Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-927/2023 30.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, Bərdə Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(021)-2013/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: xx.xx.2019-cu il tarixli, 1147rstBRD/19 saylı Güzəştli Kredit və X1 görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh 60 ay müddətinə 12 ay güzəşt müddəti ilə illik faiz dərəcəsi 1%-dək olmaq şərtilə 6963.22 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli, 1147rstBRD/19 saylı Kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli Maliyyə arayışdan görünür ki, Cavabdeh 6959.02 manat əsas, 49.87 manat faiz borcu olmaqla, cəmi 7008.89 manat borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehə borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 90.06 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən təqdim olunmuş 9\6239 saylı, xx.xx.2022- ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 1147rstBRD/19 saylı kredit müqaviləsi üzrə xx.xx.2022- ci il tarixinə olan borcu əsas borc üzrə 6963.18 manat, faiz borcu üzrə 65.89 manat təşkil etdiyi göstərilmişdir. (aparılmış tədqiqatın dəyəri 150 manat) Birinci instansiya məhkəməsində icraat "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6959.02 manat əsas, 49.87 manat faiz borcu olmaqla, cəmi 7008.89 manat və 0.40 xidmət haqqının və dövlət rüsumu kimi ödənilmiş 90.09 manat pul vəsaitinin "xxxx" KB ASCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli, 1147rstBRD/19 saylı Güzəştli Kredit və X2 əsasən "xxxx" KB ASC tərəfindən Cavabdeh 60 ay müddətinə 12 ay güzəşt müddəti ilə illik faiz dərəcəsi 1%-dək olmaq şərtilə 6963.22 manat məbləğində kredit verilmişdir. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 6959.02 manat əsas, 49.87 manat faiz borcu olmaqla, cəmi 7008.89 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bərdə Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(021)-2013/2022 saylı qətnaməsi ilə (hakim Q.Əbilov) iddia tələbinin təmin edilməsi, Cavabdeh 6959.02 manat əsas, 49.87 manat faiz borcu olmaqla, cəmi 7008.89 manatın iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması, iş üzrə ödənilmiş 90.06 manat dövlət rüsumunun Cavabdeh tutulаrаq iddiaçı "xxxx" KB ASCnin xeyrinə ödənilməsi, Cavabdeh 150 manat ekspertiza xərcinin tutulub büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, adı –dövlət xəzinədarlığı agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Espertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385, 442, 445, 448, və 465-ci maddələrini rəhbər tutaraq iddia tələbini qismən təmin etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, müqavilə ilə üzərimə düşən öhdəliyi yerinə yetirməkdən imtina etmir, sözsüz ki, banka olan borc ödənməlidir. Məhkəmə prossesində iştirak etmədiyindən birinci instansiya məhkəməsində mübahisə həll edilərkən onun tərəfindən banka olan borcdan ödəmiş olduğu bütün ödənişləri nəzərə alınmamışdır. Göstərilən səbəbdən hüquqları və qanunla qorunan mənafeyi pozulmuşdur. Bu baxımdan hesab edir ki, məhkəmə tərəfindən işin icraatı dayandırılaraq məsələnin Azərbaycan Respublika Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemi kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında" xx.xx.2019-cu il tarixli, fərmanına uyğun həll edilməsi üçün geri qaytarılmalıdır. Bundan başqa bildirir ki, 21.10 2019-cu il tarixli, 1147rstBRD/19 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyini vaxtında və layiqincə icra edə bilməməyinin onun iradəsindən asılı olmayan obyektiv səbəbləri vardır. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilən hallara görə iddiaçı məhkəməyə müraciət etmiş və onun iddiası qismən təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmışdır ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı və kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə kredit müqavilələrii üzrə iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas borcunun tutulması hissəsində ekspert rəylərini nəzərə alaraq iddia tələbləri həmin hissədə təmin olunmalıdır. Məhkəmənin bu yanaşması əsaslıdır. Cavabdeh apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, məhkəmə prossesində iştirak etmədiyindən birinci instansiya məhkəməsində mübahisə həll edilərkən onun tərəfindən banka olan borcdan ödəmiş olduğu bütün ödənişləri nəzərə alınmamışdır. Göstərilən səbəbdən hüquqları və qanunla qorunan mənafeyi pozulmuşdur. Kollegiya qeyd edir ki, cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş və apellyasiya şikayətində qeyd etdiyi dəlillərə uyğun məhkəməyə sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Bundan başqa apellyator apellyasiya şikayətinin dəlillərində göstərmişdir, məhkəmə tərəfindən işin icraatı dayandırılaraq məsələnin Azərbaycan Respublika Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemi kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında" xx.xx.2019-cu il tarixli, fərmanına uyğun həll edilməsi üçün geri qaytarılmalıdır. Həmin dəlilə münasibətdə kollegiya qeyd edir ki, xx.xx.2019-cu il tarixli, 1147rstBRD/19 saylı Güzəştli Kredit və X1 görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh 60 ay müddətinə 12 ay güzəşt müddəti ilə illik faiz dərəcəsi 1%-dək olmaq şərtilə 6963.22 manat məbləğində kredit verilmişdir. Qeyd olunan fərman isə xx.xx.2019-cu il tarixdə imzalanmışdır. Göründüyü kimi kredit müqaviləsi Azərbaycan Respublika Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemi kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında" xx.xx.2019-cu il tarixli, fərmanından sonra bağlanılmışdır və həmin fərmanın təsir dairəsinə düşmür. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə əsaslı nəticəyə gəlmişdir. Qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(021)-2013/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-927/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-927/2023
30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver