Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-932/2023 09.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədirliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-5030/2016 saylı qərardadından Borclu1 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Bərdə Rayon Məhkəməsinin 2(021)-5030/2016 saylı, 25 avqust 2016-cı il tarixli məhkəmə əmrinin surətindən görünür ki, borclular Borclu1 və Borclu2 müştərək qaydada 12160,04 ABŞ dolları əsas kredit borcunun, 1550,68 ABŞ dolları faiz borcunun, 191,72 ABŞ dolları cərimə borcunun Azərbaycan manatı ilə məzənnəsi və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi müəyyən edilmişdir. Borclu1 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(021)-5030/2016 saylı məhkəmə əmrinin ləğv edilməsini və işə iddia icraatı qaydasında yenidən baxılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-5030/2016 saylı qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 2(021)-5030/2016 saylı, 25 avqust 2016-cı il tarixli məhkəmə əmrindən Borclu1 tərəfindən verilmiş etiraz ərizəsinin geri qaytarılması qərara alınmışdır. Borclu1 həmin qərardaddan şikayət verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-5030/2016 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o və digər borclu "xxxx" ASC-dən kredit götürmüş, dolların bahalaşması səbəbi ilə kredit borcunu davamlı ödəyə bilməmişlər. Daha sonra bank onun aylıq əmək haqqından pul tutumağa başlamışdır. O, banka kreditin aqibəti ilə bağlı məlumat əldə etmək üçün müraciət etmiş və bu zaman ona Bərdə Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(021)-5030/2016 saylı məhkəmə əmri ilə pulun tutulması bildirilmişdir. O, məhkəməyə müraciət etdikdə ona məhkəmə əmrini və məhkəmə əmrindən etiraz verdiyi üçün etiraz ərizəsinin qaytarılmasına dair qərardad verilmişdir. Həmin qərardadda onun etiraz verilməsi üçün müəyyən olunmuş prosessual müddəti ötürdüyündən geri qaytarılması qeyd olunmuşdur. O, məhkəmə əmrindən məlumatlı olmadığı üçün etiraz verməmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-5030/2016 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-5030/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş: Bərdə Rayon Məhkəməsinin 2(021)-5030/2016 saylı, 25 avqust 2016-cı il tarixli məhkəmə əmrinin surətindən görünür ki, borclular Borclu1 və Borclu2 müştərək qaydada 12160,04 ABŞ dolları əsas kredit borcunun, 1550,68 ABŞ dolları faiz borcunun, 191,72 ABŞ dolları cərimə borcunun Azərbaycan manatı ilə məzənnəsi və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi müəyyən edilmişdir. İş materiallarının 14-cü vərəqində olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Borclu1 rəsmi qaydada göndərilmiş məhkəmə əmrinin surəti xx.xx.2016-ci il tarixdə imza edilməklə qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikasının MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 282-ci maddəsinə əsasən, borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən, borclunun etirazı vaxtında verilmişdirsə, hakim əmrin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarır. Həmin qərardaddan şikayət verilə bilməz. Məhkəmə kollegiyasında müəyyən edildi ki, Borclu1 Bərdə Rayon Məhkəməsinin 2(021)- 5030/2016 saylı, 25 avqust 2016-cı il tarixli məhkəmə əmrindən qanunla müəyyən edilmiş müddətə etiraz verməmiş və həmin əmr qanuni qüvvəyə mindikdən sonra icraya göndərilmiş, həmin əmrin icrası qaydasında özünün qeyd etdiyi kimi onun aylıq əmək haqqından pul tutumağa başlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Borclu1 Bərdə Rayon Məhkəməsinin 2(021)-5030/2016 saylı, 25 avqust 2016-cı il tarixli məhkəmə əmrindən verdiyi etiraz ərizəsini geri qaytarmaqda haqlı olmuş və prosessual hüqüq normaları düzgün tətbiq edilmişdir. Ona görə də, şikayət təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-5030/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 130, 133, 263-264, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-5030/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-932/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-932/2023
09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver