Məhkəmə qərarları › İş №2(105)-1016/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1016/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1016/2021 06.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Şuşa Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(077)-128/2020 saylı qətnaməsindən Cavabdeh1 verdiyi apelyasiya şikayəti üzrə mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Şuşa Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(077)-128/2020 saylı qətnaməsi ilə (hakim A.M.Həsənov) xxxx ”xxxx” QSC-nin cavabdehlər Vəliyev (Vəlizadə) Qəhrəman Yusif oğlu və X2 qarşı borcun tutulması barədə iddia tələbi qismən təmin edilib, xxxx QSC və cavabdeh Vəliyev (Vəlizadə) Qəhrəman Yusif oğlu arasında bağlanmış 21 oktyabr 2014-cü il tarixli, 026A********** saylı kredit müqaviləsi üzrə Vəliyev (Vəlizadə) Qəhrəman Yusif oğlu və Cavabdeh2 müştərək qaydada 4137,25 (dörd min yüz otuz yeddi) manat məbləğində əsas borc, 95 (doxsan beş) manat məbləğində cərimə borcu olmaqla, cəmi 4232,25 (dörd min iki yüz otuz iki) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq xxxx QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahi etmişdir. Cavabdeh1 apelyasiya şikayəti verib, Şuşa Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(077)-128/2020 qətnaməsinin qismən ləğv edilərək iddianın məhkəmə mühasibatlıq ekspertizasının rəyinin nəticələrinə uyğun qismən təmin edilməsi və iddianın mərhum X2 aid hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: xxxx QSC cavabdehlər cavabdehlər Vəliyev (Vəlizadə) Qəhrəman Yusif oğluna və X2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, xxxx QSC və Cavabdeh1 arasında 21 oktyabr 2014cü il tarixli, 026A********** saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank cavabdehə 36 ay müddətinə, aylıq 2,3333 faiz müəyyən edilməklə, hər ay 416 manat, sonuncu ay 420.90 manat ödəniş etmək şərti ilə 10000 (on min) manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh2 arasında 21 oktyabr 2014-cü il tarixli, 026G**********01 saylı zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdələrinə götürmüşdür. Müqavilələr bağlanan an cavabdehlərə üzərlərinə götürdükləri öhdəliyin məsuliyyəti izah edilmiş, lakin buna baxmayaraq cavabdeh ödəməli olduğu kredit borcunu vaxtında ödəyə bilməmişdir. Cavabdehin imzaladığı kredit müqaviləsinə görə 23.10.2020-ci il tarixə əsas borc 4137,25 manat və müqavilənin 4.2.3-cü bəndinə görə cəriməsi 536, 95 manat hesablanmışdır. Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir. Ona görə də, bankla Cavabdeh1 arasında bağlanmış 21 oktyabr 2014-cü il tarixli, 026A********** saylı kredit müqaviləsi üzrə 4137,25 (dörd min yüz otuz yeddi) manat məbləğində əsas borc, 1013,67 (bir minon üç) manat məbləğində faiz borcu, 1307,91 (bir üç yüz yeddi) manat məbləğində cərimə borcu olmaqla, cəmi 6458,79 (altı min dörd yüz əlli səkkiz) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və X.H.Məmmədzadədən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xxxx QSC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bankla Cavabdeh1 arasında bağlanmış 21 oktyabr 2014-cü il tarixli, 026A********** saylı kredit müqaviləsi üzrə 4137,25 (dörd min yüz otuz yeddi) manat məbləğində əsas borc və 536,95 manat cərimə borcu olmaqla, cəmi 4674,2 manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və X.H.Məmmədzadədən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şuşa Rayon Məhkəməsi 26 oktyabr 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin araşdırmsı zamanı məhkəmə iclaslarında iştirakı təmin edilməmiş və mülki işə onun iştirakı olmadan baxılaraq yekun məhkəmə aktı qəbul edilmişdir. Bundan əlavə krdit müqaviləsi üzrə ona zamin durmuş X3 19 aprel 2017-ci il tarixdə ölmüşdür. bu hala baxmayaraq birinci instansiya məhkəməsi kredir müqaviləsi üzrə ödənilmədən qalmış borcun müştərək qaydada tutulması nəticəsinə gəlmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirməmiş, yalnız cərimə məbləğini azaltmaqla iddianı qalan hissədə təmin etmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək iddianın məhkəmə mühasibatlıq ekspertizasının rəyinin nəticələrinə uyğun qismən təmin edilməsi və iddianın mərhum X2 aid hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, mülki işin materiallarında olan xxxx QSC və Vəliyev (Vəlizadə) Qəhrəman Yusif oğlu arasında bağlanmış 21 oktyabr 2014-cü il tarixli, 026A********** saylı kredit müqaviləsindən görünür ki, xxxx tərəfindən cavabdehə 36 ay müddətinə 10000 manat məbləğində borc pulun verilməsi, kreditalan tərəfindən isə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq krediti kreditora qaytarılması müqavilənin predmetini təşkil etmişdir. Kassa məxaric orderinin surətindən görünür ki,xxxx QSC cavabdeh Vəliyev (Vəlizadə) Qəhrəman Yusif oğlu ilə bağlamış olduğu 21 oktyabr 2014-cü il tarixli 026A********** saylı kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirərək, sonuncuya 21.10.2014-cü il tarixdə 10000 manat məbləğində nağd kredit vermişdir. Müqavilənin 4.2.3-cü bəndinə əsasən ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit məbləği qalığının 0,5% məbləğində cərimə ödəyir. Kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit ödəniş cədvəlindən görünür ki, Vəliyev (Vəlizadə) Qəhrəman Yusif oğlu 10 000 manat məbləğində almış olduğu krediti 21.11.2014-cü ildən başlayaraq hər ay 416 manat, sonuncu ay 420,90 manat ödəniş etməklə 23.10.2017-cı il tarixədək ödəməli idi. xxxx QSC və Cavabdeh2 arasında bağlanmış 21 oktyabr 2014-cü il tarixli 026G**********01 saylı zaminlik müqaviləsinə əsasən cavabdeh bank qarşısında Vəliyev (Vəlizadə) Qəhrəman Yusif oğlu ilə eyni həcmdə məsuliyyət daşıyırlar. xxxx QSC-nin 23.10.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Vəliyev (Vəlizadə) Qəhrəman Yusif oğlunın 21 oktyabr 2014-cü il tarixli 026A********** saylı kredit müqaviləsi üzrə 23.10.2020-cı il tarixinə xxxx QSC qarşısında yerinə yetirilməmiş öhdəliyi 4137,25 manat əsas borc və 536,95 manat cərimə borcu olmaqla ümumilikdə 4674,2 manat təşkil edir. xxxx QSC tərəfindən cavabdehlərə göndərilmiş 02.03.2020-cı il tarixli 08 saylı xəbərdarlıqlardan görünür ki, cavabdehlərə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə, öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin, kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respuğblikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarından görünür ki, kreditor tərəfindən borcluya kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi ilə əlaqədar 536,95 manat cərimə borcu hesablanmışdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də birinci instansiya məhkəməsi tərəfindən 35649.19 manat məbləğində əsas borc üzrə hesablanmış 536,95 manat məbləğində dəbbənin azaldılaraq, 95 manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də xxxx təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə ödənilmədən qalmış borc məbləğinin qismən təmin edilməsi barədə nəticəyə gəldikdə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materialları ilə məlum olur ki, X3 19 aprel 2017-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası 384.0.4-cü maddəsinə əsasən qətnamənin tamamilə və ya qismən ləğv edib, iş üzrə icraata xitam vermək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi bu Məcəllənin 20-ci fəslində göstərilən əsaslar olduqda apelyasiya qaydasında icraata xitam verilmləklə ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, xxxx ”xxxx” QSC-nin cavabdeh X2 qarşı borcun tutulması barədə tələb edilməsi hissəsində cavabdeh ölməsi səbəbi ilə iddia ərizəsinə həmin hissədə ayrıca qərardadla xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 384.0.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnmaəsini qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Cavabdeh1 apelyasiya şikayətinin digər dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmayaraq təkzib olunduğuna görə təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi qismən – «xxxx QSC və cavabdeh Vəliyev (Vəlizadə) Qəhrəman Yusif oğlu arasında bağlanmış 21 oktyabr 2014-cü il tarixli, 026A********** saylı kredit müqaviləsi üzrə Vəliyev (Vəlizadə) Qəhrəman Yusif oğlundan 4137,25 (dörd min yüz otuz yeddi) manat məbləğində əsas borc, 95 (doxsan beş) manat məbləğində cərimə borcu olmaqla, cəmi 4232,25 (dörd min iki yüz otuz iki) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq xxxx QSC-nin xeyrinə ödənilsin»xxxx «xxxx QSC və cavabdeh Vəliyev (Vəlizadə) Qəhrəman Yusif oğlu arasında bağlanmış 21 oktyabr 2014-cü il tarixli, 026A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh2 4137,25 (dörd min yüz otuz yeddi) manat məbləğində əsas borc, 95 (doxsan beş) manat məbləğində cərimə borcu olmaqla, cəmi 4232,25 (dörd min iki yüz otuz iki) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq xxxx QSC-nin xeyrinə ödənilsin» hissəsində iş üzrə ayrıca qərardad çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.4, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Şuşa Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(077)-128/2020 saylı qətnaməsi qismən ləğv edilsin. İddia tələbinin «xxxx QSC və cavabdeh Vəliyev (Vəlizadə) Qəhrəman Yusif oğlu arasında bağlanmış 21 oktyabr 2014-cü il tarixli, 026A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh2 4137,25 (dörd min yüz otuz yeddi) manat məbləğində əsas borc, 95 (doxsan beş) manat məbləğində cərimə borcu olmaqla, cəmi 4232,25 (dörd min iki yüz otuz iki) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq xxxx QSC-nin xeyrinə ödənilsin»xxxx«xxxx QSC və cavabdeh Vəliyev (Vəlizadə) Qəhrəman Yusif oğlu arasında bağlanmış 21 oktyabr 2014cü il tarixli, 026A********** saylı kredit müqaviləsi üzrə Vəliyev (Vəlizadə) Qəhrəman Yusif oğlundan 4137,25 (dörd min yüz otuz yeddi) manat məbləğində əsas borc, 95 (doxsan beş) manat məbləğində cərimə borcu olmaqla, cəmi 4232,25 (dörd min iki yüz otuz iki) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq xxxx QSC-nin xeyrinə ödənilsin» hissəsində dəyişdirilmədən dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar