Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-952/2024 20.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı iddia tələblərinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: müqavilə öhdəliyinin pozulması, sübutetmə) Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X2 iştirakları ilə, Qazax Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(023)-80/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 20 iyun 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər ki, tərəflər arasında xırda buynuzlu heyvanların saxlanılması barədə şifahi formada müqavilə bağlanmışdır. Həmin müqavilənin pozulması ilə bağlı tərəflər qarşılıqlı olaraq bir-birlərindən pul tələb edirlər. Ağstafa RPŞ-nin TB-nin 15 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə İddiaçı xx.xx.2022-ci il tarixdə Ağstafa RPŞ-yə vermiş olduğu Cavabdeh barəsində olan şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı ərizəsində qeyd etdiyi xüsusatlarla bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16 baş qoyun və 90 baş quzudan ibarət xırda buynuzlu heyvanların və ya həmin xırda buynuzlu heyvanların ümumi dəyəri olan 22.650,0 (iyirmi iki min altı yüz əlli) manat məbləğində pul vəsaitlərinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2021-ci ilin iyun ayında İddiaçıla Cavabdeh arasında əldə olunmuş şifahi razılaşmaya əsasən cavabdeh iddiaçıya məxsus 252 baş xırda buynuzlu heyvanları Ceyrançöl qış otlaq sahəsində saxlamaq üçün iddiaçıdan təhvil alaraq, həmin heyvanlara qulluq edəcəyi, heyvanların sağlam qalması və qorunub saxlanılması üçün lazımi tədbirlər görəcəyi barədə iddiaçının qarşısında öhdəlik götürmüşdür. Bunun müqabilində cavabdehə hər ay 500 manat zəhmət haqqı ödəmək öhdəliyi isə iddiaçının üzərinə düşmüşdür. İddiaçı da həmin öhdəliyi tam icra edərək, cavabdehin haqqını tam ödəmişdir. Eyni zamanda belə razılığa gəlmişlər ki, cavabdeh iddiaçıdan təhvil aldığı heyvanları saxlamaq üçün Ceyrançöl qış otlaq sahəsində icarəyə götürdüyü fermaya görə icarə haqqı olaraq iddiaçıdan 4.000 (dörd min) manat pul almışdır. Həmin heyvanların 190 başı boğaz vəziyyətində olmaqla, onların hər biri yaxın vaxt ərzində bala verməli olmuşdur. Cavabdeh eyni zamanda həmin boğaz olan heyvanların bala verəcəyi quzulara da qulluq edəcəyi, onların sağlam qalması və qorunub saxlanılması üçün lazımi tədbirlər görəcəyi barədə də öhdəlik götürmüşdür. Təxminən 2022-ci ilin mart ayında iddiaçı cavabdehə verdiyi heyvanlardan 4 baş qoyun və 6 baş quzunu götürüb evə aparmışdır. Bundan əlavə iddiaçının razılığına əsasən cavabdeh həmin heyvanlardan 15 baş quzunu 2.750 (iki min yeddi yüz əlli) manat pula sataraq, həmin pulları zəhmət haqqı əvəzinə götürmüşdür. 2022-ci ilin iyun ayında iddiaçı Ceyrançöl qış otlaq sahəsinə gedərək, heyvanları yoxlayarkən ona məlum olmuşdur ki, cavabdehdə cəmi 232 baş qoyun və 85 baş quzu qalmışdır. Halbuki, cavabdehdə iddiaçıya məxsus 248 baş qoyun və 190 baş quzu qalmalı idi. İddiaçı əskik olan (çatışmayan) 16 baş qoyunun və 90 baş quzunun aqibətini soruşduqda cavabdeh həmin heyvanların tələf olduğunu bildirmişdir. Halbuki, cavabdeh iddiaçıya məxsus bütün heyvanların sağlam qalması və qorunub saxlanılması üçün lazımi tədbirlər görəcəyi barədə iddiaçının qarşısında öhdəlik götürmüşdür. Buna baxmayaraq cavabdeh həmin öhdəliyi yerinə yetirməmişdir. Hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri şifahi formada bağlanmış podrat və tapşırıq müqavilələrindən irəli gələn öhdəliklərin lazımınca yerinə yetirilməməsi nəticəsində iddiaçıya zərər vurulması ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin podrat və tapşırıq müqavilələrini, habelə mülki hüquq pozuntularından (deliktlərdən) irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Cavabdeh Ağstafa rayon Polis şöbəsində izahat verərkən, iddiaçıya məxsus xırda buynuzlu heyvanların ondan təhvil aldığını etiraf etmişdir. Odur ki, ilk iddianın təmin olunmasını, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı 4.500 (dörd min beş yüz) manat çoban haqqının və maddi zərərə görə 500 (beş yüz) manat pulun, cəmi 5.000 (beş min) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddiaçı tələbini belə əsaslandırmışdır ki, X4 2021-ci ilin oktyabr ayının 5 də ona zəng edib görüşmək istədiyini bildirmişdir. O da, Qazax şəhərində N.Nərimanov qəsəbəsində dostu Vüqarla birlikdə onunla cayxanada görüşmüşdür. İddiaçı görüş zamanı 250 baş xırda buynuzlu heyvanlarının və 34 baş keçisinin olduğunu bildirib, onu saxlamağa çətinlik çəkdiyini və onları saxlamaqda ona köməklik etməsini ondan xahiş etmişdir. Aralarındakı razılaşmaya əsasən o, heyvanları saxlamaq üçün İddiaçı ona 4000 manat icarə haqqı və hər ay heyvanları otarmaq üçün, çoban haqqı olaraq 500 manat pul ödəməli olmuşdur. Eyni zamanda, verdiyi heyvanların qış ayları üçün otunu, yemini və dərmanını verməyi öz üzərinə götürmüşdür. İddiaçı noyabr ayının axırlarınadək onunla əlaqə saxlamamışdır. İddiaçı noyabr ayının axırlarında fermaya gəlib ona 300 manat pul vermişdir. İddiaçı onunla heç bir əlaqə saxlamamış və telefon zənglərinə heç bir cavab verməmişdir. Dəfələrlə Hafizə heyvanlara yem, dərman alması barədə məlumat vermişdir. Hafiz Heydərovun anası ona 1300 manat pul vermişdir. Bundan sonra İddiaçı 2022-ci ilin yanvar ayının axırlarında fermaya 80 ədəd saman bağı və 12 kisə arpa göndərmişdir. 2021-ci ilin mart ayının əvvəllərində Ceyrançöl qış otlaq sahəsində hava şəraiti kəskin dəyişmiş və mart ayının əvvəllərində güclü qar yağmışdır. Ona görə də o, heyvanları 10 gündən artıq tövlədə saxlamaq məcburiyyətində qalmışdır. Heyvanlara vermək üçün ot və yem olmadığından heyvanlar quzu salmış və quzular ölmüşdür. 2022-ci ilin may ayının əvvəllərində İddiaçı razılığı ilə, İddiaçı məxsus 15 baş quzunu İddiaçı qohumunun iştiraki ilə satıb 2750 manat pul əldə edərək, icarə haqqını ödəmişdir. İddiaçı tərəfindən ona cəmi 4050 manat pul ödənilmişdir. İddiaçı ona cəmi 232 baş qoyun, toğlu, erkək və verdiyi sayda keçi təhvil vermişdir. Həmin heyvanlardan 121 baş quzu təhvil vermişdir. İddiaçı özü fermadan 4 baş qoyun, qoç, xəstə qoyunu və 6 baş faraş quzunu satmaq üçün aparmışdır. İddiaçının quzularının 30 başı ölmüş, 10 baş qoyun quzu salmış, 5 baş qoyun isə qısır qalmışdır. İddiaçının 16 baş deyil, 14 baş qoyunu xəstəlikdən və acından ölmüş, 4 baş qoyunu özü aparmışdır. 174 doğar qoyundan isə 121 baş quzu iddiaçıya təhvil verilmişdir. 6 baş faraş quzunu isə o, iddiaçı satmağa aparmışdır. O cavabdehdən onun heyvanlarını təhvil alanda heyvanlardan 195 başı doğar olmuşdur. 195 baş doğar qoyundan 160 baş quzu doğulmuşdur. İddiaçı çoban haqqı olan 4500 manat pulu bu günkü günədək ödəməmişdir. Öz heyvanları üçün qış yem tədarükünü göndərməmiş və heyvanlar üçün heç bir dərman almadığından 15 baş qoyun və 40-50 baş quzu ölmüşdür. Odur ki, ilk iddianın rədd qarşılıqlı iddianın təmin olunmasını xahiş edir. Suallara cavab olaraq bildirmişdir ki, İddiaçı 15 baş quzunu sataraq əldə olunmuş pullar hesabına heyvanlara vermək üçün ot və dərman almışdır. Ağstafa RPŞ-nin TB-də araşdırma aparılan zaman İddiaçı ona zəhmət haqqı hesabına 2.200 manat borcunun olduğunu bildirsə də, hazırda hesab edir ki, həmin borcun məbləği 4000 manatdır. Qazax Rayon Məhkəməsinin (hakim Nemət Musayev) 02 fevral 2023-cü il tarixli, 2(023)- 80/2023 nömrəli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, Cavabdeh 15 baş qoyun və 65 baş quzudan ibarət xırda buynuzlu heyvanlar və ya həmin xırda buynuzlu heyvanların ümumi dəyəri olan 16.875 (on altı min səkkiz yüz yetmiş beş) manat məbləğində pul vəsaitlərinin alınaraq İddiaçı verilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi ilk iddianı qismən təmin edərkən qeyd etmişdir ki, Cavabdeh, Hafiz Heydərovdan təhvil aldığı 251 baş xırda buynuzlu heyvanların və bu heyvanlardan boğaz olan qoyunların doğacağı quzuların sağlam qalması və qorunub saxlanılması üçün lazımi tədbirlər görəcəyi barədə öhdəlik götürdüyündən, habelə o, həmin heyvanların içərisində boğaz olan qoyunların cəmi 160 baş quzu doğduğunu, bu heyvanlardan 15 baş qoyunun və 50 baş quzunun tələf olduğunu, 15 baş quzunu isə sataraq əldə olunmuş pullar hesabına heyvanlara vermək üçün ot və dərman aldığını etiraf etdiyindən, 15 baş qoyun və 65 baş quzu (50+15=65) və ya onların dəyəri olan 16.875 (on altı min səkkiz yüz yetmiş beş) manat məbləğində pul vəsaitləri ondan alınaraq İddiaçı verilməlidir Məhkəmə, Cavabdeh “pul” tələbinə dair qarşılıqlı iddiasına hüquqi qiymət verərək belə hesab edir ki, Samir Bayrmaov qarşılıqlı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən, qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1, 442, 443, 752.1, 753.1, 762.1, 772.1, 777.1, 777.2, 778.3, 779.1, 21, 1096.1 və 1097.1-ci maddələrinə, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1 və 106.1ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiya məhkəməsində birinci icraat: İddiaçı apellyasiya şikayəti qətnamənin ilk iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və ilk iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul etmişdir. Belə ki, cavabdehlə aralarında yaranmış hüquq münasibətləri şifahi formada bağlanmış podrat və tapşırıq müqavilələrindən irəli gələn öhdəliklərin lazımınca yerinə yetirilməməsi nəticəsində zərər vurulması ilə bağlı mübahisədir. Məhkəmə tərəflər arasında yaranmış hüquq münasibətlərinin şifahi formada bağlanılmış podrat və tapşırıq müqavilələrindən irəli gələn öhdəliklərin lazımınca yerinə yetirilməməsi nəzərə alınmış olsa da ilk iddia tələbini qismən təmin etməkdə haqlı olmamışdır. Belə ki, Cavabdeh ondan təhvil aldığı 251 baş xırdabuynuzlu heyvanların içərisində boğaz olan 190 baş qoyunların quzu doğduğunu, həmin heyvanlardan və quzulardan tələf olduğunu etiraf etdiyindən onlardan məhz 15 baş qoyunun və 65 baş quzunun tələb olmasını sübut etmək vəzifəsi onun üzərinə düşdüyündən və o, bu barədə hər hansı mötəbər sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi tam həcmdə təmin olunmalıdır. Cavabdeh da apellyasiya şikayəti verərək qətnamənin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi və qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə hər bir halda nəzərə almalıdır ki, cavabdehin iddiaçıdan heyvanların otarılması üçün aylıq 500 manat xidmət haqqı müqabilində həm yem tədarükünü, həm də peyvəndləmə işlərini öz hesabına həyata keçirə bilməz. Aralarındakı razılaşmaya əsasən şifahi bağlanmış xidmət müqaviləsinin əsas şərti ondan ibarət olmuşdur ki, o cavabdehə məxsus heyvanlara qulluq edir, onları otarır, onların qış yem tədarükü, habelə dərman preparatları ilə təminatı iddiaçı tərəfindən həyata keçirilir. İddiaçı tərəfindən üzərinə düşən bu öhdəliklər icra edilməmişdir. Həmçinin heyvanlar ona 2021-ci ilin iyun ayında yox, 2021- ci ilin oktyabr ayında təhvil verilmişdir. Onların sayı 250 baş xırdabuynuzlu olmuş və bütün qış boyu onlara tərəfindən qulluq edilmiş otarılmış sayı artırılmış və 2022-ci ilin iyul ayında iddiaçı heyvanları ondan təhvil verdiyi saydan artıq sayda geri qəbul etmişdir. Onun 9 aylıq fəaliyyəti nəticəsində iddiaçı artıq sayda heyvan əldə etməklə fayda əldə etmişdir. Onun zəhmət haqqı verilməmişdir, ona görə də qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək pulunu tələb etmişdir. İlk iddiaçı bildirmişdir ki, 16 baş qoyun və 90 baş quzunun aqibəti bəlli deyildir. İddiaçının qeyd etdiyi boğaz heyvanların və onlardan doğulan quzuların say tərkibi haqqında iddiaçının tələbi iş materiallarında heç nə ilə təsdiq olunmur. Onun öz vəzifəsini icra etdiyi 9 ay müddətində heyvanlardan 150 başa yaxın quzu doğulmuş, onlardan təqribən 30 başı xəstəlikdən, həmçinin 14 baş qoyun xəstəlikdən və acından zəifləyərək ölmüş həmçinin 5 baş qoyun qısır qalmış, 10 baş qoyun-quzu satılmışdır. Məhkəmə heyvanların real bazar qiyməti ilə bağlı əmtəəşünaslıq ekspertizası təyin etməmişdir. Birinci instansiya məhkəməsi vacib halları diqqətəlayiq araşdırmamış və qətnaməni doğru əsaslandırmamış, sonda yanlış hüquqi nəticəyə gəlmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər F.Ə.Mehtiyev-sədrlik edən və məruzəçi, R.Ş.Muradov və Ə.İ.Məmmədov) 2(104)-1193/2023 nömrəli, 17 may 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21, 385, 386, 442, 752, 753, 755, 756, 777, 778, 779 və 1096-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77, 78, 119, 217, 218, 384 və 385-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiya məhkəməsində icraat Qarşılıqlı iddiaçı Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-53/2024 saylı qərarı ilə (sədrlik edən və məruzəçi Zaur Əliyev, hakimlər Aqil Abbasov və Vidadi Məmmədovdan ibarət tərkibdə) kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1193/2023 nömrəli, 17 may 2023-cü il tarixli qətnaməsi qarşılıqlı iddia, habelə ilkin iddianın təmin olunmuş hissəsində ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Apellyasiya instansiya məhkəməsində ikinci icraat Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, 2021-ci ilin iyun ayında Cavabdeh arasında əldə olunmuş şifahi razılaşmaya əsasən cavabdehə 252 baş xırda buynuzlu heyvanları Ceyrançöl qış otlaq sahəsində saxlamaq üçün təhvil vermişdir. Cavabdehə hər ay 500 manat zəhmət haqqı ödəmək və təhvil aldığı heyvanları saxlamaq üçün Ceyrançöl qış otlaq sahəsində icarəyə götürdüyü fermaya görə icarə haqqı olaraq 4.000 (dörd min) manata razılaşmışlar. Həmin heyvanların 190 başı boğaz qoyun,62-si isə erkək olmuşdur. Cavabdeh onun razılığına əsasən həmin heyvanlardan 15 baş quzunu 2.750 (iki min yeddi yüz əlli) manat pula sataraq, həmin pulları zəhmət haqqı əvəzinə götürmüşdür. 2022-ci ilin iyun ayında iddiaçı Ceyrançöl qış otlaq sahəsinə gedərək, heyvanları yoxlayarkən ona məlum olmuşdur ki, cavabdehdə cəmi 232 baş qoyun və 85 baş quzu qalmış və onları təhvil almışdır. Halbuki, cavabdehdə iddiaçıya məxsus 248 baş qoyun və 190 baş quzu qalmalı idi. İddiaçı əskik olan (çatışmayan) 16 baş qoyunun və 90 baş quzunun aqibətini soruşduqda cavabdeh həmin heyvanların tələf olduğunu bildirmişdir. Cavabdehə aylıq 500 manat və icarə xidmət haqqı kimi 4000 manat pul vermişdir. Məhkəmənin qətnaməsini qanunsuz hesab edir. Ona görə də, Qazax Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli qətnaməsinin ilk iddianın təmin edilməyən hissəsində ləğv edilərək, iddiasının tam təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili X5 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi və Qazax Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli qətnaməsinin ilk iddianın təmin edilməyən hissəsində ləğv edilərək, iddiasının tam təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 60, hissə 1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 X1 Maddə 6, hissə. 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 38. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. Maddə 755. Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Maddə 756.1. Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinəgötürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-53/2024 saylı qərarı ilə, Cavabdeh kassasiya şikayəti təmin edilmiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)- 1193/2023 nömrəli, 17 may 2023-cü il tarixli qətnaməsi qarşılıqlı iddia, habelə ilkin iddianın təmin olunmuş hissəsində ləğv edilərək, yeni apellyasiya baxışına qaytarılmışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Qazax Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(023)-80/2023 nömrəli qətnaməsinini qarşılıqlı iddia, habelə ilkin iddianın təmin olunmuş hissəsində əsaslılığını Cavabdeh apellyasiya şikayətinin dəlilləri əsasında yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(023)-80/2023 nömrəli qətnaməsi qarşılıqlı iddia, habelə ilkin iddianın təmin olunmuş hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia və qarşılıqlı iddia qismən təmin edilməli, Cavabdeh 7800 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16 baş qoyun və 90 baş quzudan ibarət xırda buynuzlu heyvanların və ya həmin xırda buynuzlu heyvanların ümumi dəyəri olan 22.650,0 (iyirmi iki min altı yüz əlli) manat məbləğində pul vəsaitlərinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə ilkin iddiaya etiraz edərək, cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı 4.500 (dörd min beş yüz) manat çoban haqqının və maddi zərərə görə 500 (beş yüz) manat pulun, cəmi 5.000 (beş min) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə ilkin iddianın təmin edilmiş hissəsinə münasibətdə mövqelərini belə əsaslandırmışdır ki, Cavabdeh, Hafiz Heydərovdan təhvil aldığı 251 baş xırda buynuzlu heyvanların və bu heyvanlardan boğaz olan qoyunların doğacağı quzuların sağlam qalması və qorunub saxlanılması üçün lazımi tədbirlər görəcəyi barədə öhdəlik götürdüyündən, habelə o, həmin heyvanların içərisində boğaz olan qoyunların cəmi 160 baş quzu doğduğunu, bu heyvanlardan 15 baş qoyunun və 50 baş quzunun tələf olduğunu, 15 baş quzunu isə sataraq əldə olunmuş pullar hesabına heyvanlara vermək üçün ot və dərman aldığını etiraf etdiyindən, 15 baş qoyun və 65 baş quzu (50+15=65) və ya onların dəyəri olan 16.875 (on altı min səkkiz yüz yetmiş beş) manat məbləğində pul vəsaitləri ondan alınaraq İddiaçı verilməlidir. Bununla belə, Cavabdeh bildirir ki, ilkin iddiaçının heyvanlarına qulluq göstərilməsinə görə aylıq 500 manat xidmət haqqının, otarılan sahə üçün 4000 manat icarə haqqının ödənilməsini razılaşdırmışlar və bu hal mübahisə olunmur. İddiaçı ilkin iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh aylıq 500 manat, habelə icra pulu kimi 4000 manat ödəməsi barədə razılaşmışlar, həmin öhdəlikləri tam icra etmişdir. Cavabdeh dəlillərindən biri odur ki, ilkin iddiaçı ona 9 ay ərzində 300 manat, 1000 manat və sonuncunun razılığı ilə satışı həyata keçirilmiş 15 baş quzudan hasil olan 2750 manat pul olmaqla, cəmi 4050 manat pul verilmişdir. Həmin puldan 4000 manat hissəni o, iddiaçı ilə əvvəlcədən razılaşdığı qaydada torpağın icarə haqqına sərf etmiş, ona ödənilən puldan 50 (əlli) manat qalmışdır. Qeyd olunan məbləğdən başqa ilkin iddiaçı tərəfindən ona hər-hansı əlavə məbləğin ödənilməsi iş mataeirlları ilə təsdiq olunmur. Göründüyü kimi, Cavabdeh müqavilə üzrə ona verilməli olan ümumi məbləğin İddiaçı tərəfindən tam ödənilmədiyini bildirməklə sonuncunun öhdəliyini icra etmədiyinə istinad edir. Bu hal ona dəlalət edir ki, müqavilə dəyərinin İddiaçı tərəfindən tam olaraq ödənilməsi tərəflər arasında mübahisəli olmuşdur. İşin mübahisə olunan halı isə sübutetmə qaydalarına uyğun şəkildə sübuta yetirilməlidir. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh onu da qeyd edir ki, İddiaçı razılığı ilə satılmış 15 baş quzudan hasil olan 2750 manat pul zəruri xərclərə (otarılan sahəni icarə haqqına) yönəldildildiyi halda həmin məbləğin də qaytarılmasının öhdəlik kimi onun üzərinə qoyulması əsassız olmuşdur. İş materiallarından göründüyü kimi, Cavabdeh heyvanlardan 15 baş qoyunun və 50 baş quzunun tələf olduğunu göstərsə də, bu barədə məhkəməyə heç bir sübut növü təqdim etməmişdir. Ona görə də, iddia tələbi 15 baş qoyun və 50 baş quzuya münasibətdə əsaslı olmaqla, işdə olan mütəxəssis rəyi əsas götürülməklə, bir qoyunun dəyəri 150 manat olmaqla, 15 baş qoyunun dəyəri (15x150=2250) 2250 manat, bir baş quzunun dəyəri 200 manat olmaqla, 50 baş quzunun dəyəri 50x200=10.000) 10.000 manat, cəmi isə 12.250 manat məbləğində pul Cavabdeh alınmaqla, iddiaçıya verilməlidir. Həmçinin, yuxarıda qeyd edildiyi kimi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddiaçının heyvanlarına qulluq göstərilməsinə görə aylıq 500 manat xidmət haqqının, otarılan sahə üçün 4000 manat icarə haqqının ödənilməsini razılaşmaları mübahisə olunmur. Cavabdeh dəlillərindən biri odur ki, ilkin iddiaçı ona 9 ay ərzində 300 manat, 1000 manat və sonuncunun razılığı ilə satışı həyata keçirilmiş 15 baş quzudan hasil olan 2750 manat pul olmaqla, cəmi 4050 manat pul verilmişdir. Həmin puldan 4000 manat hissəni o, iddiaçı ilə əvvəlcədən razılaşdığı qaydada torpağın icarə haqqına sərf etmiş, ona ödənilən puldan 50 (əlli) manat qalmışdır. Qeyd olunan məbləğdən başqa ilkin iddiaçı tərəfindən ona hər-hansı əlavə məbləğin ödənilməsi iş mataeirlları ilə təsdiq olunmur. İddiaçı 9 ay ərzində hər ay 500 manat, cəmi 4500 manat, həmçinin torpaq icarəsi üçün isə 4000 manat, cəmi 8500 manat verməli olduğu halda, Cavabdeh etirafına görə, ilkin iddiaçı ona 9 ay ərzində 300 manat, 1000 manat və sonuncunun razılığı ilə satışı həyata keçirilmiş 15 baş quzudan hasil olan 2750 manat pul olmaqla, cəmi 4050 manat pul verilmişdir. Ona görə də, iddiaçının cavabdehlə verməli olduğu 8500 manatdan verdiyi 4050 manat çıxıldıqdan sonra, ona 4450 manat borclu qalır. Məhkəmə kollegiyası hesab edir ki, iddia və qarşılıqlı iddia qismən əsaslıdır. Ona görə də, iddia tələbi qismən təmin edilməli və 12.250 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməli, həmçinin qarşılıqlı iddia üzrə 4450 manat məbləğində pul İddiaçı alınaraq Cavabdeh verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.4. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Məhkəmə kollegiyası hesab edri ki, tərəflər qarşılıqılı icra öhdəliyi daşıdıqları üçün, cavabdeh tərəijndən iddiaçıya verilməli olan 12.250 manatdan, iddiaçının cavabdehə verməli olduğu 4450 manat çıxılmalı və qalan 7800 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(023)-80/2023 nömrəli qətnaməsi qarşılıqlı iddia, habelə ilkin iddianın təmin olunmuş hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia və qarşılıqlı iddia qismən təmin edilməli, 7800 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apllyasiya şikayəti qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(023)-80/2023 nömrəli qətnaməsi qarşılıqlı iddia, habelə ilkin iddianın təmin olunmuş hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia və qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh 7800 manat məbləğində pul oğlundan alınaraq İddiaçı verilsin. İddia və qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-952/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-952/2024
20.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver