Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-909/2023 19.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Şəmkir Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(076)-2917/2022 saylı qətnaməsindən iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəmkir Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(076)-2917/2022 saylı qətnaməsi ilə (hakim T.Musayev) iddianın rədd edilməsi, iddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı X4 apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(076)-2917/2022 saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı X4 cavabdeh X6 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 1.000 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında olan razılaşmaya əsasən cavabdeh ondan 1.000 manat borc pul almış, müqabilində isə ona qızıl boyunbağı təqdim etmişdir. Lakin həmin boyunbağı saxta çıxmışdır. Cavabdeh vəd etdiyi müddətdə ona borclu olduğu məbləği qaytarmaqdan boyun qaçırmışdır. Dəfələrlə cavabdehdən borclu olduğu pulu qaytarmağı tələb etsə də, cavabdeh müxtəlif vəd və bəhanələrlə borcu qaytarmaqdan yayınmışdır. Həmin pulu cavabdehə verməyini şahidlər və cavabdeh barəsində Şəmkir rayon Polis şöbəsində qəbul edilmiş rədd qərarı ilə də müəyyən edilmişdir. Cavabdeh borcunu könüllü olaraq qaytarmadığı üçün məcbur olub hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı X4 apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, cavabdeh X7 ondan 1000 manat məbləğində borc pul almış və borclu olduğu məbləği ödəməmişdir. Məhkəmə cavabdehin iştirakını təmin etmədən işə baxaraq qətnamə qəbul etmişdir. Bununla da çəkişmə prinsipi pozulmuşdur. Cavabdehin iştirakı təmin olunsaydı o, borclu olduğunu etiraf edəcəkdi. Məhkəmə cavabdehə zəhmət haqqı olaraq vermiş olduğu pulun ona ödənilməsini təmin etməmiş, bununla da o, daha əlverişsiz vəziyyətə düşmüşdür. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı X4 apellyasiya şikayətini müdafiə edərək Şəmkir Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(076)-2917/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etdi və ərizə verərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etdi. Əlavə olaraq izah etdi ki, 2019-cu ilin dekabr ayında cavabdehə borc olaraq 1000 manat məbləğində pul vermiş, sonuncu isə borcunu tezliklə qaytaracağını bildirərək bir ədəd qızıl boyunbağını girov kimi onun yanında saxlamış, hətta mobil telefon nömrəsini də kağız parçasına yazaraq ona vermişdir. Lakin sonradan cavabdeh borcunu qaytarmamış, verdiyi boyunbağını yoxlatdıranda isə onun qızıl olmadığı məlum olmuşdur. Odur ki, qətnamənin ləğv edilərək iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının 19 aprel 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti üzrə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və iş üzrə iddiaçını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilərək şikayətlə mübahisələndirilən qətnamə ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddsəinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqqında” 24 noyabr 2005-ci il tarixli Qərarının 6.2-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, qətnamənin əsaslandırcı hissəsinə xüsusi diqqət verilməli, qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, əlavə yoxlama zamanı müəyyən olunmuşdur ki, Kür qəsəbəsində yaşayan X4 xx.xx.2019-cu il tarixdə Şəmkir rayonu Kür qəsəbəsində yaşadığı evdə Şəmkir rayonu Aşağı Seyfəli kəndində yaşayan Cavabdeh 1000 manat borc pul vermişdir. Qarşılığında isə Cavabdeh Laləzar Abdullayevaya 80 manat dəyərində üzərində “Нурлан” yazısı olan 26,75 qram kütləli bismark toxunuşlu, sarı-qırmızımtıl rəngli 1 ədəd boyunbağının kilidində “925” damğası, qulaqcığında “*58” və “БЮ” damğaları olan 925 əyarlı gümüşdən hazırlanmış boyunbağı vermişdir. Həmin qərarla Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş və X3 mülki qaydada məhkəməyə mraciət etmək hüququnun olması izah edilmişdir. Göründüyü kimi Cavabdeh iddiaçı X1 1000 manat məbləğində borc pul götürdüyünü istintaq materialı ilə təsdiq olunduğundan məhkəmə kollegiyası Cavabdeh iddiaçı X1 2019-cu ildə 1000 manat miqdarında borc aldığını sübut olunmuş hal kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavılə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasənborc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasəm borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 742.1-ci maddəsində deyilir ki, əgər borcun qaytarılması üçün müddət qoyulmaybsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Həmin Məcəllənin 448.1-ci madədsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla cavabdehin iddiaçıdan sonradan qaytarmaq şərti ilə 1000 manat pul götürməsi təsdiqini tapdığına görə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 241.2-ci maddəsinə görə, qətnaməni tərtib edərkən hakim bu Məcəllənin 16-cı fəslinin müddəalarını rəhbər tutur. Həmin Məcəllənin 241.3-cü maddəsinə əsasən, işə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz. Həmin Məcəllənin 241.4-cü maddəsinə görə, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Həmin Məcəllənin 241.5-ci madəsinə əsasən, iddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir. Həmin Məcəllənin 242-ci maddəsinə görə, qiyabi qətnamənin məzmunu bu fəslin və bu Məcəllənin 16-cı fəslinin qaydaları ilə müəyyən edilir. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir. Həmin Məcəllənin 243.1-ci maddəsinə əsasən, qiyabi qətnamə çıxarıldıqdan sonra 10 gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir. Həmin Məcəllənin 244-ci maddəsinə görə, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Azərbаycаn Respublikаsı MPM-in 14.2 və 77.1-ci mаddələrinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Şəmkir Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(076)-2917/2022 saylı qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.2, 385.1.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(076)-2917/2022 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Cavabdeh 1000 (bir min) manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınıb İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış Gəncə Apellyasiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən kassasiya şikayəti verilə bilməz 2(104)-909/2023 İşə qiyabi icraat qaydasında baxılması barədə QƏRARDAD Gəncə şəhəri xx.xx.2023-cü il Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Şəmkir Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(076)-2917/2022 saylı qətnaməsindən iddiaçı X2 işə qiyabi icraat qydasında baxılmasına dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinin tələbinə uyğun olaraq ərizə buna hüququ olan şəxs tərəfindən qanunda göstərilən tələblərə əməl edilməklə verilmişdir. Şikayətə qiyabi icraat qaydasında baxılması üçün əsaslar var. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.5-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X2 yazılı ərizəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması mümkün hesab edilsin. Hakimlər Şamil Rzaquliyev Loğman Süleymanov Afiq Hüseynzadə
Məhkəmə qərarları › İş №2(104)-909/2023
Gəncə Apellyasiya Məhkəməsi Qiyabi qətnamə — İş №2(104)-909/2023
19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver