Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1004/2021 08.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı qapalı səhmdar cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-1712/2020 saylı qətnaməsindən İddiaçı qapalı səhmdar cəmiyyətinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-1712/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) İddiaçı qapalı səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 03R000028055 saylı kredit razılaşması üzrə 7490,13 ABŞ dolları məbləğində kredit borcu, 4507,25 ABŞ dolları məbləğində faiz borcu, 36 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 12033,38 ABŞ dolları borcun ödəniş günü Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun və iddia ərizəsinin verilməsinə görə 20 manat dövlət rüsumuna görə pul vəsaitinin İddiaçı qapalı səhmdar cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada cəmiyyətin xeyrinə 03R000028055 saylı kredit razılaşması üzrə 7490,13 ABŞ dolları məbləğində kredit borcu, 4507,25 ABŞ dolları məbləğində faiz borcu və 3969,11 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 15966 ABŞ dolları 49 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 cəmiyyətlə bağladığı xx.xx.2012-ci il tarixli, 03L000008329 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Tərəflərin imzaladıqları xx.xx.2018-ci il tarixli, 03L000008329S saylı sazişlə kredit xəttinə əlavə və dəyişiklik edilərək, kredit xəttinin müddəti 190 ay, kredit xəttinin məbləği 300000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 cəmiyyətlə bağladığı xx.xx.2014-cü il tarixli, 03R000028055 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli, 03R000028055S saylı, xx.xx.2016-cı il tarixli, 03R000028055SA saylı, xx.xx.2017-ci il tarixli, 03R000028055SB saylı, xx.xx.2018-ci il tarixli, 03R000028055SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 12509,87 ABŞ dolları ödəmiş, onun 7490,13 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 284 gün üçün hesablanmış faiz borcu 4507,25 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 284 gün üçün hesablanmış cərimə 3969,11 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə iddianın Cavabdeh3 münasibətdə təmin edilməyən hissəsi qanunvericiliyin maddi və prosessual normalarını pozmaqla qəbul edildiyindən əsassızdır. Birinci instansiya məhkəməsi Cavabdeh3 münasibətdə iddia tələbinin təmin edilməməsini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra Plenum) xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli qərarları ilə əsaslandırmışdır. Məhkəmə hazırki iş üzrə Plenumun istinad olunan qərarlarını tətbiq etməklə səhvə yol vermiş və Plenumun “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına dair" xx xxxxxxx 2019-cu il tarixli Qərardadını nəzərə almamışdır. Belə ki, Qərardada əsasən Plenumun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. İş materiallarına əlavə edilən kredit sənədlərindən göründüyü kimi, cəmiyyətlə cavabdehlər arasında hüquq münasibətləri xx.xx.2018-ci il tarixindən əvvəl yaranmışdır. Cəmiyyətlə Cavabdeh1 arasında kredit xətti müqaviləsi və həmin kredit xətti müqavilə üzrə bağlanmış kredit razılaşması müvafiq olaraq xx.xx.2012-ci il və xx.xx.2014-cü il tarixlərində imzalanmışdır. Digər cavabdehlər, yəni Cavabdeh2 və Cavabdeh3 ilə cəmiyyət arasında zaminlik müqavilələri müvafiq olaraq xx.xx.2012-ci il və xx.xx.2012-ci il tarixlərdə bağlanmışdır. Bununla yanaşı, istinad olunan müqavilələr üzrə cəmiyyət iddia tələbi ilə xx.xx.2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, hazırki iş Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olmamış, həmçinin iddiaçı ilə cavabdeh arasında münasibətlər Plenumun müvafiq Qərarlarının qüvvəyə minməsindən əvvəl yaranmışdır. Bu səbəbdən də Abşeron Rayon Məhkəməsi Plenumun müvafiq qərarlarını hazırki iş üzrə mübahisəyə tətbiq etməklə, səhvə yol vermişdir. Bundan başqa, hazırki işin faktiki hallarından görünür ki, tərəflər xx.xx.2012-ci il tarixli, 03L000008329 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi zaminliyi müəyyən etmiş və bu müəyyənetmə mülki qanunvericiliyin tələbləri ilə uyğunsuzluq təşkil etməmişdir. Çünki, zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Hazırki iş üzrə zaminlik müqavilələrində xx.xx.2012-ci il tarixli, 03L000008329 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərə görə yaranması və borclunun kreditor qarşısında əsas öhdəliyinin həddi (məbləği və müddəti) açıq-aydın qeyd edilmişdir. Belə ki, zaminlər Cavabdeh2 və Cavabdeh3 30000 ABŞ dolları daxil olmaqla həmin çərçivədə 120 ay müddətinə kimi öhdəlik götürmüşlər. Bununla yanaşı, xx.xx.2018-ci il tarixli, 03L000008329S saylı sazişlə kredit xətti müqaviləsinə edilmiş dəyişiklik hər iki zaminlə razılaşdırılmış və buna dair cəmiyyətlə Cavabdeh2 və Cavabdeh3 arasında ayrı-ayrılıqda müvafiq olaraq xx.xx.2018-ci il tarixli, 03S000015115S saylı və xx.xx.2018-ci il tarixli 03S000015113S saylı sazişlər imzalanmışdır. Həmin sazişlər əsasında hər iki zamin 300000 ABŞ dolları daxil olmaqla həmin çərçivədə 190 ay müddətinə kimi öhdəlik götürmüşlər. Cavabdeh1 isə xx.xx.2014-cü il tarixli, 03R000028055 saylı kredit razılaşması ilə 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Faizlə bağlı olan hissəyə münasibətdə qeyd edilməlidir ki, məhkəmə iş üzrə faktiki halları nəzərə almamış və sübutlara düzgün qiymət verməməklə yalnış nəticəyə gəlmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sazişlərdən görünür ki, kredit razılaşmasına edilən dəyişikliklər əsasında yenidən faiz hesablanmamış və ödəniş planlarında faiz qrafası 0 olaraq razılaşdırılmışdır. Həmçinin, iş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, cəmiyyətin tələbini zaminlərin öhdəlik kimi götürdükləri 300000 ABŞ dolları məbləğindəki limiti aşmamışdır. İddiaçı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsini qismən, iddia tələbinin Cavabdeh3 münasibətdə təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin Cavabdeh3 münasibətdə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı qapalı səhmdar cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın Cavabdeh3 münasibətdə təmin edilməmiş hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin Cavabdeh3 münasibətdə ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə bağlanmış xx xxxx 2012-ci il tarixli, 03L000008329 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmış, müqaviləyə və kredit razılaşmasına görə istənilən məbləğ xx xxxx 2022-ci il tarixdən gec olmayaraq verilməlidir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx xxx 2018-ci il tarixli, 03L000008329S saylı sazişdən görünür ki, xx xxxx 2012-ci il tarixli, 03L000008329 saylı kredit xətti müqaviləsinə dəyişiklik edilərək kredit xəttinin məbləği 300000 ABŞ dolları, müddəti 190 ay müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2012-ci il tarixli, 03L000008329 saylı kredit xətti müqaviləsi üzrə xx xxxxxxx 2014-cü il tarixli, 03R000028055 saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 aylıq faiz dərəcəsi 2,1667% olmaqla 24 ay müddətinə 20000 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxx 2015-ci il tarixli, 03R000028055S saylı sazişdən görünür ki, xx xxxx 2012-ci il tarixli, 03L000008329 saylı kredit xətti müqaviləsi üzrə xx xxxxxxx 2014-cü il tarixli kredit razılaşmasının ayrılmaz hissəsi olan xx xxxxxxx 2014-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan xx xxxx 2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxxx 2016-cı il tarixli, 03R000028055SA saylı sazişdən görünür ki, xx xxxx 2012-ci il tarixli, 03L000008329 saylı kredit xətti müqaviləsi üzrə xx xxxxxxx 2014-cü il tarixli kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə xx xxxxx 2016-cı il tarixdən aylıq 1,8468% dərəcəsi ilə faizlər hesablanması, kredit alanın bu sazişə əlavə olunan xx xxxxx 2016-cı il tarixli ödəniş planına uyğun olaraq kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri banka ödəməsi müəyyən edilmişdir. . İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxx 2017-ci il tarixli, 03R000028055SB saylı sazişdən görünür ki, xx xxxx 2012-ci il tarixli, 03L000008329 saylı kredit xətti müqaviləsi üzrə xx xxxxxxx 2014-cü il tarixli kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx xxx 2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxx 2018-ci il tarixli, 03R000028055SC saylı sazişdən görünür ki, xx xxxx 2012-ci il tarixli, 03L000008329 saylı kredit xətti müqaviləsi üzrə 02 may 2018-ci il tarixli kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx xxx 2018-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2012-ci il tarixli, 03S000015113 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2012-ci il tarixli, 03L000008329 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx xxx 2018-ci il tarixli, 03S000015113S saylı sazişdən görünür ki, xx xxxx 2012-ci il tarixli kredit xətti müqaviləsi üzrə və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” formasında bağlanan ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin edir, kredit xəttinin məbləği 300000 ABŞ dolları, kredit xəttinin müddəti 190 ay müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh3 arasında bağlanmış xx xxxx 2012-ci il tarixli, 03S000015115 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2012-ci il tarixli, 03L000008329 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh3 arasında bağlanmış zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx xxx 2018-ci il tarixli, 03S000015115S saylı sazişdən görünür ki, xx xxxx 2012-ci il tarixli kredit xətti müqaviləsi üzrə və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” formasında bağlanan ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin edir, kredit xəttinin məbləği 300000 ABŞ dolları, kredit xəttinin müddəti 190 ay müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin 2645 saylı, xx xxxxxx 2020ci il tarixli arayışından görünür ki, Cavabdeh1 03R000028055 saylı, xx xxxxxxx 2014-cü il tarixli kredit razılaşması üzrə xx xxxxxx 2020-ci il tarixə əsas borcu 7490,13 ABŞ dolları, faiz borcu 4507,25 ABŞ dolları, cərimə borcu 3969,11 ABŞ dolları, cəmi borcu 15966,49 ABŞ dolları təşkil edir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyəti tərəfindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 göndərilmiş məktubların surətlərindən görünür ki, borcun ödənilməsi barədə xəbərdar edilmişlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İş üzrə araşdırılmış sübutlardan görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2012-ci il tarixli, 03L000008329 saylı kredit xətti müqaviləsi üzrə xx xxxxxxx 2014-cü il tarixli, 03R000028055 saylı kredit razılaşmasına əsasən Cavabdeh1 aylıq faiz dərəcəsi 2,1667% olmaqla 24 ay müddətinə 20000 ABŞ dolları kredit verilmişdir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İşdən görünür ki, İddiaçı” qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh3 arasında bağlanmış xx xxxx 2012-ci il tarixli, 03S000015115 saylı zaminlik müqaviləsinə əsasən İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2012-ci il tarixli, 03L000008329 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün zamin Cavabdeh3 bank qarşısında borclu ilə birlikdə tam məsuliyyət daşımasını öz üzərinə götürmüş, xx xxx 2018-ci il tarixli, 03S000015115S saylı sazişlə həmin müqaviləyə dəyişiklik və əlavələr edilərək kredit xəttinin məbləği 300000 ABŞ dolları, kredit xəttinin müddəti 190 ay müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi Cavabdeh3 münasibətdə iddianı təmin etməyərkən ödəniş planına edilmiş dəyişikliklə zamin Cavabdeh3 tanış olmamasına, kredit xətti müqaviləsində faiz dərəcəsinin əks olunmamasına istinad etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası MM-nin 470.0.4-cü maddəsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxx 2018-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin Cavabdeh3 aid hissədə gəldiyi bu nəticə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına dair xx xxxxxxx 2019-cu il Qərardadından görünür ki, Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. İşdən görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyəti ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında hüquq münasibətləri xx xxx 2018-ci il tarixdən əvvəl yaranmışdır. Belə ki, İddiaçı qapalı səhmdar cəmiyyəti ilə Cavabdeh1 arasında kredit xətti müqaviləsi xx.xx.2012-ci il tarixdə, həmin kredit xətti müqaviləsi üzrə kredit razılaşması isə xx.xx.2014-cü il tarixdə bağlanmışdır. Cavabdeh3 ilə İddiaçı qapalı səhmdar cəmiyyəti arasında zaminlik müqaviləsi xx.xx.2012-ci il tarixdə, həmin zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında saziş isə xx xxx 2018-ci il tarixdə bağlanmışdır. İddiaçı qapalı səhmdar cəmiyyətinin hazırki iddia tələbi xx xxxx 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, hazırki mülki iş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxx 2018-ci il tarixli Qərarı qüvvəyə minənədək məhkəmənin icraatında olmamış, həmçinin iddiaçı ilə cavabdehlər arasında münasibətlər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən Qərarları qüvvəyə minməsindən əvvəl yaranmışdır. Belə ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh3 arasında bağlanmış xx xxxx 2012-ci il tarixli, 03S000015115 saylı zaminlik müqaviləsinə əsasən İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2012ci il tarixli, 03L000008329 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün zamin kimi Cavabdeh3 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh3 arasında bağlanmış zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx xxx 2018-ci il tarixli saziş üzrə xx xxxx 2012-ci il tarixli kredit xətti müqaviləsi üzrə və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” formasında bağlanan ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin edir, kredit xəttinin məbləği 300000 ABŞ dolları, kredit xəttinin müddəti 190 ay göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda, zaminlik müqaviləsi üzrə öhdəlik götürmüş Cavabdeh3 da kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın Cavabdeh3 münasibətdə təmin edilməmiş hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı qapalı səhmdar cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-1712/2020 saylı qətnaməsi iddianın Cavabdeh3 münasibətdə təmin edilməmiş hissəsində ləğv edilsin, həmin hissədə iddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 7490,13 (yeddi min dörd yüz doxsan ABŞ dolları 13 sent) ABŞ dolları əsas, 4507,25 (dörd min beş yüz yeddi ABŞ doilları 25 sent) ABŞ dolları faiz, 36 (otuz altı) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 12033,38 (on iki min otuz üç ABŞ dolları 38 sent) ABŞ dolları borc ödəniş günü Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu İddiaçı qapalı səhmdar cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-1004/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1004/2021
08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver