Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-934/2024 02.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ `İş № 2(104)-934/2024 QƏRARDAD Gəncə Apellyasiya Məhkəməsi 02 aprel 2024-cü il Gəncə şəhəri Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin 2(021)-2767/2023 saylı mülki iş üzrə 14 dekabr 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı zərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X1 Sərvətlər İdarəsinin Cavabdeh qarşı ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Otuzikilər kənd sakini Cavabdeh təbiətə vurduğu ziyana görə 16050 manat pulun alınaraq, iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-2767/2023 saylı mülki iş üzrə 26 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-2767/2023 saylı mülki iş üzrə 14 dekabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh şikayət ilə məhkəməyə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-2767/2023 saylı mülki iş üzrə 14 dekabr 2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki,sözügedən qətnamə 26 sentyabr 2023-cü il tarixdə qəbul edilsə də, ona rəsmi olaraq 12 dekabr 2023-cü il tarixdə verilmişdir. Belə olan halda onun prosessual müddəti ötürmədiyi aşkar görünür. . Bərdə Rayon Məhkəməsinin 2(021)-2767/2023 saylı mülki iş üzrə 26 yanvar 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını tədqiq edib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-2767/2023 saylı mülki iş üzrə 14 dekabr 2023-cü il tarixli qərardadı tam və onunla bağlı 26 yanvar 2024-cü il tarixli qərardadı qismən-şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, iş üzrə Bərdə Rayon Məhkəməsinin qətnaməsindən verilən apellyasiya şikayətinin mümkünlük məsələlərinə yenidən baxılması üçün iş Bərdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi öz qərardadında göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-2767/2023 saylı 26 sentyabr 2023-cü il tarixli qətnaməsinin surəti poçt vasitəsilə 26 sentyabr 2023-cü il tarixdə cavabdehə göndərilmiş, cavabdeh həmin qətnamədən 12 dekabr 2023-cü il tarixdə qanunla nəzərədə tutulmuş prosessual müddəti ötürməklə apellyasiya şikayəti vermişdir. Lakin, apellyasiya şikayətinə şikayət vermə müddətinin üzürlü səbəbdən buraxılmasını təsdiq edən rəsmi sənədlər və müddətin bərpası barədə ərizə əlavə edilməmişdir. Ona görə də məhkəmə şikayəti geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının MPM-in 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər апелйасийа şikayəti verə bilər. Azərbaycan Respublikasının MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən bir ay müddətinə verilə bilər. Qeyd olunan hüquq normasının məzmununa görə 1 aylıq apellyasiya şikayəti vermə müddətinin axımı qətnamənin tərəfə rəsmi təqdim edildiyi gündən başlayır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu Q.Hüseynovun şikayəti üzrə 29 iyun 2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Mülki Prosessual Məcəllədə müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir. Məhkəmə kollegiyasında işə baxılarkən müəyyən edilmişdir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-2767/2023 saylı 26 sentyabr 2023-cü il tarixli qətnaməsi 26 sentyabr 2023-cü il tarixdə cavabdehə rəsmi qaydada göndərilsə də, Cavabdeh həmin qətnaməni qəbul etməsi barədə iş materiallarında heç bir sənəd yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Məhkəmə kollegiyası göstərir edir ki, qeyd edilən qətnamənin cavabdehə çatdırılması iş materialları ilə sübuta yetirilmir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-2767/2023 saylı mülki iş üzrə 14 dekabr 2023-cü il tarixli qərardadı tam və onunla bağlı 26 yanvar 2024-cü il tarixli qərardadı qismən-şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, iş üzrə Bərdə Rayon Məhkəməsinin qətnaməsindən verilən apellyasiya şikayətinin mümkünlük məsələsinə yenidən baxılması üçün iş Bərdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Bərdə Rayon Məhkəməsinin qətnaməsindən verilən apellyasiya şikayətinin mümkünlük məsələsinə yenidən baxılarkən qətnamənin Cavabdeh çatdırılıb çatdırılmadığı tam aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 264, 396, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-2767/2023 saylı mülki iş üzrə 14 dekabr 2023-cü il tarixli qərardadı tam və onunla bağlı 26 yanvar 2024-cü il tarixli qərardadı qismən-şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-2767/2023 saylı mülki iş üzrə 26 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinin mümkünlük məsələsinə yenidən baxılması üçün mülki iş Bərdə Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı gündən qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-934/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-934/2024
02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver