Məhkəmə qərarları › İş №2(104)-965/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-965/2023

18.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-965/2023 18.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(030)-554/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək, birgə nikahlarında 26 noyabr 2012-ci ildə anadan olmuş X1 üçün hər ay Cavabdeh 193 manat sabit pul məbləğində aliment və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(030)-554/2022 saylı qətnaməsi ilə (hakim M.Mustafayev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayaraq İddiaçı apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Daşkəsən Rayon Məhkəməsi (hakim Azad Əliyev) tərəfindən Azərbaycan Respublikası adından 12 yanvar 2022-ci il tarixli, 2(030)-01/2022 saylı qətnamə ilə, Bəxtiyarova (Qurbanova) Yeganə Rizvan qızı ilə İddiaçı aralarında olan nikah pozulmuş, birgə nikahdan doğulmuşlar: 1) 26 noyabr 2012-ci il təvəllüdlü X10 atası İddiaçı yanında saxlanılması, 2) 08 iyul 2014 cü il təvəllüdlü X15 anası X3 yanında saxlanılması və bir uşağa görə hər ay sabit pul məbləğində 140 AZN manat tələbkar X8 ödənilməsi qət edilmişdir. O bir nümunəvi valideyin olaraq, uşaqlarının tərbiyəsində, sağlam ruhda böyümələrində çalışqanlıq edir. Onların boşanmaqları barədə uşaqlar heç bir travma hiss etməməlidirlər. Bu səbəbdən də növbəlik işindən çıxan kimi Gəncə şəhərinə gələrək, körpə ilə görüşüb onunla ünsiyyətdə olmağa çalışır, yuxarıda qeyd etdiyi kimi cavabdeh tərəfindən isə onun bu cür kompramis addımları laqeydliklə qarşılanır. Mülki iş materiallarında olan: “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 26 noyabr 2012-ci ildə Göygöl şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası X6r. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 26 dekabr 2012-ci il tarixdə 391 nömrə ilə qeyd edilmişdir. Daşkəsən Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli 2(030)-01/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı X9 ilə İddiaçı arasında bağlanmış, 03 avqust 2012-ci il tarixdə Daşkəsən rayon Qeydiyyat şöbəsində 73 saylı akt qeydi ilə qeydə alınmış nikah pozulmuş, nikahın pozulması haqqında akt qeydi aparılarkən X7 nikahdan əvvəlki “Qurbanova” soyadını bərpa etmək hüququnun olması izah edilmiş, tərəflərin birgə nikahından - 26 noyabr 2012-ci ildə anadan olmuş X10 cavabdeh İddiaçı, 08 iyul 2014-cü ildə anadan olmuş X15 iddiaçı X4 yanında saxlanılmış, 08 iyul 2014-cü ildə anadan olmuş X11 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 12 yanvar 2022-ci il tarixdən başlayaraq hesablanmaqla hər ay cavabdeh İddiaçı 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X7 ödənilməsi, qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, ölkə üzrə 2022-ci il üçün uşaqların saxlanılmasına görə minimum yaşayış həddi 193 manat təyin edilmişdir, məhkəmə bunu nəzərə almamışdır. Cavabdehin əmək qabiliyyətli olması, yanında qalan övladlarının yetərincə böyük yaşlarda olmasını, cavabdehin gəlirini qazancını sübut edən faktlar, eləcədə kifayət qədər sübutlar məhkəməyə təqdim edilmişdir. Lakin, məhkəmə bunlara hüquqi qiymət verməmişdir. İşdə iştirak edən şəxslərin apelyasiya məhkəməsində verdiyi izahatlar İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında bildirdi ki, cavabdehlə birgə nikahlarından iki övladları var. Uşaqlardan Mustafa adlı oğlanları onun, digər Əli adlı uşaqları isə anasının himayəsində saxlanılmışdır. O, Əlinin saxlanılması üçün cavabdehə 140 manat aliment ödəyir. Lakin cavabdehində vəzifəsidir ki, onun yanında saxlanılan Mustafanın ehtiyaclarını təmin etmək üçün köməklik etsin. O, "xxxx" ASC-də işləyir 720 manat əmək haqqı alır. Həmin məbləğdən alimentini ödəyir, yerdə qalan məbləği isə ailənin xərclərinə xərcləyir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş edir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək izahatında bildirdi ki, o, mağazada gündəlik 10 manat qarşılığında satıcı işləyir. Hazırda isə qalmağa yeri yoxdur və himayəsində olan uşaqla birlikdə çətinliklə dolanır. Ona görə də, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslılığı tam yoxlanmalıdır Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər xx.xx.2012-ci il tarixdə rəsmi olaraq ailə qurub evlənmiş, birgə nikahlarından xx.xx.2012-ci il tarixdə Mustafa adlı və xx.xx.2014-cü il tarixdə Əli adlı uşaqları doğulmuşdur. Ailədaxili münaqişələrə görə ayrılmışlar və hazırda faktik olaraq ayrı yaşayırlar. Daşkəsən Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli 2(030)-01/2022 saylı qətnaməsi ilə, iddiaçı X9 ilə İddiaçı arasında bağlanmış, 03 avqust 2012-ci il tarixdə Daşkəsən rayon Qeydiyyat şöbəsində 73 saylı akt qeydi ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahından - 26 noyabr 2012-ci ildə anadan olmuş X10 cavabdeh İddiaçı, 08 iyul 2014-cü ildə anadan olmuş X15 iddiaçı X4 yanında saxlanılmış, 08 iyul 2014-cü ildə anadan olmuş X11 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 12 yanvar 2022-ci il tarixdən başlayaraq hesablanmaqla hər ay cavabdeh İddiaçı 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı birgə nikahlarından olan digər uşağı 26 noyabr 2012-ci ildə anadan olmuş Mustafanın saxlanılmasında çətinlik çəkdiyindən cavabdehdən hər ay onun saxlanılması üçün 193 manat aliment ödənilməsi tələbi ilə iddia qaldırmışdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır. 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir. 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən tələblər gözləməklə iddia rədd edilərkən, istər azyaşlı uşaqların hüquq və mənafeyi, istərsə də valideynlərin hüquq və mənafeləri gözlənilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri ilə mübahisələndirilən münasibətlər, uşaqların saxlanması üçün aliment öhdəlikləri ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. Birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh az təminatlı olmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməməsinə görə iddianı rədd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə görə, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. İddiaçı şikayətinin dəlili olaraq uşağın saxlanılmasının hər iki valdeyinin borcu olduğunu göstərmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, tərəflərin hər biri ilə uşaq qalmışdır və belə olan halda, qanunvericiliyin tələbi ondan ibarətdir ki, yalnız bir valideyndən az təminatlı digər valideynin xeyrinə aliment tutula bilər. İddiaçı cavabdehin maddi cəhətdən imkanının yaxşı olduğuna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə, iş materialları ilə müəyyən edilir ki, Daşkəsən Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli 2(030)-01/2022 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından - 26 noyabr 2012-ci ildə anadan olmuş X10 cavabdeh İddiaçı, 08 iyul 2014-cü ildə anadan olmuş X2 Yegane Rizvan qızının yanında saxlanılması, 08 iyul 2014-cü ildə anadan olmuş X11 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 12 yanvar 2022-ci il tarixdən başlayaraq hesablanmaqla hər ay cavabdeh İddiaçı 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir. Bu da onu göstərir ki, Cavabdeh maddi imkanı zəif olduğundan az təminatlı valideyn kimi onun xeyrinə İddiaçı aliment tutulmuşdur. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun 27 yanvar 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki: “...Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrıayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Beləliklə, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər...” Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları həmin hissədə düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(030)-554/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə qətnamənin mübahisələndirlən hissəsində iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392 və 402.1, maddələrini rəhbər tutaraq, Qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(030)-554/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar