Məhkəmə qərarları › İş №2(104)-964/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-964/2024

10.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-964/2024 10.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-47/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 10 iyul 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı və Cavabdeh arasında 02 dekabr 2022-ci il tarixdə kredit müqaviləsi bağlanmış və Ağcabədi regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiqlənmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən İddiaçı Cavabdeh 9800 manat məbləğində pul borc vermiş sonuncu isə xx.xx.2023-cü il tarixə borcu qaytarmağı öhdəsinə götürmüşdür.

2. “Mpay” ödəniş sistemi vasitəsilə ödənilmiş xx.xx.2023-cü il tarixli qəbzə əsasən Cavabdeh tərəfindən İddiaçı 2500 manat məbləğində pul ödənilmişdir.

3. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış HK- 1/1339 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin rədd edilməsi qərara alınmışdır. Həmin materiala əlavə edilmiş İddiaçı polis şöbəsində verdiyi izahatdan görünür ki, Cavabdeh tanıyır. Belə ki, Xocalı Soyqırımını tanıdım ictimai birliyində onunla birlikdə çalışmışdır. Belə ki, həmin şəxsi 2017-ci il tarixdən tanıyır, onların tanışlıqdandan sonra onunla ailəvi münasibətləri yaranmışdır. Belə ki, Elsevər Qəhrəman oğlu 2022-ci ilin dekabr ayında ondan 9800 manat borc pul istəmişdir. O da onunla xx.xx.2022-ci il tarixdə notarial qaydada müqavilə bağlayaraq ona 9800 manat borc pul vermişdir. Onların bağladıqları müqaviləyə əsasən ona olan borcunu xx.xx.2023-cü il tarixdə qaytarmalı idi. Ona olan borcunu qaytarmadığı üçün o xx.xx.2023-cü il tarixdə Ağdam rayonu Dördyol-2 qəsəbəsində yerləşən yaşadığı evə getmişdir. O qapını döyən zaman onun qeyri rəsmi arvadı Yeganə Məhərrəmova çölə çıxmış və ondan nə istədiyini bildirmişdir. O da Elsevərin ona olan borcunu qayramasını bildirmiş, həmin zaman o Elsevərə zəng edərək ondan borcunu qaytarmasını bildirmişdir. O da telefonu onun qeyri rəsmi arvadına verməsini bildirmişdir. O da telefonu onun arvadına verən zaman Yefganə telefonda Elsevərə bildirmişdir ki, Nərgiz gəlib borcunu istəməyə deyə bildirmiş və səs küy salmışdır. Daha sonra Yeganə digər şəxsə zəng vurmuş və o da dəqiq olaraq kimə zəng etməsini bilməmişdir. Bir qədər keçdikdən sonra Yeganənin oğlu Rəvan Elsevərə məxsus olan Traktor vasitəsini idarə edərək gəlmiş, onun yolda olduğunu görərək o traktoru yoldan çıxarmamış və traktorun onun üzərinə gəldiyini görən zaman o özünü yoldan kənara atmış və yerə yıxılmış, hadisə zamanı Traktor ona dəyməmiş, lakin o özünü kənara atdığı üçün yerə yıxılmışdır. Daha sonra oradan uzaqlaşaraq yaşadığı evə getmiş, o həmin gün heç bir tibb müəssisəsinə müraciət etməmişdir. Həmin materiala əlavə edilmiş Cavabdeh polis şöbəsində verdiyi izahatdan görünür ki, X5, X7, X9, İddiaçı və X6 tanıyır. Onlarla aralarında ədavət və düşmənçilik olmamışdır. Onun barəsində Ağdam rayonu Zəngişalı kənd sakini X3 və X8 verdikləri şikayət ərizələri ilə tanış oldu, həmin ərizədə göstərilənləri təsdiq edir. Bildirir ki, həmin faktla bağlı barəsində RPİ-nin İstintaq bölməsində cinayət işi istintaq olunur və həmin xüsusatlarla bağlı o ifadəsində bildirmişdir. Onu da qeyd edir ki, 2022-ci ilin dekabr ayının əvvəllərində o notarial qaydada borc müqaviləsi ilə 7 ay gözlədikdən sonra hissə-hissə ödəmək şərtilə İddiaçı 10000 (on min) manat borc almışdır. Həmçinin, dövlət tərəfindən ona 18800 (on səkkiz min səkkiz yüz) manat sığorta pulu verilmişdir. O 2022-ci ilin dekabr ayının 20-də 3500 manat ilkin ödəniş ödəyərək hər ay 449 manat pul ödəmək şərtilə özünə “Lovol” markalı traktor almışdır. Əlində qalan pullara isə həmin tarktor üçün müxtəlif avadanlıqlar, o cümlədən kotan, dırmıx, yemüyüdən və.s avadanlıqlar almışdır. 2023-cü ilin may ayında isə o kartlarını İddiaçı vermişdir. Belə ki, İddiaçı kartlarından həmin borcunu hissə-hissə çıxmalı idi. 7 ay İddiaçı kartlarından hər ay 1000 manat pul çıxarmışdır. Bundan başqa bildirir ki, hazırda Nərgizlə onun arasında həmin pulla bağlı məhkəmə işləri vardır və hazırda həmin iş apellyasiya məhkəməsinə verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona olan 1300 manat əsas borcun və özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla ondan faydalanmağa görə 200 (iki yüz) manat pulun, eləcə də ödədiyi dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehi tanıyır və münasibətləri normal olmuşdur. Cavabdeh ona müraciət edərək bildirmişdir ki, lizinqə traktor götürür, 10.000 manat borc pula ehtiyacı var. O, cavabdehin təklifilə razılaşıb notarial qaydada müqavilə əsasında borc verəcəyini bildirmişdir. Aralarında olan razılaşmaya uyğun olaraq notarial qaydada təsdiq edilmiş müqaviləyə əsasən 9800 manat pulu cavbdehə borc olaraq vermişdir. Bir müddət keçdikdən sonra cavabdeh ondan yenidən borca 3200 manat pul istəmiş və o da cavabdehə əlavə olaraq 3200 manat pul vermişdir. Cavabdeh müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edib, cavabdehin ona olan borcunu tələb edir.

6. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, iddia ərizəsinin xahiş edirəm hissəsinin birinci cümləsində əsas borcun texniki səhv olaraq 1300 manat qeyd olunmasını, əslində isə 13000 manat kimi qeyd edilməli olduğundan, Cavabdeh ona olan 13000 (on üç min) manat əsas borcun və özgəsinin pul vəsaitinin qanunsuz saxlamaqla ondan faydalanmağa görə 200 (iki yüz) manat pulun və ödədiyi dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-47/2024 nömrəli qətnaməsi ilə (hakim Həsən Qəniyev), iddianın qismən təmin edilməsi, Cavabdeh 7300 (yeddi min üç yüz) manat məbləğində əsas borc, həmçinin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 93,40 (doxsan üç manat qırxqəpik) manat hissəsinin pul əvəzi, cəmi 7393,40 (yeddi min üç yüz doxsan üç manat qırx qəpik) manat məbləğdə pul vəsaiti alınaraq İddiaçı verilməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 427.4, 442, 739.1, 739.2, 740.1 və 740.2-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 119.1, 77.1 və 216-220-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı X10 apellyasiya şikayəti verərək, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-47/2024 nömrəli qətnaməsininin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, cavabdeh 9800 manat pulu aldıqdan bir müddət sonra ondan borc pul istəmiş o isə e-manat ödəniş sistemi vasitəsilə cavabdehə 200 manat pulu borc olaraq göndərmişdir. Daha sonra yenidən 3000 manat pul istədikdə cavabdehə əlavə olaraq 3000 manat pul vermişdir.

11. Həmçinin, Cavabdeh apellyasiya şikayəti verərək, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-47/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, o iddiaçıdan aldığı borcu tam qaytarmışdır. Alınan borcun 5500 manatını terminal, bank və qəbz vermək yolu ilə qaytarmışdır. İddiaçı ilə aralarında qalan puldan 1500 manatı Türkiyəyə oğlu Bayrama göndərmiş, yerdə qalan 4500 manatı isə Ağdam rayonunun Quzanlı kəndində iki nəfər şahidin yanında əlbəəl vermişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasının əvvəlki iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş və izahatında bildirmişdir ki, əvvəldən tanıdığı və münasibətləri olduğu Kəlbəcər rayonunun Milli kəndinin sakini olan Cavabdeh bir gün ona müraciət edərək bildirmişdir ki, lizinqə traktor götürür, 10000 (on min) manat borc pula ehtiyacı vardır. O, cavabdehin sözünü səmimi qəbul etmiş, biraz fikirləşib ona bir cavab deyəcəyini bildirmişdir. O, cavabdehin təklifi ilə razılaşıb “ASAN xidmət”də notariat qaydasında borc verə biləcəyini demişdir. Cavabdehlə razılaşıb notariat xidmətinə gedib müqavilə bağlamışlar, cavabdehə 9800 (doqquz min səkkiz yüz) manat borc vermişdir. Borc verdiyi müqavilənin əsli ondadır. Bir müddət keçdikdən sonra cavabdehin ehtiyacı olduğuna görə 3200 (üç min iki yüz) manat cavabdehə pul vermişdir. Cavabdeh X4 verdiyi sözə əməl etməmiş, ondan aldığı borcu geri qaytarmamışdır. O, dəfələrlə cavabdehə telefonla zəng edərək, pula ehtiyacı olduğumu bildirmişəm, cavabdeh isə pulu qaytarmayacağını bildirmişdir. Cavabdeh X1 notariat qaydasında aldığı 9800 (doqquz min səkkiz yüz) manat, əlavə 3200 (üç min iki yüz) manat pulun ona qaytarılıb verilməsini istəyir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.

15. İş üzrə İddiaçı və Cavabdeh xx.xx.2024-cü il saat 11-20, xx.xx.2024-cü il saat 12- 30, xx.xx.2024-cü il saat 12-30 və xx.xx.2024-cü il saat 16-30-da məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar (iddiaçı əvvəlki məhkəmə iclasında iştirak etmişdir) heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Cavabdeh oglunun məhkəmə iclasinda iştirak etməməsi işin düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl olaraq maneçilik törətməsi kimi qiymətləndirir (MPM 120-ci maddəsi). Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.

18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keşirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni nğvlüəşyalar şəklinə borc verənə qaytarmağı öhdəsinə götürür. (əqdin bağlandığı zaman qüvvədə olan qanunvericilik)

20. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyəti şəklində pul brc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəları gözləməlidirlər. (əqdin bağlandığı zaman qüvvədə olan qanunvericilik)

21. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşmasına əsasən şifahi və ya yazılı formada bağlana bilər. (əqdin bağlandığı zaman qüvvədə olan qanunvericilik)

22. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (əqdin bağlandığı zaman qüvvədə olan qanunvericilik)

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

30. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

31. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

33. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

36. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

38. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-47/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Beləliklə, işin halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında 02 dekabr 2022-ci il tarixdə Ağcabədi regional “Asan Xidmət” mərkəzində notariat ofisində notarial qaydada təsdiqlənməklə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən, İddiaçı Cavabdeh 9800 manat məbləğində pul borc vermiş sonuncu isə xx.xx.2023-cü il tarixə borcu qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh “Mpay” ödəniş sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə aldığı borcdan İddiaçı 2500 manat məbləğində pul ödəmişdir.

41. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsi bağlanmışdır. Cavabdeh isə iddiaçıdan 9800 manat manat məbləğində borc pul aldığını bildirmişdir. Cavabdeh daha sonra aldığı borcdan 2500 manat hissəsini iddiaçıya geri qaytarmışdır.

42. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflərin arasında yaranmış mübahisə, borc münasibətləri üzrə yaranmışdır. Ona görə də işin hallarına borc müqaviləsi ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıdakı müddəaları əsasında həll olunmalıdır.

43. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

44. Mülki Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

45. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

46. Mülki Məcəllənin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keşirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni nğvlüəşyalar şəklinə borc verənə qaytarmağı öhdəsinə götürür. (əqdin bağlandığı zaman qüvvədə olan qanunvericilik)

47. Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyəti şəklində pul brc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəları gözləməlidirlər. (əqdin bağlandığı zaman qüvvədə olan qanunvericilik)

48. Mülki Məcəllənin 740.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsi tərəflərin razılaşmasına əsasən şifahi və ya yazılı formada bağlana bilər. (əqdin bağlandığı zaman qüvvədə olan qanunvericilik)

49. Mülki Məcəllənin 740.2-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (əqdin bağlandığı zaman qüvvədə olan qanunvericilik)

50. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslıdır.

51. Çünki, iş materiallarında olan araşdırma zamanı İddiaçı ilə Cavabdeh arasında 02 dekabr 2022-ci il tarixdə Ağcabədi regional “Asan Xidmət” mərkəzində notariat ofisində notarial qaydada təsdiqlənməklə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən İddiaçı Cavabdeh 9800 manat məbləğində pul borc vermiş sonuncu isə xx.xx.2023-cü il tarixə borcu qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh “Mpay” ödəniş sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə aldığı borcdan İddiaçı 2500 manat məbləğində pul ödəmişdir.

52. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).

53. Azərbaycan Respublikası MPM-in 76, 80, 81, 88 və 95-ci maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların qanuniliyi (qanunvericilik baxımından sübut kimi qəbul olunmasının yolverilənliyi), aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir.

54. Həmçinin, göründüyü kimi, işin qeyd olunan halı kredit müqaviləsi cavabdeh tərəfindən, “Mpay” ödəniş sistemi vasitəsilə ödənilmiş 2500 manat pul məbləği isə iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

55. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə, bu normaların tələbinə uyğundur.

56. Həmçinin məhkəmə kollegiyası göstərir ki, cavabdehin aldığı borcun tam geri qaytarması və buna görə də heç bir borcunun olmaması barədə göstərdikləri əsassızdır. Çünki, cavabdeh tərəfində qeyd etdikləri yalnız formal mülahizələrə söykənir və hər hansı sübutla təsdiq edilmir. Halbuki, həmin halları sübut etmə öhdəliyi Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən cavabdehin üzərinə düşür. Çünki, həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

58. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

59. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

60. Eyni zamanda, iddiaçı tərəf də cavabdehin ona 7.300 manat məbləğində borcunun olması barədə hər hansı mötəbər sübutlarını məhkəmələrə təqdim edə bilməmişdir. Çünki, yuxarıda qeyd edildiyi kimi, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

61. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

62. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

65. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

66. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

67. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

68. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-47/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar