Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1026/2021 07.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-2428/2020 saylı qətnaməsindən iddiaçı ”İddiaçı” QSC-nin nümayəndəsi A.Z.Əhmədovanın verdiyi apelyasiya şikayətləri üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-2428/2020 saylı qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair iddiası qismən təmin edilib, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2015-ci il tarixli, 003R********** saylı kredit razılaşması üzrə 3968,90 manat məbləğində kredit borcu və 20 manat dövlət rüsumuna görə pul vəsaitinin İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmişdir. İddiaçı ”İddiaçı” QSC-nin nümayəndəsi A.Z.Əhmədova apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-2428/2020 saylı qətnaməsinin qismən, iddia tələbinin Cavabdeh2 münasibətdə təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin Cavabdeh2 münasibətdə də təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada bankın xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 3968,90 manat məbləğində kredit borcun, 1187,49 manat məbləğində faiz borcun, 1457,11 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6613,50 manat məbləğində borcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı ”İddiaçı” QSC-nin nümayəndəsi A.Z.Əhmədova apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx xxxxxxx 2020-ci il tarixli qətnaməsini qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386, 389, 390, 470, 472.1-ci maddələrinin tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qismən, iddia tələbinin Cavabdeh2 münasibətdə təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin Cavabdeh2 münasibətdə də təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı QSC-nin X2 birinci müavini Evgenia Gashikulina xx xxxxx 2021-ci il tarixli ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək göstərmişdir ki, xx xxxx 2021-ci il tarixli məhkəmə iclası zamanı Cavabdeh2 vəfat etdiyi banka məlum olmuşdur. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini yalnız Cavabdeh2 münasibətdə mübahisələndirdirmişdir. Ona görə də, bank mülki iş üzrə apelyasiya şikayətindən imtina edir və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 369.2-ci maddəsinə əsasən apelyasiya şikayəti verən şəxs apelyasiya instansiyası məhkəməsində qərar qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən apelyasiya şikayətindən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla şikayətdən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir. İş materiallarından göründüyü kimi İddiaçı QSC-nin X2 birinci müavini Evgenia Gashikulinanın apelyasiya şikayətindən imtina etməsi qanuna zidd deyildir, digər şəxslərin maraqlarına toxunmur, bu səbəbdən də, onun apelyasiya şikayətlərindən imtinası qəbul edilməli və iş üzrə apelyasiya icraatına xitam verilməlidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı QSC-nin X2 birinci müavini Evgenia Gashikulinanın apelyasiya şikayətindən imtinası qəbul edilsin. İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-2428/2020 saylı qətnaməsindən iddiaçı ”İddiaçı” QSC-nin nümayəndəsi A.Z.Əhmədovanın verdiyi apelyasiya şikayəti üzrə apelyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-1026/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1026/2021
07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver