Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-915/2025 12.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X1 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X2 və Cavabdeh4 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 23 noyabr 2016-cı il tarixli, 2(062)-4825/2016 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 8367,34 ABŞ dolları əsas, 1267,93 ABŞ dolları faivə 1660,24 ABŞ dolları cərimə olmaqla, cəmi 11295,51 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 23 noyabr 2016-cı il tarixli, 2(062)-4825/2016 nömrəli qətnaməsi ilə (hakim Ə.Məmmədov) iddia qismən təmin edilməsi; İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 11 aprel 2014-cü il tarixli kredit razılaşmasına əsasən yaranan 8367,34 ABŞ dolları məbləğində əsas kredit borcu, 1267,93 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə yaranan faizlər üzrə borc və 166 ABŞ dolları məbləğində cərimə üzrə borcu olmaqla, cəmi 9801,27 (doqquz min səkkiz yüz bir) ABŞ dolları 27 sent məbləğində pul, ödəniş gününə olan məzənnə ilə manatla və iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş Dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birgə qaydada tutularaq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi; Qalan hissədə iddia əsassız olduğundan təmin olunmaması qət olunmuşdur. Qətnamədən narazı qalan Cavabdeh4 apelyasiya şikayəti, eyni zamanda apelyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizə vermişdir. Tovuz Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, 2(062)-4825/2016 nömrəli qərardadı ilə həmin məhkəmənin 23 noyabr 2016-cı il tarixli, 2(062)-4825 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair Cavabdeh4 tərəfindən verilmiş ərizə təmin edilmiş, apellyasiya şikayəti işlə birlikdə baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 aprel 2025-ci il tarixli, 2(104)-915/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Tovuz Rayon Məhkəməsindən Gəncə Apellyasiya Məhkəməsinə 03 iyun 2025-ci il tarixdə daxil olmuşli məktubdan məktubdan müəyyən olunmuşdur ki, Tovuz Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, 2(062)-4825/2016 nömrəli qərardadından iş üzrə İddiaçı QSC şikayət vermiş və həmin şikayətə baxılması üçün mülki işin Tovuz Rayon Məhkəməsinə qaytarılması xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X2 qərardaddan verilmiş şikayətə baxılması üçün işin baxışdan çıxarıb birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 işin baxışdan çıxarıb birinci instansiya məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1. maddəsinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 361.1. maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyrimümkün olduğunu əsaslandırsın. Həmin Məcəllənin 384.0.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Kollegiya Tovuz Rayon Məhkəməsinin Gəncə Apellyasiya Məhkəməsinə ünvanladığı 03 iyun 2025-ci il tarixli məktubu nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayətinin mümkünlüyünə dair Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 aprel 2025ci il tarixli, 2(104)-915/2025 nömrəli qərardadı ləğv edilməli, iş apellyasiya baxışından çıxarılmalı və İddiaçı QSC-nin Tovuz Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, 2(062)-4825/2016 nömrəli qərardadından verdiyi şikayətə münasibətdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357, 360-363-cü maddələrinin tələblərinə uyğunluğu yoxlanılması üçün Tovuz Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir (maddə 402.2.). Hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi həmin maddədə nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384.0.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apellyasiya şikayətinin mümkünlüyünə dair Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 aprel 2025-ci il tarixli, 2(104)-915/2025 nömrəli qərardadı ləğv edilsin. İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 23 noyabr 2016-cı il tarixli, 2(062)-4825/2016 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(104)-915/2025 nömrəli mülki iş apellyasiya baxışından çıxarılsın. Tovuz Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, 2(062)-4825/2016 nömrəli qərardadından iş üzrə İddiaçı QSC tərəfindən verilmiş şikayətin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357, 360-363-cü maddələrinin tələblərinə uyğunluğu yoxlanılması üçün mülki iş Tovuz Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-915/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-915/2025
12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver