Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1027/2023 25.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X4 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Quliyev Pərvin Fəxrəddin oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh2, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə4 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, e-2(012)-213/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 5-xx-xx-2015-YS-AAAF-R0 saylı kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 30722.54 manat əsas, 6724.83 manat faiz olmaqla, ümumilikdə, cəmi 37447.37 manat borcun və ödənilmiş 202.34 manat dövlət rüsumunun "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra iddiaçı "xxxx" ASC Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 30722.54 manat əsas, 8346.3 manat faiz olmaqla, ümumilikdə, cəmi 39068.84 manat borcun, 202.34 manat dövlət rüsumu, əlavə olaraq 4.87 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 5-xx-xx-2015-YS-AAAF-R0 saylı təminatlı kredit müqaviləsinə əsasən, cavabdehə 180 ay müddətinə, ilik 10 faiz ödəmək şərtilə 38250 manat kredit verilmişdir. Həmçinin, kredit borcunun təminatı kimi iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixli 5-xx-xx-2015-YS-AAAF-R0 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən borcalan müqavilədə göstərilən müddətdə və qaydada krediti, kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda zaminlik müqaviləsinə əsasən borclu üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə zamin kreditor qarşısında kredit məbləği, hesablanacaq faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə bağlı vurulmuş zərərin əvəzinin ödənilməsinə görə məsuliyyət daşıyır. Lakin borcalan tərəfindən kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliklər vaxtında yerinə yetirilmədiyindən müqavilənin şərtləri pozulmuşdur. Cavabdehlərə kreditin qaytarılması haqqında xx.xx.2022-ci il tarixli bildiriş (mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması barədə) göndərilsə də hüquqi şəxs olan cavabdehin hüquqi ünvanında bildirişin qəbulundan imtina edilmişdir. Bu hal iddia ərizəsinə əlavə edilən poçt xidməti tərəfindən tərtib edilən aktla təsdiqini tapır. Fiziki şəxs olan cavabdehə isə bildiriş poçt vasitəsi ilə çatdırılaraq xəbərdarlıq edilsə də öhdəlik yerinə yetirilməmişdir. xx.xx.2022-ci il tarixə cavabdehlərin 30722.54 manat əsas və 6724.83 manat faiz borcu olmaqla, cəmi 37447.37 manat borcu mövcuddur. Beləliklə, müqavilə üzrə öhdəliklər razılaşdırılmış qaydada icra edilmədiyi üçün hesablanmış kredit borcunun cavabdehlərdən məhkəmə qaydasında tam tələb edilməsi zərurəti yaranmışdır. Hazırda, cavabdehlər tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyindən iddia tələbinin həcminin artırılması zəruriyyəti yaranmış və 30722.54 manat əsas, 8346.3 manat faiz olmaqla, ümumilikdə, cəmi 39068.84 manat borc yaranmışdır. Həmçinin, qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində kredit müqaviləsinin ləğvi tələbi qoyulmamış, belə ki, kredit müqaviləsinin müddəti bitməmişdir. Müqavilə müddəti daxilində hesablanmış faiz borcudur. Həmçinin, Konstitusiya Məhkəməsinin Plenumunda bu mövzu ilə bağlı müzakirələr gedir. Müqavilədə öhdəliklə bağlı hər iki tərəfin hüquqları vardır ki, məsələn, akseptsiz silinmə hüququ vardır ki, iddiaçı hazırda, müqavilənin ləğvini tələb etmir. Həmçinin, cavabdeh MMC etirazında məhkəmə təcrübəsinin vahidliyinə istinad edərək qeyd edir ki, kredit borcu məbləği ondan tutulmamalıdır. Lakin eyni məzmunlu mülki işlər üzrə qəbul edilmiş yuxarı instansiya məhkəmələrinin aktlarına əsasən, borc hissəsi müştərək qaydada borclulardan tutulmalı, sözügedən məhkəmə aktları da qüvvədədir. Apellyasiya instansiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, borclular müştərək qaydada bank qarşısında öhdəlik daşımaqla bankla fiziki şəxs arasında olan hüquqi münasibətlər tamamilə başqa öhdəlikdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh "xxxx" MMC tərəfindən iddia ərizəsinə qarşı etiraz verərək göstərmişdir ki, iddiaçı "xxxx" ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 5xx-xx-2013-YS-AAAF-R0 saylı təminatlı (daxili ipoteka krediti üçün) kredit müqaviləsinə əsasən, cavabdehə illik 10 faiz dərəcəsi ilə 180 ay müddətinə 38250 manat kredit ayrılmış və istifadə edilmişdir. Həmin müqavilənin müddəalarından göründüyü kimi, təyinatı "xxxx" MMC ilə bağlanmış xx.xx.2015-ci il tarixli, ABB YM-0063 saylı mənzilin alqı-satqı müqaviləsi üzrə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 “AAAF-Park” yaşayış massivi, 28 saylı küçədə inşa edilən 5 saylı binanın mərtəbə 8, ümumi sahəsi 65.4 kv.m olan 2 otaqlı 56 saylı mənzilin alınmasıdır. Sözügedən müqavilə üzrə yaranmış borcun cavabdeh MMC-dən tutulmasının hüquqi əsası zaminlik müqaviləsidir. Cavabdeh "xxxx" MMC iddia tələbinin MMC-dən tutulmasına etiraz edir. Abşeron Rayon Məhkəməsinin 2(012)853/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, cavabdehlər arasında 56 saylı mənzilə dair bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə ləğv edilmiş, həmin mənzilə görə ödənilmiş 42510 manat pul, maddi ziyan olaraq 3896.75 manat, vəkil xərci 80 manat və dövlət rüsumuna görə 20 manat, cəmi 46506.75 manat pulun "xxxx" MMC-dən alınıb Cavabdeh2 qaytarılması qət edilmiş, Məhkəmənin 2(012)-853/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadına əsasən isə iddia tələbi “kredit müqaviləsinin ləğv edilməsi” hissəsində baxılmamış saxlanılmışdır. Məhkəmənin qənaətinə görə alğı-satqı müqaviləsi üzrə Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirərək ödənilməli olan məbləği cavabdeh "xxxx" MMC-yə ödəmiş olsa da "xxxx" MMC müqavilənin şərtlərinə əməl etməyərək 56 saylı mənzili beş illik müddət ərzində təhvil verməmiş, nəticədə, iddiaçı müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. İddiaçı alqı-satqı müqaviləsinin ləğvi üçün cavabdehə müraciət etsə də buna nail ola bilməmiş, məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçı Cavabdeh2 iddia tələbinə hüquqi qiymət verən zaman “iddiaçı tərəfindən cavabdehə ödənilmiş 42510 manat” dedikdə, borcalanın cavabdehə 4260 manat ilkin ödəniş və bankı vasitəsilə ayrılmış 38250 manat kredit vəsaiti nəzərdə tutulmuşdur. (4260+38250=42510) Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)1445/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Abşeron rayon Məhkəməsinin 2(012)-853/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi maddi ziyan olaraq 3896.75 manat pulun "xxxx" MMC-dən alınıb Cavabdeh2 qaytarılması hissəsində ləğv edilmişdir. İddiaçı "xxxx" ASC-nin cavabdeh qismində iştirak etdiyi sadalanan məhkəmə aktlarından göründüyü kimi, təminatlı kredit müqaviləsi üzrə ayrılmış və cavabdeh MMC-yə ödənilmiş 38250 manat məbləğin Cavabdeh2 xeyrinə tutulması artıq qət edilmiş və qanuni qüvvəsini almışdır. İddiaçı "xxxx" ASC qeyd olunan məhkəmə aktlarından şikayət verməmişdir. xx.xx.2015-ci il tarixli, 5-xx-xx-2013-YS-AAAF- R0 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 30722.54 manat əsas kredit borcunun cavabdeh "xxxx" MMCdən tutulmasına dair tələbin hüquqi əsası olaraq zaminlik müqaviləsinə istinad edilməsinə baxmayaraq, yuxarıda qeyd olunan məhkəmə aktları ilə qət edilmiş hüquqi nəticə ziddiyyət təşkil etmiş olur. İddiaçının borcverən qismində kredit vəsaiti ayırması və cavabdeh tərəfindən ayrılmış kredit vəsaitindən istifadə edilməsi kifayətedici deyildir. Belə ki, Cavabdeh2 ona ayrılmış kredit vəsaitinin sahibi olaraq MMCdən tələb etməsi hazırda, iddiaçı "xxxx" ASC-nin tələb hüququnu məhdudlaşdırır və hüquqi əsası olaraq ancaq Cavabdeh2 cavabdeh qismində yönəldir. İddiaçı bankın cavabdeh "xxxx" MMC-dən əsas kredit borcunun tutulması hissəsində iddianın yolverilməzliyinə dair əsaslar da mövcuddur. Abşeron Rayon Məhkəməsinin icraatında olan 2(012)-853/2020 saylı mülki iş üzrə tərəflər hazırki iş üzrə tərəflərlə eynilik təşkil edir. İddiaçı "xxxx" ASC Cavabdeh2 xeyrinə qət edilməklə əsas kredit borcunun ondan tutulması barədə iddia irəli sürməlidir. Lakin belə olan halda, qət edilmiş məbləğin təkrar olaraq MMC-dən tutulmasının hüquqi əsası mövcud deyildir. Halbuki, cavabdeh "xxxx" MMC məhkəmə qətnamələri ilə məsuliyyətə cəlb edilməklə pul vəsaitinin tutulması qət edilmişdir. Eyni əsaslarla təkrar məsuliyyətə cəlb edilməsi ədalətli deyil. Lakin hazırda, iddiaçı zaminlik müqaviləsinə əsasən, hüququndan sui-istifadə edir, məhkəmə tərəfindən müəyyən edilmiş və hüquqi qiymət verilmiş hüquq münasibətlərinə təkrar dəyərləndirməsi düzgün deyil. Həmçinin, nəzərə alınmalıdır ki, kredit müqaviləsi üzrə ayrılmış kredit vəsaiti MMC-nin bank hesabına mədaxil edilmişdir. Lakin artıq qeyd olunan xüsusata qətnamə ilə hüquqi qiymət verilmişdir. Ona görə də iddia tələbinin cavabdeh MMC-dən cəmi borcun tutulması hissəsində təmin edilməməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur.
5. Abşeron Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, e-2(012)-213/2023 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 5-xx-xx-2015-YS-AAAF-R0 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və "xxxx" MMCdən müştərək qaydada 30722.54 (otuz min yeddi yüz iyirmi iki manat əlli dörd qəpik) manat əsas, 8346.3 (səkkiz min üç yüz qırx altı manat otuz qəpik) manat faiz olmaqla, ümumilikdə, cəmi 39068.84 (otuz doqquz min altmış səkkiz manat səksən dörd qəpik) manat borc və 208.01 (iki yüz səkkiz manat bir qəpik) manat ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir (hakim Habil Əhmədov).
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, borcalan Cavabdeh2 iddiaçı bank qarşısında öhdəliyi yaranmış və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Zaminlik müqaviləsindən də göründüyü kimi, cavabdeh "xxxx" MMC kredit müqaviləsi üzrə öhdəlik icra edilənə qədər bank qarşısında cavabdeh fiziki şəxs ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüş və həmin öhdəlik kredit müqaviləsi üzrə öhdəliklər icra edilənə qədər qüvvədədir.
7. Məhkəmə AR Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 445, 472, 739.1, 739.2-ci maddələrinə istinad edərək iddianı təmin etməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilərək Abşeron Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, e-2(012)-213/2023 nömrəli qətnaməsinin qismən ləğv edilməsi, iddiaçı "xxxx" ASC-nin iddia tələbinin xx.xx.2015-ci il tarixli 5-xx-xx-2015- YS-AAAF-R0 saylı Təminatlı Kredit (daxili ipoteka krediti üçün) müqaviləsi üzrə 30722.54 manat əsas kredit borcunun cavabdeh "xxxx" MMC-dən tutulması” hissəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Şikayətin dəlilləri:
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən münasibətlərə Abşeron Rayon Məhkəməsinin 2(012)-853/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnamə və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1445/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə hüquqi qiymət verilmişdir. Belə ki, borc verən "xxxx" ASC ilə borc alan Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 5-xx-xx-2015-YS- AAAF-R0 saylı Təminatlı Kredit (daxili ipoteka krediti üçün) müqaviləsi üzrə yaranmış münasibətlərdən və öhdəliklərlə əlaqədar olaraq Bank tərəfindən ayrılmış 38250 manat əsas kredit borcunun və ilkin ödəniş qismində ödənilmiş 4260 manat məbləğinin cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı Cavabdeh2 ödənilməsi qət edilmişdir. Belə olan halda iddiaçı "xxxx" ASC-nin 38250 manat əsas kredit borcunun tərkib hissəsi olan 30722.37 manat məbləğin təkrar olaraq cavabdeh "xxxx" MMC-dən tutulmasının qət edilməsi yolverilməzdir. Belə ki, cavabdeh “AAAF-İNŞAAT MMC eyni kredit müqaviləsi üzrə 30722.37 manat əsas kredit borcunu həm iddiaçı Cavabdeh2, həm də iddiaç "xxxx" ASCnə ödəməlidir. Bu da aşağıda sadalanacaq maddi hüquq normalarının tələblərinə ziddir. Bununla bağlı kifayətedici məhkəmə təcrübəsi də formalaşmışdır. Sadəcə iddiaçı hüquqi şəxsin Bank olması hüquqdan sui-istifadə etməyə əsas vermir. Belə bir pozuntuya isə ədalət mühakiməsini həyata keçirən rayon məhkəməsi tərəfindən yol verilməsi isə təəssüf hissi doğurur. Hesab edir ki, Abşeron Rayon Məhkəməsinin e-2(012)-213/2023 saylı , xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddiaçının iddia tələbi Cəmiyyətə münasibətdə rədd edilməlidir. Xüsusilə vurğulamaq lazımdır ki, Abşeron Rayon Məhkəməsinin hüquqi əsaslandırmasına görə (səh.7) “müqavilənin müddəti bitməmiş, hazırda da qüvvədə olmaqla hər iki cavabdeh öhdəlik götürmüş və həmin öhdəliklərə görə bank qarşısında birgə cavabdehlik daşıyırlar. Öhdəliklər icra edildiyi halda isə tərəflər ödənilməli olan ödəniş məbləğlərinə uyğun olaraq biri digərinə qarşı reqres qaydada tələb hüququndan istifadə edə bilər. Başqa sözlə, zaminlik müqaviləsindən də göründüyü kimi, cavabdeh "xxxx" MMC kredit müqaviləsi üzrə öhdəlik icra edilənə qədər bank qarşısında cavabdeh fiziki şəxs ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüş və həmin öhdəlik kredit müqaviləsi üzrə öhdəliklər icra edilənə qədər qüvvədədir”. Reqres hüquq münasibətlərinin yaranması qüvvəyə minmiş məhkəmə aktlarında ziddiyyət yaratmamalı və reqres tələb konkret bir məhkəmə aktı üzrə yaranması daha düzgündür. Məhkəmə düzgün əsaslandırmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, məhkəmə və icra hakimiyyəti orqanlarının borcudur. Hazırda, Cəmiyyətin məhkəmədə müdafiə-təminat hüququ pozulmuşdur. Qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, mülkiyyətin bütün növlərinin müdafiəsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə yönələn mülki məhkəmə icraatı üzrə ədalət mühakiməsi yalnız məhkəmələr tərəfindən və qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxıla bilər. Yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxmaq üçün əsaslar aşağıdakılardır: məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materiallar aşkar edildikdə; məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı; məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və həmin işə baxılarkən tərəflərin, işdə iştirak edən digər şəxslərin, yaxud onların nümayəndələrinin cinayətkar hərəkətləri və ya hakimlərin cinayətkar əməlləri; həmin məhkəmə aktlarının çıxarılması üçün əsas olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının, yaxud sair orqanın qərarının ləğv edilməsi. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-213/2023 nömrəli qətnaməsinin "xxxx" MMC-dən kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində” qüvvədə qalması Abşeron Rayon Məhkəməsinin 2(012)-853/2020 nömrəli, xx.xx.2020-ci il tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1445/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnamələrinə münasibətdə yeni açılmış hala əsas yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “A.Yəhyazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair məhkəmə tərkibinin 17 oktyabr 2012-ci il tarixli qərardadının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2013-cü il tarixl Qərarında Plenum qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki mühakimə icraatının xüsusi növü sayılır və bu icraat apellyasiya və kassasiya qaydasında işə baxılmasından köklü surətdə fərqlənir. Belə ki, bu icraatda işə baxılmanın əsasını məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslı olmaması, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsi və ya prosessual qanunvericilik normalarının pozulması deyil, qərar qəbul edərkən işin nəticəsinə köklü surətdə təsir edəcək və iş üçün xüsusi əhəmiyyət kəsb edən halların mövcudluğudur. Konstitusiyada təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, məhkəmə və icra hakimiyyəti orqanlarının borcudur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşdırdığı hüquqi mövqeyə görə işlərin bütün məhkəmə instansiyalarında maddi və prosessual qanunvericiliyin normalarına riayət edilməklə həll olunması mahiyyət üzrə çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və ədalətliliyinin hüquqi əsasını təşkil etməklə onların şübhə altına alınmasını istisna edir. Sadalanan məhkəmə aktlarının dəyişməz qaydada qüvvədə qalması ədalətliliyin hüquqi əsasını şübhə altına salır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, mübahisə predmeti barəsində artıq Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2021-ci il tarixli, 2(105)-1445/2021 nömrəli qətnaməsi var. Qətnamə Cavabdeh2 xeyrinə qət olunub. Həmin qətnamə ilə onlardan Cavabdeh2 xeyrinə tutulan məbləğ indi bankın iddia tələbini təşkil edir. Eyni məbləğin onlardan iki dəfə tutulması ədalətsizdir. Bank ilə zaminlik müqaviləsi var. Bank da kredit və zaminlik müqaviləsinə istinad edir. Zaminlik hissəsində bankın mövqeyi ilə razıdırlar. Amma artıq borc məbləği təşkilatdan Cavabdeh2 tələbi əsasında tutulur. Təkrar tutula bilməz. İlkin ödəniş hissəsini mübahisələndirmir, kredit borcundan əsas borca dair hissə təşkilatdan tutulub. Müştərəklik yoxdur, borc təkcə təşkilatdan tutulub. Bank ilkin ödənişi çıxmaq şərti ilə həmin məbləği təkrar istəyir. Məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, iddianın ilkin qətnaməylə təmin olunmuş hissədə təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir.
12. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, apellyant zaminliyi mübahisələndirmir. Ona görə bu hissədə fikir bildirmir. Apellyant əsasən iki qətnamənin mövcudluğunu mübahisələndirir. Amma hər iki mübahisənin predmeti bir-birindən fərqlidir. İlkin qətnamə mənzil mübahisəsi ilə bağlıdır. Cari mübahisə isə kredit münasibətləri ilə əlaqəlidir. Apellyant reqress qaydada tələbini Cavabdeh2 qarşı irəli sürə bilər. Apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, e-2(012)- 213/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
13. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, bankın pulunu ödəyəcək, amma apellyantdan ona olan borcun ödənilməsini gözləyir ki, bank qarşısında öhdəliyini icra edə bilsin. Apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, e-2(012)- 213/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Maddə 472. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
15. Mülki Prosessual Məcəllə Maddə 4.1-ci. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
18. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayətində birinci instansiya qətnaməsi qismən, iddia tələbini ona dair hissədə təmin edilən hissədə mübahisələndirildiyindən qətnamə həmin hissədə müzakirə edilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıır. 20.Kreditverən "xxxx" ASC ilə kreditalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 5-xx-xx-2015-YS-AAAF-R0 saylı kredit müqaviləsindən görünür ki, kreditverən kreditalana 180 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə 38250 manat kredit verməyi öhdəsinə götürmüşdür.
21. Müqavilənin 4.1-ci bəndinə əsasən, bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu ipoteka və 5-xx-xx-2015-YS-AAAF-R0 saylı xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən irəli gələn zaminlikdir.
22. Müqavilənin 4.3-cü bəndinə əsasən, kredit müqaviləsi üzrə təminat kimi çıxış edən xx.xx.2015-ci il tarixli, 5-xx-xx-2015-YS-AAAF-R0 saylı müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində bina 5, mərtəbə 8, ümumi sahəsi 65.4 kv.m-dən ibarət 2 otaqlı 56 saylı mənzil üzrə daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alındıqdan sonra qeyd olunan əmlak ipoteka ilə rəsmiləşdirilməlidir.
23. Kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 ona verilmiş kredit üzrə əsas və faiz borclarını xx.xx.2015-ci il tarixdən başlayaraq, xx.xx.2030-cu il tarixə kimi hər ay banka 411.10 manat (sonuncu ay isə 384.97 manat) ödəməklə qaytarmalıdır.
24. xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, bank tərəfindən Cavabdeh2 hesabına 37867 manat pul vəsaiti köçürülmüşdür.
25. Kreditor "xxxx" ASC, kreditalan Cavabdeh2 və zamin "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 5-10-032015-YS-AAAF-R0 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.
26. Zaminlik müqaviləsinin 3.2-ci bəndinə əsasən, zaminliklə təmin edilmiş öhdəliyin ölçüsü 38250 manat və ona hesablanacaq faiz, cərimə faizləri, həmçinin, məhkəmə xərclərindən ibarətdir.
27. Zaminlik müqaviləsinin 7.3-cü bəndinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
28. Zaminlik müqaviləsinin 7.4-cü bəndinə əsasən, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin də ödənilməsi daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
29. Zaminlik müqaviləsinin 13.2-ci bəndinə əsasən, borclu kreditor ilə bağladığı kredit müqaviləsinə əsasən, üzərinə götürdüyü borcun əsas məbləğini, faizlərin və ödənişlərin gecikdirilməsi nəticəsində vurulmuş zərərin əvəzini, dəbbə pulunu və həmçinin, borclunun öz vəzifələrini vaxtında və düzgün yerinə yetirməməsi səbəblərindən yaranan sair ziyanlar kreditora ödənilənədək bu müqavilə qüvvədə olur.
30. »Azərbaycan Beynəlxalq Bankı» ASC tərəfindən Cavabdeh2 və "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli 22-5001/2022 saylı bildirişdən görünür ki, bank tərəfindən borclulara kredit müqaviləsi üzrə borc 5 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
31. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 müqavilə üzrə xx.xx.2022-ci il tarixə 30722.54 manat əsas, 6724.83 manat faiz olmaqla, cəmi 37447.37 manat borcu vardır.
32. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 müqavilə üzrə xx.xx.2022-ci il tarixə 30722.54 manat əsas, 8346.3 manat faiz olmaqla, cəmi 39068.84 manat borcu vardır.
33. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-853/2020 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, "xxxx" MMC ilə Cavabdeh2 arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında yerləşən 65.4 kv.m-dən ibarət 2 otaqlı 56 saylı mənzilə dair xx.xx.2015-ci il tarixli mənzilin alqı-satqısı müqaviləsi ləğv edilmiş, həmin mənzilə görə ödənilmiş 42510 manat pul, maddi ziyan olaraq 3896.75 manat, vəkil xərci 80 manat və dövlət rüsumuna görə 20 manat, cəmi 46506.75 manat pulun "xxxx" MMC-dən alınıb Cavabdeh2 qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
34. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-1445/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 apellyasiya şikayəti təmin olunmamış, "xxxx" MMC-nin apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-853/2020 saylı qətnaməsi maddi ziyan olaraq 3896.75 manat pulun "xxxx" MMC-dən alınıb Cavabdeh2 qaytarılması hissəsində ləğv edilmiş, bu hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş və həmin hissədə də iddia tələbi təmin edilməmiş, qalan hissələrdə, yəni, “"xxxx" MMC ilə Cavabdeh2 arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasındakı 65.4 kv.m-dən ibarət 2 otaqlı 56 saylı mənzilə dair xx.xx.2015-ci il tarixli mənzilin alqı-satqısı müqaviləsinin ləğv edilməsi, həmin mənzilə görə ödənilmiş 42510 manat, vəkil xərci kimi 80 manat və dövlət rüsumuna görə 20 manatın "xxxx" MMC-dən alınıb Cavabdeh2 qaytarılması hissəsində” qətnamə dəyişdirilmədən saxlanılmışdır.
35. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh2 və "xxxx" MMC arasında bağlanmış alqı-satqı müqaviləsi Abşeron Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli 2(012)-853/2020 saylı qətnaməsi ilə ləğv edilmiş və alqı-satqı müqaviləsinin predmetini təşkil edən mənzilin dəyərinə görə ödənilmiş 42510 manat pul vəsaitinin MMC tərəfindən alıcı Cavabdeh2 qaytarılmasına dair isə qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-1445/2021 saylı qətnaməsi qəbul edilmişdir. Cavabdehlər arasında alqı-satqı müqaviləsinin ləğv edilməsi hazırki mülki işdə kredit müqaviləsi üzrə cavabdehlərin bank qarşısında birgə məsuliyyət daşımasını istisna etmir. Belə ki, kreditverən "xxxx" ASC ilə kreditalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2015ci il tarixli 5-xx-xx-2015-YS-AAAF-R0 saylı kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən, bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu ipoteka və zaminlik müqaviləsindən irəli gələn zaminlikdir. Beləliklə, müqavilənin müddəti bitməmiş, hazırda da, qüvvədə olmaqla hər iki cavabdeh öhdəlik götürmüş və həmin öhdəliklərə görə bank qarşısında birgə cavabdehlik daşıyırlar. Öhdəliklər icra edildiyi halda isə tərəflər ödənilməli olan ödəniş məbləğlərinə uyğun olaraq biri digərinə qarşı reqres qaydada tələb hüququndan istifadə edə bilər. Başqa sözlə, zaminlik müqaviləsindən də göründüyü kimi, cavabdeh "xxxx" MMC kredit müqaviləsi üzrə öhdəlik icra edilənə qədər bank qarşısında cavabdeh fiziki şəxs ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüş və həmin öhdəlik kredit müqaviləsi üzrə öhdəliklər icra edilənə qədər qüvvədədir. 36.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşır.
37. Belə ki, iş materialları ilə müəyyən edilir ki, bank ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 5-xx-xx-2015-YS-AAAF-R0 saylı kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC, kreditalan Cavabdeh2 və zamin "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 5-10-032015-YS-AAAF-R0 saylı zaminlik müqaviləsi bağlanmış və zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.
38. Belə olan halda öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün Bankın həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdeh olan "xxxx" MMC-dən öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır.
39. Hazırki işdən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklər əsas borclu tərəfindən icra edilməmişdir. İddiaçı tərəfindən kredit qismində ayrılmış pul vəsaiti iddiaçıya qaytarılmamış və bununla da Bankın kredit müqaviləsi üzrə borcu borclularından tələb etmək hüququ yaranmışdır. Kreditin təminatı olaraq bağlanmış zaminlik müqaviləsi hazırki gündə qüvvədədir.
40. Hazırkı iş üzrə cavabdeh "xxxx" MMC apellyasiya şikayətində zaminlik müqaviləsini mübahisələndirməmişdir. 41.Mülki Məcəllənin zaminliyə xitam verilməsi əsaslarını müəyyən edən 477.0-cı maddəsində borcalanla zamin arasında hər hansı razılaşma və ya yaranmış öhdəlik hüquq münasibətləri əsasında zaminliyə birtərəfli xitam verilməsi əsası nəzərdə tutulmamış, məhkəmələr tərəfindən işə baxılarkən iddiaçı ilə cavabdehlər arasında bağlanmış kredit və zaminlik müqavilələrində belə bir şərtin razılaşdırıldığı müəyyən edilməmişdir.
42. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh zaminlik müqaviləsi ilə borcalanın iddiaçıdan götürdüyü borca görə borcun ödənilməsində bank qarşısında öhdəlik götürdüyündən tələb olunan məbləğ zamin kimi ondan da tutulmalıdır. 43.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun hesab edərək qeyd edir ki, məhkəmə iddianı təmin etməkdə haqlı olmuşdur.
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək qeyd edir ki, iddiaçı ilə apellyasnt arasında bağlanmış zaminlik müqaviləsinə əsasən borcalanın bank qarşısında götürdüyü öhdəliklərə cavabdeh olduğundan bankın tələb olunan pulu apellyantdan tələb etmək hüququ yaranmışdır.
45. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, apellyant öhdəliklər icra edildiyi halda isə ödənilməli olan ödəniş məbləğlərinə uyğun olaraq borcalana qarşı reqres qaydada tələb hüququndan istifadə edə bilər. 46.Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, e-2(012)-213/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
47. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, e-2(012)-213/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.