Məhkəmə qərarları › İş №2(105)-1029/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1029/2025

17.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1029/2025 17.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və X1 ibarət tərkibdə, X4 qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-192/2025 nömrəli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qərardadlarından ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2025-ci il tarixli, e-2(060)-192/2025 nömrəli qətnaməsi ilə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “mənzilə çəkilmiş xərclərə görə pul” tələbinə dair ilkin iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı özünə aid edilməsi, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun Cavabdeh özünə aid edilməsi qət edilmişdir.

2. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 sözügedən qətnamədən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti vermişdir.

3. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-192/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır.

4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmiş, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 elektron kabinetinə qətnamə xx.xx.2025-ci il tarixdə yerləşdirilməsinə baxmayaraq, apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Apelyator tərəfindən buraxılmış prosessual müddətin bərpasına dair ərizə də məhkəməyə təqdim olunmamışdır.

5. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-192/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından xx.xx.2025-ci il tarixdə şikayət vermişdir.

6. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-192/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-192/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən və xx.xx.2025-ci il tarixli qərardadından ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətlərin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır.

7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, şikayətin forma və məzmun tələblərinə əməl etməmiş, istifadə edilmiş dövlət rüsumunu təkrar əlavə etməklə eyni məzmunlu apelyasiya şikayəti vermişdir. Bundan əlavə qətnamədən şikayət verilmə müddətinin ötürülməsinə baxmayaraq müddətin bərpasına dair ərizə şikayətə əlavə edilməmişdir. Ona görə də qətnamədən və qərardaddan verilən şikayətlər geri qaytarılmalıdır.

8. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-192/2025 nömrəli xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qərardadlarından xx.xx.2025-ci il tarixdə şikayət vermişdir.

9. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-192/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-192/2025 saylı, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli qərardadlarından və xx.xx.2025-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin buraxılmamış hesab edilməsi barədə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. (hakim Aynur Behbudova)

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

10. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 192/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti həmin məhkəmənin e-2(060)-192/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə qanunsuz və əsassız olaraq geri qaytarılmışdır. Həmin qərardaddan tərəfindən şikayət verilmiş, lakin həmin məhkəmənin e-2(060)-192/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayəti qanunsuz və əsassız olaraq geri qaytarılmışdır. Qeyd olunan qərardaddan şikayətçidir və hesab edir həmin qərardad qanunsuz hesab edilərək, 2(060)-192/2025 saylı xx.xx.2025-ci il tarixli qərardaddan vermiş olduğu şikayət təmin edilərək apellyasiya şikayəti aidiyyəti apellyasiya məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə 2(060)-192/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadan vermiş olduğu şikayətin dəlillərini öyrənməyərək, habelə düzgün təfsir etməyərək səhv nəticə və qənaətə gəlmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-192/2025 saylı xx.xx.2025-ci il tarixli qərardaddan vermiş olduğu şikayətin dəlillərində qeyd olunmuşdur ki, şikayətçi olduğu məhkəmə qərardadı maddi və prosessual normaların tələbləri pozulmaqla qəbul edildiyindən ləğv edilməli, apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddət buraxılmamış hesab edilməlidir. Şikayətində Sumqayıt Şəhər Məhkəməsinin apellyasiya şikayətini müəyyən edilmiş müddət keçdikdən sonra verilməsi kimi mövqeydi ilə razılaşmayaraq, e-2(060)-192/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnamənin Vəkil2 elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilməsinə baxmayaraq, apellyasiya şikayətinin xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olduğundan, habelə guya hüquqlarını təmsil etdiyi iş üzrə tərəf Cavabdeh tərəfindən buraxılmış prosessual müddətin bərpasına dair ərizə də məhkəməyə təqdim olunmadığından apellyasiya şikayəti geri qaytarılmalı olması ilə bağlı məhkəmənin gəldiyi qənaəti və qəbul etdiyi 2(060)-192/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı qanunsuz hesab edir. Qeyd olunalarla qətiyyən razı deyil. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin e- 2(060)-192/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin xx.xx.2024-cü il tarixdə elektron kabinetə yerləşdirilməsi haqqında ilkin iddia üzrə cavabdehin vəkilinin elektron poçt ünvanına hər hansı bildiriş gəlməmiş, həmin qətnamənin elektron kabinetdə olduğunu o, xx.xx.2025-ci il tarixdə görmüşdür və dərhal həmin qətnaməni iş üzrə tərəf Cavabdeh Əskər oğluna göndərərək ona bu barədə məlumat vermişdir. Buna görə də qeyd olunan qətnamənin xx.xx.2025-ci il tarixdə elektron kabinetə yerləşdirildiyi nəzərə alınmalıdır. Yəni həmin qətnamənin elektron kabinetə xx.xx.2025-ci il tarixdə yerləşdirilməsi haqqında ilkin iddia üzrə cavabdehin vəkilinin elektron poçt ünvanına və elektron kabinetinə heç bir bildiriş gəlməmişdir. Həmçinin, qeyd olunan qətnamə poçt vasitəsi ilə hal-hazıradək hüquqlarını təmsil etdiyi şəxsə rəsmi olaraq təqdim edilməmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin e- 2(060)-192/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin vəkil (nümayəndə) olaraq onun elektron şəxsi kabinetinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə xx.xx.2025-ci il tarixdə yerləşdirilməsi hüquqlarını təmsil etdiyi tərəfin mülki iş üzrə işdə iştirak edən (qarşılıqlı iddia tələbi üzrə iddiaçı) tərəfin həmin qətnaməni xx.xx.2025-ci il tarixdə alması anlamın vermir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-192/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin vəkil (nümayəndə) olaraq onun elektron şəxsi kabinetinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə xx.xx.2025-ci il tarixdə yerləşdirilməsi və həmin qətnamənin hüquqlarını təmsil etdiyi tərəfə poçt vasitəsi ilə çatdırılmaması haqqında xx.xx.2025-ci il tarixdə məlumatı olmuşdur. Məlumat üçün bildirilmişdir ki, hüquqlarını təmsil etdiyi işdə iştirak edən şəxs (qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəf) “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişdir və nəticə etibarı ilə məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə onun mobil telefon nömrəsinə SMS-lə çatdırılmamışdır. Həmçinin, qeyd olunan qətnamə “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada iddiaçı tərəfə (kommersiya işi üzrə işdə iştirak edən şəxsə) hazıradək çatdırılmamışdır. Qeyd olunanları rəhbər tutub Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-192/2025 saylı saylı, xx.xx.2025-ci il tarixli qərardadınının qanunsuz və əsassız olduğundan ləğv edilərək apellyasiya şikayəti vermək müddətinin buraxılmamış hesab edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-192/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayətinin aidiyyəti apellyasiya insatansiya məhkəməsinə göndərilməsi məhkəmədən xahiş olunmuşdur. Lakin Sumqayıt Şəhər Məhkəməsi onun həmin məhkəmənin 2(060)-192/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından vermiş olduğu şikayətin geri qaytarılması haqqında qanunsuz olaraq e-2(060)-192/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardad qəbul etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 192/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından açıq aydın bəlli olur ki, məhkəmə 2(060)-192/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından vermiş olduğu şikayətin dəlillərini ümumiyyətlə öyrənməmiş və nəticə etibarı ilə həmin dəlillər üzrə obyektiv məhkəmə araşdırmasını həyata keçirməyərək tətbiq edilməli olan prosessual normanı tətbiq etməyərək qanunsuz olaraq şikayəti geri qaytarmışdır. Belə ki, onun şikayətində qeyd olunan xüsuatlar şikayətdə göstərilməyən tərzdə, yəni fərqli şəkildə təfsir edilmişdir. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-192/2025 saylı, xx.xx.2025-ci il tarixli və e-2(060)-192/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadlarından verdiyi şikayətlər təmin edilməli və həmin məhkəmə qərardadları qanunsuz və əsassız olduğundan ləğv edilməli Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-192/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayətinin verilmə müddəti buraxılmamış hesab edilərək həmin apellyasiya şikayəti aidiyyəti apellyasiya məhkəməsinə göndərilməlidir.

b) Şikayətə qarşı etirazın dəlilləri

11. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

12. Maddə 267. Qərardadlardan şikayət verilməsi 267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 267.2. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. 267.3. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir.

13. Maddə 269. Şikayətə baxılması 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir.

14. Maddə 361. Apellyasiya şikayətinin məzmunu 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir.

15. Maddə 363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; 363.1.4. apellyasiya şikayət ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa; 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. 363.3. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər.

16. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)

18. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

20. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır.

22. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin tələblərinə görə birinci instansiya məhkəməsinin qərardadından şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilməli və şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılmalıdır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirməli və ya ləğv etməli və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirməlidir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra işlə birlikdə müvafiq olaraq apellyasiya və ya kasasiya instansiyası məhkəmələrinə göndərilməlidir.

23. İşdən göründüyü kimi Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-192/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə yuxarıda adı çəkilən qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürüldüyü müəyyən edilmişdir.

24. Belə ki, məhkəmə aktının surəti qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkilinin elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilməsinə baxmayaraq, apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Qərardadda qeyd olunmasına baxmayaraq apelyator tərəfindən buraxılmış prosessual müddətin bərpasına dair ərizə məhkəməyə təqdim olunmamış, şikayətin dəlillərində isə müddətin ötürülmədiyi qeyd edilərək, qətnamədən verilmiş şikayətə münasibətdə müddətin buraxılmamış hesab edilməsi tələb olunmuşdur.

25. Bundan başqa, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-192/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə xx.xx.2025-ci il tarixli qərardaddan verilmiş şikayətin forma və məzmun tələblərinə əməl edilmədiyi üçün geri qaytarılmışdır.

26. Kollegiya birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından verilmiş şikayətə münasibətdə qeyd edir ki, işdən göründüyü kimi həmin qərardad xx.xx.2025-ci il tarixli qərardaddan verilmiş şikayətin qaytarılması barədədir və birinci instansiya məhkəməsi tərəfindən nəticədə həmin qərardaddan verilmiş şikayətə artıq baxılmışdır.

27. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi şikayət daxil olduqda onu vermiş şəxsin şikayəti vermək hüququna malik olmasını, şikayətin qanunla müəyyən olunmuş müddətdə verildiyini, şikayətin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda şikayətə baxılmalı, göstərilən tələblərə cavab vermədiyi halda isə, şikayətin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.

28. Şikayətdə həmçinin göstərilir ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 192/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin vəkil (nümayəndə) olaraq onun elektron şəxsi kabinetinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə xx.xx.2025-ci il tarixdə yerləşdirilməsi hüquqlarını təmsil etdiyi tərəfin mülki iş üzrə işdə iştirak edən tərəfin həmin qətnaməni xx.xx.2025-ci il tarixdə alması anlamın vermir.

29. Qeyd edilən dəlil ilə bağlı kollegiya qeyd edir ki, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin axımı qətnamənin iddiaçının vəkili və nümayəndəsinin elektron kabinetinə yerləşdirildiyi tarixdə, yəni xx.xx.2025-ci il tarixdə başlamışdır. Əgər iddiaçı birinci instansiyası məhkəməsində nümayəndə ilə təmsil edilməsəydi, qətnamədən apellyasiya şikayətinin verilməsi müddəti qətnamənin ona təqdim edildiyi vaxtdan hesablana bilərdi. İddiaçının vəkili və nümayəndəsinə qətnamə rəsmi qaydada təqdim edildiyi halda, iddiaçının özünə qətnamənin başqa tarixdə təqdim edilməsi prosessual müddətin yenidən hesablanmasına əsas olan hal kimi qiymətləndirilə bilməz.

30. Belə ki, Mülki Prosessual Məcəllənin 69-75-ci maddələrində nümayəndəlik institutunun prosessual hüquq və vəzifələri aydın şəkildə verilmişdir ki, həmin normaların məzmunundan da aydın olduğu kimi, nümayəndə şəxsin vermiş olduğu etibarnamə əsasında onun adından hərəkət etmək iqtidarında olur. Etibarnamə qüvvədə olduğu müddətdə nümayəndə şəxslə prosessual hərəkətləri həyata keçirə bilmək üçün eyni statusda olur. Nümayəndə məhkəmə aktını əldə etməsi barədə tərəfə vaxtında məlumat verməmişsə, bu hal məhkəmə aktının tərəfə çatdırılmaması hesab edilə, onun hüquqlarının pozuntusu kimi qiymətləndirilə bilməz. Çünki mülki prosessual qanunvericilik məhkəmə sənədlərinin çatdırılma qaydası və anlamı ilə bağlı aydın formada tənzimləmə həyata keçirmişdir ki, hazırki halda nümayəndənin təmsil etdiyi şəxsə məhkəmə aktını elektron kabinet vasitəsi ilə əldə etməsi barədə məlumat verməməsi prosessual qanunvericiliyin pozuntusuna əsas verə bilməz. Əks halda bu vəziyyət prosessual hüquq və vəzifələrdən sui-istifadəyə şərait yaratmış olardı ki, bu da yolverilməzdir.

31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qərardadların ləğvi üçün əsas olmadığından, şikayət təmin olunmamalı, Sumqayıt Şəhər Məhkəməsinin e- 2(060)-192/2025 nömrəli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-192/2025 nömrəli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar