Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1017/2021 29.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi tələbinə dair mülki iş üzrə Şuşa Rayon Məhkəməsinin 2(077)-200/2020 saylı, 13 oktyabr 2020-cu il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Şuşa Rayon Məhkəməsinin 2(077)-200/2020 saylı, 13 oktyabr 2020-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ləğv prosesində olan QSC «Bank Standard» KB ilə Cavabdeh arasında bağlanmış 14 avqust 2015-ci il tarixli, 100/13/123021/15 saylı kredit müqaviləsi üzrə Cavabdeh 935 (doqquz yüz otuz beş) manat 52 (əlli iki) qəpik məbləğində əsas borc, 223 (iki yüz iyirmi üç) manat 60 (altmış) qəpik məbləğində faiz borcu,37 (otuz yeddi) manat cərimə borcu olmaqla,cəmi 1196 (bir min yüz doxsan altı) manat 12 (on iki) qəpik borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq ləğv prosesində olan QSC «Bank Standard» KB-nin xeyrinə ödənilməsi qət edilmişdir (hakim Allahverən Həsənov). Qətnamədən iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin cərimə və gecikdirilmiş günlər üçün 5 faiz hissəsində dəyişdirilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İŞİN HALLARİ: Ləğv prosesində olan QSC «Bank Standard» KB Cavabdeh qarşı iddia qaldıraraq, bankla Cavabdeh arasında bağlanmış 14 avqust 2015-ci il tarixli 100/13/123021/15 saylı kredit müqaviləsi üzrə 935,52 (doqquz yüz otuz beş manat əlli iki qəpik) manat məbləğində əsas borcun, 223,60 (iki yüz iyirmi üç manat altmış qəpik) manat məbləğində faiz borcu, 1337,72 (bir min üç yüz otuz yeddi manat yetmiş iki qəpik) manat cərimə borcu, 141,18 (bir yüz qırx bir manat on səkkiz qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış 5% məbləği olmaqla, cəmi 2638,02 (iki min altı yüz otuz səkkiz manat iki qəpik) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bank ilə cavabdeh arasında bağlanmış 14.08.2015-ci il tarixli, 100/13/123021/15 saylı müqavilə üzrə cavqadbehə illik 25 faiz ödənilməsi şərtilə 24 ay müddətinə 4200 manat kredit vevrilmişdir. Cavabdeh üzərinə götürüdüyü öhdəliklərini lazımınca yerinə yetirməmiş, bunun nəticəsində banka 935,52 manat əsas, 223,60 manat faiz borcu, 1337,72 manat cərimə borcu, 141,18 manat gecikdirilımiş vaxt üçün hesablanmış faiz borcu, ümumilikdə 2638,02 manat borcu vardır. Cərimə məbləği üçün borc məbləği 1337,72 manat olsa da, məhkəmə 37 manat cərimə müəyyən etmiş, gecikdirilmiş vaxt üçün faiz borcunu isə təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24.12.2014-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Odur ki, apelyasiya şikayətinin təmin edilməsi, Şuşa Rayon Məhkəməsinin 2(077)-200/2020 saylı, 13 oktyabr 2020-cu il tarixli qətnaməsinin cərimə və gecikdirilmiş günlər üçün 5 faiz hissəsində dəyişdirilərək iddia tələbinin tam təmin edlməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, bank ondan şişirdilmiş məbləğdə borc tələb edir. Sonuncu dəfə 19.04.2019-cu il tarixdə banka 839 manat 17 qəpik ödəniş etmişdir. Hal-hazırda da birinci instansiya məhkəməsinin qətnaməsi ilə ondan tutulması qət edilmiş məbləği ödəməyə etiraz yoxdur. Bu səbəbdən apelyasiya şikayətinin təmin edilməməsini, Şuşa Rayon Məhkəməsinin 2(077)-200/2020 saylı, 13 oktyabr 2020-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı təşkilat apelyasiya şikayətində qətnamənin yalnız cərimə borcunun qismən təmin edilməsi və gecikdirilmiş günlər üçün illik 5 faiz olmaqla faiz borcunun təmin edilməməsi hissəsində mübahisələndirmiş, qətnamənin əsas və faiz borcunun, eləcə də dövlət rüsumuna dair hissədə mübahisələndirməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi hakimi, cavabdehin izahatını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Şuşa Rayon Məhkəməsinin 2(077)-200/2020 saylı, 13 oktyabr 2020-cu il tarixli qətnaməsi qismən, gecikdirilmiş günlər üçün illik 5 faiz hesablanma 141,18 manat pulun tutulması barədə iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi, iddia tələbi həmin hissədə təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan QSC «Bank Standard» KB ilə Cavabdeh arasında bağlanmış 14 avqust 2015-ci il tarixli 100/13/123021/15 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 25% hesablanmaqla 4200 manat məbləğində borc pulun verilməsi, kreditalan tərəfindən isə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq krediti kreditora qaytarılması müqavilənin predmetini təşkil etmişdir. İş materiallarında olan kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh 4200 manat məbləğində almış olduğu krediti 14.09.2015-ci ildən başlayaraq hər ay 224,16 manat olmaqla 14.08.2017-ci il tarixədək ödəməli idi. İş materiallarında olan iddiaçı ləğv prosesində olan QSC «Bank Standard» KB-nın 07.08.2020-cı il tarixli **********077 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 14 avqust 2015-ci il tarixli 100/13/123021/15 saylı kredit müqaviləsi üzrə 04.08.2020-ci il tarixinə iddiaçı ləğv prosesində olan QSC «Bank Standard» KB qarşısında yerinə yetirilməmiş öhdəliyi 935,52 manat əsas borc, 223,60 manat faiz borcu, 1337,72 manat cərimə borcu, 141,18 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, ümumilikdə 2638,02 manat təşkil edir. İş materiallarında olan 12.08.2020-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəməsi iş materiallarına istinadən tərəflər arasında kredit müqaviləsi bağlanmasını, cavabdehin üzərinə düşən öhdəliklərini lazımi qaydada yerinə yetirməməsini, nəticədə banka borcu yaranmasını müəyyən edərək iddianı cərimə borcuna dair hissədə qismən təmin etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayəti üzrə birinci instansiya məhkəməsinin cərimə borcuna dair hissədə gəldiyi nəticəyə qiymət verərək hesab edir ki, məhkəmə iddia tələbini cərimə borcuna dair hissədə qismən təmin etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarından görünür ki, iddiaçı bank cavabdehdən əsas məbləğə görə 1337,72 manat məbləğində cərimə borcu tələb etmiş, birinci instansiya məhkəməsi qeyd edilən qanunvericilik normalarına istinadən iddiaçının cavabdehdən dəbbə pulu almaq tələbinin əsaslı olması, eyni zamanda əsas borca hesablanmış 1337,72 manat cərimə pulunun yüksək olması qənaətinə gələrək cərimə borcu hissəsində də iddianı qismən təmin edərək cərimə məbləğini 37 manat müəyyən etmişdir ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən bu mövqeyi ilə də razıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cərimə borcuna dair hissədə gəldiyi nəticədə haqlı olmuşdur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi gecikdirilmiş günlər üçün hesablanmış illik 5 faiz olmaqla 141,18 manat borcun tutulmasına dair hissədə iddianı təmin etməməkdə haqlı olmamışdır. Belə ki, iş materaillarından görünür ki, məhkəmə cavabdehin Bank tərəfindən kredit müqaviləsi üzrə ona verilmiş pul vəsaitini qanunsuz saxlamaqla, faydalanmasını, onu qaytarmaqdan qəsdən boyun qaçırmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməməsi əsası ilə iddianı qeyd edilən hissədə təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mübahisələndirilən hissədə təmin etməməkdə haqlı olmamışdır. İş materiallarına əlavə edilmiş (i.v.5) maliyyə arayışından görünür ki, Cavabdeh 04.08.2020-ci il tarixinə müqavilə müddətindən sonra ödənilməmiş gecikdirilmiş günlər üçün faiz borcu (5%) 141,18 manat təşkil edir. Göründüyü kimi, cavabdehin banka olan borcunu ödəməməsinə görə bank qarşısında müqavilə müddəti bitəndən sonra 141,18 manat faiz borcu olması iş materiallarında olan maliyyə arayışı ilə təsdiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24.12.2014-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş materiallarında olan maliyyə arayışına istinad edərək Cavabdeh əsas , faiz və cərimə borcunu tutsa da, maliyyə arayışını müqavilə müddəti bitəndən sonra 141,18 manat faiz borcunun olmasına dair sübut kimi qəbul etməmiş, bununla da səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin gecikdirilmiş günlər üçün faiz hesablanması barədə dəlillərini əsaslı sayaraq hesab edir ki, yuxarıda qeyd edilən qanunvericilik normasına əsasən iddia tələbi müqavilə müddəti bitəndən sonra 141,18 manat faiz borcunun tələb edilməsi hissəsində də əsaslı olduğundan qətnamə həmin hissədə ləğv edilərək iddia tələbi həmin hissədə də təmin edilməlidir. Bundan başqa məhkəmə kollegiyasının iclasında Cavabdeh ondan tutulan borc məbləğini mübahisələndirdiyindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 05.05.2021-ci il tarixli, 9/2383 saylı rəyindən görünür ki, Cavabdeh müqavilə müddətinin bitdiyi tarixə, 14.08.2017-ci il tarixinə əsas borc üzrə 2096,08 manat, faiz borcu üzrə 147,02 manat, maliyyə arayışının tarixinə, 04.08.2020-ci il tarixinə illik 5 faiz hesablanmaqla əsas borc üzrə 1176,80 mamat , faiz borcu üzrə 185,20 manat müəyyən edilmişdir. Göründüyü kimi, iddia tələbində tələb olunan cavabdehin borcunun məbləği keçirilmiş ekspertizanın rəyi ilə də təsdiq edilmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi ilə əsas borc üzrə 1176.80 manat, müqavilənin müddəti bitdikdən sonra 5% hesablanmaqla faiz borcu üzrə 185,20 manat müəyyən edilsə də iddia ərizəsində tələb olunan əsas borc 935,52 manat, müqavilənin müddəti bitdikdən sonra 5% hesablanmaqla faiz borcu üzrə 141,18 manat olduğundan bu səbəbdən də əsas borc hissəsi üzrə qətnamə iddia tələbindən kənara çıxılmamaqla dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə,məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, müqavilə müddəti bitəndən sonra 141,18 manat faiz borcunun tutulmasının təmin edilməməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə də təmin edilməli, Cavabdeh müqavilə müddəti bitəndən sonra gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 141,18 manat faiz borcu tutularaq İddiaçı Ləğv prosesində olan QSC «Bank Standard» KB-na ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Şuşa Rayon Məhkəməsinin 2(077)-200/2020 saylı, 13 oktyabr 2020-cu il tarixli qətnaməsi qismən, gecikdirilmiş günlər üçün illik 5 faiz hesablanma 141,18 manat pulun tutulması barədə iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə də təmin edilsin. Cavabdeh müqavilə müddəti bitəndən sonra gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 141,18 (yüz qırx bir manat on səkkiz qəpik) manat faiz borcu tutularaq iddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB-nə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul Cavabdeh alınaraq aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE**********0002088501, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1017/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1017/2021
29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver