Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-954/2023 18.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv Prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı Ləğv Prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1, Cavabdeh1 (sonuncu prosesə gəlməmişdir) iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin 2(076)-68/2022 saylı mülki iş üzrə 28 sentyabr 2022ci il tarixli qətnaməsindən Ləğv Prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 18 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan "xxxx" ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2015ci il tarixli kredit müqaviləsinə əsasən, kreditor borcalana 3100 ABŞ dolları məbləğində kredit verir, borcalan istifadə etdiyi kreditə görə illik 25 faiz ödəyir. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə qrafiki də tərəflər arasında razılaşdırılaraq imzalanmışdır. 2.İş materiallarında olan "xxxx" ASC və zaminlər Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqavilələrinə əsasən zaminlər əsas borclu Cavabdeh1"xxxx" ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərinin, o cümlədən borcalanın 3100 ABŞ dolları məbləğində alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər.
3. Mülki işin materiallarında olan 24 fevral 2016-cı il tarixli əlavə sazişə əsasən, Cavabdeh1 "xxxx" ASC-yə olan borcunun məbləği 1986,42 ABŞ dolları məbləğində müəyyən edilmiş və kreditin müddəti 24 iyun 2017-ci il tarixədək uzadılmışdır.
4. Mülki işin materiallarında olan Problemli kreditlərin kompensasiyası ilə bağlı arayışdan görünür ki, sözügedən müqavilə üzrə Cavabdeh1 "xxxx" ASC-yə 939.06 manat əsas borcu qalmışdır.
5. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 avqust 2022-ci il tarixli, 9/3191nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat məbləğini təşkil edir.
Birinci instansiya məhkəməsində icraat İş üzrə qəbul edilmiş məhkəmə aktı
6. İddiaçı Ləğv Prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada Ləğv Prosesində olan "xxxx" ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi və 24 fevral 2016-cı il tarixli əlavə sazişə əsasən, 1093,66 manat əsas, 597,79 manat faiz, 1413,11 manat gecikdirməyə görə cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonrakı müddət üçün 159 manat faiz borcu olmaqla, cəmi 3263,56 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 7.İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh1 illik 25 faizlə, 18 ay müddətinə 3100 ABŞ dolları məbləğində kredit verilmişdir. 24 fevral 2016-cı il tarixində xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əlavə saziş bağlanmışdır. Kredit müqaviləsinin təminatı olaraq zaminlər Cavabdeh3 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin, borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. xx.xx.2018-ci il tarixə Cavabdeh1 banka kredit müqaviləsi və kredit müqaviləsinə əlavə saziş üzrə 1093,66 manat əsas, 597,79 manat faiz, 1413,11 manat gecikdirməyə görə cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonrakı müddət üçün 159 manat faiz borcu olmaqla, cəmi 3263,56 manat borcu vardır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, borclu ödənişlər üzrə gecikdirmələri aradan qaldırmamış və borcu ödəməkdən boyun qaçırmışdır.
8. Şəmkir Rayon Məhkəməsinin 2(076)-68/2022 saylı mülki iş üzrə28 sentyabr 2022ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 1396,11 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun 26.9 manat hissəsinin tutularaq iddiaçı Ləğv Prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 9.Şəmkir Rayon Məhkəməsinin 2(076)-68/2022 saylı mülki iş üzrə 10 oktyabr 2022-ci il tarixli əlavə qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanmış 159 manat faiz borcunun alınıb iddiaçı Ləğv Prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada aparilmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat ekspertiza xərcinin alınıb dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən iddiaçı Ləğv Prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-68/2022 saylı mülki iş üzrə 28 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın təmin edilməyən hissəsi ilə bağlı məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 12 Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmədə Ləğv Prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirak etmiş, apellyasiya şikayətində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Cavabdeh1 kredit borcu Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 феврал 2019-cu il tarixli 551 saylı Fərmanının təsiri dairəsinə düşsə də, restrukturizasiya edilməmişdir. Sonda nümayəndə şikayətin təmin edilməsini xahiş etmişdir. 14.Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh1 izahatında qeyd etmişdir ki, özü hərbiçidir, hazırda cəbhə bölgəsində xidmət edir, onun kredit borcu Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanının təsiri dairəsinə düşmüşdür, əsas borcu 939.06 manat məbləğini təşkil edir. Hazırda "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına 1100 (bir min bir yüz) manat, bundan əlavə, qətnaməyə əsasən ödəməli olduğu 26,90 manat dövlət rüsumunu ödəmişdir. Cavabdeh1 həmin məbləğdə pulları ödədiyi barədə qəbzləri məhkəməyə təqdim edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə borcunun qalmadığına görə qətnamənin ləğv edilməsini və ona qarşı irəli sürülən iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin sonuncu iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Digər cavabdehlər məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxilib yekun qərar qəbul edilməsinin mümkün sayaraq işə onların iştirakı olmadan baxmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 феврал 2019cu il tarixli 551 saylı Fərmanı;
18. Bənd 6. Banklara tövsiyə edilsin ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 8.9. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 21.Maddə.119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
24. Maddə 385.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
25. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Ləğv Prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Şəmkir Rayon Məhkəməsinin 2(076)-68/2022 saylı mülki iş üzrə 28 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etdiyindən, həmin qətnamə ləğv edilməli, bundan əlavə, Şəmkir Rayon Məhkəməsinin 2(076)-68/2022 saylı mülki iş üzrə 10 oktyabr 2022-ci il tarixli əlavə qətnaməsi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanmış 159 manat faiz borcunun alınıb iddiaçı Ləğv Prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi hissəsində də ləğv edilməli, cavabdeh tərəfin Ləğv Prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə kredit borcunun qalmadığı müəyyən edildiyindən iddia rədd edilməli, iş üzrə məhkəmənin 10 oktyabr 2022-ci il tarixli əlavə qətnaməsi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada aparilmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat ekspertiza xərcinin alınıb dövlət büdcəsinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
29. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış və bununla da onlar arasında kredit və zamin hüquq münasibətləri yaranmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Buna görə də, iddiaçı tərəf məhkəməyə hazırki iddia tələbi ilə müraciət etmiş və məhkəmə iddia tələbini qismən təmin etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti qətnamədən narazı qalmış, apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini, kredit borcunun tam təmin edilməsini xahiş etmişdir.
30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 31.İşə apellyasiya qaydasında baxılarkən məhkəmə mülki işin materiallarında olan Problemli kreditlərin kompensasiyası ilə bağlı arayışdan müəyyən etmişdir ki, sözügedən müqavilə üzrə Cavabdeh1 "xxxx" ASC-yə olan kredit borcu Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanının təsiri dairəsinə düşmüş və sözügedən müqavilə üzrə Cavabdeh1 "xxxx" ASC-yə 939.06 manat əsas kredit borcu qalmışdır. Kollegiya qeyd edir ki, həmin Fərmanının 8.9-cu maddəsinə əsasən faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulmuşdur.
32. Fərmanın qeyd edilən müddəasınа görə borcluların kredit borcu üzrə əsas borca əlavə olaraq faiz və cərimə məbləği hesablana bilməz. Buna baxmayaraq, iddiaçı Təşkilat tərəfindən faiz və cəriməyə aid hissədə hər hansı silinmələr həyata keçirilməmiş, məhkəmə isə bu halları nəzərə almadan və hazırki mübahisəyə tətbiq edilməli olan Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanının müddəalarını tətbiq etmədən qətnamə qəbul etmişdir. Hazırda Cavabdeh1 Ləğv Prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan 939.06 manat əsas kredit borcundan daha çox məbləğdə 1100 manat, bundan əlavə, qətnaməyə əsasən ödəməli olduğu 26,90 manat dövlət rüsumunu ödəmişdir. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası MPM-in 372.6-cı maddəsinə əsaslanmaqla hesab edir ki, Cavabdeh1 Ləğv Prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına pul ödənilməsi tələbinə dair iddia təmin oluna bilməz.
33. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanının müddəalarına əsaslanaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin Ləğv Prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi tərəfindən verilməsinə baxmayaraq, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 68/2022 saylı mülki iş üzrə 28 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, bundan əlavə, Şəmkir Rayon Məhkəməsinin 2(076)-68/2022 saylı mülki iş üzrə 10 oktyabr 2022ci il tarixli əlavə qətnaməsi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanmış 159 manat faiz borcunun alınıb iddiaçı Ləğv Prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi hissəsində də ləğv edilməli, cavabdeh tərəfin Ləğv Prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə kredit borcunun qalmadığı müəyyən edildiyindən iddia rədd edilməlidir.
34. Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsaslanan kollegiya hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada aparilmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat ekspertiza xərcinin alınıb dövlət büdcəsinə ödənilməsi hissədə Şəmkir Rayon Məhkəməsinin 2(076)-68/2022 saylı mülki iş üzrə 10 oktyabr 2022-ci il tarixli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə iddianın qiyməti 5000 manatdan az məbləğdir, ona görə də Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinin tələblərinə əsasən bu qətnamədən kassasiya şikayəti verilə bilməz. . Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-68/2022 saylı mülki iş üzrə 28 sentyabr 2022ci il tarixli qətnaməsi tamamilə, bundan əlavə, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 68/2022 saylı mülki iş üzrə 10 oktyabr 2022-ci il tarixli əlavə qətnaməsi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanmış 159 manat faiz borcunun alınıb iddiaçı Ləğv Prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi hissəsində ləğv edilsin. Yeni qətnamə çıxarılsin, irəli sürülən iddia təmin edilməsin Şəmkir Rayon Məhkəməsinin 2(076)-68/2022 saylı mülki iş üzrə 10 oktyabr 2022-ci il tarixli əlavə qətnaməsi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada aparilmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat ekspertiza xərcinin alınıb dövlət büdcəsinə ödənilməsi hissədə dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.