Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1020/2022 18.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Zülfü oğlunun və Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılması” tələbinə dair Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(012)-5959/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(012)-5959/2021 saylı qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi, Cavabdeh azyaşlı uşağı 04.08.2015-ci il təvəllüdlü X7 ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri M.İbrahimov küçəsi 1 saylı evə istifаdə hüququ itirilmiş hеsаb еdilməklə həmin evdən çıxarılmaları, qətnamənin həmin şəxsin qeydiyyatdan çıxarılması üçün əsas olması qət edilmişdir (hakim Habil Əhmədov). Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(012)-5959/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh azyaşlı uşağı 04 avqust 2015-ci il təvəllüdlü X7 ilə birlikdə ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, M.İbrahimov küçəsi 1 saylı evə olan istifadə hüquqlarına xitam verilməsi və həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sözügedən mülki işə baxan salahiyyətli hakim tərəfindən çəkişmə prinsipinin müddəaları pozulmuş, Cavabdeh məhkəmə iclasının baxılma yeri və vaxtı barədə məlumat verilməmişdir. Cavabdeh Abşeron rayonu, Xirdalan şəhəri, M.İbrahimov küçəsi 1 saylı evdə hazırda yaşamaqdadır. Bildiriş həmin ünvana gəlsə də və bildiriş iddiaçı tərəfindən alınsa da cavabdehə bu barədə məlumat verilməmişdir. Abşeron Rayon Məhkəməsinin 16.11.2021-ci il tarixli 2(012)-5959/2021 sayll qətnaməsində “Yaşayış yeri və oldugu yer üzrə qeydiyyat haqqında" Azarbaycan Respublikasının Qanununun 1-ci maddəsinə (Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azarbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətandaş hüquqlarının və azadlıqlarının həyata keçirilmasi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası va s.) üçün zəruri şərait yaratmaqdır.) istinad edilərək bildirilmişdir ki, "yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi şəxsin uçota alınması, onların dövlət və cəmiyyat qarşısında vəzifələrinin icra edilməsi məqsədi daşıyır. Şəxs istifadə hüququ əsasında qaldığı yer və adətən yaşadığı yer üzrə qeydiyyata alınır. Şəxsin istifada etmədiyi va yaşamadığı yerdə qeydiyyatda qalması onun uçot xarakterli qeydiyyatını formal edir”. Halbuki Cavabdeh da qeydiyyatda qalmağın formallığından söhbət gedə bilməz. Çünki cavabdehin başqa yaşayış yeri olmadığından o, Abşeron rayonu, Xırdalan şəhəri, M.İbrahimov küçəsi 1 saylı evdə yaşamaqdadır. Cavabdehin başqa yaşayış yeri yoxdur. Sözügedən Abşeron Rayon Məhkəməsinin 16.11.2021-ci il tarixli 2(012)-5959/2021 saylı qətnaməsi ləğv edilməlidir. Apellyasiya şikayətində Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(012)-5959/2021 saylı qətnaməsinin ləğv edilməsi xahiş olunmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə uyğun izahat verərək Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(012)-5959/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Zülfü oğlu apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən: İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən İ.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. İİİ...Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki iş materiallarında olan: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 22.07.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.İbrahimov küçəsi 1 saylı ev İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 91 saylı reyestr kitabının 93 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********61-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Abşeron Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli 2(012)-4213/2021 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh X9 arasında Qaradağ rayon Qeydiyyat Şöbəsində 23 oktyabr 2014-cü ildə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 914 №-si ilə qeyd edilmiş nikah pozulmuş, 04 avqust 2015-ci il təvəllüdlü X3 nikah pozulduqdan sonra iddiaçı Cavabdeh (ananın) yanında qalması, cavabdeh X6 iddiaçı Cavabdeh xeyrinə 04 avqust 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasının əvvəlinin 25 iyun 2021-ci il tarixdən hesablanması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. -Abşeron rayon İcra Hakimiyyəti 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş 23.09.2021-ci il tarixli 3955 saylı arayışdan görünür ki, İddiaçı, X11, Cavabdeh və X1 rayonu Xırdalan şəhəri, M.İbrahimov küçəsi 1 saylı evdə qeydiyyatdadır. -Qaradağ rayon İcra Hakimiyyəti 152 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş 24.09.2021-ci il tarixli 2287 saylı arayışdan görünür ki, X2 rayonu, Lökbatan qəsəbəsi 1595 keçid, 11 saylı evin 45 saylı mənzilində yaşayır. -Asan-Sumqayıt tərəfindən verilmiş 29.09.2014-cü il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, M.İbrahimov küçəsi 1 saylı evdə qeydiyyatdadır. Tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı oğlu X9 ilə Cavabdeh 23.10.2014-cü il tarixdə nikaha daxil olmuş, nikaha daxil olduqdan sonra cavabdeh İddiaçı mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri M.İbrahimov küçəsi 1 saylı evə gəlin köçərək 10.02.2015-ci il tarixdə həmin evə qeydiyyata düşmüşdür. Cavabdeh iddiaçının razılığı ilə həmin evə qeydiyyata düşsə də tərəflər arasında buna dair hər hansı yazılı razılıq olmamışdır. Abşeron rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli 2(012)-4213/2021 saylı qətnaməsinə əsasən iddiaçının oğlu ilə cavabdeh arasında bağlanmış nikah pozulmuş, onların birgə nikahlarından olan azyaşlı uşaq cavabdehin yanında saxlanılmışdır. Nikahın pozulmasına baxmayaraq cavabdeh azyaşlı uşağı ilə birlikdə iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda qalmaqla həmin evdə yaşamağa davam etmiş və bu hal iddiaçının mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmış, bu səbəbdən də iddiaçı evə istifadə hüququna xitam verilmə və evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab edir ki, iddiaçının oğlu ilə cavabdeh arasında münasibətlər 2009-cu il oktyabrın 1-dən sonra yarandığından həmin münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1. maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.4. maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Bununla əlaqədar məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışına konkret şərh verilmişdir. Həmin qərarda aşağıdakılar qeyd olunmuşdur: “...Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”. Mülki Məcəllənin: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. İş materiallarından görünür ki, İddiaçı oğlu X9 ilə hazırki iş üzrə Cavabdeh birgə nikahlarından 04.08.2015-ci il tarixdə X7 anadan olduğundan, Abşeron Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli 2(012)-4213/2021 saylı qətnaməsi ilə 04.08.2015-ci il təvəllüdlü X3 nikah pozulduqdan sonra Cavabdeh (ananın) yanında qalması qət edildiyindən və yetkinlik yaşına çatmayan uşaq cavabdehin himayəsində olmaqla iddiaçıya məxsus olan evdə yaşadığından, hazırki iddia tələbi təmin edildiyindən cavabdehlə birlikdə azyaşlı uşaq da fərdi yaşayış evindən çıxarılmalıdır. Belə ki, istinad olunan qanunvericilik normasının tələbinə əsasən həmin uşağın yaşayış yeri valideynlərinin yaşayış yeri sayılmaqla, məhkəmənin yetkinlik yaşına çatmış cavabdehə münasibətdə gəldiyi hüquqi nəticə onun azyaşlı uşağına da şamil edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdehin apellyasiya şikayətindən göründüyü kimi cavabdeh apellyasiya şikayətində iddia tələbində qeyd olunan iddiaçıya məxsus fərdi yaşayış evindən çıxarılmalı olub-olmaması məsələsini mübahisələndirir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdehin iddiaçıya məxsus yaşayış evindən gəlin köçərək istifadə etməsi mülkiyyətçinin iradəsi əsasında müvəqqəti xarakter daşımışdır və buna görə cavabdehin iddiaçıya məxsus evdən çıxarılması hazırki halda mülkiyyətçinin mülahizəsindən aslıdır. Məhkəmə iclasının vaxtı barədə cavabdehə lazımı qaydada məlumat verilməsinə dair apellyasiya şikayətinin dəlilini də məhkəmə kollegiyası əssasız hesab edir. Bllə ki, işin 31ci vərəqində olan məhkəmə bildirişinin kötüyündə cavabdehin məhkəmə iclasının 16.11.2021-ci il tarixə caat 10:50 –yə təyin edilməsi barədə məlumatının olduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətinə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(012)-5959/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1020/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1020/2022
18.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver