Məhkəmə qərarları › İş №2(104)-967/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-967/2025

28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-967/2025 28.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X3 ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli 2(066)-495/2025 nömrəli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, X2 vərəsəsi Cavabdeh 04 oktyabr 2021-ci il tarixli BPM**********15 nömrəli kredit müqaviləsinə əsasən 4389,49 manat əsas və 29,19 manat faiz olmaqla cəmi 4418,68 manat kredit borcunun, ödənilmiş 64,19 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli 2(066)-495/2025 nömrəli (hakim R.Mustafayev) qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı "xxxx" ASC şikayət verərərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2(066)-495/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Beləki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1. maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 259.0.12. maddəsinə əsasən məhkəmə ərizə bu Məcəllənin 149cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 263.1. maddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. Həmin Məcəllənin 263.2. maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. Həmin Məcəllənin 267-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 269-cu maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Yuxarıda da qeyd olunduğu kimi "xxxx" ASC ilə X5 arasında 04 oktyabr 2021-ci il tarixli BPM**********15 nömrəli kredit müqaviləsi bağlanmış və sonuncuya 4600 manat kredit verilmişdir. X6 15 yanvar 2022-ci il tarixdə vəfat etmişdir. Vəkil sorğusuna cavabda 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzinində fəaliyyət göstərən notariat ofisinin məktubunda qeyd olunmuşdur ki, X1 miras qalmış əmlaka dair vərəsəlik işi açılmış və arvadı Cavabdeh vərəsəliyi qəbul etmişdir, lakin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almamışdır. Ona görədə "xxxx" ASC Cavabdeh qarşı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iddianı icraata qəbul etsədə, lakin sonradan ərizəsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12. maddəsinə əsasən baxılmamış saxlamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmırvə bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin baxılmamış saxlanılmasının əsası kimi qərardadda göstərmişdir ki, borcalan mərhum X2 miras əmlakının olması, vərəsələrinin dairəsi, qanun və ya vəsiyyət üzrə vərəsələrin hansı hissədə pay almaları, eləcədə vərəsəlik haqqında şəhadətnamə alınması ilə bağlı sübutlar yoxdur, ona görə də iddia ərizəsini baxılmamış saxlamışdır. Kollegiya bu əsaslarla iddia ərizəsinin baxılmamış saxlanılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisinin vəkil sorğusuna cavabında qeyd edilmişdir ki, X2 miras qalmış əmlakna dair vərəsəlik işi açılmış və arvadı Cavabdeh vərəsəliyi qəbul etmiş, lakin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almamışdır. Göründüyü kimi, X4 miras qalması və həmin mirası birinci növbə vərəsəsi Cavabdeh qəbul etməsi 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisinin sorğuya cavab məktubundan açıqaşkar müəyyəndir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Eləcədə həmin Məcəllənin 1267-ci maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadında əsaslandırılan hallar, iddia ərizəsinin baxılmamış saxlanılması üçün deyil, əslində iddianın təmin olunmaması üçün əsas ola bilərdi. Ona görə də kollegiya hesab edir ki, şikayət təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli 2(066)-495/2025 nömrəli qərardadı ləğv edilməli, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iş mahiyyəti üzrə baxılması üçün Göygöl Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 395-398, 399 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli 2(066)-495/2025 nömrəli qərardadı ləğv edilsin. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair işə mahiyyəti üzrə baxılması üçün Göygöl Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar