Məhkəmə qərarları › İş №2(104)-933/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-933/2023

25.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-933/2023 25.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-3186/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ində yerləşən ümumi sahəsi 451 kv.m olan fərdi yaşayış evindən istifadə hüququnun müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1ində yerləşən ümumi sahəsi 451 kv.m olan fərdi yaşayış evindən istifadə hüququnun tanınması və hamam – ayaqyolundan istifadə edilməsinin təmin təmin edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-3186/2022 saylı qətnaməsi ilə (hakim E.Əhmədov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə 1994-cü il tarixdə rəsmi olaraq ailə qurub evlənmişdir, birgə nikah dövründə üç övladları anadan olmuşdur. Hər biri yetkinlik yaşındadır, aralarında yaranan narazılıqlara görə xeyli vaxtdır ki, ailə münasibətləri pozulmuşdur. Cavabdeh1 ilə ailəli olduqları zaman cavabdehə məxsus olan qeyri-rəsmi olaraq tikilmiş ünvan 1i ünvanında ümumi sahəsi 45 kv.m olan fərdi yaşayış evinə gəlin köçmüşdür. Birlikdə ailə kimi yaşadıqları zamanlardan birgə nikah dövründə qeyd etdiyi fərdi yaşayış evində bir çox təsərrüfat işləri aparılmış, 2 otaq, hamam və tövlə tikilmiş, hasar, setka və darvaza qoyulmuşdur. Darvazanı isə atası almışdır. Onlar mehriban ailə olaraq övladları ilə birlikdə orada yaşamışlar. Lakin bir müddətdən sonra sabiq həyat yoldaşı Cavabdeh1 onu bir həyat yoldaşı kimi saymamış və tez-tez evdə əsassız söhbətlər yaratmışdır. Bunun üçündə Cavabdeh1 ilə aralarında mübahisə yarandığından bacısı Cavabdeh2 yaşadığı, onların həyətində olan fərdi yaşayış evində yaşamağa başlamışdır. Onların Cavabdeh1 ilə yaşadıqları fərdi yaşayış evinin torpaq sahəsi qaynatası X2 adına olduğu üçün qaynatası vəfat etdikdən sonra cavabdeh kimi qeyd etdiyi baldızı Cavabdeh2 onun gəlin köçərkən yaşadığı fərdi yaşayış evini öz adına sənədləşdirmişdir. Hal-hazırda o, Cavabdeh1 və Cavabdeh2 etdiyi hərəkətlərə dözərək orada yaşayır, həyat yoldaşı Cavabdeh1 və Cavabdeh2 onlarla birlikdə fərdi yaşayış evində yaşamamağına baxmayaraq onu etdikləri hərəkətlərlə incitməyə çalışırlar. İstifadə etdiyi komunalların, qazın, işığın, suyun onun istifadə etməsinə izacə vermirlər, özünün tikmiş olduğu fərdi yaşayış evindən rahat şəkildə istifadə edə bilmir, hazırda onun ünvan 1ində yerləşən fərdi yaşayış evindən başqa yaşamağa heç bir yeri yoxdur. Dəfələrlə cavabdehlərə fərdi yaşayış evindən rahat şəkildə itifadə etməyinə izacə verilməsini bildirsə də, heç bir nəticəsi olmamışdır və onun həmin evdən istifadəsinə icazə verməyiblər. Buna görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Mülki iş materiallarında olan: Vİ-JQ 327268 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 ilə X11 28 iyun 1994-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir, nikahdan sonra arvada Zeynalova soyadı verilmişdir. Bərdə rayonu, Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1021 nömrəli, 26 avqust 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh1 ünvan 1ində yaşayır, onun adına 0.35 ha pay torpağı qeydiyyata alınmışdır, təsərrüfatbaşına kitabda 2016-cı il tarixədək fərdi yaşayış evi və mal-qara qeydiyyatda olub, lakin 2016-cı ilin aprel ayında satılmışdır, hal-hazırda adına fərdi yaşayış evi yoxdur, atasının evində yaşayır. Bərdə rayonu, Gərənə bələdiyyəsi tərəfindən verilmiş 41 nömrəli, 26 avqust 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh1 1985-1990cı illər arasında atası mərhum X3 məxsus həyətyanı torpaq sahəsində özünə iki mərtəbədən ibarət yaşayış evi tikmişdir, 1994-cü ildə yoldaşı İddiaçı ilə ailə qurub, 3 övladı var, 2 oğlan, 1 qız, həmin evdə yaşadıqları müddət ərzində 2022-ci ilin əvvəlinə iribuynuzlu və xırdabuynuzlu mal-qara saxlayıblar, hal-hazırda iri buyznuzlu və xırda buynuzlu malqaraları yoxdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X16 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 3275 saylı 13 iyul 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X6 adına ünvan 1ində 4 nəfər ailə üzvü ilə birlikdə 1.39 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi 24 avqust 2015-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X7 və X1 adına ünvan 1ində 7 nəfər ailə üzvü ilə birlikdı 2.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmişdir. Fiziki şəxslərin adlarına qeydiyyata alınmış fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində aşkar edilməmişdir. Daşınmaz Əmlakın Sövlət Kadastrı və reyestri X16 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 3386 nömrəli, 12 avqust 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh2 adına ünvan 1ində yerləşən ümumi sahəsi 451 kv.m və yaşayış otaqlarının sayı 10 otaqdan ibarət olan fərdi yaşayış evi 17 yanvar 2019-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bərdə rayonu, Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 738 nömrəli, 28 iyun 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı ünvan 1ində yaşayır. Bərdə rayonu, Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1072 nömrəli, 14 sentyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh1 Bərdə rayonu Gərənə kəndində yaşayır, 1996-cı ildən ayrı təsərrüfat kimi qeydiyyatdadır, onun təsərrüfatında 0.08 ha həyətyanı torpaq sahəsi və həmin torpaqda 2002-ci il tarixdə fərdi yaşayış evi tikilib, 30 aprel 2016-cı il tarixdə həmin evi həyətyanı torpaq sahəsi ilə birlikdə satılıb. Bərdə rayonu, Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1073 nömrəli, 14 sentyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, 2021- 2025-ci illər üçün təsərrüfatbaşına uçot kitabının Gərənə kəndinə aid 108 saylı şəxsi hesabında Cavabdeh2 adına 0.33 ha həyətyanı torpaq sahəsi və A və B olmaqla iki fərdi yaşayış evi var, A evi 7 otaqlı 131 kv.m yaşayış sahəsi, B evi 3 otaqlı 78 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evi qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Bağışlanması haqqında 09 yanvar 2019-cu il tarixli müqavilənin surətindən müəyyən olunur ki, X9, X10, X7 ümumi birgə mülkiyyət üzrə ünvan 1idə 0.333 ha torpaq sahəsini, 451 kv.m ümumi sahəsi olan yaşayış evini Cavabdeh2 bağışlamışlar. Dövlət Reyestrindən ******* nömrəli çıxarışdan müəyyən olunur ki, Cavabdeh2 mülkiyyətində ünvan 1ində 451 kvm sahəsi olan fərdi yaşayış evi və 0.33 ha torpaq sahəsi qeydiyyata alınmışdır. Məhkəmə kollegiyasına təqdim edilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN- 165F KOD 61005078 saylı Şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 07 saylı qərarı ilə ünvan 2ində 0,33 ha həyətyanı torpaq sahəsi X2, X1, X8, X4 və X5 mülkiyyətinə verilmişdir. Məhkəmə kollegiyasına təqdim edilmiş Bərdə rayon, Güloğlular kənd üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş arayışın surətindən görünür ki, Numayəndəliyin 2011- 2015-ci illər üçün təsərrüfat başına uçot kitabının Gərənə kəndinə aid kitabın 108-ci vərəqində X2 adına 0,33 ha həyətyanı torpaq sahəsi və1960-cı ildə tikilmiş 2 otaqlı fərdi yaşayış evi (ümumi sahəsi 95 kv.m, o cümlədən yaşayış sahəsi 58 kv.m) qeyd olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını pozmuş və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, qəbul olunmuş qətnamə onun hüququnu təmamilə pozmuşdur. Məhkəmə iclaslarında iddia ərizəmə uyğun izahatlar verərək, şahidlər gətirərək bildirdirmişdir ki, Cavabdeh1 ilə ailəli olduqları zaman cavabdehə məxsus olan qeyri-rəsmi olaraq tikilmiş ünvan 2 ünvanında ümumi sahəsi 451 kv.m olan fərdi yaşayış evinə gəlin köçmüşdür. Birlikdə ailə kimi yaşadıqları zamanlardan birgə nikah dövründə qeyd etdiyi fərdi yaşayış evində bir çox təsərrüfat işləri aparılmış, 2 otaq, hamam və tövlə tikilmiş, hasar, setka və darvaza qoyulmuşdur. Darvazanı isə atası almışdır. Onlar Cavabdeh1 ilə yaşadıqları fərdi yaşayış evinin torpaq sahəsi qaynatası X2 adına olduğu üçün qaynatası vəfat etdikdən sonra cavabdeh kimi qeyd etdiyi baldızı Cavabdeh2 onun gəlin köçərək yaşadığı fərdi yaşayış evini öz adına sənədləşdirmişdir. Hal-hazırda o Cavabdeh1 və Cavabdeh2 etdiyi hərəkətlərə dözərək orada yaşayır. İşdə iştirak edən şəxslərin apellyasiya məhkəməsində verdiyi izahatlar Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərində göstərilən hallara oxşar izahat verərək bildirdi ki, o, Cavabdeh1 ilə xx.xx.1994-cü ildə rəsmi qaydada nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Həmin vaxt isə qayınatasına məxsus mübahisəli ev olan ünvan 1ində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və cehiz əşyalarını da həmin evə yığmışdır. Birgə nikahlarından üç uşaqları doğulmuşdur və həmin evdə yaşamışlar. 30 ildən artıqdır ki həmin evdə yaşamışdır və hazırda da mübahisəli evdə yaşayır. Əri olan cavabdeh də həmin evdə yaşayır. O və uşaqları mübahisəli fərdi yaşayış evində qeydiyyatdadırlar. Lakin, cavabdehlər onları həmin evdə yaşamağa imkan vermirlər və maneələr törədirlər. Bununla yanaşı evin hamam və ayaqyolunun qapısını kilidlə bağlayaraq istifadələrinə maneə törədirlər. Cavabdeh1 ilə rəsmi qaydada boşanmayıblar və hazırda rəsmi nikahdadırlar. Lakin, aralarında olan nikahın pozulması üçün məhkəməyə müraciət etmişlər və məhkəmə tərəfindən onlara barışıq üçün üç ay müddətində vaxt verilmişdir. Daha sonra isə mübahisəli ev Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında bildirdi ki, İddiaçı ilə xx.xx.1994-cü ildə rəsmi qaydada nikaha daxil olaraq evlənmişlər və iddiaçı isə ünvan 1ində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Həmin vaxt mübahisəli ev onun atası olan X2 adına olmuşdur. xx.xx.2019-cu il tarixdə isə atası və digər mülkiyyətçilər tərəfindən mübahisə predmeti olan fərdi yaşayış evi cavabdeh olan bacısı Cavabdeh2 bağışlanmışdır və hazırda da ev bacısının mülkiyyətindədir. İddiaçı ilə arasında olan nikahın pozulması üçün birinci instansiya məhkəməsinə müraciət edib, ancaq nikaın pozulması barədə yekun məhkəmə aktı hazırda çıxarılmamışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini əsassız hesab etdiyini qeyd edib, Cavabdeh1 ilə oxşar məzmunda izahat verdikdən sonra apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh1 ilə xx.xx.1994-cü il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş və gəlin kimi cavabdehlərin atası olan X3 məxsus olan ünvan 1ində yerləşən fərdi yaşayış evinə köçmüş və cehiz əşyalarını da həmin evə yığmışdır. Birgə nikahlarından üç uşaqları doğulmuş və həmin mübahisə predmeti olan evdə də yaşamışlar. Tərəflər ailədaxili münaqişələrə görə faktiki olaraq münasibətləri olmasa da, rəsmi nikahdadırlar və nikahın pozulması üçün Cavabdeh1 iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Hazırda iddiaçı ilə cavabdehlər mübahisə predmeti olan fərdi yaaşyış evində birlikdə yaşayırlar. Bundan sonra Daşınmaz Əmlakın Bağışlanması haqqında 09 yanvar 2019-cu il tarixli müqaviləsinə əsasən, X9, X10, X7 ümumi birgə mülkiyyət üzrə ünvan 1idə 0.333 ha torpaq sahəsini, 451 kv.m ümumi sahəsi olan yaşayış evini Cavabdeh2 bağışlamışlar. Hazırda isə həmin ev tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına qeydə alınmışdır. Cavabdehlər hazırda iddiaçını mübahisəli fərdi yaşayış evinə buraxmırlar. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisəyə dair Mənzil Məcəlləsinin 30-cu və Mülki Məcəllənin 228-ci maddəsinə istinad edərək hesab etmişdir ki, iddiaçı həmin evdə yaşayır və evdən istifadə etməklə hər hansı hüququ pozulmamışdır, məhkəmə mübahisəsi predmeti mövcud deyil, mübahisəli ev iddiaçının baldızı Cavabdeh2 mülkiyyət hüququ əsasında ona məxsusdur və evin mülkiyyətçisi ilə iddiaçı arasında hər hansı notarial qaydada təsdiqlənmiş müqavilə mövcud deyildir. Bu səbəbdən də, iddia tələbini rədd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin maddi-hüquqi əsaslarını düzgün müəyyən edə bilməmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 385.1.1 və 385.1.4-cü maddələrinə əsasən məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğvi üçün əsasdır. İddia tələbinin hüquqi əsaslılığı ilə bağlı kollegiya göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri istifadə hüququnun yaranması və evə köçürülmə ilə bağlı yaranan mübahisədir və aşağıdakı normalar əsasında həllini tapmalıdır. Məhkəmə kollegiyası iddiaçının mübahisəli evə 1994-cü ildə köçdüyü vaxt həmin evin qeydiyyata alınmadığını nəzərə alaraq hesab edir ki, iddiaçının mübahisəli evə istifadə hüququnun yaranıb-yaranmadığı məsələsi xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 54-cü maddəsinin qaydalarına uyğun müəyyən edilməlidir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 123-cü maddəsinə görə yaşayış evi mülkiyyətçisisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçürülməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı 1994-cü ildə Cavabdeh1la rəsmi nikaha daxil olmaqla ailə qurmuş, İddiaçı ailə qurduqdan sonra qayınatası T.Zeynalovun oğlunun razılığı ilə mübahisəli evə gəlin köçürülmüş və cehiz əşyalarını da həmin evə yığmışdır. İddiaçının Cavabdeh1la birgə nikahlarından üç uşaqları doğulmuşdur. İddiaçı mübahisəli evdə hazırda da yaşayır. Lakin iddiaçı iddia edir ki, cavabdehlər onları həmin evdə yaşamağa imkan vermirlər və maneələr törədirlər. Göründüyü kimi iddiaçı mübahisəli evdən icarədarın razılığı ilə fasiləsiz uzun illər istifadə edib, ümumi təsərrüfat aparmışlar. Bununla da, iddiaçının həmin evdən istifadə hüquqları yaranmışdır. İddiaçının mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarının yarandığı təsdiq olunduğuna görə, sonuncunun istifadə hüquququnun itirilib-itirilməməsi məsələsi də araşdırılmalıdır. Mülki hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz. Bu baxımdan işin halları təhlil olunduqda görünür ki, iddiaçının mübahisəli yaşayış sahəsindən könüllü çıxması və daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi sübut olunmur. Cavabdeh tərəf həmin halı təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə iş materialları ilə müəyyən olunur ki, iddiaçı mübahisəli evdə gəlin köçdüyü 1994-cü ildən hazırkı vaxtadək yaşamaqda davam edir. Göründüyü kimi, hazırkı işdə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinin dispozisiyasında nəzərdə tutulan hallar mövcud deyildir. Həmçinin, məhkəmə kollegiyası bir xüsusatı qeyd etməyi zəruri hesab edir ki, mübahisəli evin sonradan, yəni xx.xx.2019-cu ildə Cavabdeh2 tərəfindən özəlləşdirilməsi, həmin həmin evdən iddiaçının yaranmış istifadə hüququnun xitamına səbəb olmur. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3-cü maddəsinə görə əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə hüququ yaranmış və itirilməmişdir. Həmçinin onun mübahisəli evdən istifadə hüququnun olması yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının qanuni əsaslarından biridir. Ona gorə ki, mülkiyyət hüququnun əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması zamanı aşağıdakı prinsiplərə dəqiq riayət olunmalıdır: 1. Bu cür məhdudlaşdırma qanunçuluğun tələbinə cavab verməli; 2. başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli; 3. mütənasib olmalı; 4. bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının mübahisəli evdən istifadə hüququ olduğundan, iddia tələbinin digər hissəsidə təmin edilməli və cavabdehlər tərəfindən iddiaçının evin santar qovşağından istifadəsinə yaradılan maneələr aradan qaldırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən edilməmiş, müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qətetdi: Apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-3186/2022 saylı qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılmaqla, iddia tələbi təmin edilsin. İddiaçı ünvan 1ində yerləşən ümumi sahəsi 451 kv.m olan fərdi yaşayış evinə istifadə hüququ tanınsın və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçının evin santar qovşağından istifadəsinə yaradılan maneələr aradan qaldırılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar