Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-930/2025 28.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, Ərizəçi İddiaçı maraqlı şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi və Cavabdehnə qarşı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli 2(076)-1653/2025 nömrəli qərardadından ərizəçi İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi İddiaçı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 14 avqust 2006-cı il tarixli 230 nömrəli sərəncamı ilə Şəmkir rayonu Kür qəsəbəsi Şəhriyar küçəsi 2 nömrəli evin 2 otaqlı, yaşayış sahəsi 35,72 kv.m. olan 5 mərtəbəli binanın 5-ci mərtəbəsindəki 48 nömrəli mənzilə görə tərtib olunmuş 15 avqust 2006-cı il tarixli 02 nömrəli orderin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli 2(076)-4739/2024 nömrəli qərardadı ilə ərizəçi İddiaçı hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizənin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməsi və ərizəyə əlavə olunmuş bütün sənədlərin rəsmi qaydada iddiaçıya təqdim olunması qərara alınmışdır. Qərardaddan narazı qalan ərizəçi İddiaçı şikayət vermiş və Şəmkir Rayon Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli 2(076)-4739/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2025-ci il tarixli 2(104)-495/2025 nömrəli qərardadı ilə ərizəçi İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilərək, Şəmkir Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli 2(076)-4739/2024 nömrəli qərardadı ləğv edilməsi; Ərizənin icraata qəbul edilməsi mümkünlüyünün araşdırılması üçün iş Şəmkir Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Şəmkir Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli 2(076)-1653/2025 nömrəli qərardadı (hakim N.Heydərova) ilə ərizəçi İddiaçı hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməsi; Ərizəçiyə Cavabdehnə müraciət etmək hüququnun olması izah edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan ərizəçi İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsi və ərizə icraata qəbul olunaraq mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli 2(076)-1653/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 aprel 2025-ci il tarixli 2(104)-930/2025 nömrəli qərardadı ilə şikayətə yazılı icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Qərardaddan verilmiş şikayətə məhkəmə iclasında baxılması barədə ərizəçinin etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən vəsatət verildiyi üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 aprel 2025-ci il tarixli 2(104)-930/2025 nömrəli qərardadı ilə Şəmkir Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli 2(076)- 1653/2025 nömrəli qərardadından ərizəçi İddiaçı tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Kollegiya ilkin olaraq qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Ərizədən görünür ki, ərizəçi İddiaçı Cavabdeh xx.xx.2006-cı il tarixli 230 saylı sərəncamı ilə Şəmkir rayonu Kür qəsəbəsi Şəhriyar küçəsi 2 saylı evin 2 otaqlı, yaşayış sahəsi 35.72 kv. m. olan 5 mərtəbəli binanın 5-ci mərtəbəsindəki 48 saylı mənzilə görə tərtib olunmuş 15 avqust 2006-cı il tarixli 02 saylı orderdə (hüquqmüəyyənedici sənəd) adının səhv yazıldığını bildirir və həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsini xahiş edir. Qeyd edilməlidir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. MPM-nin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsində deyilir ki, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Qanunvericilikdə hüquqi faktların müəyyən olunması üzrə icraatın bir sıra xüsusiyyətləri müəyyən olunmuşdur. Bununla bağlı MPM-nin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinin tələbinə görə, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 nömrəli Qərarının 6-cı bəndində təsbit edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın, yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi, həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü, məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Göründüyü kimi, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında məhkəmə baxır. Lakin məhkəməyə müraciət edilməzdən əvvəl ilkin olaraq sənədin şəxsə məxsus olması ilə bağlı hüquqmüəyyənedici sənədləri verən təşkilata müraciət edilməlidir. Həmin təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edildiyi, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirildikdən sonra şəxs məhkəməyə müraciət edə bilər. İşdə isə müəyyən olunur ki, ərizəçi İddiaçı Cavabdehnə müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2. və 153.2.1. maddəsinə görə ərizəyə məhkıəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 398.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlar əsasən məhkəmə kollegiyası hesab edir ki, şikаyət əsassız olduğundan təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli 2(076)-1653/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ərizəçi İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli 2(076)-1653/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-930/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-930/2025
28.04.2025 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver