali Məhkəməsinin 20 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2, 100.2 və 112.1-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 216-220, 227 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, alimentdən əlavə hər ay 100 manat müalicə xərci də tutulur. Ümumilikdə 300 manat ödəyir. Yeganə qazanc yeri xeyr və şər mərasimlərində prokat cadır mağarlarda çay qaynadıb verməkdir. Təxminən 1 aylıq gəliri 500-600 manatdır. İşdə sübut növü kimi qiymətləndirilən cadır-mağar dəsti 2024-cü ilin oktyabr ayında Qazax rayonunun İ-ci Şıxlı kənd sakini X3. Həmin cadır dəstinin ona məxsus olmadığını sübut edən akt mövcuddur. Çadır dəsti mərhum atası X5 miras qaldığı üçün satılaraq vərəsələr arasında bölünmüşdür. 2020-ci ildə yenidən evlənmiş və 08 sentyabr 2020-ci il tarixdə Emil, 31 oktyabr 2022-ci il tarixdə isə Elina adlı iki uşağı anadan olmuş və həmin uşaqlarında hər birinə100 manatödəyir. Ümumilikdə isə hər ay 500 manat aliment ödəyir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra, əlavə olaraq göstərmişdir ki, daimi iş yeri yoxdur ona görədə Qazax Rayon Məhkəməsinin qət etdiyi alimenti ödəməyə maddi imkanı çatmır.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

15. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

16. Maddə 34. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

17. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

18. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

19. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər.

20. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

21. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

22. Maddə 110.2. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

23. Maddə 4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.

24. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 384.0.3 Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

30. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

31. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

35. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 15 fevral 2012-ci ildə Ümid, 09 sentyabr 2014-cü ildə isə Ömər adlı uşaqları anadan olmuşdur. Qazax Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli, 2(023)-557/2018 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah akt qeydi pozulmuş, azyaşlı uşaqlar anaları İddiaçı yanında saxlanılmışdır. Eləcədə həmin məhkəmənin 22 fevral 2018-ci il tarixli, 2(023)-450/2018 saylı qətnaməsi ilə Cavabdeh hər ay, hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət olunmuşdur. İddiaçı uşaqları saxlamaqda çətinlik çəkdiyini, Cavabdeh isə ona yetərincə maddi köməklik göstərməməsini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş işə baxan birinci instansiya məhkəməsidə iddianı qismən təmin etmişdir.

36. Kollegiya verilmiş apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir.

37. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ var. Valideyinlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyır.

38. Sabit pul məbləğində alimentin tutulması zamanı Ailə Məcəlləsinin 110.2-ci maddəsinin tələblərinə uyğun olaraq alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməlidir.

39. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli № 15 Qərardakı hüquqi mövqeyinə görə də, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır

40. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını, eləcədə tərəflərin ailə və maddi vəziyyətini nəzərə alır və hesab edir ki, Qazax Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2(023)-117/2025 nömrəli qətnaməsi “15 fevral 2012-ci il təvəllüdlü X14 və 09 sentyabr 2014-cü il təvəllüdlü X12 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat olmaqla, xx.xx.2024-cü il tarixdən hesablanaraq sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 345 (üç yüz qırx beş) manatın 0,64 (sıfır tam yüzdə altmış dörd) misli həddi məbləğində aliment tutulmasi” hissədə dəyişdirilməli, Qazax Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli 2(023)-450/2018 nömrəli qətnaməsi ilə 15 fevral 2012-ci il təvəllüdlü X14 və 09 sentyabr 2014-cü il təvəllüdlü X1 görə hər ay hər uşaq üçün cavabdehdən tutulan 100 manat (cəmi 200 manat) aliment artırılmalı, 25 noyabr 2024-cü il tarixdən başlayaraq həmin uşaqların saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər birinə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 mislində (200 : 345=0,58) aliment tutulub iddiaçıya verilməlidir.

41. Kollegiya hesab edir ki, hər uşaq üçün bu miqdarda aliment uşaqların mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolveriləndir.

42. Həmçinin kollegiya qeyd edir ki, 2024-cü il (iddia ərizəsi verilən tarixə) ölkə üzrə minimum əmək haqqı 345 manat müəyyən edilmişdir.

43. Qətnamə mübahisələndirilən hissədə alimentin bir illik məcmusu beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 373,- 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2(023)-117/2025 nömrəli qətnaməsi “15 fevral 2012-ci il təvəllüdlü X14 və 09 sentyabr 2014-cü il təvəllüdlü X12 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat olmaqla, xx.xx.2024-cü il tarixdən hesablanaraq sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 345 (üç yüz qırx beş) manatın 0,64 (sıfır tam yüzdə altmış dörd) misli həddi məbləğində aliment tutulmasi” hissədə dəyişdirilsin. Qazax Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli 2(023)-450/2018 nömrəli qətnaməsi ilə 15 fevral 2012-ci il təvəllüdlü X14 və 09 sentyabr 2014-cü il təvəllüdlü X2 üçün Cavabdeh hər uşağa görə tutulan 100 manat (cəmi 200 manat) aliment artırılsın, 25 noyabr 2024-cü il tarixdən başlayaraq həmin uşaqların saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 mislində (200 : 345=0,58) aliment tutulub İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar