Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-932/2025 07.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə Açar sözlər: kreditin borcunun tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(040)-79/2025 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə 07 may 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 23 fevral 2022-ci il tarixli 43230222- 135234000L saylı “Əsas kredit limiti razılaşması”na əsasən, Cavabdeh1 120 ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. “Əsas kredit limiti razılaşması”nın şərtlərinə uyğun olaraq 23 avqust 2023-cü il tarixli SMS razılaşmasına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 48 ay müddətinə illik 15 faiz dərəcəsi ilə (aylıq ödəniş 561,83 manat olmaqla hər ayın 23-dək ödənilmək şərti ilə) 20000 (iyirmi min) manat məbləğində kredit verilmişdir.
2. “Əsas kredit limiti razılaşması” üzrə öhdəliklərin icrasının təmini kimi Bankla digər cavabdehlər Cavabdeh2 arasında 23 avqust 2022-ci il tarixli 43FİZAM147062501 saylı və Cavabdeh3arasında 23 avqust 2022-ci il tarixli 43FİZAM144056001 saylı zaminlik müqavilələri imzalanmış və həmin zaminlər kredit müqaviləsi üzrə öhdəliklərin icrasını öz üzərlərinə götürmüşlər (həmin müqavilələrin 1.1-ci bəndinin mətnində zaminin kreditor qarşısında borcalanla birgə məsuliyyətindən bəhs edilir).
3. İddiaçı ASC-nin Şəki filialının müdiri X2 və icraçı X3 təsdiq etdikləri 19 sentyabr 2024-cü il tarixli “Cavabdeh1 İddiaçı ASC-yə olan kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında Arayış”dan (cədvəl) görünür ki, borcalan Cavabdeh1 23 avqust 2023-cü il tarixdə 23 avqust 2027-ci il tarixədək müddətə bağlanmış kredit müqaviləsi üzrə göstəricilər belədir: kreditin məbləği- 20000 manat; kreditin faiz dərəcəsi- 15 faiz; kreditin (o cümlədən faizlərin) ödənilməsinin hər dövr üçün məbləği- 561,83 AZN; ödənilmiş əsas kredit məbləği- 2875,44 AZN; əsas kredit borcunun məbləği- 17124,56 AZN; faiz borcunun məbləöi- 745,17 AZN; cərimə məbləği- 31,86 AZN; borc üzrə iddia tələbinin cəmi məbləği17901,59 AZN.
4. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 22 iyun 2024- cü il tarixdə verilmiş AZ-İİ № 427198 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh1 13 may 2024-cü il tarixdə Zaqatala rayonunun Yuxarı Tala kəndində kəllədaxili travmalar nəticəsində ölmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 17124,56 AZN (on yeddi min bir yüz iyirmi dörd manat-56 qəpik) əsas borc, 745,17 AZN (yeddi yüz qırx beş manat-17 qəpik) faiz borcu və 31,86 AZN (otuz bir manat-86 qəpik) cərimə borcunun, cəmi 17901,59 AZN (on yeddi min doqquz yüz bir manat-59 qəpik) kredit borcunun, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 143,71 AZN (bir yüz qırx üç manat-71 qəpik) dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 23 fevral 2022-ci il tarixli 43230***-*******00L saylı “Əsas kredit limiti razılaşması”na əsasən, Cavabdeh1 120 ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. “Əsas kredit limiti razılaşması” üzrə öhdəliklərin icrasının təmini kimi Bankla digər cavabdehlər Cavabdeh2 ilə 23 avqust 2022-ci il tarixli 43FİZAM147062501 saylı və Cavabdeh3 ilə 23 avqust 2022-ci il tarixli 43FİZAM144056001 saylı zaminlik müqavilələri imzalanmış və həmin zaminlər kredit müqaviləsi üzrə öhdəliklərin icrasını öz üzərlərinə götürmüşlər. “Əsas kredit limiti razılaşması”nın şərtlərinə uyğun olaraq 23 avqust 2023-cü il tarixli SMS razılaşmasına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh Həsənov Cavabdeh1 48 ay müddətinə illik 15 faiz dərəcəsi ilə (aylıq ödəniş 561,83 manat olmaqla hər ayın 23- dək ödənilmək şərti ilə) 20000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 onunla bağlanmış kredit müaviləsi şərtlərinə əməl etmədiyindən, cavabdeh Həsənov Cavabdeh1 özünə, eləcə də öhdəlik üzrə zaminlər- cavabdehlər Cavabdeh2 və Cavabdeh3 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, cavabdehlər tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. “Əsas kredit limiti razılaşması” üzrə öhdəliklərini Bank qarşısında icra etməyən Cavabdeh1 19 sentyabr 2023-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 17124,56 AZN (on yeddi min bir yüz iyirmi dörd manat-56 qəpik) əsas borc, 745,17 AZN (yeddi yüz qırx beş manat-17 qəpik) faiz borcu və 31,86 AZN (otuz bir manat-86 qəpik) cərimə borcu, cəmi 17901,59 AZN (on yeddi min doqquz yüz bir manat-59 qəpik) məbləğdə kredit borcu qalmaqdadır.
7. Bundan sonra İddiaçı ASC iddia tələbinin azaldılmasına dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh1 vəfat etməsi səbəbindən, həmin vəfat etmiş cavabdehə qarşı iddia tələbindən imtina etmək zərurəti yarandığından, hazırda cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 17124,56 AZN (on yeddi min bir yüz iyirmi dörd manat-56 qəpik) əsas borc, 745,17 AZN (yeddi yüz qırx beş manat-17 qəpik) faiz borcu və 31,86 AZN (otuz bir manat-86 qəpik) cərimə borcunun, cəmi 17901,59 AZN (on yeddi min doqquz yüz bir manat-59 qəpik) kredit borcunun, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 143,71 AZN (bir yüz qırx üç manat-71 qəpik) dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(040)-79/2025 nömrəli qətnaməsi (hakim Həsən Qəniyev) ilə, iddianın təmin edilməməsi, Kəlbəcər Rayon Məhkəməsinin bu mülki işlə əlaqəldar qəbul etdiyi 30 oktyabr 2024-cü il tarixli e-16(040)- 19/2024 saylı qərardadı bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən ləğv edilməsi qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1, 472.1, 739.1, 742.1, 743.1, 743.2 və 744.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəllləsinin 472.1 və 1306-cımaddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarına istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 80, 88 və 216-220-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı ASC apellyasiya şikayəti verərək, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(040)-79/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, göründüyü kimi, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarına istinad edərək, yalnız 2 halı, yəni- 1) mərhum borclunun mirası qəbul etmiş vərəsələrinin müəyyən edilməsi ilə bağlı bank tərəfindən cəhdlərin edilmədiyini (başqa sözlə desək, Bank tərəfindən əsas borclunun vərəsələrini müəyyən etmədən birbaşa zaminlərə qarşı iddia irəli sürülməsini); 2) mərhum borclunun krediti götürdükdən sonra 8 ay 20 gün yaşamaqla 2875,44 manat məbləğində borcundan ödəniş etməsini əsas gətirməklə iddianı rədd etmişdir. İlk öncə, məhkəmənin iddianın rədd edilməsinə əsas hesab etdiyi ikinci hala münasibətdə vurğulamaq istəyirik ki, “mərhum borclunun krediti götürdükdən sonra 8 ay 20 gün yaşadığı müddətdə borcundan ödəniş etməsi”nin hüquqi baxımdan ümumiyyətlə iddianın rədd edilməsinə əsas ola biləcək hal kimi qəbul edilə bilməz və bu cür əsaslandırmanın iddianın hazırkı nəticəsinə hər hansı aidiyyəti yoxdur. Məhkəmənin iddianın rədd edilməsinə əsas hesab etdiyi birinci hala, yəni “mərhum borclunun mirası qəbul etmiş vərəsələrinin müəyyən edilməsi ilə bağlı bank tərəfindən cəhdlərin edilməməsi”nə münasibətdə isə hesab edirik ki, aşağıdakı məqamların müvafiq ardıcıllıqla qeyd olunması zəruridir: Birincisi, bildirirlər ki, mülki iş üzrə xx.xx.2024-cü il tarixdə ilk və yeganə məhkəmə hazırlıq iclası keçirilmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə isə Cavabdeh1 hüquqivarisi müəyyən edilənədək, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 254.1.1-ci maddəsinə əsasən icraat dayandırılmışdır. Cavabdeh1 vəfatetməsi ilə bağlı iddia tələbinin azaldılması barədə xx.xx.2024-cü il tarixdə tərəfimizdən verilmiş ərizə məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli qərardad qəbul edilərkən nəzərə alınmamışdır. Qeyd olunan qərardaddan İddiaçı ASC tərəfindən şikayət verilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, şikayət təmin edilmiş, “icraatın dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli qərardad ləğv edilmiş və e-2(040)-79/2025 nömrəli mülki iş üzrə icraat təzələnmiş və işə baxılması xx.xx.2025-ci il tarixə saat 12:45-ə təyin edilmişdir, həmin tarixdə də qətnamə qəbul edilmişdir. Göründüyü kimi, işə baxan məhkəmə xx.xx.2025-ci il tarixdə iş üzrə icraatı dayandıran zaman iddia tələbinin azaldılmasına dair verilmiş ərizənin mülki iş materiallarında olduğundan belə xəbəri olmamışdır. Digər tərəfdən İddiaçı ASC xx.xx.2024-cü il tarixli “iddia tələbinin azaldılması” barədə ərizədə sadəcə vəfat etmiş Cavabdeh1 cavabdehlər sırasından çıxarmaqla, borcun digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmasını tələb etməkdə davam etmişdir. Məhkəmə isə xx.xx.2025-ci il tarixli qətnamənin “təsviriəsaslandırıcı” hissəsində 2-ci səhifənin 2-ci abzasında - iddiaçının xx.xx.2024-cü il tarixli iddia tələbinin həcminin azaldılması barədə ərizəsini təhrif edərək, vəfat etmiş Cavabdeh1na qarşı iddia tələbindən imtina etmək zərurəti yarandığından iddiaçının verdiyini göstərmişdir. Halbuki, tərəflərindən sözügedən ərizədə iddia tələbindən həmin cavabdehə münasibətdə “imtina edilməsi” qeyd edilməmiş, sadəcə iddia tələbinin həcmi azaldılmaqla, borcun cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tutulmasını tələb etməkdə davam edilmişdir. İkincisi, borclu Cavabdeh1vəfat etməsi banka məlum olduqdan sonra, vəkil sorğusu ilə Oğuz rayon notariat ofisinə müraciət edilmişdir. Notariat ofisi xx.xx.2024cüil tarixli, 437 nömrəli məktubla sorğuya cavab vermiş, məktubuna vərəsəlik işi ilə bağlı sənədləri əlavə etmişdir. Həmin notariat işinin materialları içərisində mərhum Cavabdeh1 hər hansı daşınar və ya daşınmaz əmlakın məxsus olması haqqında sənəd, o cümlədən Elektron sistemdən çıxarışı olmamışdır. Yəni, miras kütləsinə daxil ola biləcək, vərəsələr arasında bölünə biləcək əmlaklar barədə sübut vərəsəlik işində mövcud olmamışdır. Notariat ofisinin verdiyi materiallar içərisində “xx.xx.2024-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” vardır. Həmin şəhadətnamədə göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş Cavabdeh1 vərəsəsi- həyat yoldaşıX6 miras əmlakdan tam hissədə pay almışdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şəki-Zaqatala Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 3- 29-42/2-2218/2024 saylı məktubuna əsasən mərhum Cavabdeh1dəfn xərci üçün ödəniləcək müavinət orta aylıq əmək haqqı 443 manat olmaqla, cəmi 1329 manat pul vəsaitindən ibarətdir”. AzərbaycanRespublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. AzərbaycanRespublikası Mülki Məcəlləsinin 1151.1 və 1151.2-ci maddələrinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məlumdur ki, dəfn xərci üçün ödəniləcək müavinət-mülki qanunvericiliyin yuxarıda qeyd olunan normasının tələbi baxımından ümumiyyətlə miras kütləsinə daxil deyildir. Düzdür, notarius tərəfindən bununla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə verilsə də, bu o demək deyildir ki, dəfn xərci miras əmlakdır və şəhadətnamədə göstərilmiş şəxs “həmin miras”ın çatdığı vərəsədir. Fikrlərincə, həmin şəhadətnamə dəfn xərclərinin ödənilməsini təmin etmək məqsədilə, notarius tərəfindən mərhumun həyat yoldaşına aidiyyəti orqana təqdim etməsi üçün verilmişdir ki, o, dəfn xərcini alarkən çətinliklərlə üzləşməsin. Bu yerdə Kollegiyanın diqqətinə çatdırmaq istəyirlər ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış əsas borclunun həyat yoldaşı X6s adəcə dəfn xərci üçün ödəniləcək müavinət aldığından və mülki qanunvericiliyin tələbinə əsasən dəfn xərci üçün ödəniləcək müavinət “miras kütləsi”nə daxil olmadığından, notarius tərəfindən isə təqdim edilmiş vərəsəlik işində mərhumun adına hər hansı əmlakın olması və yaxud həmin əmlakın işində mərhumun adına hər hansı əmlakın olması və yaxud həmin əmlakın vərəsələr tərəfindən qəbul edilməsi ilə bağlı sənəd olmadığından tərəflərindən əsas borclunun həyat yoldaşına - X4 qarşı iddia qaldırılmamışdır. Bu səbəbdən borcun cavabdehlərdən - birgə borclu olan zaminlərdən müştərək qaydada tutulması xahiş edilmişdir. Lakin, məhkəmə xx.xx.2025-ci il tarixli qətnaməsində iddia tələbinin rədd edilməsinə əsas kimi istinad etdiyi ilk mövqeyində “iddiaçı tərəfindən mərhum borclunun mirası qəbul etmiş vərəsələrinin müəyyən edilməsi ilə bağlı cəhdlərin edilmədiyi”ni qeyd etmişdir. Halbuki, İddiaçı ASCtərəfindən sözügedən “cəhd”lərin edilib-edilməməsi qənaətinə gəlinməsi üçün, məhkəmə tərəfindən sözügedən məqamlar araşdırılmamış, məhkəmə araşdırmasına səthi yanaşılmışdır. Məlumdur ki, iddiaçı tərəfindən bu məqam aydınlaşdırılsa idi və miras kütləsinə daxil olan hər hansısa əmlaka dair vərəsəlik işinin açılmadığı müəyyən olunsa idi, bu hal, məhkəmə tərəfindən iddiaçının sözügedən istiqamətdə cəhd etməməsi kimi qəbul edilib qiymətləndirilə bilməzdi. Çünki, vərəsəlik işi ilə bağlı notariusa sorğusu nəticəsində əldə edilmiş notariat işi sənədlərinin arasında hər hansı vərəsəliklə bağlı sənədlər olmamış, mərhuma məxsus hansısa əmlakın qəbul edilməsinə dair şəhadətnamə olmamışdır. Yuxarıda sadalanan hallardan aydın olduğu kimi məhkəmə işə səthi yanaşmış, keçirilmiş məhkəmə iclaslarında vacib əhəmiyyətli hallar ilə bağlı iş üzrə araşdırma aparmaq istəməmişdir. Məhkəmə xx.xx.2025-ci il tarixli qətnaməsində iş materiallarını sadalayarkən, mərhum Cavabdeh1 adına mülkiyyət hüququ əsasında iki torpaq sahəsi qeydə alındığını “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müəyyən etdiyini göstərsə də, nəzərə alınmalıdır ki, notarius tərəfindən təqdim edilmiş sənədlərdə həmin iki torpaq sahəsi ilə bağlı hər hansı sənəd, habelə notariusun elektron sistemdən çıxarışı da mövcud olmamışdır, buna görə də iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən mərhum borclunun adına hər hansı əmlakının və ya həmin əmlakı qəbul etmiş vərəsəsinin olub-olmamasını bilə bilməzdi. Hansı ki, məhkəmənin özü də Elektron sistem vasitəsilə borclunun adına iki torpaq sahəsi olmasını qeyd etsə də, real imkanı olduğu halda, yenə də eyni qaydada Elektron sistem vasitəsilə həmin əmlakların miras əmlak qismində hansısa vərəsə tərəfindən qəbul edilib-edilməməsini, həmin əmlaklarla bağlı vərəsəlik işinin açılıb-açılmamasını araşdırmamışdır. Həmçinin, məhkəmə sözügedən əmlakların mövcudluğunu iddiaçının diqqətinə çatdırmadan, bununla bağlı iddiaçının mövqeyini öyrənmədən yekun məhkəmə aktı qəbul etmişdir, bu da məhkəmənin işin obyektiv həllində maraqlı olmadığının və əsassız qərar qəbul edilməsinin göstəricisidir. Çünki iddiaçının əsas borcluya münasibətdə iddia tələbini azaltmasına və borclu ilə birgə məsuliyyət daşıyan zaminlərə tələbini yönəltməsinə səbəb - notarius tərəfindən hər hansı əmlakla bağlı vərəsənin müəyyən edilməməsi olmuşdur. Digər tərəfdən məhkəmə qeyd edilən hal ilə bağlı iddiaçıya məlumat vermədiyindən iddiaçı hazırkı apellyasiya şikayətinə əlavə etdiyi notariusun məktubunu və notariat işi ilə bağlı sənədləri məhkəməyə təqdim etmək hüququndan və iddianı müdafiə etmək hüququndan məhrum olmuşdur. Qeyd edilən qətnamə ilə maddi və prosessual normalar pozulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
21. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
22. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
23. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
24. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
25. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
26. Maddə 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.
27. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
28. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
29. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.
30. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
31. Maddə 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
32. Maddə 744.1. Kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir.
33. Maddə 1133.1 Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
34. Maddə 1133.2 Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
35. Maddə 1151.1 Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir
36. Maddə 1159.1.1 Qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr- ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar .
37. Maddə 1243.1. Vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul etməlidir.
38. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahilik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
39. Maddə 1306.1 Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
40. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
43. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
49. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
50. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər
51. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
52. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
53. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
54. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
56. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
58. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
59. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(040)-79/2025 nömrəli nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
60. Beləliklə, işin halları ondan ibarətdir ki, İddiaçı ASC ilə bağlanmış 23 fevral 2022ci il tarixli 43230***-*******00L saylı “Əsas kredit limiti razılaşması”na əsasən, Cavabdeh1 120 ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. “Əsas kredit limiti razılaşması” üzrə öhdəliklərin icrasının təmini kimi Bankla digər cavabdehlər Cavabdeh2 ilə 23 avqust 2022-ci il tarixli 43FİZAM147062501 saylı və Cavabdeh3 ilə 23 avqust 2022-ci il tarixli 43FİZAM144056001 saylı zaminlik müqavilələri imzalanmış və həmin zaminlər kredit müqaviləsi üzrə öhdəliklərin icrasını öz üzərlərinə götürmüşlər. “Əsas kredit limiti razılaşması”nın şərtlərinə uyğun olaraq 23 avqust 2023-cü il tarixli SMS razılaşmasına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh Həsənov Cavabdeh1 48 ay müddətinə illik 15 faiz dərəcəsi ilə (aylıq ödəniş 561,83 manat olmaqla hər ayın 23-dək ödənilmək şərti ilə) 20.000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. Lakin, daha sonra borcalan Cavabdeh1 13 may 2024-cü il tarixdə Zaqatala rayonunun Yuxarı Tala kəndində kəllədaxili travmalar nəticəsində ölmüşdür. Buna görə də daha sonra iddiaçı olan bank yaranmış borcun ödənilməsi üçün zaminlərə qarşı iddia qaldırmışdır.
61. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi üzrə tərəflər arasında olan mübahisə, kredit və zaminliklə bağlı yaranan mülki münasibətlər üzrə yaranmışdır. Ona görə də işin hallarına kreditlə bağlı qanunvericiliyə, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verilməlidir.
62. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MM-in) 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikasının MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır.
63. Tərəflər arasında bağlanmış və yuxarıda göstərilən kredit müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Azərbaycan Respublikasının MM-in 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir.
64. Azərbaycan Respublikasının MM-in 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
65. Azərbaycan Respublikasının MM-in 385-ci maddəsinə görə, kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə, isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır.
66. Azərbaycan Respublikasının MM-in 425.1-ci maddəsinin tələbinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
67. Azərbaycan Respublikasının MM-in 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
68. Belə ki, iş materiallarından göründüyü kimi, mərhum borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni, kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə mərhum cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır. Lakin, daha sonra borcalan öldüyü üçün, iddia birbaşa olaraq zaminlərə qarşı qaldırılmışdır.
69. Zaminə qarşı tələbin hüquqi əsasları ilə bağlı qeyd olunmalıdır ki, mülki dövriyyənin müdafiəsi məqsədilə qanunverici tərəfindən dispozitiv xarakter daşıyan MM-in 460.1-ci maddəsində öhdəliklərin icrasının təmin edilməsinə yönələn xüsusi üsullar müəyyən edilmişdir. Həmin maddəyə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Sadalanan eyni hüquqi təyinatlı üsullar əsas müqavilələrdən irəli gəlir, mahiyyət və tətbiqi qaydalarına görə isə fərqlənirlər. Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir.
70. Əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik münasibətləri Mülki Məcəllənin 470-477-ci maddələri ilə tənzimlənir. Mülki Məcəllənin 470ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
71. Mülki Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zamin borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyır.
72. Mülki Məcəllənin 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəllləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar; borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər; vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.
74. Göründüyü kimi, iddiaçı tərəfindən kredit borcu ilə bağlı zaminlərə qarşı iddia irəli sürülsə də, borcalan şəxsin vəfat etməsi və mirası qəbul edən vərəsələrin mövcudluğu barədə lazımi prosessual tədbirlər görülmədiyindən, iddianın birbaşa zaminlərə yönəldilməsi hüquqi baxımdan əsassız hesab edilmişdir.
75. İş üzrə təqdim olunan sənədlərdən görünür ki, mərhum borcalan Cavabdeh1 vərəsəsi kimi həyat yoldaşına yalnız dəfn müavinəti çatdığı göstərilsə də, eyni zamanda “Elektron məhkəmə” sistemində borcalanın adına daşınmaz əmlakın qeydə alındığı müəyyən edilmişdir. Bu isə mirasın faktiki olaraq mövcudluğunu istisna etmir. Lakin, hazırki stiuasiyada isə bank tərəfindən borc məbləğinin zaminlərin tutulması mübahisələndirilir.
76. Zaminin tam məsuliyyəti yalnız o halda aktuallaşır ki, vərəsələrin borcu qəbul etmədiyi və ya miras əmlakın öhdəlikləri icra etməyə imkan vermədiyi sübut olunsun. İddiaçı bu halların mövcudluğunu tam şəkildə sübut etmədiyindən zaminə qarşı tələbin təmin edilməməsi qanunidir.
77. Apellyasiya şikayətində qeyd olunan “vərəsə müəyyən olunmadığı üçün zaminlərə yönəlmiş iddia qanunidir” arqumenti əsassızdır, çünki istinad edilən notariat sənədləri miras əmlakın tam yoxluğu barədə hüquqi əminlik yaratmır və borcalanın adına qeydiyyatda olan daşınmaz əmlakların mövcudluğu bu iddianı təkzib edir.
78. Zaminlərin məsuliyyəti Mülki Məcəllənin 472.1 və Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının müddəalarına əsaslansa da, həmin qərarda qeyd edilir ki, vərəsələr öhdəliyi icra etmədikdə və ya miras əmlak öhdəliyi yerinə yetirməyə yetmədikdə zamin məsuliyyət daşıyır. İddiaçı tərəfindən bu hallar sübuta yetirilməmişdir.
79. Məhkəmə kollegiyası tərəfindən iddiaçının notariat orqanına müraciətini qiymətləndirmiş, lakin həmin müraciətin nəticələrinin zaminin birbaşa məsuliyyətini aktuallaşdırmağa kifayət etmədiyi qənaətinə gəlinmişdir.
80. Apellyasiya şikayətində əsas borclunun vərəsəsi kimi qeyd edilən şəxsin yalnız dəfn müavinəti aldığı bildirilmiş, lakin həmin şəxsə qarşı iddianın irəli sürülməməsi, eyni zamanda daşınmaz əmlakla bağlı hüquqi araşdırmanın aparılmaması sübutedici vəzifənin icra olunmadığını göstərir.
81. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
82. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
83. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
84. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
85. İşin yuxarıda sadalanan hallarından göründüyü kimi, Zaminin tam məsuliyyəti yalnız o halda aktuallaşır ki, vərəsələrin borcu qəbul etmədiyi və ya miras əmlakın öhdəlikləri icra etməyə imkan vermədiyi sübut olunsun. Baxılan işdə iddiaçı tərəf bu halların mövcudluğunu tam şəkildə sübut etmədiyindən zaminə qarşı tələbin təmin edilməməsi əsaslı olmuşdur.
86. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
87. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
88. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(040)-79/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.