Məhkəmə qərarları › İş №2(105)-1/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1/2024

15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1/2024 15.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və X3 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçı “X14 Azərbaycan” QSC-nin nümayəndəsi Nümayəndə2, vəkili Vəkil2, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı “X14 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satılması tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 2(028)-05/2017 nömrəli, 25 yanvar 2017-ci il tarixli qətnaməsindən iddiaçı “X14 Azərbaycan” QSC və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Qubadlı Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli qətnaməsi ilə (hakim İ.Məmmədov) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, 237.900 ABŞ dolları (iki yüz otuz yeddi min doqquz yüz ABŞ dolları) əsas kredit borcu, 26.873 (iyirmi altı min səkkiz yüz yetmiş üç) ABŞ dolları 43 sent əsas məbləğə hesablanmış faiz borcu, 460 (dörd yüz altmış) ABŞ dolları 50 sent cərimə borcu, cəmi 265.233 (iki yüz altmış beş min iki yüz otuz üç) ABŞ dolları 93 sentin, ödəniləcək günə manatla məzənnəsi hesablanmaqla, 492.000 (dörd yüz doxsan iki min) manat əsas kredit borcu, 69858 (altmış doqquz min səkkiz yüz əlli səkkiz) manat 45 qəpik əsas məbləğə hesablanmış faiz borcu, 358 (üç yüz əlli səkkiz) manat 91 qəpik hər gecikdirilmiş günə görə cərimə borcu, cəmi 562.217 (beş yüz altmış iki min iki yüz on yeddi) manat 36 qəpik məbləğində borcun və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti “X14 Azərbaycan” QSC-nin xeyrinə tutulması, tələbin ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan 0,0306 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 542,6 kv.m-dən ibarət Abşeron rayonu, Xırdalan şəhərində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, Cavabdeh3 məxsus olan 0,0306 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 542,6 kv.m-dən ibarət Abşeron rayonu, Xırdalan şəhərində yerləşən qeyri-yaşayış binasının ilkin qiymətinin 1.550.000 (bir milyon beş yüz əlli min) manat müəyyən edilməklə, açıq hərracdan satılması və həmin binanın satışından əldə edilmiş pul vəsaitinin hesabına cavabdehlərin “X14 Azərbaycan” QSC-yə olan borcunun ödənilməsi, hərracdan əldə olunmuş vəsait hesabına borc tam ödənildikdən sonra artıq qalan məbləğin Cavabdeh3 qaytarılması, Cavabdeh3 məxsus olan 0,0306 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 542,6 kv.m-dən ibarət Abşeron rayonu, Xırdalan şəhərində yerləşən qeyri-yaşayış binası satıldıqdan 1 (bir) ay sonra qeyri-yaşayış sahəsinin boşaldılması qət edilmişdir. İddiaçı “X14 Azərbaycan” QSC və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ İddiaçı “X14 Azərbaycan” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək (birgə) qaydada 237900.00 ABŞ dolları (iki yüz otuz yeddi min doqquz yüz ABŞ dolları) əsas kredit borcunun, 21586,76 ABŞ dolları (iyirmi bir min beş yüz səksən altı ABŞ dolları 76 sent) əsas məbləğə hesablanmış faiz borcunun, 22600,50 ABŞ dolları (iyirmi iki min altı yüz ABŞ dolları 50 sent) hər gecikdirilmiş günə görə cərimə borcunun, cəmi 282087,26 ABŞ dolları (iki yüz səksən iki min səksən yeddi ABŞ dolları 26 sent) məbləğində borcun, 492000,00 AZN (dörd yüz doxsan iki min manat) əsas kredit borcunun, 53056,05 AZN (əlli üç min əlli altı manat 05 qəpik) əsas məbləğə hesablanmış faiz borcunun, 19968,39 AZN (on doqquz min doqquz yüz altmış səkkiz manat 39 qəpik) hər gecikdirilmiş günə görə cərimə borcunun, cəmi 565024,44 AZN (beş yüz altmış beş min iyirmi dörd manat 44 qəpik) məbləğində borcun və dövlət büdcəsinə ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun “X14 Azərbaycan” QSC-nin xeyirinə tutulması (ödənilməsi) barədə, habelə banka olan borcun cavabdehlərdən tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan 0,0306 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 542,6 kv.m-dən ibarət Abşeron rayonu, Xırdalan şəhərində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin borcalan və zamindən tutulması, ipoteka ilə yüklü edilmiş yuxarıda qeyd edilən yaşayış sahələrindən istifadə hüquqlarına xitam verilməklə yaşayış sahələrinin 1 (bir) ay müddətində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “X14 Azərbaycan” QSC iddia tələbinin həcminin artırılması ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək (birgə) qaydada 237900.00 ABŞ dolları (iki yüz otuz yeddi min doqquz yüz ABŞ dolları) əsas kredit borcunun, 26873,43 ABŞ dolları (iyirmi altı min səkkiz yüz yetmiş üç 43 sent) əsas məbləğə hesablanmış faiz borcunun, 38460,50 ABŞ dolları (otuz səkkiz min dörd yüz altmış ABŞ dolları 50 sent) hər gecikdirilmiş günə görə cərimə borcunun, cəmi 303233,93 ABŞ dolları (üç yüz üç min iki yüz otuz üç ABŞ dolları 93 sent) məbləğində borcun, 492000,00 AZN (dörd yüz doxsan iki min manat) əsas kredit borcunun, 69858,45 AZN (altmış doqquz min səkkiz yüz əlli səkkiz manat 45 qəpik) əsas məbləğə hesablanmış faiz borcunun, 32858,91 AZN (otuz iki min səkkiz yüz əlli səkkiz manat 91 qəpik) hər gecikdirilmiş günə görə cərimə borcunun, cəmi 594717,36 AZN (beş yüz doxsan dörd min yeddi yüz on yeddi manat 36 qəpik) məbləğində borcun və dövlət büdcəsinə ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun “X14 Azərbaycan” QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə, habelə banka olan borcun cavabdehlərdən tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan 0,0306 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 542,6 kv.m-dən ibarət Abşeron rayonu, Xırdalan şəhərində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin borcalan və zamindən tutulması, ipoteka ilə yüklü edilmiş yuxarıda qeyd edilən yaşayış sahələrindən istifadə hüquqlarına xitam verilməklə yaşayış sahələrinin 1 (bir) ay müddətində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü ildə «X14 Azərbaycan» QSC ilə Cavabdeh1 arasında 210/151468 saylı kredit müqaviləsi bağlanmışdır. Müvafiq kredit xətti müqaviləsinin şərtlərinə görə Cavabdeh1 xx.xx.2018-ci ilədək 48 ay müddətinə 360000 (üç yüz altmış min) manat məbləğində kredit xətti ayrılmışdır. Bankla xx.xx.2014cü ildə Cavabdeh1 arasında 210/151468 saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavə razılaşma bağlanmışdır. Razılaşmaya görə kredit xəttinin məbləği 720000 (yeddi yüz iyirmi min) manat məbləğində müəyyən edilmişdir. xx.xx.2015-ci ildə bankla Cavabdeh1 arasında 210/151468 saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 3 saylı əlavə razılaşma bağlanmışdır. Razılaşmaya görə kredit xəttinin məbləği 742000 (yeddi yüz qırx iki min) manat məbləğində xx.xx.2020-ci ilədək müddətinə müəyyən edilmişdir. xx.xx.2015-ci ildə bankla Cavabdeh1 arasında 210/151468 saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 5 saylı kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə Cavabdeh1 xx.xx.2016-cı ilədək kreditdən istifadəyə görə illik 12,5% olmaqla 60.000 (altmış min) manat məbləğində kredit verilmişdir. xx.xx.2015-ci ildə bankla Cavabdeh1 arasında 210/151468 saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 6 saylı əlavə razılaşma bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə Cavabdeh1 xx.xx.2016-cı il tarixədək, kreditdən istifadəyə görə illik 10% olmaqla 40.000 (qırx min) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci ildə bankla Cavabdeh1 arasında 210/151468 saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 7 saylı əlavə razılaşma bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə Cavabdeh1 xx.xx.2016-cı il tarixədək, kreditdən istifadəyə görə illik 10% olmaqla 54.900 (əlli dörd min doqquz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci ildə bankla Cavabdeh1 arasında 210/151468 saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 8 saylı əlavə razılaşma bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə Cavabdeh1 xx.xx.2016-cı il tarixədək, kreditdən istifadəyə görə illik 10% olmaqla 62.000 (altmış iki min) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci ildə bankla Cavabdeh1 arasında 210/151468 saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 9 saylı əlavə razılaşma bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə Cavabdeh1 xx.xx.2016-cı il tarixədək, kreditdən istifadəyə görə illik 10% olmaqla 81.000 (səksən bir min) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci ildə bankla Cavabdeh1 arasında 210/151468 saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 10 saylı əlavə razılaşma bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə Cavabdeh1 xx.xx.2016-cı il tarixədək, kreditdən istifadəyə görə illik 16% olmaqla 40.000 (qırx min) manat məbləğində kredit verilmişdir. xx.xx.2015-ci ildə bankla Cavabdeh1 arasında 210/151468 saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 11 saylı əlavə razılaşma bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə Cavabdeh1 xx.xx.2016-cı il tarixədək, kreditdən istifadəyə görə illik 16% olmaqla 10.000 (on min) manat məbləğində kredit verilmişdir. xx.xx.2015-ci ildə bankla Cavabdeh1 arasında 210/151468 saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 12 saylı əlavə razılaşma bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə Cavabdeh1 27 ay müddətinə kreditdən istifadəyə görə illik 16% olmaqla 360.000 (üç yüz altmış min) manat məbləğində kredit verilmişdir. xx.xx.2015-ci ildə bankla Cavabdeh1 arasında 210/151468 saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 13 saylı əlavə razılaşma bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə Cavabdeh1 2 ay müddətinə kreditdən istifadəyə görə illik 16% olmaqla 22.000 (iyirmi iki min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.3. bəndinə görə borcverən bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə verilən kredit üçün borcalana bərpa edilən kredit xətti açmış, borcalan isə kredit xətti üzrə almış olduğu bütün borc məbləğlərini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə borcverənə qaytarılmasını öhdəsinə götürmüşdür. Bərpa edilən kredit xətti dedikdə həmin xətt üzrə alınmış kredit məbləğinin bir hissəsi ödənildikdən sonra borcalan bu müqavilənin 1.2 və 1.3. maddələri ilə müəyyənləşdirilmiş hədd və müddət çərçivəsində yeni kredit borcun verilməsi imkanı başa düşülür. Kredit borcalana bu müqavilə müddəti ərzində kredit limiti daxilində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit sazişinə əsasən hissə-hissə verilir. Qarşılıqlı razılığa əsasən kredit, limit daxilində Azərbaycan Respublikası Mərkəzi Bankının həmin günə olan rəsmi məzənnəsinə müvafiq konvertasiya edilərək digər valyutalarda da verilə bilər. Borcalanın 210/151468 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə xx.xx.2014-cü il tarixdə bank ilə ipoteka qoyan Cavabdeh3 arasında ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan 0,0306 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 542,6 kv.m-dən ibarət Abşeron rayonu, Xırdalan şəhərində yerləşən qeyri-yaşayış binası bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və buna dair DƏDRX tərəfindən xx.xx.2015-ci il tarixli yüklülük barədə RX seriyalı ******* nömrəli müvafiq çıxarış təqdim edilmişdir. Bununla yanaşı borcalanın 210/151468 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə həmçinin Cavabdeh2 ilə bank arasında xx.xx.2014-cü il tarixində zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi borcalanın öhdəliklərinin lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşdür. Bank müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdehlərə dəfələrlə bu barədə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə və məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair bildirişlərin verilməsinə baxmayaraq, cavabdehlər kredit müqaviləsi üzrə öhdəlikləri icra etməmişlər və bu günə kimi banka olan borclarını ödəməmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı “X14 Azərbaycan” QSC Qubadlı Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Borcalana və zaminə dəfələrlə şifahi və yazılı xəəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyi icra etməmişlər və bu günədək borcu ödəməmişlər. İşə baxan birinci instansiya məhkəməsi işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına, qətnamədə qeyd edilən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinə lazımi hüquqi qiymət verməmişdir. Qiymətləndirilmə rəyi ilə razı olmadığını və yenidən məhkəmə ekspertizasının təyin olunması barədə şifahi vəsatətlə müraciət etməyinə baxmaraq məhkəmə vəsatəti təmin etməmişdir. Qiymətləndirmə rəyləri arasında ziddiyyət vardır və iş üzrə əlavə və ya təkrar ekspertiza təyin edilməli idi. İşin hərtərəfli, tam və obyektiv araşdırılması, ekspert rəyləri arasında ziddiyyətlərin arada qaldırılması məqsədilə ilə ipoteka predmetinin hazırkı bazar qiymətinin müəyyən edilməsi zərurəti yarandığından, məhkəmə ekspertizası təyin edilməlidir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Ağayev X8 Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışlar ki, iddia tələbini qəbul etmirlər. İddiaçı tərəfindən həm əsas kredit borcu, faiz borcu, həm də cərimə borcu şişirdilmiş və artıq hesablanmışdır. Bankın iddia etdiyi məbləğdə borcları yoxdur. İddiaçı qanunsuz və əsassız olaraq şişirdilmiş məbləğdə pul tələb edir. Məhkəmə tərəfindən heç bir araşdırma aparılmadan iş materiallarına əlavə edilmiş sənədlər əsasında bankın iddia etdiyi məbləğ onlardan tutulmuşdur. Həmçinin ipoteka predmetinin ilkin qiyməti qanunsuz olaraq 1.550.000 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğlə razı deyillər. Həmin əmlakın dəyəri daha çoxdur. Məhkəmə tərəfindən ədalətli araşdırma aparılmayıb və bunun nəticəsində qanunsuz qətnamə qəbul edilmişdir. Əsas borc, faiz və cərimə borcunun daha düzgün hesablanması və ipoteka predmetinin bazar qiymətinin müəyyən olunması üçün ekspertiza keçirilməlidir. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı “X14 Azərbaycan” QSC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, cavabdehlərin apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı “X14 Azərbaycan” QSC-nin vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, cavabdehlərin apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 nümayəndəsi Vəkil3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən “Əmlak Bazarı İştirakçıları Birliyinin” mütəxəssisi X7 izahatında bildirmişdir ki, mütəxəssis rəyini müdafiə edir, xx.xx.2017-ci il tarixdə iddiaçı tərəfindən təşkilata Xırdalan şəhərində yerləşən ipoteka predmeti olan qeyri-yaşayış obyektinə bazar qiyməti qoyulması ilə bağlı müraciət daxil olmuş, əmlaka vizual baxış keçirmiş, çıxarış üzrə qiymətləndirmə aparmış, 542.6 kv ümumi sahə, 3 sot torpaq sahəsi təşkil edir. Əmlak bazarını araşdırmış, əmlakların qiymətləndirilməsinin uyğun satışların müqayisəsi metodunu seçmiş və tətbiq etmişdir. Bununla bağlı faktlar var və anoloji obyektlər var. Bu barədə rəyə məlumatlar əlavə edilmişdir. 800 000 manat qiymət qoyulmuşdur. Əmlaka baxış keçirilən zaman obyektin işləmədiyi və təmirsiz vəziyyətdə olduğu müəyyən olunmuşdur. Daxili bəzək işləri görülməmiş vəziyyətdədir. Anoloji obyektlər işlək və təmirli vəziyyətdədir. Əmlakın qiymətləndirilməsi ilə bağlı Üç metod - uyğun satışların müqayisəsi metodu, gəlirin kapitallaşdırılması metodu, xərc metodu var. Tədqiqatda yalnız birinci metod seçilmişdir. Xərc metodunu seçilsəydi qiymət çox az olacaqdı. Obyekt fiziki aşınmaya məruz qalıb. Çünki obyekt uzun müddət istifadəsiz qalıb. Yalnız reyestrdən çıxarış əsasında rəy verilmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən “X9” MMC-nin mütəxəssisi X5 izahatında bildirmişdir ki, mütəxəssis rəyini müdafiə edir. Xırdalan şəhərində yerləşən ipoteka predmeti olan qeyri-yaşayış obyekti 1 mərtəbəlidir. 542.6 kv ümumi sahə təşkil edir. Hesabatda ancaq müqayisə metodu tətbiq edilmişdir. Reallıqda isə həm müqayisə, həm də xərc metodunu tətbiq edilmişdir. Obyekt mayak altı vəziyyətdə olduğuna görə gəlir metodu tətbiq edə bilməmişlər. Obyekt 3 sot torpaq sahəsində yerləşir. 800.000 manatdan artıq obyektə qiymət qoymaq mümkün deyil. Bu maksimal məbləğdir. Devalvasiyadan sonra alıcılıq qabiliyyəti azaldığına görə qoyulan qiymət əslində təklif qiymətidir. Real alıcı qiyməti azaldaraq əmlakı alır. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən "xxxx" MMC-nin mütəxəssisi X6 izahatında bildirmişdir ki, mütəxəssis rəyini müdafiə edir. Xırdalan şəhərində yerləşən ipoteka predmeti olan qeyri-yaşayış obyekti 1 mərtəbəlidir. 542.6 kv ümumi sahə təşkil edir. 1.550.000 manat ümumilikdə qiymət qoyulmuşdur. Qiymətləndirmə zamanı bunları nəzərə almışlar. Obyekt Xırdalanın mərkəzində yerləşir. Faktiki obyekt 600 kv metrdir. Obyektin içinə və zirzəmisinə baxış keçirilmişdir. Zirzəmi isti döşəmə sistemi ilə təmin olunub və təmir olunub. Fasad üzlüyü də hazırdır. Pilləkənlər də mərmərdən hazırlanıb. Böhranla bağlı qiymət aşağı düşsə də qiymətlər artan xətlə yenidən yüksəlir. Pilot layihələri çoxalır. Ona görə dövlət ehtiyacları üçün obyektlərin alınması nəzərə alınsa 900.000 manat obyektə qiymət qoymaq mümkündür. Hər üç qiymətləndirmə metodu tətbiq edilmişdir. 40 il müddətdə istifadəyə yararlıdır. Obyektin özülü bina tikintisi üçün nəzərdə tutulub. Bu hal da nəzərə alınmışdır. Əmlaka sərf edilmiş mallar da nəzərə alınıb. Obyekt istənilən vaxt gəlir gətirməyə hazırdır. Aylıq 15.000 manat icarəyə vermək mümkündür. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və faiz məbləğinin tutulması hissəsində dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni cavabdehlərin kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirməmələri ilə əsaslandırmış, tərəflər bu nəticə ilə razılaşmayaraq, qətnamədən apellyasiya şikayətləri verib, iddiaçı ipoteka predmetinin qiymətləndirilməsi hissəsində, cavabdehlər isə bütövlükdə qətnamənin ləğv edilməsini xahiş etsələr də, şikayətin məzmunundan görünür ki, sonuncular qətnaməni əsas, faiz və cərimə borcunun tutulması, ipoteka predmetinin qiymətləndirilməsi hissəsində mübahisələndirmişlər. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə tərəflərin mübahisələndirdikləri hissədə baxılaraq hüquqi qiymət verilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Lakin apellyasiya şikayətindən görünür ki, cavabdehlər kredit üzrə borcun düzgün hesablanmadığını, məbləğin şişirdildiyini mübahisələndirmişlər. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, «X14 Azərbaycan» QSC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə 210/151468 saylı kredit müqaviləsi və həmin müqavilə üzrə pulun verilməsinə dair əlavə təminat kimi də ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh3 məxsus olan 0,0306 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 542,6 kv.m-dən ibarət Abşeron rayonu, Xırdalan şəhərində yerləşən qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə həmçinin Cavabdeh2 ilə bank arasında xx.xx.2014-cü il tarixində zaminlik müqavilələri bağlanmışdır. İşin digər halı ondan ibarətdir ki, bankla Cavabdeh1 arasında 210/151468 saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2014-cü ildə 1 saylı əlavə razılaşma, xx.xx.2015-ci ildə 3 saylı əlavə razılaşma, xx.xx.2015-ci ildə 5 nömrəli kredit sazişi, xx.xx.2015-ci ildə 6 nömrəli kredit sazişi, xx.xx.2015-ci ildə 7 nömrəli kredit sazişi, xx.xx.2015-ci ildə 8 nömrəli kredit sazişi, xx.xx.2015-ci ildə 9 nömrəli kredit sazişi, xx.xx.2015-ci ildə 10 nömrəli kredit sazişi, xx.xx.2015-ci ildə 11 nömrəli kredit sazişi, xx.xx.2015-ci il tarixdə 12 və 13 nömrəli kredit sazişləri bağlanmışdır. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun cavabdehlər tərəfindən mübahisələndirilməsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə yaranmış faiz məbləğinin iddiaçı tərəfindən mübahisələndirilməsi ilə əlaqədar tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20372 nömrəli 07 noyabr 2017-ci il tarixli mühasibatlıq ekspertizası rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2015-ci ildə 5 nömrəli kredit sazişi üzrə 60.000 manat əsas borc, 6395,83 manat faiz borcu, xx.xx.2015-ci ildə 6 nömrəli kredit sazişi üzrə 39.987,24 ABŞ dolları əsas borc, 2410,34 ABŞ dolları faiz borcu, xx.xx.2015-ci ildə 7 nömrəli kredit sazişi üzrə 54.883,58 ABŞ dolları əsas, 3308,26 ABŞ dolları faiz, xx.xx.2015-ci ildə 8 nömrəli kredit sazişi üzrə 61.981,45 ABŞ dolları əsas borc, 3736,10 ABŞ dolları faiz borcu, xx.xx.2015-ci ildə 9 nömrəli kredit sazişi üzrə 81.000 ABŞ dolları əsas borc, 10.923,75 ABŞ dolları, xx.xx.2015-ci ildə 10 nömrəli kredit sazişi üzrə 39.980 manat əsas borc, 3855,85 manat faiz borcu, xx.xx.2015-ci ildə 11 nömrəli kredit sazişi üzrə 9995 manat əsas borc, 564,15 manat, xx.xx.2015-ci ildə 12 nömrəli kredit sazişi üzrə 360.000 manat əsas borc, 54.290,26 manat faiz borcu, xx.xx.2015-ci il tarixli 13 nömrəli kredit sazişi üzrə 22.000 manat əsas borc, 3588,44 manat faiz borcu müəyyən edilmişdir. Cavabdehlər tərəfindən məhkəmə kollegiyasına təqdim olunmuş vəsatətdə müqavilələrdəki imzaların onlara məxsus olub-olmamasının aydınlaşdırılması məqsədilə mülki iş üzrə ekspertiza keçirilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası tərəfindən mülki iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 19 may 2023-cü il tarixli 4/696 nömrəli ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş, mülki işin 1-ci cildinin 47-48-ci vərəqlərində olan “07 may 2014-cü il tarixli 210/151468№-li Kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqaviləyə) dair” xx.xx.2015-ci il tarixli 12 №-li Kredit sazişinin 1-ci vərəqinin aşağı hissəsindəki imza və 2-ci vərəqində “Borcalan (kredit alan Cavabdeh1(sahibkar))’’ qrafasındakı imza, 49-cu vərəqində olan 12 №-li Kredit saziş üzrə Ödəniş cədvəlində “Cavabdeh1” qrafasındakı 1-ci imza, 50-ci vərəqində olan xx.xx.2015-ci il tarixli ərizədə (təlimat) “(imza/vəzifə/ad/soyad/ata adı/möhür/tarix)” qrafasındakı imza, həmçinin 4-cü cildin 66-cı vərəqində olan xx.xx.2015-ci il tarixli ərizədə (təlimat) "(imza/vəzifə/ad/soyad/ata adı/möhür/tarix)” qrafasındakı imza, 51-52-ci vərəqlərində olan xx.xx.2015-ci il tarixli 13 №-li Kredit sazişinin 1-ci vərəqinin aşağı hissəsindəki imza və 2-ci vərəqində “Borcalan (kredit alan Cavabdeh1(sahibkar))” qrafasındakı imza, 53-cü vərəqində olan 13 №-li Kredit saziş üzrə Ödəniş cədvəlində “Cavabdeh1” qrafasındakı imza, 54-cü vərəqində olan xx.xx.2015-ci il tarixli ərizədə (təlimat) “(imza/vəzifə/ad/soyad/ata adı/möhür/tarix)” qrafasındakı imza, həmçinin 4-cü cildin 67-ci vərəqində olan xx.xx.2015-ci il tarixli ərizədə (təlimat) “(imza/vəzifə/ad/soyad/ata adı/möhür/tarix)” qrafasındakı imza, 1-ci cildin 17-ci vərəqində olan “07 may 2014-cü il tarixli 210/151468№-li Kredit müqaviləsinə” xx.xx.2015-ci il tarixli 3 saylı Əlavə razılaşmanın 1-ci vərəqinin aşağı hissəsindəki imza və 2-ci vərəqində “Borcalan /kredit alan Cavabdeh1(sahibkar))” qrafasındakı imza, 1-ci cildin 19-46-cı vərəqlərində olan xx.xx.2015- ci il tarixli 5 nömrəli, xx.xx.2015-ci il tarixli 6 nömrəli, xx.xx.2015-ci il tarixli 7 nömrəli, xx.xx.2015-ci il tarixli 8 nömrəli, xx.xx.2015-ci il tarixli 9 nömrəli, xx.xx.2015-ci il tarixli 10 nömrəli, xx.xx.2015-ci il tarixli 11 nömrəli Kredit sazişlərinin 1-ci vərəqlərinin aşağı hissələrindəki imzalar, 2-ci vərəqlərində "Borcalan /kredit alan Cavabdeh1(sahibkar))” qrafalarındakı imzalar, həmin kredit sazişləri üzrə ödəniş cədvəllərində “Cavabdeh1” qrafalarındakı imzalar və həmçinin müvafiq ərizələrdə “İmza:” qrafalarındakı imzalar, 1-ci cildin 55-56-cı vərəqlərində olan xx.xx.2014-cü il tarixli 210/151468-1 nömrəli Zaminlik müqaviləsinin 1-ci vərəqinin aşağı sağ hissəsindəki imza və 2-ci vərəqində “Borcalan Cavabdeh1” qrafasındakı imza, 4-cü cildin 21- 22-ci vərəqlərində olan xx.xx.2015-ci il tarixli “07 may 2014-cü il tarixli 210/151468-1 №li” Zaminlik müqaviləsinə 2 saylı əlavə Razılaşmanın 1-ci vərəqinin aşağı sağ hissəsindəki imza və 2-ci vərəqində “Müştəri(Borcalan/ Prinsipal ) Cavabdeh1” qrafasındakı imza, 4-cü cildin 24-25-ci, 27-28ci, 30-31-ci və 33-34-cü vərəqlərində olan xx.xx.2014-cü il tarixli 1 nömrəli, xx.xx.2014-cü il tarixli 2 nömrəli, xx.xx.2014-cü il tarixli 3 nömrəli, xx.xx.2014-cü il tarixli 4 nömrəli Kredit sazişlərinin 1-ci vərəqlərinin aşağı hissələrindəki imzalar, 2-ci vərəqlərində “Borcalan /kredit alan Cavabdeh1(sahibkar))” qrafalarındakı imzalar; 7№-li Kredit sazişi üzrə 4-cü cildin 49-cu vərəqində olan xx.xx.2015-ci il tarixli “valyuta alınması/ satılmasına sifariş” adlı sənədin kserosurətində “Tarix/Date” qrafasının üst hissəsində əks olunmuş imza, 50-ci vərəqində olan xx.xx.2015-ci il tarixli, KB 203008 nömrəli çekin üz və arxa tərəflərində “İmzalar:” qrafalarındakı imzalar, həmçinin “Çekdə göstərilən məbləği aldım” hissəsində “İmza” qrafasındakı İmza, 51-ci vərəqində olan xx.xx.2015-ci il tarixli məxaric qəbzində “İmza/Siqnature” qrafasındakı imza, 8№-li Kredit sazişi üzrə 4-cü cildin 52-ci vərəqində olan xx.xx.2015-ci il tarixli “valyuta alınması/ satılmasına sifariş” adlı sənədin “Tarix/Date” qrafasının üst hissəsindəki imza; 9№-li Kredit sazişi üzrə 4-cü cildin 55-ci vərəqində olan xx.xx.2015-ci il tarixli “valyuta alınması/ satılmasına sifariş” adlı sənədin “Tarix/Date” qrafasının üst hissəsindəki imza, 56-cı vərəqində olan xx.xx.2015-ci il tarixli, KB 203009 nömrəli çekin üz və arxa tərəflərində “İmzalar:” qrafalarındakı imzalar, həmçinin “Çekdə göstərilən məbləği aldım” hissəsində “İmza” qrafasındakı imza, 57-ci vərəqində olan xx.xx.2015-ci il tarixli məxaric qəbzində “İmza/Siqnature” qrafasındakı imza, 4-cü cildin 19cu vərəqində olan xx.xx.2015-ci il tarixli “13 may 2014-cü il tarixli İpoteka müqaviləsinə” Əlavə Razılaşmada “Borcalan Cavabdeh1” qrafasındakı imza; 3-cü cildin 233-cü vərəqində olan xx.xx.2015-ci il tarixli ərizədə “İmza:” qrafasındakı imza - Cavabdeh1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 1-ci cildinin 49-cu vərəqində olan 12 №-li Kredit saziş üzrə Ödəniş cədvəlində “Cavabdeh1” qrafasındakı 2-ci imza, 53-cü vərəqində olan 13 №-li Kredit saziş üzrə Ödəniş cədvəlində “Cavabdeh2” qrafasındakı imza; 1-ci cildin 55-56-cı vərəqlərində olan xx.xx.2014-cü il tarixli 210/151468-1 nömrəli Zaminlik müqaviləsinin 1-ci vərəqinin aşağı sol hissəsindəki imza və 2-ci vərəqində “Zamin Cavabdeh2” qrafasındakı imza; 4-cü cildin 21-22-ci vərəqlərində olan xx.xx.2015-ci il tarixli “07 may 2014-cü il tarixli 210/151468-1 №li” Zaminlik müqaviləsinə 2 saylı əlavə Razılaşmanın 1-ci vərəqinin aşağı sol hissəsindəki imza və 2-ci vərəqində “Zamin Cavabdeh2” qrafasındakı imza - Cavabdeh2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 1-ci cildinin 63-66-cı vərəqlərində olan 13 may 2014-cü il tarixli İpoteka müqaviləsində “İpoteka qoyan Cavabdeh3” qrafasındakı imza, 4cü cildin 19-cu vərəqində olan xx.xx.2015-ci il tarixli “13 may 2014-cü il tarixli ipoteka müqaviləsinə” Əlavə Razılaşmada “İpoteka qoyan Cavabdeh3” qrafasındakı imza- Cavabdeh3 tərəfindən icra olunmuşdur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 22 yanvar 2024-cü il tarixli 3-16-16/2-10/6908, 9/6993, 5/1288 nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş mülki işin materiallarındakı xx.xx.2015-ci il tarixli 12 №- li kredit sazişində, ödəniş cədvəlində, xx.xx.2015-ci il tarixli ərizədə, xx.xx.2015-ci il tarixli 13 №-li kredit sazişində, 13 №-li kredit saziş üzrə ödəniş cədvəlində, 28.10,2015- ci il tarixli ərizədə, xx.xx.2015-ci il tarixli 3 saylı əlavə razılaşmada, 5,6,7,8,9,10,11,12,13 №-li kredit sazişlərinin ödəmə planlarında, xx.xx.2014-cü il tarixli 210/151468-1 nömrəli zaminlik müqaviləsində, “07 may 2014-cü il tarixli 210/151468-1 №li” zaminlik müqaviləsinə xx.xx.2015-ci il tarixli 2 saylı əlavə razılaşmada, 13 may 2014-cü il tarixli ipoteka müqaviləsində və həmin müqaviləsinə xx.xx.2015-ci il tarixli əlavə razılaşmada, 1,2,3,4,5,6,7,8,9,10,11,12,13 №-li kredit sazişlərində, 8№-li kredit sazişi üzrə konvertasiya blankında, 9№-li kredit sazişi üzrə məxaric qəbzdə və çekdə,xx.xx.2015-ci il tarixli ərizədə olan imzalar hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa qələmlə icra edilmişdir. Göründüyü kimi xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə ekspertizaya təqdim edilmiş mülki iş materiallarındakı sənədlərdəki imzalar cavabdehlər Rəhman və Cavabdeh2lar, eləcə də Cavabdeh3 tərəfindən icra olunmuşdur. Eyni zamanda xx.xx.2024-cü il tarixli rəyə əsasən tədqiqata təqdim edilmiş mülki işin materiallarındakı sənədlər isə hər hansı texniki qurğu vasitəsi ilə deyil, birbaşa qələmlə icra edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı bankın Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 442, 445, 448.1, 739.1. maddələrinin tələbləri baxımından cavabdehlərdən kredit müqaviləsi üzrə borc tələb etmək hüququ yaranmışdır. Nəzərə alınmalıdır ki, kreditorun borcluya bildiriş göndərərək bütün borcu qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki, müavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Məlum olduğu kimi, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. Belə olan halda, iddiaçının kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair borcluya verdiyi bildirişdə əlavə müddət bitdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığına görə bundan sonrakı dövr üçün cavabdehdən müqavilə faizi tələb etməsi yolverilməzdir. Bu baxımdan məhkəmə kollegiyası mübahisəni həll edərkən bildirişin faiz tələbinin həllinə təsirini nəzərə alaraq hesab edir ki, 07 noyabr 2017-ci il tarixli mühasibatlıq ekspertizası rəyinə əsasən (xx.xx.2016-cı il tarixə) manatla olan kredit sazişləri üzrə yəni, xx.xx.2015-ci il tarixli 5 nömrəli kredit sazişi üzrə 437,50 manat faiz borcu, xx.xx.2015-ci il tarixli 10 nömrəli kredit sazişi üzrə 1243,90 manat faiz borcu, xx.xx.2015-ci il tarixli 11 nömrəli kredit sazişi üzrə 0 manat, xx.xx.2015-ci il tarixli 12 nömrəli kredit sazişi üzrə 25.600 manat faiz borcu, xx.xx.2015-ci il tarixli 13 nömrəli kredit sazişi üzrə 567,11 manat faiz borcu, ümumilikdə 32578 (otuz iki min beş yüz yetmiş səkkiz) manat 68 (altmış səkkiz) qəpik əsas məbləğə hesablanmış faiz borcu; (xx.xx.2016-cı il tarixə) dollarla olan kredit sazişi üzrə xx.xx.2015-ci il tarixli 6 nömrəli kredit sazişi üzrə 299,90 ABŞ dolları faiz borcu, xx.xx.2015-ci il tarixli 7 nömrəli kredit sazişi üzrə 426,87 ABŞ dolları faiz borcu, xx.xx.2015-ci il tarixli 8 nömrəli kredit sazişi üzrə 1205,31 ABŞ dolları faiz borcu, xx.xx.2015-ci il tarixli 9 nömrəli kredit sazişi üzrə 5433,54 ABŞ dolları faiz borcu, ümumilikdə 6087 (altı min səksən yeddi) ABŞ dolları 81 (səksən bir) sent əsas məbləğə hesablanmış faiz borcu müəyyən edildiyindən, 32578 (otuz iki min beş yüz yetmiş səkkiz) manat 68 (altmış səkkiz) qəpik və 6087 (altı min səksən yeddi) ABŞ dolları 81 (səksən bir) sent ödəniləcək günə manatla məzənnəsi hesablanmaqla, cavabdehlər Rəhman və Cavabdeh2lardan müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyində göstərilən borc məbləği birinci instansiya məhkəməsi tərəfindən əsas məbləğ hissəsində gəlinən nəticə ilə eynilik təşkil etdiyindən, məhkəmə kollegiyası hesab edir ki, əsas məbləği hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1. maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icrasının gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Cərimə məbləğinin tutulması barədə cavabdehlərin apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin həmin hissədə tutduğu məbləğ ağlabatan olduğundan, şikayətin dəlili bu hissədə əsassız olduğundan təmin edilə bilməz. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətlərinin ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı dəlilinə gəldikdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (Mülki Məcəllənin 317.1. maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3. maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci tarixli qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə kollegiyası iddiaçı və cavabdehlər tərəfindən ipoteka predmetinin dəyərinin mübahisələndirilməsi ilə bağlı ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması məqsədilə mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, "xxxx" MMC tərəfindən verilmiş 22 iyun 2017-ci il tarixli qiymətləndirmə rəyinə əsasən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Cavabdeh3 məxsus daşınmaz əmlakın xx.xx.2017-ci il tarixə bazar dəyəri 2.500.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci tarixli qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə kollegiyası ipoteka predmeti olan əmlakın likvid qiymətinin müəyyənləşdirilməsindən ötrü məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 22 yanvar 2024-cü il tarixli 3- 16-16/2-10/6908, 9/6993, 5/1288 nömrəli əmtəəşünaslıq ekspertizası rəyi ilə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 542,6 kv.m. qeyri-yaşayış obyektinin hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 1.455.000.00 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 542,6 kv.m. qeyri-yaşayış obyektinin hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri 1.455.000 (bir milyon dörd yüz əlli beş min) manat müəyyən edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli qətnaməsi faiz məbləğinin və mənzilin likvid dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ABŞ dolları ilə olan kredit sazişi üzrə 6087 (altı min səksən yeddi) ABŞ dolları 81 (səksən bir) sent əsas məbləğə hesablanmış faiz borcu, ödəniləcək günə manatla məzənnəsi hesablanmaqla, manatla olan kredit sazişi üzrə 32578 (otuz iki min beş yüz yetmiş səkkiz) manat 68 (altmış səkkiz) qəpik əsas məbləğə hesablanmış faiz borcu “X14 Azərbaycan” QSC-nin xeyrinə tutulmalı, ipoteka predmeti olan Cavabdeh3 məxsus olan 0,0306 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 542,6 kv.m. ibarət Abşeron rayonu, Xırdalan şəhərində yerləşən qeyri-yaşayış binasının likvid dəyəri 1.455.000 (bir milyon dörd yüz əlli beş min) manat müəyyən edilməli, mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 50+126+150=326 (üç yüz iyirmi altı) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.3, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ İddiaçı “X14 Azərbaycan” QSC-nin və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətləri qismən təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və faiz məbləğinin tutulması hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ABŞ dolları ilə olan kredit sazişi üzrə 6087 (altı min səksən yeddi) ABŞ dolları 81 (səksən bir) sent əsas məbləğə hesablanmış faiz borcu, ödəniləcək günə manatla məzənnəsi hesablanmaqla, manatla olan kredit sazişi üzrə 32578 (otuz iki min beş yüz yetmiş səkkiz) manat 68 (altmış səkkiz) qəpik əsas məbləğə hesablanmış faiz borcu iddiaçı “X14 Azərbaycan” QSC-nin xeyrinə tutulsun. Cavabdeh3 məxsus olan 0,0306 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 542,6 kv.m-dən ibarət Abşeron rayonu, Xırdalan şəhərində yerləşən qeyri-yaşayış binasının likvid dəyəri 1.455.000 (bir milyon dörd yüz əlli beş min) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 326 (üç yüz iyirmi altı) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar