Məhkəmə qərarları › İş №2(104)-936/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-936/2024

06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-936/2024 06.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh1 iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3125/2023 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən, işə Gəncə Apellyasiya Məhkəməsinin binas Dağıstan ında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 "Yelo Bank”ASC-nin xeyrinə 2014-cü il 11 dekabr tarixli kredit müqaviləsi üzrə banka 15583.4 ABŞ dolları əsas, 32228.45 ABŞ dollan faiz, 860.10 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 11 fevral 2022-ci il tarixdən 07 aprel 2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 898.65 ABŞ dollan məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 49570.6 ABŞ dolları borcun və 342.81 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanm X4 məxsus olan ünvan 1 ünvanında yerləşən 0,0581 ha torpaq sahəsində yerləşən A evi:1 mərtəbəli, 2 otaqlı, 53.3 kv.m ümumi, 43.4 kv.m yaşayış, 9.9 kv.m yardımçı, B evi: 1 mərtəbəli 3 otaqlı, 107.9 kv.m ümumi, 53.3 .m yaşayış, 54.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun ünvan 1 ünvanında yerləşən 0,0581 ha torpaq sahəsində yerləşən A evi:1 mərtəbəli, 2 otaqlı, 53.3 kv.m ümumi, 43.4 kv.m yaşayış, 9.9 kv.m yardımçı, B evi: 1 mərtəbəli 3 otaqlı, 107.9 kv.m ümumi, 53.3 kv.m yaşayış, 54.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait İddiaçı ASC-nin hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, X6 məxsus olan ünvan 1 ünvanında yerləşən 0,0581 ha torpaq sahəsində yerləşən A evi:1 mərtəbəli, 2 otaqlı, 53.3 kv.m ümumi, 43.4 kv.m yaşayış, 9.9 kv.m yardımçı, B evi: 1 mərtəbəli 3 otaqlı, 107.9 kv.m ümumi, 53.3 kv.m yaşayış, 54.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin açıq hərracdan satılması və bocun ünvan 1 ünvanında yerləşən 0,0581 ha torpaq sahəsində yerləşən A evi:1 mərtəbəli, 2 otaqlı, 53.3 kv.m ümumi, 43.4 kv.m yaşayış, 9.9 kv.m yardımçı, B evi: 1 mərtəbəli 3 otaqlı, 107.9 kv.m ümumi, 53.3 kv.m yaşayış, 54.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3125/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Elsun Əhmədov ) iddia qismən təmin edilmiş, cavabdehlər X3, Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 11 dekabr 2014-cü il tarixli, 12-G-1-0- 1606-14 nömrəli kredit müqaviləsi üzrə 15.583,4 ABŞ dolları əsas, 20.469,94 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 36.153,34 (otuz altı min yüz əlli üç dollar otuz dörd sent) ABŞ dolları borc öhdəlikləri borc öhdəlik icra olunan zaman Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə, 342.81 manat dövlət rüsumu, daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı alınaraq İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən, bir mərtəbəli 2 otaqlı, 53,3 kv.m ümumi, 43.4 kv.m yaşayış, 9.9 kv.m yardımçı sahədən ibarət və bir mərtəbəli 3 otaqlı, 107.9 kv.m ümumi, 53.3 kv.m yaşayış, 54.6 kv.m yardımçı sahədən ibarət 19 saylı fərdi yaşayış evinə və 0.0581 ha torpaq sahəsinə yönəldilməsi, mənzil və torpaq sahəsinin açıq hərracdan satılması, ünvan 1-da yerləşən 0.0581 ha torpaq sahəsinin likvid qiymətinin 7.000 manat, 1 mərtəbəli, 2 otaqdan ibarət olan fərdi yaşayış evinin likvid qiyməti nin 20.000 manat və 3 otaqdan ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin (likvid qiymət) 25.000 manat müəyyən edilməsi, satışdan əldə olunan pul vəsaiti hesabına ümumi borc məbləğinin İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyan X7, Cavabdeh1 və Cavabdeh2 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, qeyd olunan əmlaklar satıldıqdan sonra 1 (bir) ay müddətində X8, Cavabdeh1 və Cavabdeh2 Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən, bir mərtəbəli 2 otaqlı, 53, 3kv.m ümumi, 43.4 kv.m yaşayış, 9.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evini, bir mərtəbəli 3 otaqlı, 107.9 kv.m ümumi, 53.3 kv.m yaşayış, 54.6 kv.m yardımçı sahədən ibarət 19 saylı fərdi yaşayış evini və 0.0581 ha torpaq sahəsini boşaltmaqla tərk etmələri və ipoteka predmetlərinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, aparılmış ekspertiza tədqiqatlarının 200 (iki yüz) manat dəyərinin cavabdehlər X8, Cavabdeh1, Cavabdeh2 aid edilməsi və 50 (əlli) manat ekspertiza xərcinin X8, Cavabdeh1, Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə (keçiriləcək hesab: Büdcə təsnifatı kodu 141319, büdcə cəviyyəsinin kodu 3, SAP( XİİS) hesabı X2, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE********************); 150 (yüz əlli) manat ekspertiza xərci tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab AZN : AZ51AİİB400800C********** Bank: KapitalBank ASC Mingəçevir şəhər filialı, VÖEN:**********, Müxbir hesab: AZ37NABZ013501**********1944, filalın kodu: 200297, SWİFT kod: AİİBAZ2X) ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3125/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbindən kənara çıxaraq, bir tək ekspertiza rəyinə əsaslanıb iddia tələbinin cərimə və faiz hissəsini əsassız olaraq azaltmışdır. Həmçinin əsas borc məbləği ekspert rəyində 16301.86 ABŞ dolları müəyyən olunmasına baxmayaraq məhkəmə əsas borcu da bu hissədə də azaldıb. İddiaçı tərəfindən təqdim olunmuş sübutlar: kredit müqaviləsinin şərtləri, maliyyə arayışı, ödəniş cədvəli və hesabdan çıxarış məlumatları ola bilər ki, ekspert tərəfindən qarşılıqlı olaraq araşdırılmamışdır .Çünki müqaviləyə və qanuna uyğun olaraq borclu tərəfindən ödənilən vəsait ödəniş cədvəlinə uyğun olaraq gecikdirmə ilə ödənildikdə, kreditor ilk növbədə həmin günə hesablanmış cərimə, faiz, artıq qalan məbləği isə əsasdan silə bilər. Yəni ekspert tərəfindən bu kimi hallar tam araşdırılmamışdır. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli dəqiqləşdirilmə ərizəsindən görünür ki, cavabdehlərin banka 32228.45 ABŞ dolları faiz borcu və 860.10 ABŞ dolları cərimə borcu vardır. Odur ki, iddiaçının tələbi ilə ekspert rəyi arasında ziddiyət olduğu təqdirdə məhkəmə yuxarıda qeyd edilən halların dəqiqləşdirilməsi üçün yenidən ekspertiza keçriməli idi. Cavabdehlər X7 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X5 məhkəmə kollegiyasına iclasında ərizəsini təqdim edərək, apellyasiya şikayətindən imtina etdiyini və bu imtinanın nəticəsinin ona aydın olduğunu göstərərək, apellyasiya şikayətindən imtinasının qəbul edilməsini və apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə kollegiyasına iclasında apellyasiya şikayətindən imtina edilməsinə dair ərizənin təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, İddiaçı ASC-nin nümayəndəsi X1 Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3125/2023 saylı qətnaməsindən verdiyi şikayətindən imtinası qəbul edilməli və şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin: 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəmə kollegiyasına təqdim etdiyi ərizədən görünür ki, o, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3125/2023 saylı qətnaməsindən verdikləri apellyasiya şikayətindən imtina edərək, apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ASC-nin nümayəndəsi X1 Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3125/2023 saylı qətnaməsindən verdiyi şikayətindən imtina barədə ərizəsi Azərbaycan Respublikası MPM-nin 369.1, 369.2 və 369.4-cü maddələrinə əsasən qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 369, 384, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı ASC-nin nümayəndəsi X1 Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3125/2023 saylı qətnaməsindən verdiyi şikayətindən imtina barədə ərizəsi qəbul edilsin və onun şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar