Məhkəmə qərarları › İş №2(104)-937/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-937/2023

13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-937/2023 13.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-3194/2022 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 6997.69 AZN əsas, 114.07 AZN faiz borcu olmaqla, cəmi 7111.76 AZN kredit borcunun və ödənilmiş 91.11 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə 60 ay müddətinə, illik 20 % olmaq şərti ilə 9993.03 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh krediti və ona hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu kreditor qarşısında öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə 31 avqust 2022-ci il tarixə İddiaçı ASC-nə 6997.69 AZN əsas, 114.07 AZN faiz borcu olmaqla, cəmi 7111.76 AZN məbləğində kredit borcu yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, götürdüyü öhdəliyi yerinə yetirməmiş və buna görə də məhkəməyə müraciət edilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-3194/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Elsun Əhmədov) iddia təmin edilmiş, Cavabdeh 26 sentyabr 2019-cu il tarixli, RGTK1496613A137 saylı kredit müqaviləsinə əsasən 6997.69 AZN əsas, 114.07 AZN faiz borcu olmaqla, cəmi 7111.76 AZN (yeddi min yüz on bir manat yetmiş altı qəpik) məbləğində borc və ödənilmiş 91.11 manat dövlət rüsumunun iddiaçı Kapital Bank ASCnin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-3194/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxılmasının yeri və vaxtı barədə ona rəsmi olaraq məlumat verilməmişdir. İş üzrə əsas kredit məbləğinə hesablanmış faiz və cərimə məbləği həddindən artıq şişirdilmiş, ekspertiza təyin edilməmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, o, 2-ci qrup əlildir və əldə edilmiş ekspertiza rəyi ilə qismən razılaşır. Belə ki, onun bildiyinə görə Banka hazırda 6000 manata yaxın borcu var. Həmin borcunu ödəmək istəyir, lakin istəyir ki, həmin məbləğ onun pensiyasının 20 faizi həddində tutulsun. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı ASC-yə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-3194/2022 saylı qətnaməsi dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan : İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26 sentyabr 2019-cu il tarixli, RGTK1496613A137 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 60 ay müddətinə, illik 20% olmaq şərti ilə 9993.03 AZN məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26 sentyabr 2019-cu il tarixli, RGTK1496613A137 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh (9993.03 AZN 60 ay müddətinə, illik 20 % olmaq şərti ilə) aylıq ödənişi 264.75 manat təşkil etmişdir. 08 sentyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 26 sentyabr 2019-cu il tarixli, RGTK1496613A137 saylı kredit müqaviləsinə əsasən 6997.69 AZN əsas, 114.07 AZN faiz borcu olmaqla cəmi 7111.76 AZN məbləğində borcu yaranmışdır. İddiaçı ASC-nin iddia ərizəsində dəyişiklik edilməsinə dair xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh 6916.72 manat məbləğində əsas, 15,04 manat məbləğində faiz olmaqla, cəmi 6931,76 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 91.11 manatın tutularaq İddiaçı ASC-yə verilməsi xahiş edilmişdir. (iş vərəqə 24) 05 sentyabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 91.11 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-937/2023 saylı mülki iş üzrə ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 may 2023-cü il tarixli, 9/3166 nömrəli ekspert rəyinə əsasən, Cavabdeh 28.09. 2022-ci il tarixə əsas borcu 6962,39 manat, faiz borcu üzrə isə 19.34 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında 26 sentyabr 2019-cu il tarixli, RGTK1496613A137 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən cavabdehə 60 ay müddətinə, illik 20% olmaq şərti ilə 9993.03 AZN məbləğində kredit verilmişdir. Cavabdeh kredit götürdüyü tarixdən etibarən kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizləri ödəməmişdir. Məhkəmə kollegiyasının iclasında həmçinin müəyyən edildi ki, İddiaçı ASC-nin iddia ərizəsində dəyişiklik edilməsinə dair xx.xx.2022-ci il tarixli ərizəsi ilə, Cavabdeh 6916.72 manat məbləğində əsas, 15,04 manat məbləğində faiz olmaqla, cəmi 6931,76 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 91.11 manatın tutularaq İddiaçı ASC-yə verilməsi xahiş edilmişdir. Cavabdeh apellyasiya dəlillərində əsas kredit məbləğinə hesablanmış faiz və cərimə məbləğini mübahisələndirmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-937/2023 saylı mülki iş üzrə ekspertiza təyin edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 may 2023-cü il tarixli, 9/3166 nömrəli ekspert rəyinə əsasən, Cavabdeh 28.09. 2022-ci il tarixə əsas borcu 6962,39 manat, faiz borcu üzrə isə 19.34 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddələrində öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi kimi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 may 2023-cü il tarixli, 9/3166 nömrəli ekspert rəyi ilə müəyyən edilir ki, Cavabdeh 28.09. 2022-ci il tarixə əsas borcu 6962,39 manat, faiz borcu üzrə isə 19.34 manat müəyyən edilsə də, iddia olunan məbləğ isə 6916.72 manat məbləğində əsas, 15,04 manat məbləğində faiz olmaqla, cəmi 6931,76 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 91.11 manatdır. Birinci instansiya məhkəməsi isə, işin 24-cü vərəqəsində olan İddiaçı ASC-nin iddia ərizəsində dəyişiklik edilməsinə dair xx.xx.2022-ci il tarixli ərizəsini nəzərə almamış və düzgün olmayaraq, Cavabdeh 26 sentyabr 2019-cu il tarixli, RGTK1496613A137 saylı kredit müqaviləsinə əsasən 6997.69 AZN əsas, 114.07 AZN faiz borcu olmaqla, cəmi 7111.76 AZN (yeddi min yüz on bir manat yetmiş altı qəpik) məbləğində borc və ödənilmiş 91.11 manat dövlət rüsumunun iddiaçı Kapital Bank ASC-nin xeyrinə tutulması qət edilmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-3194/2022 saylı qətnaməsi dəyişdirilməli, Cavabdeh 26 sentyabr 2019-cu il tarixli, RGTK1496613A137 saylı kredit müqaviləsinə əsasən 6916.72 manat məbləğində əsas, 15,04 manat məbləğində faiz olmaqla, cəmi 6931,76 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 91.11 manatdır 6997.69 AZN əsas borc və ödənilmiş 91.11 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Cavabdeh 145 manat ekspertiza xərci alınıb Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE******************** hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-3194/2022 qətnaməsi dəyişdirilsin. Cavabdeh 26 sentyabr 2019-cu il tarixli, RGTK1496613A137 saylı kredit müqaviləsinə əsasən 6916.72 manat məbləğində əsas, 15,04 manat məbləğində faiz olmaqla, cəmi 6931,76 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 91.11 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdeh 145 manat ekspertiza xərci alınıb Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE******************** hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar