Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-969/2025 18.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit borcunun tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 2(066)-58/2025 nömrəli qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayətinə 18 avqust 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 21 aprel 2021-ci il tarixli ərizəyə əsasən Əliyev Fazil Ağasəməd oğlu İddiaçı QSCnə 24 ay müddətinə illik 18 (on səkkiz) faiz ödəmək şərtilə 7000 (yeddi min) manat krediti sifariş vermişdir və bu tərəfər arasında imzalanaraq rəsmiləşdirilmişdir.
2. 09 aprel 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Əliyev Fazil Ağasəməd oğlunun 21 aprel 2021-ci il tarixli, 006A********** saylı kredit müqaviləsinə əsasən 5483,97 manat əsas, 1800,36 manat faiz, 1657,02 manat cərimə, cəmi 8941,35 manat borcu yaranmışdır.
3. Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 211949 nömrəli, xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Fazil Ağasəməd oğlu 03 noyabr 2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin noyabr ayının 03-cü günündə 1017 nömrə ilə qeyd edilmişdir.
4. 1 saylı Gəncə regional Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 443394 nömrəli, 25 oktyabr 2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 21 oktyabr 2024-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2024-cü ilin oktyabr ayının 25-ci günündə 805 nömrə ilə qeyd edilmişdir.
5. 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 23 may 2023cü il tarixli, 1417 nömrəli məktubundan görünür ki, 03 noyabr 2021- ci il tarixdə ölmüş Əliyev Fazil Ağasəməd oğlunun ölümü ilə bağlı Göygöl rayonu, Fizuli qəsəbəsi ünvanında qeydiyyatda olan oğlu-Cavabdeh1 06 yanvar 2022-ci il tarixli ərizəsinə əsasən 1 saylı Gəncə regional ASAN xidmət mərkəzində notariaat ofisində vərəsəlik işi açılmışdır və 09 avqust 2022-ci il tarixdə reyestrdə 2V-818, 819, 820 və 821 nömrə ilə qeyd olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir.
6. 09 avqust 2022-ci il tarixli, 2V-818, 2V-819, 2V-820 və 2V-821 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin sürətlərindən görünür ki, 03 noyabr 2021-ci il tarixdə vəfat etmiş Əliyev Fazil Ağasəməd oğlunun vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 hər biri miras əmlakdan ¼ hissədə irs almalıdır. Şəhadətnamə verilən miras “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidmət vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət döbründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci i 23 dekabr tarixli 1513 nömrəli Fərmanına uyğun ödəniləcək vəsaiti almaq hüququndan ibarətdir.
7. 11 iyul 2023-cü il tarixli, 2V-702 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin sürətindən görünür ki, 03 noyabr 2021-ci il tarixdə vəfat etmiş Əliyev Fazil Ağasəməd oğlunun vərəsəsi olan oğlu Cavabdeh1 və o miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi **********9 olan məktubuna əsasən miras qoyan- Əliyev Fazil Ağasəməd oğlunun adına qalmış 694.48 manat pul vəsaitindən ibarətdir.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş 24 sentyabr 2024-cü il tarixli, 3-17-1/2-2-230158/2024 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanına (bundan sonra - Fərman) əsasən 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanları eməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmə verilir. Fərmana əsasən mərhum Əliyev Fazil Ağasəməd oğlunun Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlilliyinə uyğun olaraq 6600 manat məbləğdə birdəfəlik ödəmə proaktiv qaydada icra edilmişdir. Məlum olduğu kimi təyinat aparılmış, lakin vəfat etmiş şəxslərə münasibətdə birdəfəlik ödəmə məbləği Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən vərəsəlik hüququ təyin olunmuş müharibə əlilinin vərəsəsinə (vərəsələrinə) köçürülür. Ədliyyə Nazirliyi tərəfindən təyin edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd edilmiş pay bölgüsünə əsasən sizə təyin edilmiş 1650 manat 2022-ci il 26 avqust tarixində və vərəsə Cavabdeh2 təyin edilmiş 1650 manat məbləğində birdəfəlik ödəmə 2023-cü il 13 yanvar tarixində etibarnamə əsasında adına köçürülmüşdür.
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Əliyev Fazil Ağasəməd oğlunun adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.
10. 13 yanvar 2022-ci il tarixli və xx.xx.20210-ci il tarixli ərizələrdən görünür ki, Cavabdeh4 və Cavabdeh3 xx.xx.2021-ci il tarixdə vəfat etmiş Əliyev Fazil Ağasəməd oğlundan ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq ona məxsus olan bütün miras əmlakdan onlara çatası miras payı qəbul etməkdən imtina etmişlər.
11. 26 noyabr 2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası Əliyev Fazil Ağasəməd oğlundan ölümündən sonra, bütün əsaslarla ona çatan miras payından, miras qoyanın oğlu Cavabdeh1 xeyrinə imtina etmişdir.
12. Göygöl Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(066)-31/2023 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, İddiaçı QSC ilə cavabdeh Əliyev Fazil Ağasəməd oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 006A********** saylı kredit müqaviləsinin (ərizəsi) ləğv edilməsi, Cavabdeh1, X3 və Cavabdeh3 5483,97 manat əsas, 449,65 manat faiz, 5 manat cərimə borcu olmaqla, cəmi 5938,62 (beş min doqquz yüz otuz səkkiz manat altmış iki qəpik) manat kredit borcu və ödənilmiş dövlət rüsumunun 79.39 manatı tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 noyabr 2023-cü il tarixli, 2(104)-2483/2023 saylı qərardadından görünür ki, Göygöl Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(066)-31/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Göygöl Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(066)-31/2023 saylı qətnaməsi ləğv edilməsi və iş üzrə qərardad çıxarılması, iddia ərizəsisinin baxılmamış saxlanılması və apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
14. Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş 04 iyil 2025-ci il tarixli, № 1499 nömrəli arayışdan görünür ki, Cavabdeh1 ailə üzvləi ilə birlikdə Göygöl şəhəri Qızılqaya (keçmiş Fizuli) qəsəbəsində yaşadığı ünvan dövlət mənzilidir və Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. Cavabdeh1 yaşadığı mənzil 29 iyun 2007-ci il tarixdə 19 nömrəli orderə əsasən kirayəçi kimi mərhum Əliyev Fazil Ağasəməd oğluna verilmişdir.
15. 09 aprel 2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli xəbərdarlıqlardan görünür ki, cavabdehlərə borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada "xxxx" QSC-nin хеyrinə 006A********** saylı krеdit razılaşması üzrə 5483.97 manat krеdit bоrcu, 1800.36 manat faiz bоrcu və 1657.02 manat cərimə borcu olmaqla, cəmi 8941 manat 35 qəpik borcun və dövlət rüsumuna görə ödənilmiş 109.40 manatın tutulması tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir..
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əliyev Fazil Ağasəməd oğlu İddiaçı QSC ilə bağladığı 09 sentyabr 2020-ci il tarixli ərizəyə əsasən, bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumişərtləri”, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 (yeddimin) manat kredit götürmüşdür. O, dəfələrlə ödənişləri yubatmış, 23 noyabr 2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Götürdüyü kredit bоrcundan 1516.03 manat ödəniş etmiş, 5483.97 manat kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11- cımaddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, Əliyev Fazil Ağasəməd oğlu kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 09 aprel 2024-ci il tarixə 868 gün üçün hesablanmış faiz borcu 1800.36 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdiriln gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. 09 aprel 2024-cü il tarixə 868 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1657.02 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Əliyev Fazil Ağasəməd oğlu vəfat etmiş, onun vərəsələrinin müəyyən edilməsi üçün dövlət orqanlarına sorğular verilmişdir. Sorğulara cavab olaraq məhrumun ölümü ilə bağlı vərəsəlik işinin açıldığı və Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi bildirilmişdir. Mülki Məcəllənin tələblərinə görə kreditin qaytarılması öhdəliyi şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak vəzifələri, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən vəzifələr sırasına aid edilmir. Məlumat üçün bildirirlər ki, iddiaçı AccessBank QSC tərəfindən cavabdeh Əliyev Fazil Ağasəməd oğluna qarşı kredit borcunun tutulması tələbinə dair iddia qaldırılmış, məhkəmə icraatı dövründə borcunun vəfat etməsi müəyyən edildiyindən icraat dayandırılaraq onun hüquqi varisləri müəyyən edilmişdir. Göygöl Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli 2(066)-31/2023 saylı qətnaməsi ilə hüquqi varislərə qarşı iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2(104)- 2483/2023 saylı qərardadı ilə borclunun apellyasiya şikayəti təmin edilərək Göygöl Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli 2(066)-31/2023 saylı qətnaməsi ləğv edilmiş və iddia ərizəsi baxılmamış saxlanmışdır. Əliyev Fazil Ağasəməd oğlunun ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsəsinə və zaminlərə qarşı tələb hüququ yaranması üçün əsasdır.
18. Göygöl Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli 2(066)-58/2025 nömrəli qətnaməsi ilə (hakim R.Mustafayev) İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair iddiasının rədd edilməsi; Məhkəmə xərcləri iddiaçıya aid edilməsi qət edilmişdir.
19. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 739.1, 741, 1133.1, 1133.2, 1151.1, 1306.1, 1309, 1312-ci maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4, 218.3, 216-220, 357, 360 maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
20. İddiaçı QSCqətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, miras (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Göründüyü kimi, miras əmlaka vəfat edən yalnız aktivi (hüquqlar) deyil, həmçinin passivi (öhdəlikləri) də daxildir. Bununla yanaşı, məlum olduğu kimi, qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyriformal üsulları müəyyən edilmişdir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsinin qəbul edilməsinin formal üsuludur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “AsanXidmət” Mərkəzində Notariat Ofisinin 23 may 2023-cü il tarixli, 1417 nömrəli məktubundan görünür ki, 03 noyabr 2021-ci il tarixdə vəfat etmiş – Əliyev Fazil Ağasəməd oğlunun adına 06 yanvar 2022-ci il tarixində vərəsəlik işi açılmışdır. Onun vərəsələri atası Cavabdeh4moğlu, övladları Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3dır. Onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 23 aprel 2014-cü il tarixdə “NAZ LİFAN” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********6 nömrəli sərəncamı əsasında onun adından qeydiyyatdan çıxarılaraq Cavabdeh1 adına rəsmiləşdirilmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, Əliyev Fazil Ağasəməd oğluna müharibə iştirakçısı olduğu üçün dövlət tərəfindən mənzil verilmiş və mənzil hazırda cavabdehlərin istifadəsindədir. Eləcədə kredit götürən şəxsin adına 23 aprel 2014-cü il tarixdə “NAZ LİFAN” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmışdır. Fazil Əliyevin ölümündən sonra, yəni, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********6 nömrəli sərəncamı əsasında onun adından qeydiyyatdan çıxarılaraq Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
24. Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, mənzil atasına orderlə verilmiş və dövlətin mülkiyyətindədir. Hazırda həmin mənzildə yaşayır. “NAZ LİFAN” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil isə istifadə etmək üçün atasına verilmişdir. Atasının ölümündən təxminən dörd ay sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin razılığı ilə onun mülkiyyətinə keçmişdir. Eləcədə atasının ölümü ilə əlaqədar 6650 manat sğorta pulu verilmişdir. Digər vərəsələr vərəsəlikdən imtina etsədə, lakin sonradan ərizə verərək həmin məbləğə paylarını tələb etmişlər. Ona görədəhəmin məbləğ 4 vərəsə arasında bərabər bölüşdürülmüşdür. Atasından heç bir əmlak miras qalmamışdır.
25. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Maddə 443 Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
29. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
30. Maddə 448.1. Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
31. Maddə 449. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
32. Maddə 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.
33. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
34. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
40. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
41. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
45. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, Əliyev Fazil Ağasəməd oğlu İddiaçı QSC ilə bağladığı 09 sentyabr 2020-ci il tarixli ərizəyə əsasən bankın internet səhifəsində yerləşdirilmiş “Bank xidmətinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz ərizəsi ilə təsdiq edtmiş, həmin ərizəyə əsasən ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə bankdan 7000 manat kredit götürmüşdür. Borcalan götürdüyü kreditin qaytarılmasını şərtləndirilmiş qaydada təmin etmədiyindən kreditora 5483,97 manat əsas, 1800,36 manat faiz, 1657,02 manat cərimə, cəmi 8941,35 manat borcu yaranmışdır. Əliyev Fazil Ağasəməd oğlu 21 oktyabr 2024-cü ildə öldüyündən kreditor ölmüş şəxsin vərəsələrinə qarşı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı rədd etmişdir.
46. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.
47. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1. maddəsiə görə, ömüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1. baddəsində isə qeyd olunmuşdur ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
48. Qeyd olunan Məcəllənin 1306.1. maddəsinə görə, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
49. Nəzərə almaq lazımdır ki, öhdəlik hüquq münasibətləri əmlak xarakterlidir və səlahiyyətli şəxsin mənafeyi bilavasitə borclu şəxsin üzərinə düşən vəzifələri yerinə yetirməsi ilə təmin olunur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür.
50. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.
51. Qeyd olunan Qərarda Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar.
52. İş üzrə cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 03 noyabr 2021-ci ildə olmüş ataları Əliyev Fazil Ağasəməd oğlunun ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq atalarından miras qalmış əmlakdan imtina etmələri barədə ərizə versələrdə, lakin sorğu əsasında alınmış notariat işindəki ərizələrdən müəyyən olunmuşdur ki, sonuncular ilkin olaraq mirasdan imtina barədə ərizə versələrdə, sonradan mirasın qəbulu barədə ərizə vermişlər. Kollegiya sonuncuların bu davranışını özlüyündə mirasdan imtina barədə ərizənin geri götürməsi kimi qiymətləndirir.
53. Mülki Məcəllənin 1307-ci maddəsində göstərilir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.
54. Hazırkı iş üzrə cavabdehlər ataları X2 ölümündən sonra ondan miras qalmadığını iddia etsələrdə, lakin bunun təsdiqi olaraq miras siyahısını məhkəməyə təqdim etməmişlər. Eləcədə kollegiya qeyd etməyi zəruri hesab edir ki, miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmə vəzifəsidə vərəsənin üzərinə düşür.
55. Yuxarıda da qeyd olunduğu kimi kreditor cavabdehlərdən 5483.97 manat əsas, 1800.36 manat faiz bоrcu, eləcədə 1657,02 manat cərimə tələb edir.
56. Əsas və faiz borca münasibətdə kollegiya iddia tələbini əsaslı sayır. Belə ki, borcalanın öldüyü günə müqavilə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməməsi işdə olan sənədlərlə tam sübuta yetirilir. Hesablanmış 1657,02 manat cəriməni isə kollegiya tənasübsüz surətdə yüksək hesab edir.
57. Mülki Məcəllənin 465.2. maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
58. Həmin Məcəllənin 467-ci maddəsində qeyd olunur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
59. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
60. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli 2(066)-58/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, İddiaçı QSCnin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair iddiası qismən təmin olunmalı, cavabdеhlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada "xxxx" QSC-nin хеyrinə 5483.97 manat əsas, 1800.36 manat faiz və 50 manat cərimə, cəmi 7334,33 manat kredit borcu, eləcədə ödənilmiş dövlət rüsümunun əvəzi qismində 109,40 manat alınaraq İddiaçı QSC-nə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli 2(066)-58/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh1, Cavabdeh3, və Cavabdeh2 müştərək qaydada "xxxx" QSC-nin хеyrinə 5483.97 manat əsas, 1800.36 manat faiz və 50 manat cərimə olmaqla, cəmi 7334,33 manat tutularaq İddiaçı QSC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.