Məhkəmə qərarları › İş №2(104)-960/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-960/2025

07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-960/2025 07.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi, borcun qaytarılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2N25-ci il tarixli, e-2(N3N)-68/2N25 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə N7 may 2N25-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. N nömrəli hərbi hissə komandirinin köməkçisi mayor Pərviz Qafarovun hərbi hissə komandirinə təqdim etdiyi xidməti araşdırmasının nəticəsi barədə məlumatda göstərilir ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu baş leytenant Cavabdeh N nömrəli hərbi hissədə xidmət edərkən şəxsi vəsiqəsini (hərbi) girov qoyaraq İddiaçı təxminən 2N2N-ci ilin noyabr ayında müxtəlif vaxtlarda hər ay 1N faiz qaytarmaq şərti ilə 4NNN manat məbləğində borc pul götürmüşdür. Cavabdeh həmin borcu tam qaytarmadığından İddiaçı onun vəsiqəsini özündə saxlaması faktı üzrə toplanılmış araşdırma materialı baxılması üçün N nömrəli hərbi hissənin komandirinə göndərilmişdir.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinin rəis müavini ədliyyə polkovniki Elçin Əliyevin N nömrəli hərbi hissə komandirinə göndərdiyi N5 oktyabr 2N24-cü il tarixli yazılı məlumatda qeyd olunur ki, araşdırma nəticəsində müəyyən olunmuşdur ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu baş leytenant Cavabdeh N nömrəli hərbi hissədə xidmət edərkən şəxsi vəsiqəsini (hərbi) girov qoyaraq İddiaçı borca (faizə) pul götürmüş, pulu tam qaytarmadığı üçün ərizəçi vəsiqəni özündə saxlamışdır. Göstərilənlərə əsasən Cavabdeh barəsində tədbir görülməsi N nömrəli hərbi hissənin komandirindən xahiş olunmuşdur.

3. Cavabdeh Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinə verdiyi N noyabr 2N24-cü il tarixli izahatın surətindən görünür ki, X1 2N2N-ci ilin aprel-may ayları ərzində 1N faizlə qaytarmaq müqabilində cəmi 4NNN manat məbləğində pul vəsaiti götürmüşdür. Pulu aldıqdan sonra 5 dəfəyə hər dəfə 5NN manat olmaqla pulun üstündə faiz qaytarmışdır. Hal-hazıradək 4NNN manat məbləğdən 25NN manat ödəniş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4N5N manat borc və ödənilmiş 62 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2N2N-ci ilin may ayında İddiaçı müraciət edərək ondan borc pul istəmiş, iddiaçı da 26 may 2N2N-ci ildə 1NNN manat, 28 may 2N2N-ci ildə 15NN manat, 3N may 2N2N-ci ildə 5NN manat, N8 iyun 2N2N-ci ildə 25N manat, N9 iyun 2N2N-ci ildə 15N manat, 2N iyun 2N2N-ci ildə 3NN manat, 24 iyun 2N2N-ci ildə 3NN manat, N9 iyul 2N2N-ci ildə 5N manat, daha sonra 2 dəfəyə 6NN manat, olmaqla cəmi 465N manat məbləğində pul vəsaitini cavabdehin kart hesabına göndərmişdir. Cavabdeh aldığı borc məbləğindən iddiaçıya cəmi 6NN manat məbləğində pul vəsaiti geri qaytarmışdır. Hazırda cavabdehin iddiaçıya 4N5N manat məbləğində borcu qalmışdır. Cavabdeh hərbiçi olduğu üçün iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə şikayət etmiş, araşdırma nəticəsində cavabdeh iddiaçıya borcu olduğunu etiraf etmiş və hər ay 2NN manat ödəcəyinə dair öhdəlik götürmüşdür. Lakin, cavabdeh 2N21-ci ilin noyabr ayında iddiaçıya cəmi 5N manat məbləğində pul vəsaiti geri qaytarmışdır.

6. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2N25-ci il tarixli, e-2(N3N)-68/2N25 nömrəli qətnaməsi ilə (hakim Kənan Vəliyev), iddianın qismən təmin edilməsi, Cavabdeh 15NN (min beş yüz) manat borc və ödənilmiş 35 (otuz beş manat) manat dövlət rüsumu alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 448.1, 739.1, 74N və 742.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-22N, 227 və 233-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı oğlu apellyasiya şikayəti verərək, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2N25-ci il tarixli, e-2(N3N)-68/2N25 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddianı qismən təmin edən məhkəmə cavabdehin araşdırma zamanı verdiyi izahatına əsaslanmışdır, halbuki cavabdeh ondan aldığı puldan 25NN manat qaytardığını bildirsə də o bununla bağlı nə həmin araşdırma aparılan zaman, nə də məhkəmə araşdırması zamanı bir dənə də olsun sübut təqdim etməmişdir, ondan 4NNN manat pul aldığını etiraf etdiyi kimi həmin məbləğləri qaytarmasını da sübut etməli idi, lakin əksinə o hazırki iddia ilə məhkəməyə müraciət etdikdən sonra onunla görüşmüş və xx.xx.2N25-ci ildə öz xətti ilə yazılı iltizam verərək həmin borcu bir daha etiraf etmiş və həmin məbləği aprel ayından hissə-hissə qaytaracağı barədə öhdəlik götürmüşdür. Bu fakt da ona dəlalət edir ki, işə baxan məhkəmə düzgün nəticəyə gəlməmiş və onun əsaslı iddia tələbini tam təmin etməməkdə haqlı olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

12. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

13. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.

14. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.

15. Maddə 6N. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

21. Maddə 739.1 (zamana görə qüvvədə olan redaksiya). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

22. Maddə 739.2 (zamana görə qüvvədə olan redaksiya). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

30. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

31. Maddə 384.N. Apellyasiya instansiyası məhkəməsi: 384.N.3. qətnaməni dəyişdirə bilər;

32. Maddə 4N2.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

33. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 2N may 2N11-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

36. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi - Cavabdeh 15NN (min beş yüz) manat borc və ödənilmiş 35 (otuz beş manat) manat dövlət rüsumu alınıb İddiaçı verilməsi - hissəsində dəyişdirilməli, Cavabdeh 335N manat və 53,5N manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir.

38. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, İddiaçı Cavabdeh 4N5N manat məbləğində pul tələb etsə də, həmin məbləğdə borcunun olmasını təsdiq edən sənədlər kimi onun şikayəti əsasında cavabdehin barəsində səlahiyyətli vəzifəli şəxlər tərəfindən aparılmış müvafiq araşdırmaların nəticəsini əks etdirən sənədləri təqdim etmişdir. Belə ki, iş üzrə cavabdeh hərbi qulluqçu olduğundan iddiaçının şikayəti əsasında səlahiyyətli vəzifəli şəxlər tərəfindən müvafiq araşdırmalar aparılmışdır. Aparılmış araşdırmaların nəticəsini əks etdirən sənədlərdə cavabdehin iddiaçıdan borc olaraq 4NNN manat pul alması və həmin borcu tam olaraq qaytarmaması təsdiqini tapmışdır. Borcun tam olaraq qaytarılmaması dedikdə, borcun bir hissəsinin qaytarılmış olması başa düşülür. Cavabdeh N nömrəli hərbi hissə komandirinə verdiyi N noyabr 2N24cü il tarixli izahatında İddiaçı 2N2N-ci ilin aprel-may aylarında hissə-hissə olmaqla, cəmi 4NNN manat məbləğində faizə pul aldığını və həmin məbləğdən hər dəfə 5NN manat olmaqla, cəmi 25NN manat məbləği geri qaytardığını etiraf etmişdir. Cavabdehin iddiaçıya ödənilməmiş borcunun 4N5N manat məbləğində olması sübutlarla təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə Cavabdeh 15NN manat alınıb İddiaçı verilməlidir.

39. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslı olmamışdır.

40. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2N19cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

41. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

42. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 1N6.3-cü maddələrində göstərilən hallar təşkil edir.

43. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

44. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.

45. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

46. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

47. Hazırkı mübahissədə sübutetmə vəzifəsinin bölgüsü baxımından pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir.

48. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçı cavabdehə ümumilikdə 465N manat məbləğində pul verdiyini bildirmişdir. Lakin, iş üzrə toplanmış sübutlara, xüsusilə də cavabdehin etirafına əsasən, yalnız 4NNN manat məbləğində pulun cavabdeh tərəfindən alındığı müəyyən edilmişdir.

49. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehə 465N manat məbləğində pul verdiyini bildirmiş, lakin cavabdehin etirafı əsasında 4NNN manat pulun qəbul edildiyi müəyyən edilmişdir. Eyni zamanda, iddiaçı cavabdehin borcdan 6NN manat və daha sonra 2N21-ci ilin noyabr ayında 5N manat məbləğində pul qaytardığını qeyd etmişdir.

50. Göründüyü kimi, cavabdehin etirafı nəzərə alınaraq, yalnız 4NNN manat məbləğində borcun faktiki olaraq verildiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilən iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərində cavabdehin borcun müəyyən hissəsini – 6NN manat və daha sonra 5N manat olmaqla ümumilikdə 65N manat – geri qaytardığı qeyd olunmuşdur.

51. Beləliklə, məhkəmə kollegiyası cavabdeh tərəfindən etiraf edilən borc məbləği (4NNN manat) və iddiaçının təqdim etdiyi qismən qaytarma faktı (65N manat) nəzərə alınmaqla, cavabdehin icra etmədiyi borc hissəsinin 335N manat təşkil etdiyi qənaətinə gəlinmişdir.

52. Ancaq, iddiaçı apellyasiya şikayətinin dəlillərində cavabdehin 4N5N manat məbləğində borcunun qaldığını bildirmişdir. Həqiqətən də pulun tam ödənilməməsi yalnız iddiaçının subyektiv izahatı ilə öz təsdiqini tapmışdır. Halbuki, bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

54. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

55. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

56. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994cü il 19 aprel tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

57. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2NN5-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

58. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2NN4-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2NN6-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2NN6-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

62. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2NN6-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

63. İşin yuxarıda sadalanan hallarından göründüyü kimi, cavabdeh tərəfindən etiraf edilən borc məbləği (4NNN manat) və iddiaçının təqdim etdiyi qismən qaytarma faktı (65N manat) nəzərə alınmaqla, cavabdehin icra etmədiyi borc hissəsinin 335N manat təşkil edir.

64. Beləliklə, Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi - Cavabdeh 15NN (min beş yüz) manat borc və ödənilmiş 35 (otuz beş manat) manat dövlət rüsumu alınıb İddiaçı verilməsi - hissəsində dəyişdirilməli, həmin hissədə Cavabdeh 335N manat və 53,5N manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir.

65. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, 53,5N manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

66. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki qətnamədə mübahisələndirilən hissələrdə iddianın qiyməti 5NNN (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 4N2.1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 1N- 1,372.1, 382, 384.N.3, 385.2, 392, 393 və 4N2.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2N25-ci il tarixli, e-2(N3N)-68/2N25 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh 335N (üç min üç yüz əlli) manat və 53,5N (əlli üç manat əlli qəpik) manat dövlət rüsumu alınaraq, İddiaçı verilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar