Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1034/2024 21.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Quba rayon İcra Hakimiyyətinə qarşı “tikintiyə mülkiyyət hüququnun müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)- 1105/2013 nömrəli, 19 mart 2024-cü il tarixli qərardadından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba şəhərində Quba- Qonaqkənd yolunun sağ hissəsində JN-1159 KOD 30301004 saylı X1 X4 əsasında mülkiyyət hüququ üzrə ona məxsus 0,03 ha torpaq sahəsində tikdiyi bir mərtəbəli qeyriyaşayış binasına onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 27 sentyabr 2013-cü il tarixli, 2(027)-1105/2013 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Quba şəhərində Quba-Qonaqkənd yolunun sağ hissəsində JN-1159 KOD 30301004 saylı X1 X4 əsasında mülkiyyət hüququ üzrə İddiaçı məxsus 0,03 ha torpaq sahəsində tikilmiş bir mərtəbəli qeyri-yaşayış binasına onun mülkiyyət hüququnun tanınması qət edilmişdir (hakim Fizuli Pənahov). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi göstərilən qətnamədən apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 27 sentyabr 2013-cü il tarixli, 2(027)-1105/2013 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-1105/2013 nömrəli, 19 mart 2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (hakim Rahim Həsənov). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi Quba rayon Məhkəməsinin 2(027)-1105/2013 nömrəli, 19 mart 2024-cü il tarixli qərardadından şikayətlə məhkəməyə müraciət edərək, həmin qərardadı ləğv etməklə, apellyasiya şikayətinin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Ərazi İdarələri tərəfindən aparılır. Hesab edilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi bu işdə maraqlı tərəfdir və apellyasiya şikayəti vermək hüquqları vardır. Məhkəmə kollegiyası iş materiallarını, şikayəti nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələbinə cavab vermədiyi üçün qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə geri qaytarılmalıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən iş materialları araşdırılan zaman müəyyən olundu ki, Quba Rayon Məhkəməsinin 2(027)-1105/2013 nömrəli, 19 mart 2024-cü il tarixli qərardadı poçt vasitəsi ilə göndərilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən “poçt göndərişinin verilməsi haqqında xəbərnamə”-yə 09 aprel 2024-cü il tarixdə imza edilərək qəbul edilmiş, sonuncunun tərtib etdiyi apellyasiya şikayəti 26 aprel 2024-cü il tarixdə, yəni prosesual müddət yeddi gün ötürülməklə həmin İnformasiya Sistemində yerləşdirilmiş, lakin həmin müddətin hansı səbəbdən ötürülməsi və bununla əlaqədar prosessual müddətin bərpa edilməsinə dair vəsatət verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi şikayətin veriməsinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamamış, prosessual müddətlə bağlı məsələyə münasibət bildirməmişdir. Halbuki, məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361 və 363-cü maddələrinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aiddir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 366, 400, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Quba Rayon Məhkəməsinin 2(027)-1105/2013 nömrəli, 19 mart 2024-cü il tarixli qərardadından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və şikayətin geri qaytarılması məsələsinə baxılması üçün mülki iş Quba Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1034/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1034/2024
21.05.2024 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver