Məhkəmə qərarları › İş №2(104)-993/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-993/2025

14.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-993/2025 14.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X4 qarşı iş üzrə Açar sözlər: maddi ziyanın ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı və cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-993/2025 nömrəli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinə 14 may 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 29.07.2021-ci il tarixli, **********15-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir.

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2024-cü il tarixi, 3-13-57-3/2-B-25xx/xx/2024 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı Natiq Atakişiyevin çirkab sularını axıdaraq evinə maddi ziyan vurması ilə bağlı müraciəti üzrə aidiyyatı məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.

3. 18.08.2012-ci il tarixli, RX seriya ******* nömrəli, **********14-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X3 xüsusi mülkiyyətindədir.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/4771 nömrəli rəyindən görünür ki, X3 istifadəsində olan hamam və ayaqyolu tikilisinin İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Cavadxan küçəsində yerləşən 125A saylı fərdi yaşayış evinin yaşayış otağının arxa divarına bitişik vəziyyətdə inşa edildiyini, eləcə də, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yaşayış otağının arxa divarlarında qüsurlar əmələ gəldiyini nəzərə alaraq, həmin tikililərə su sızmasının cavabdehin istifadəsində olan hamam və ayaqyolu tikililərindən olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, X3 mülkiyyətində olan mənzilin çirkai sularının axıdılması üçün başqa texniki imkanların olub-olmamasının müəyyən edilməsi, “tikinti-texniki obyektlərinin tədqiqi” ixtisası üzrə ekspertin səlahiyyətlərinə aid olmadığından, qərardadda qoyulmuş ikinci sualın ikinci hissəsi və qərardadın üçün sualı üzrə tədqiqat aparılmadı. Gəncə şəhəri, Cavadxan küçəsində yerləşən 125A saylı fərdi yaşayış evində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 821 manat məbləğində müəyyən olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh X2 evinə vurduğu zərərə görə 6750 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 82 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X5 ilə barı qonşusudur. Yaşadıqları ev 1 otaqdan ibarətdir, özü də xüsusi mülkiyyətindədir. Evlərinin divarı birdir. Daha dəqiq desək, onun evinin hamam-tualet olan hissəsi onun mülkiyyətində olan divara dirənmişdir. 3 ildir ki, cavabdeh evinin hər iki mərtəbəsində olan hamam tualetində yaranan çirkab və nəmişlik vasitəsilə evini uçurduğuna görə ziyanlar çəkmişdir. Qonşu olduqları üçün münasibəti pozmamaq naminə dözmüş, evini öz vəsaitim hesabına təmir etmişdir. Lakin o, hamamları vasitəsilə evinin divarlarını təkrar və təkrar dağıtmış, demək olar ki, evini uçurmuşdur. O divarlarımın və tavanının bərpasına 3000 manat xərcləyəndən sonra cavabdeh təkrarən su və çirkabla evimə ziyan vurmuş, nəticədə son dəfə təmir işləri aparıb, 1750 manat ziyan çəkmiş, yənə də dözmüşdür. Bu yaxınlarda Natiq Atakişiyev yenicə təmir etdiyi divar və tavanı çirkaba batırdığından evinin təmiri üçün azı 2000 manat xərcləməlidir. Cavabdeh ona vurduğu zərəri könüllü ödəmək istəmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin evinin son təmirinə kimi ona vurduğu ziyan 4750 manat təşkil edirdi. Nəzərə alınsa ki, evin yeni təmir üçün azı 2000 manat xərcləməlidir, onda tələbimin cəmi 6750 (3000+1750+2000) manat təşkil edir. O evinin son dəfə düşmüş vəziyyətini göstərmək üçün ərizəsinə sübut kimi həm bir neçə fotoşəkil, həm də cavabdehin polisə verdiyi izahatın bir hissəsini əlavə edir. Fotoşəkillər evinin hansı dəhşətli vəziyyətə salınmasını sübut edir.

7. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-993/2025 nömrəli qətnaməsi (hakim Camal Quliyev) ilə, iddianın qismən təmin edilməsi, X2 vurulmuş maddi zərərin əvəzi qismində 821 (səkkiz yüz iyirmi bir) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 30 (otuz) manat, cəmi 851 (səkkiz yüz əlli bir) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilməsi, X2 məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, İddiaçı iddiası qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 752.1, 759.1, 759.2, 763.1, 763.2, 772.1, 774,775, 1096.1 və 1097.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 101.3, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh X5 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-993/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə iş üzrə qаnunlа nəzərdə tutulаn qаydаdа аrаşdırmа аpаrmаdаn iddiаçının uydurmаsınа və Аzərbаycаn Rеspubliкаsı Ədliyyə Nаzirliyi Məhkəmə Еkspеrtizа Mərкəzinin İsа Еyvаzzаdə аdındа еkspеrtinin məsələni аrаşdırmаdаn uydurduğu xx.xx.2024-cü il tаriхli 10/4771 №-li yаnlış rəyinə əsаslаnаn nəticəyə gələrək, yəni iddiаnı qismən təmin еtmişdir. Hаlbuki qеyd еtdiyi kimi həmin ərаzidən ötən kаnаlizаsiyа хətti хаrаb оlduğundаn о yеrdəki bütün еvlərə, о cümlədən onun еvinə kаnаlizаsiyаdаn su sızır. Еkspеrt İsа Еyvаzzаdə rəyi gözəyаrı vеrmişdir. Оnun nə vеcinə?! 50 mаnаtа yеr qаzdırıb, dаstаn аçаsı dеyil, оnun üçün аltdа kimin qаlmаsının fərqi yохdur. Əgər, o iddiаçıyа qаrşı еyni iddiаnı qаldırsаydı, bеlə bir rəyi о, onun хеyrinə vеrəcəkdi. Çıхış müsbət rəydədir. “Bilmirəm”-dеyə bilməz. Pullu еkspеrtizа оnа həvаlə еdilmişsə, dеməli, mütləq günаh kеçisi ахtаrmаlıdır, əks hаldа оnu yаrаrsız işçi kimi vəziffəsindən məhrum еdərlər. Еkspеrtizа rəyi yа еlmi, yа prаktiki, yа dа еlmiprаktiki оlmаlı, əyаni sübutlаr üzərində qurulmаlı, bаşlıcаsı, kоnkrеt fаktlаrlа əsаslаndırılmаlıdır. İsа Еyvаzzаdənin rəyi bu kritеriyə cаvаb vеrmir. İddiаçının еvinin məhz onun еvinə görə su çəkməsi rəydən аydın dеyil.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X5 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, yаşаdıqları küçədə yаlnız iddiаçının еvi yох, bir çох еvlər nəm çəkir. Bu hаl аpеllyаsiyа şikаyətinə əlаvə еtdiyi fоtоşəkillərdən аydın görünür. Еvlərə nəm sızmаsının səbəbi küçədəki 50-60 il bundаn əvvəl çəkilən kаnаlizаsiyа bоrulаrın tаmаmilə köhnəlməsi, аrаlаrındаn çirkаb sızmаlаrıdır. О sızmаlаr аybаlаsı mаtеriаlı ilə tiкilmiş еvlərə dаhа tеz çаtır. Zülеyха Bəhrəmzаdənin еvi аybаlаsındаdır, özü də zirzəmisi vаr. Bu hаllаr sızmаnın оnun еvinə dаhа tеz çаtmаsınа səbəb оlur. Qеyd еdir ki, Z.Bəhrəmzаdə həmin еvi 2-3 il bundаn əvvəl аlmışdı. Аlаndа dа həmin vəziyyətdə idi. Nəm çəkdiyi üçün о, еvinin zirzəmisini tоrpаqlа dоldurmаğı plаnlаşdırmışdı, lаkin sоnrаlаr fikrindən yаyınmışdır. Fоtоşəkillərdən görünür ki, onun еvi də eyni vəziyyətdədir. Çirkаb su onların qаbаqlarındа оlаn qоnşunun zirzəmisinə dоlmuşdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

17. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

19. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.

20. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

27. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

30. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

31. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

34. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, cavabdeh qətnamənin ləğvini xahiş etsə də, şikayətin dəlillərindən görünür ki, yalnız iddianın təmin edilmiş hissəsini mübahisələndirir. İddianın təmin edilməmiş hissəsi onun mənafeyinə toxunmur. Ona görə də qətnamənin əsaslılığı yalnız həmin hissə üzrə yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

36. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-993/2025 nömrəli qətnaməsi mübahisələndirilən iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

38. Beləliklə, işin halları ondan ibarətdir ki, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən 125A nömrəli fərdi yaşayış evi İddiaçı və Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən 125B nömrəli fərdi yaşayış evi isə cavabdeh X3 xüsusi mülkiyyətindədir. İddiaçı məxsus fərdi yaşayış evinin divarı ilə N.Z.Atakişiyevin evinin sanitar qovşağının divarı bitişikdir. Qeyd olunan səbəbdən İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən 125A nömrəli fərdi yaşayış evinin yaşayış otağının arxa divarlarında qüsurlar N.Z.Atakişiyevin istifadəsində olan sanitar qovşaqdan suyun sızması nəticəsində baş vermiş, nəticədə İddiaçı mülkiyyətində olan mənzilə 821 manat məbləğində zərər vurulmuşdur.

39. İş materiallarından göründüyü kimi, apellyasiya şikayəti üzrə tərəflər arasında yaranmış mübahisə maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və iddia tələbi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi, habelə əlaqəli normalar əsasında həll edilmişdir.

40. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

41. Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

42. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

43. Mülki Məcəllənin 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.

44. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Verilmiş iddia tələbi üzrə zərərin əvəzinin ödənilməsi tələbi deliktdən, yəni mülki hüquq pozuntusundan irəli gəlmişdir. Mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

45. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mənzilinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi barəsində düzgün nəticəyə gəlmişdir.

46. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş xx.xx.2024-cü il tarixli, 10/4771 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, X3 istifadəsində olan hamam və ayaqyolu tikilisinin İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Cavadxan küçəsində yerləşən 125A saylı fərdi yaşayış evinin yaşayış otağının arxa divarına bitişik vəziyyətdə inşa edildiyini, eləcə də, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yaşayış otağının arxa divarlarında qüsurlar əmələ gəldiyini nəzərə alaraq, həmin tikililərə su sızmasının cavabdehin istifadəsində olan hamam və ayaqyolu tikililərindən olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, X3 mülkiyyətində olan mənzilin çirkai sularının axıdılması üçün başqa texniki imkanların olub-olmamasının müəyyən edilməsi, “tikinti-texniki obyektlərinin tədqiqi” ixtisası üzrə ekspertin səlahiyyətlərinə aid olmadığından, qərardadda qoyulmuş ikinci sualın ikinci hissəsi və qərardadın üçün sualı üzrə tədqiqat aparılmadı. Gəncə şəhəri, Cavadxan küçəsində yerləşən 125A saylı fərdi yaşayış evində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 821 manat məbləğində müəyyən olunmuşdur.

47. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyləri qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.

48. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.

49. Məhkəmə kollegiyası rəyləri tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Çünki, ekspertin rəyi dəqiq və müfəssəl tərtib edilmiş, eyni zamanda mübahisəli əmlaklara əyani olaraq baxış keçirilmişdir.

50. Lakin, cavabdeh israrla iddiaçının mənzilinə dəymiş zərərin ondan asılı olmayan səbəblərdən baş verdiyini bildirir. Bu halda sübutetmə yükü cavabdehin üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

52. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

53. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

56. İşin yuxarıda sadalanan hallarından göründüyü kimi, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən 125A nömrəli fərdi yaşayış evi İddiaçı və Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən 125B nömrəli fərdi yaşayış evi isə cavabdeh X3 xüsusi mülkiyyətindədir. İddiaçı məxsus fərdi yaşayış evinin divarı ilə N.Z.Atakişiyevin evinin sanitar qovşağının divarı bitişikdir. Qeyd olunan səbəbdən İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən 125A nömrəli fərdi yaşayış evinin yaşayış otağının arxa divarlarında qüsurlar N.Z.Atakişiyevin istifadəsində olan sanitar qovşaqdan suyun sızması nəticəsində baş vermişdir. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, X3 istifadəsində olan hamam və ayaqyolu tikilisinin İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Cavadxan küçəsində yerləşən 125A saylı fərdi yaşayış evinin yaşayış otağının arxa divarına bitişik vəziyyətdə inşa edilmişdir. İddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yaşayış otağının arxa divarlarında qüsurlar əmələ gəlmiş, həmin tikililərə su sızmasının cavabdehin istifadəsində olan hamam və ayaqyolu tikililərindən olduğu müəyyən edilmişdir. Gəncə şəhəri, Cavadxan küçəsində yerləşən 125A saylı fərdi yaşayış evində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 821 manat məbləğində müəyyən olunmuşdur. Göründüyü kimi, nəticədə İddiaçı mülkiyyətində olan mənzilə 821 manat məbləğində zərər vurulmuşdur.

57. Beləliklə, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslı deyildir.

58. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

59. Eyni zamanda məhkəmə kollegiyası izah edir ki, hazırki iddianın mübahisələndirilən hissəsinin qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10- 1,372.1, 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-993/2025 nömrəli qətnaməsi mübahisələndirilən – iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar