Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-911/2024 11.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı qeyri-yaşayış binasının və torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(030)-562/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Gəncə Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq Müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Daşkəsən rayonu Xoşbulaq kəndində 0,50 ha torpaq sahəsində yerləşən 99,70 kv.metr sahədən ibarət DEF, yeməkxananın və onun yerləşdiyi torpaq sahəsinin boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(030)-562/2023 saylı qətnaməsi ilə (hakim A.Əliyev) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 04 iyul 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********40-06301 reyestr nömrəli Çıxarışa əsasən "xxxx" ASC-nin mülkiyyətində olan Daşkəsən rayonu Xoşbulaq kəndində 0,50 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 99,70 kv.metr sahədən ibarət DEF, yeməkxanadan Cavabdeh çıxarılmaqla boşaldılması, Cavabdeh ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Daşkəsən Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2(030)-562/2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin həmin apellyasiya şikayəti verilərkən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələbinə riayət olunmamış, yəni cavabdehin ünvanı göstərilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.1 və 361.1.2-ci maddələrinə əsasən apellyasiya şikayətində digər məlumatlarla yanaşı şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti də göstərilməlidir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Cavabdeh apellyasiya şikayətində yaşayış ünvanını göstərmədiyinə, yəni apellyasiya şikayətinin qanunvericiliklə müəyyən edilmiş məzmununa riayət etməməklə verildiyinə görə məhkəmə kollegiyası hesab edir ki, Daşkəsən Rayon Məhkəməsinin 17 noyabr 2023cü il tarixli 2(030)-562/2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, işdən də göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsində göstərilən ünvana məhkəmə bildirişləri göndərilsə də, cavabdehin həmin ünvandan köçdüyü göstərildiyinə görə bildiriş ünvan sahibinə çatdırılmamışdır. Beləliklə, Azərbaycan Respublikası MPM-in 69.2, 366-368, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Daşkəsən Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2(030)-562/2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-911/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-911/2024
11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver