Məhkəmə qərarları › İş №2(105)-102/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-102/2022

26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-102/2022 26.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi və sair tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(060)-812/2020 nömrəli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 22 dekabr 2015-ci il tarixli, 11/014/AİF nömrəli kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə 46420,95 manat əsas borc, 52118,37 manat faiz borcu və 3,05 manat məbləğində peniya borcu olmaqla, cəmi 98542,37 manat borc və ödənilmiş 30,4 manat dövlət rüsumu, habelə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması, tutmanın 22.12.2015-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdehə tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 115,2 kvadrat metrsümumi sahədən ibarət yaşayış sahəsinə yönəldilməsi, həmin evin qiymətlənirilərək açıq hərracdan satılması, satışından əldə olunmuş pul məbləğinin cavabdehin borcunun ödənilməsinə yönəldilməsi, qətnamə qanuni qüvvəsini aldıqdan sonra bir ay müddətində evin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcmini azaldaraq məhkəmədən 22 dekabr 2015-ci il tarixli müqavilə üzrə 47598,95 manat əsas borc, 460,52 manat faiz borcu olmaqla, cəmi 48059,47 manat borcun və ödənilmiş 30,4 manat dövlət rüsumunun, habelə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması, tutmanın 22.12.2015-ci il tarixli alqı-satqı və İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdehə tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 115,2 kvadrat ümumi sahədən ibarət yaşayış sahəsinə yönəldilməsi, həmin evin qiymətləndirilərək açıq hərracdan satılması, satışından əldə olunmuş pul məbləğinin cavabdehin borcunun ödənilməsinə yönəldilməsi, qətnamə qanuni qüvvəsini aldıqdan sonra bir ay müddətində evin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(060)-812/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 dekabr 2015-ci il tarixli, 11/014/AİF nömrəli kredit müqaviləsinin ləğv edilməsi, əsas borc üzrə 47598,95 manat, faiz borcu üzrə 460,52 manat olmaqla, cəmi 48059 (qırx səkkiz min əlli doqquz) manat 47 (qırx yeddi) qəpik məbləğində pul, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatının Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə yönəldilməsi, həmin yaşayış evinin açıq hərracda satılması, evin satışından əldə edilmiş vəsait hesabına Cavabdehİddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsi, evin satışından əldə edilmiş vəsaitin borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğin Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənildikdən sonra mənzilin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğin Cavabdeh qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, ünvan 1-in ilkin satış qiymətinin 80000 (səksən min) manat məbləğində müəyyən edilməsi, qiymətləndirmə xərci olan 400 (dörd yüz) manat pulun Cavabdeh tutularaq "xxxx" MMC-yə verilməsi, hazırkı qətnamənin ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə tutma yönəldildikdən və ev satıldıqdan sonra yaşayış sahəsində qeydiyyatda olan şəxslərin yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməklə onların evdən qeydiyyatdan çıxarılmaları üçün əsas olması qət edilmişdir (hakim Emin Abdullayev) Qətnamədən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən apellyasiya şikayəti verilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verilmişdir. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Azər Əmirov ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, tərəflər arasıdna razılıq əldə edilib, cavabdeh ilkin mərhələdə 3000 manat ödəniş etmiş və aylıq ödənişlər ediləcəyi təqdirdə güzəştlərin edilməsi məqsədəuyğundur. Bu səbəbdən apellyasiya şikayətinə baxılması zərurəti qalmamış və apellyasiya icraatına xitam verilməlidir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(060)- 812/2020 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətində imtina edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, tərəflər arasında razılıq əldə edilib və mübahisə yoxdur. Bu səbəbdən də apellyasiya icraatına xitam verilməsini xahiş edir. Məhkəmə kollegiyası iddiaçı və cavabdeh tərəfindən təqdim edilmiş ərizələri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətlərindən imtina qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı, Mülki Prosessual Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar və digər tərəfin apellyasiya şikayəti olmadığı üçün qəbul edilməli və Sumqayıt Şəhər Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(060)-812/2020 nömrəli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə görə işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin qeyd olunan normalarına istinadən icraatına xitam verməklə yanaşı, izah edir ki, apellyasiya şikayətindən imtina edilməsi birinci instansiya məhkəməsinin qətnaməsinin tanınmasına səbəb olur. Göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 263-264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh apellyasiya şikayətindən imtinası qəbul edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(060)-812/2020 nömrəli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar